Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3285/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 iki uşaqları- X5, X6 ilə birlikdə və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 41 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 41 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. İş üzrə cavabdehlər onun oğlu və qızıdır. Onun qızı Aynur 2004-cü ildə ailə həyatı qurmuş, 2017-ci il tarixdə İngiltərəyə köçüb getmiş və hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Oğlu Azər də 2012-ci ildə ailə həyatı qurmuş vo o da bir ildir ki, İrgiltərəyə köçüb getmişdir, hal-hazırda da orada yaşyır. Lakin iş üzrə cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Mənzildə onlara məxsus heç bir əmlak yoxdur. Onların mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Cavabdehlər mənzildən istifadə hüquqlarını itirmişlər. Belə olan halda onun mülkiyyət hüquqları məhdudlaşır və o, mülkiyyətçi kimi sərbəst şəkildə mənzilə dair sərəncam verə bilmir. Beləliklə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat veərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlər onun övladlarıdır, neçə ildir ki, cavabdehlər bu ünvanda yaşamır, onlar xaricdə yaşayırlar. Cavabdehlər qeydiyyatdan çıxmağa etiraz etmirlər və bununla bağlı məhkəməyə ərizə də vermişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X7 məhkəmə iclasına gəlməmişdirlər. Cavabdehlər məhkəməyə ərizə ünvanlayarq iddianı qəbul etdiklərini bildirdilər və onların iştirakları olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 41 saylı mənzili İddiaçı adına həmin tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci tarixli Arayışa, həmçinin 28 saylı MKİS-nin 00.2022-ci il tarixli arayışa əsasən, cavabdehlər və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları X5, X6 mübahisəli mənzildə qeydiyyatdadırlar. Qonşular tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt tərtib edərək cavabdehlər Cavabdeh1, X3, X1, X2 uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadıqlarını qonşular öz imzaları ilə təsdiq etmişlər. Hazırda İddiaçı cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəməyə ərizələr ünvanlayaraq iddianı qəbul etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1)mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının qızı və oğlu olan cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını, mənzilə istifadə hüquqlarının aradan qalxdığını sübut edir. Belə ki, cavabdehlər tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, cavabdehlər iddianı qəbul etmişlər. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 41 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1 və X8 ilə yanaşı yetkinlik yaşına çatmayan X1 və X2 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 və onlarla birlikdə yetkinlik yaşına çatmayan X1, X2 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 41 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 və onlarla birlikdə yetkinlik yaşına çatmayan X1, X2 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A saylı evin, 41 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3285/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3285/2022
21.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver