Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3242/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "istehlakçı hüquqlarının bərpası, borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı "istehlakçı hüquqlarının bərpası, borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X2 cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi qoyulmuşdur. Lakin Nizami RETSİ hüquqi şəxs olmadığı üçün məhkəmədə tərəf kimi təmsil oluna bilməz. Bu səbəbdən də, "xxxx" ASCnin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin "xxxx" ASC ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı ərizəyə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, əsl olmayan cavabdeh "xxxx" ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mülki iş üzrə cavabdeh qismində "xxxx" ASC müəyyən edildiyindən, Cəmiyyətin hüquqi ünvanı ünvan 1akı Şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş materiallarındakı məlumatlar əsasında aidiyyət qaydalarına əməl edilməklə iddia ərizəsi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, əsl olmayan cavabdeh "xxxx" ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz olunmuş, belə olan halda, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2yyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir . Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı "istehlakçı hüquqlarının bərpası, borcun silinməsi” tələbinə dair 2(007)-3242/2021 saylı mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmaldıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 35.2, 44.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "istehlakçı hüquqlarının bərpası, borcun silinməsi” tələbinə dair 2(007)-3242/2021 saylı mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3242/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3242/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver