Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3254/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı MTK-nın nümayəndəsi X1 məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, “pul” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan hazırkı ərizənin müzakirə olunmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Qərardad iş üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardad İddiaçı MTK tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3254/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3254/2021
05.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver