Məhkəmə qərarları › İş №2(007)-3297/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3297/2020

13.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3297/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun, barəsində olan “borclunun axtarılması haqqında” 08.05.2018-ci il traixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 2(103)- 6578/2016 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 840/2016 saylı mülki iş üzrə qəbul etdiyi 25 aprel 2016-cı il tarixli qətnaməsinin dəyişdirilməsi və cavabdeh İddiaçı 70 000 manat əsas borc, 2700 manat faiz borcu və 2000 manat dəbbə pulu cəmi 74700 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov 08 may 2018-ci il tarixli qərarla borclunun axtarışını elan etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun, barəsində olan “borclunun axtarılması haqqında” 08.05.2018-ci il traixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbayca Respublikası “İcra Haqqında” Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun axtarılması haqqında Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin 08 may 2018-ci il tarixli qərarının ləğv edilməsi tələbi barədə iddia ərizəsinə mülki icraat qaydasında baxılması yolverilməzdir. Sözügedən qərarın ləğv olunması və ya dəyişdirilməsi barədə icra sənədinə nəzarət edən icra qurumuna və ya məhkəməyə şikayat verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun, barəsində olan “borclunun axtarılması haqqında” 08.05.2018-ci il traixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun, barəsində olan “borclunun axtarılması haqqında” 08.05.2018-ci il traixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməkdən imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar