Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3243/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və cavabdeh Əlı̇ yev Mehman Əlı̇ zaman oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əlı̇ yev Mehman Əlı̇ zaman oğlundan hüquqi xidmət göstərilməsi üçün ödənilən 1400 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qızı 2003-cü il təvəllüdlü X5 dələduzların şantajına məruz qalaraq provakasiya olunub CM-nin 234.4.3-cü maddəsi ilə əsassız ittiham olunmuşdur. Hazırda həbsdədir. Qızının cinayət işinin ibtidai araşdırma zamanı müstəntiqdə olan ərəfədə qızına vəkillik etməsi üçün 6 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Əlzaman oğlu ilə müqavilə bağlamışdır. 6 saylı Vəkil Bürosundə bir dəfə 700 manat, bir dəfə 800 manat olmaqla vəkil Cavabdeha vermiş və onunla müqavilə bağlamışdır. Vəkil ondan həmin məbləğləri aldıqdan sonra ona qəbz vermişdir. Cavabdeh həmin vəsaiti aldıqdan sonra müxtəlif bəhanələr ilə telefonu bağlamış, böyrək və cinsi orqanında əməliyyat olduğunu bildirmişdir. Məhkəmənin sisteminə səhhəti ilə bağlı prosesdə olmayacağını yerləşdirmişdir. Eyni məzmunda ona heç bir vəsatət yazmaqda humanistlik etmirdi. Onun uşağının sifariş ilə tutulduğunu, kömək edə bilməyəcəyini, onları gedib döyməyəcəyini, bu barədə onu yığmamasını, xəstə olmasını, narkozdan təzə ayıldığını bildirmişdir. O, əlacsız qalaraq mərhum anasının təqaüdü ilə əlavə 2000 manat ödəməklə Mirkəbir Salmanlı adında vəkil tutmuşdur. Məsuliyyət hiss edən Cavabdeh nəhayət prosesə gəlmiş, prosesdə də yatıb yuxulamışdır. Beləliklə həmin şəxs onun övladına heç bir hüquqi yardım göstərməmişdir. Övladının vəkilinin bu hərəkətlərindən övladı əsassız 5 il həbs almışdır. İstintaqda heç bir köməklik göstərməmişdir. O, heç bir vəsatət verməmiş, kameraları açdırmamış, qızının yatdığı müalicə müəssisəsinin rəhbərini gətizdirməmişdir. 1500 manat alıb onu yola vermişdir. O, hər pulunu istədikdə onu oradan polis çağırıb qorxudaraq uzaqlaşdırırdı. O, hədə-qorxuya məruz qalmışdır. Şahidlik edən Esmira xanım məhkəməyə gəlməyindən boyun qaçırmış, lakin səs yazısı qeyd etmiş və təsdiqləmişdir ki, ondan 700-800 manat almış, müqavilə bağlamışdır. İddiaçı tərəfindən vəsatətlər və şikayət ərizələri verilərək bildirilmişdir ki, o, tək anadır, işləmi, onkoloji xəstədir, maddi və mənəvi vəziyyəti ağır və acınacaqlıdır. Cavabdeh onun məhkəməyə təqdim etdiyi diskdə də bildirir ki, qızının işi Baş Narkotik İdarəsinin sifarişidir və bu işə girişməyəcəkdir. Hər dəfə zəng vuranda müxtəlif bəhanələr ilə onu özündən uzaqlaşdırırdı. Cavabdeh ona heç bir qanuni köməklik etməmiş, vəsatətlər verməmişdir. Onun əzab-əziyyət ilə qazanc əldə etdiyi pulu övladına kömək etmədən bilərəkdən qərəzli qaytarmamasına cavabdehin subyektiv hüququ yoxdur. Bütün bunlar bir daha sübut edir ki, cavabdeh vəkil kimi araşdırma məqamına toxunmamışdır. Vəkilin birtərəfli qeyriobyektiv faktları üzə çıxarmaması səbəbnidən övladı əsassız olaraq 5 il həbs almışdır. Övladının əməlində cinayət işi yoxdur. O, qızının müdafiəsi üçün əlavə vəsatət verərək Mirkəbir Salmanlını qızının müdafiəçisi tutmuşdur. Əgər Cavabdeh düzgün, obyektiv vəkil idisə niyə həmin vaxt başqa vəkilə ehtiyacı olardı? Bütün bunlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etiraz: Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı ona qarşı pul tələbi üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı yetkinlik yaşına çatmış qızı X3 hüquqlarının müdafiəsi üçün onunla müqavilə bağlamasına baxmayaraq həmin müqaviləni qanunla müəyyən edilmiş qaydada pozulması, yalnız hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən müqavilənin qüvvədə olduğu müddətdə ola bilər. Lakin işdən müəyyən edilir ki, onunla bağlanmış müqavilə tərəflərin hər hansı bir etirazı olmadan başa çatmışdır. Ona görə də başa çatmış müqavilə üzrə ondan pul tələbinin heç bir hüquqi əsası yoxdur. Əgər o zaman hüquqlarını müdafiə etdiyi iddiaçı və qızı ondan narazıçılıq etmiş olsa idi, onunla müqaviləyə xitam edə bilərdilər. Lakin onlar o zaman onun hüquqi yardım göstərməyindən heç bir narazıçılıq etməmişdir. İddiaçı övladı Qüdrətli Türkan qızının külli miqdarda narkotik vasitəsini əldə edib saxladığı üçün Azərbaycan Respublikası DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qüdrətli Türkan qızını xx.xx.2024-cü il tarixində yaşadığı evin yaxınlığında - İ Məmmədov küçəsi 2/4 ünvanında saxlanılmış və Bakı şəhəri Nizami rayonun 24-cü Polis Şöbəsinə gətirilmiş və vidoegörüntülü üstünə baxış keçirilmişdir. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı Qüdrətli Türkanın üstündən 8.312 qram çəkidə küstar üsülla hazırlanmış metamfetamin narkotik vasitə aşkar edilmişdir. O zaman Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə X6 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də İddiaçı övladı Qüdrətli Türkanın ibtiadi istintaq zamanı hüquqarının müdafiəsi üçün 6 saylı Vəkil Bürosuna gəlmiş və çox israrla onunla Hüquqi yardımın göstərilməsi haqqında 762 nömrəli müqavilə bağlanmışdır. Onunla bağlanmış müqavilə tam könüllü bağlanmışdır. O, bağlanmış müqaviləyə uyğun olaraq 4 ay müddətində Qüdrətli Türkanın hüquqlarının müdafiəsini təmin etmiş və b müddətdə 10-dan çox vəsatətlər yazmış və başlanmş cinayət işi üzrə Qüdrətli Türkan barədə başlanmış cinayət işinin xitam edilməsini xahiş etmişdir. Eyni zamanda bir neçə vəsatətlə başlanmış cinayət işinə rəhbərliyi -nəzarəti həyata keçirən Nizami Rayon Prokurorluğuna müraciət etmiş, ibtidai istintaq müddətində bir neçə dəfə Qüdrətli Türkanın saxlanıldığı yer-Bakı İstintaq Təcridxanasına gedərək onunla konfidensial söhbətlər aparmış və vəsatətlər yazmışdır. Onun bəzi vəsatətləri istintaq orqanı tərəfindən təmin edilmiş, əlavə şahidlər dindirilmiş və araşdırmalar aparılmışdır. Qüdrətli Türkan barədə başlanmış cinayət işi üzrə İttiham Aktı tərtib edilmiş və işin baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O zaman İddiaçı təkidi ilə o, takrar olaraq Qüdrətli Türkanın hüquqlarının müdafiəsinin məkəmədə müdafiə etmək üçün aralarında müqavilə bağlnmış, müqavilədən imtina etməsinə baxmayaraq, lakin İddiaçı qızı məhkəmədə qızının hüquqlarının müdafiəsini davam etdirməyini ondan təkid etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X8 (sədrlik edən) Azər Tağıyev və Kamran Muxtarov tərkibdə) 1(101)-565/2025 xx.xx.2025-ci tl tarixli Hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın ən aşağı həddində, yəni 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-565/2025 xx.xx.2025-ci tl tarixli Hökmündən narazı olduğu üçün Apellyasiya şikayəti vermiş və onun şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işi üzrə araşdırma aparmış, lakin iş üzrə qəbul edilmiş hökmün dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, o, hər iki müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etmişdir. Həmçinin o, hər iki müqavilə bağlayarkan dəfələrlə İddiaçı bildirmişdir ki, “işin prespektivi, tapşırığın icra edilməsi zamanı bütün ehtimallar və risklər barədə, işin uğurla nəticələnməsinə dair heç bir vəd verməmişdir. O zaman A.Abdulayeva onun bildirdikləri ilə razilaşmış və əlavə heç bir şərt olmadan müqavilə bağlamışdır. Ona görə hazırda İddiaçı iddia ərizəsində göstərdikləri tamamilə yalan və böhtandır. Hər iki müqavilə üzrə iş başa çatdıqdan sonra onun hüquqlarını müdafiə etdiyi şəxsin qarşısında heç bir öhdəliyi qalmamışdır. O, bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmişdir. Təsadüfi deyil ki, hüquqlarını müdafiə etdiyi X5 onun ona göstərdiyi hüquqi xidmətdən heç bir narazıçılıq etməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, onun qızı əsassız tutulmuş, dələduzların şiddətinə məruz qalmışdır. O, qızının hüquqlarının müdafiəsi üçün cavabdehlə müqavilə bağlamış, ancaq o, Mehman müəllimə zəng vuranda şikayət və tələblərinə baxmamış, hüquqlarını müdafiə etməmiş, bununla bağlı heç bir vəsatət verməmişdir. Cavabdeh övladının əsassız tutulmasına görə kameranı açdırmamış və ona hədə-qorxu gəlmiş, haqqını tələb etdiyinə görə onu polislə qorxutmuş, uzaqlaşdırmışdır. O, 2 dəfə olmaqla ümumilikdə 1500 manat pul məbləğini cavabdehə vermişdir. Bununla bağlı qəbzlər və müqavilə mövcuddur. Cavabdeh ona bildirirdi ki, qızının tutulmağı sifarişlidir, Baş Narkotik İdarəsinin göstərişi ilə “Oba” Marketdə qızının üstünə narkotik atılıb, “Oba” Marketin rəhbərini hədələyirlər, o kamera görüntülərini vermədiyinə görə onlar cərimələniblər. Cavabdeh qorxması, qızının üstünə narkotik atılması, bu işin sifariş edilməsi ilə bağlı səs yazısı mövcuddur Hər bir cinayətin cəzası vardır, ibtidai istintaq və birinci instansiya üzrə məhkəmə araşdırması düz aparılmamışdır. O, çox çətin vəziyyətdə dolanır, imkanı yoxdur, mərhum anasının təqaüdü ilə o pulu düzəldib vermişdir. Özü xərçəng xəstəsidir, şəhid ailəsinin üzvüdür. Qızı da həbsdədir. O, cavabdehə ödəniş etdiyi halda 2000 manata Mirkəbir Salmanlı adında başqa vəkil tutmuş, həmin şəxs qızının hüquqlarını müdafiə etmiş və məhkəmə hökmündən apellyasiya şikayəti vermişdir. Səsyazısında da Mehman deyir ki, qızının həbs edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin sifarişidir. Onun vəziyyətini nəzərə almalı, heç olamasa pulun yarısını ona qaytarmalıdır. Məhkəmə iclasında cavabdeh Əlı̇ yev Mehman Əlı̇ zaman oğlu etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında barışıq mümkün deyil, iddiaçının müqavilə üzrə ödədiyi vəsaitin yarısını belə qaytarmayacaqdır. O, əvvəl də Aynur xanıma dəfələrlə bildirmişdir ki, onun qızının işinə çıxmaq istəmir, ancaq iddiaçı onun qızının müdafiəçisi olması üçün təkid etmişdir. O, üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir. Onlar vəkil olaraq işin nəticəsinə görə deyil, şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlayırlar. Bununla yanaşı onun müdafiəçi olmasına kimi olanlar barədə nə baş vermişdirsə həmin məsələlər barədə münasibət bildirə bilmir. O həm istintaq, həm də məhkəmə prosesində iddiaçının qızının müdafiəçisi olmuşdur. İstintaq prosesi isə Nizami rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Ayxan Təhməzli tərəfindən aparılıb, cinayət işi üzrə məhkəmə icraatı isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin icraatında olub. X11 hökmündən isə apellyasiya şikayətini özü vermişdir. Tərəfindən həm istintaq zamanı həm də məhkəmə zamanı proseslərdə iştirak edilmiş, lazimi vəsatətlər verilmiş, aidiyyəti üzrə müraciətlər edilmişdir. O, iddiaçının məhkəməyə təqdim etdiyi səsyazısı ilə bağlı bildirir ki, heç o səsyazısının ona aid olub-olmadığı məlum deyil, səsyazısındakı səs heç eşidilmir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Əlı̇ yev Mehman Əlı̇ zaman oğlu arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 762 və 763 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən Əlı̇ yev Mehman Əlı̇ zaman oğlu X4 Bakı şəhəri Nizami RPİ İstintaq Şöbəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil olaraq ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 800 manat və 700 manat müəyyən olunmuş, başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir. cavabdeh tərəfindən iddiaçının qızı olan X3 vəkili olaraq xx.xx.2024-cü il tarixdə ifadələr arasında ziddiyyət olduğu üçün onun iştirakı ilə X3 yenidən ifadəsinin alınması və video görüntülərə baxış keçirilməsi, görüntülərin götürülməsi, Türkan Qüdrətlinin anasının iştirakına şərait yaradılması, xx.xx.2024-cü il tarixdə X1 zamanı “Oba” Marketdə və “Diş kabinəsinin (poliklinikasının)” yaxınlığında quraşdırılmış video-kamera görüntülərinin götürülməsi, xx.xx.2024-cü il tarixdə X3 bədənində aşkar edilmiş xəsarətlərin qeydi və üzləşdirmə aparılması, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürülməsi, xx.xx.2025-ci il tarixdə X2 əməkdaşı Şəhriyar Məmmədovun ifadəsinin alıması üçün məhkəməyə dəvət edilməsi, xx.xx.2024-cü il tarixdə cinayət işinin icraatına xitam verilməsi və cinayət işinin materialları ilə tanış olması barədə istintaq şöbəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müxtəlif sorğu və vəsatətlər verilmişdir. Bundan əlavə məhkəmə sorğusu nəticəsində əldə edilmiş X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-565/2025 saylı cinayət işi üzrə keçiirlmiş 9 məhkəmə iclasının 6 sayda iclasında Cavabdeh iştirak etməsi və çıxışlar etməsi müəyyən edilmişdir. İddiaçı cavabdehin dələduzluq edərək onu aldatmasını bildirərək Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmiş, xx.xx.2025-ci il tarixli qərar ilə cinayət işi rədd edilmiş və ərizəçi İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda iddiaçı cavabdehin onun qızını müdafiə etmədiyini, məhkəmə iclaslarında düzgün iştirak etmədiyini bildirərək hüquqi xidmətə görə ödədiyi vəsaitin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırda cavabdeh iddiaçının iddia tələbi ilə məhəkməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını bildirsə də məhkəmə bildirir ki, hüquqi yardımın göstərilməsi haqqında müqavilələr üzrə tərəflərdən biri İddiaçı, digəri də Cavabdeh Əlizamin oğlu olmuşdur. Hazırda iddiaçının həmin müqavilələr üzrə ödənilmiş xidmət haqqı məbləğini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ mövcuddur. Belə ki, Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüquq üzrə 3 element də mövcuddur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ özündə hüquqi yardımın əlçatan olmasını və belə hüququn həyata keçirilməsi üçün şəxslərin real imkanlara malik olmasını da ehtiva edir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Nəzərə alınmalıdır ki, vəkillə onun müştərisi arasında yaranan münasibətlər yalnız kommersiya xarakterli sayıla bilməz. Hüquqi yardım haqqında müqavilə müəyyən qədər publik (ictimai) xüsusiyyətlidir və vəkilin peşə vəzifəsinin icrası ilə birbaşa əlaqəlidir. Vəkillik fəaliyyətinin peşəkar səviyyədə təmin edilməsi və insanlara peşəkar hüquqi yardımın göstərilməsi dövlətlərin pozitiv öhdəlikləri ilə sıx bağlıdır. Odur ki, hüquqi yardımla bağlı xidmətlərin mütənasib şəkildə tənzimlənməsi cəmiyyətin bütün təbəqələrinin öz hüquqlarının səmərəli müdafiəsi üçün davamlı əsas yaratmış olar. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işin uğurlu nəticəsinə görə iddia predmetinin dəyərinin önəmli bir hissəsinin tərəfin ağır vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində mükafat olaraq razılaşdırılması hallarından çəkinilməlidir. “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Maddə 5. İİ. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Maddə 5. İİİ. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. Maddə 5. İV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Maddə 16. Vəkil peşə fəaliyyətini həyata keçirərkən və hüquqi yardım göstərərkən müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etmək və müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi daşıyır. Maddə 19 İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 19 İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Maddə 19 İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Məhkəmə iddia tələbinə mahiyyəti üzrə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 6.2 və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun Mülki Məcəllə ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur. Hazırda İddiaçı övladı X7 üçün hüquqi yardım almaq hüququndan istifadə edərək Cavabdeh ilə öz iradə ifadəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, 762 və 763 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilələr bağlamışdır. Müqavilələrin şərtlərinə əsasən Əlı̇ yev Mehman Əlı̇ zaman oğlu X4 Bakı şəhəri Nizami RPİ İstintaq Şöbəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil olaraq ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 800 manat və 700 manat müəyyən olunmuş, başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir. Məhkəmə bildirir ki, Cavabdeh vəkil kimi iddiaçı ilə aralarında bağlanılmış müqavilələrdə öz üzərinə düşən vəzifələri icra etmiş, istintaq şöbəsində və məhkəmə iclaslarında iştirak etmiş, tərəfindən cinayət işi istintaq şöbəsində və məhkəmə icraatında olarkən müxtəlif vəsatət və sorğular verilmiş, iş üzrə araşdırmalar aparılmışdır. Bu halların əksi isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan qanunvericilik normaları və tərəflər arasında olan müqavilələr ilə də müəyyən olunur ki, hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir. Vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Göründüyü kimi tərəflər müqavilələr əsasında hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğini öz aralarında razılaşaraq 1500 manat olaraq müəyyən etmiş və məhkəmə həmin məbləği ağlabatan hesab etmişdir. Bundan əlavə məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehin vəkil kimi hüquqi xidmət göstərməsindən narazı olmasını bildirməsinə və cinayət işi üzrə qızının müdafiəsi üçün əlavə vəkil ilə məhkəmədə müdafiə olunmasına baxmayaraq Cavabdeh ilə aralarında olan hüquqi xidmət göstərilməsinə dair münasibətə son verilməmiş, Cavabdeh həmin cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi olaraq iştirakını davam etdirmiş və onun tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti də hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi qızının işinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin sifarişi olması barədə səsyazısı ilə bağlı bildirir ki, bu iş üzrə hazırki mübahisənin həlli üçün sübut qismində qəbul edilə bilməz. Belə ki, səsyazısında iddiaçı tərəfindən ifadə edilən suala verilən cavab aydın eşidilmir. Digər tərəfdən isə verilən cavab aydın olduğu və cavabdehə məxsus olduğu təqdirdə belə bu hal mübahisənin mahiyyətin üzrə həll edilməsinə əhəmiyyətli təsir etmir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda iddia tələbi rədd edildiyi üçün məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı "Cavabdeh Əlı̇ zaman oğlundan hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş 1400 manat pulun alınıb ona verilməsi" barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3243/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3243/2025
10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver