Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3206/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.11.2020-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, “BYD F3” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhəri DYPİ-nin 15.12.2020-ci il tarixli İXP ******* №-li protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh qanunvericiliyin tələbini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 430 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1440 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər görə 430 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 430 manat məbləğində pul və ödənilmiş 20.40 manat məbləğində dövlət rüsumu, cəmi 450.40 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə ərizə ilə müraciət edərək, onun nümayəndəsinin iştirakı olmadan iddia ərizəsinə baxıb qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 24 fevral 2021-ci il tarixli 1440- nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki, 04.11.2020-ci il tarixdə saat 12:40 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BYD F3” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 430 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan 20.09.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “BYD F3” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 20.09.2020-ci il tarixdən 20.09.2021-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında müqavilə ilə sığortalanmışdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli 5702 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 430 manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair 12.02.2021-ci il tarixli aktdan görünür ki, “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobiləarxa baqaj qapısı, arxa panel, arxa buferin rənglənməsi 200 manat, arxa baqaj qapısının, afxa panelin təmiri 120 manat, arxa buferin təmiri 40 manat, arxa buferin, arxa yük yerinin iç üzlüyünün sökülüb quraşdırılması 20 manat, yekun olaraq 430 manat zərər dəymişdir. İş materiallarında olan İXP ******* nömrəli 15.12.2020-ci il tarixli inzibatı xəta haqqında protokoldan görünür ki, 04.11.2020-ci il tarixdə saat 12:40 radələrində “BYD F3” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan AD seriyalı 385177 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan ƏN-Vİİ seriyalı 080144 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X5 mülkiyyətində olan “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 27.04.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 04.11.2020-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində şirkətdə icbari sığorta növü ilə sığortalanmış, “BYD F3” minik markalı, ** UK *** dövlət nişanlı avtomobili idarə edərkən “Opel Vectra” markalı, ** RH *** dövlət nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhər DYPİ-nin 15.12.2020-ci il tarixli İXP ******* №-li Protokoluna, əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Vectra“ markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 430 (dörd yüz otuz) manat məbləğində müəyyənləşdirilərək şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququ təmin edilərək 430 (dörd yüz otuz) manat pulu aşağıda qeyd olunan bank hesabına köçürməsi xahiş edilmişdir. Əks təqdirdə borcun ödənilməsi üçün aidiyyatı məhkəmə orqanına müraciət ediləcəkdir. İş materiallarında olan 17.06.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 20,00 manat dövlət rüsumu ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, 04.11.2020-ci il tarixdə saat 12:40 radələrində “BYD F3” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhəri DYPİ-nin 15.12.2020-ci il tarixli İXP ******* №-li protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh qanunvericiliyin tələbini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 430 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1440 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Opel Vectra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər görə 430 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 430 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 430 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3206/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3206/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver