Məhkəmə qərarları › İş №2(007)-33/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-33/2022

22.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-33/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı2 Maxmar qızının nümayəndəsi, özü də iddiaçı olan Nümayəndə, İddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi,cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini onunla əsaslandırdı ki, iddiaçıların müraciəti əsasında Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 07 aprel 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçılara Maştağa- Вuzovna yolunun Xanlar yaşayış massivinin 550 metr məsafəsində hərəsinə 1000 kv.m olmaqla, cəmi 2.000 kv.m torpaq sahəsi ayrılması və mülkiyyətlərinə verilinəsi qərara alınıb.Torpaq sahələri iddiaçıların adına rəsmiləşdirilərək, torpaqlara dair mülkiyyət hüquqları yaranıb.Lakin Cavabdeh2 3 dəfə saxta cizgi sxemləri düzəldərək dələduzluq yolu ilə iddiaçıya aid olan torpağı 3 dəfə ayrı-ayrı vaxtda yaxınlığında ofisi olan, torpaq alğı-satqısı ilə məşğul olan əsl adı X3 olan makler Adil kimi tanınan şəxsə, qonşu Rövşən adlı şəxsə və Cavabdeh1 satıb.Digər ikisi torpağın iddiaçılara aid olduğunu anladıqdan sonra geri çəkiliblər, lakin Cavabdeh1 digər cavabdehlərlə birgə hərəkət edərək iddiaçılara qarşı əsassız iddialar irəli sürübdür. Mübahisəli işlə bağlı istintaq və məhkəmə işi davam etdiyi bir vaxtda və Xəzər Rayon Məhkəməsi həmin ərazidə tikinti işinin aparılmasına qadağa qərarı çıxarmasına baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 başqa bir saxta cizgi-sxemi tərtib edərək iddiaçının torpağını təkrar Cavabdeh1 guya satıblar. Hansı ki, bu qanunla yolverilməzdir. Məhkəmə və istintaq gedə-gedə olmayan bir yer necə satıla bilir? Cavabdehlər tərəfindən təqdim edilən Maştağa Bələdiyyəsinin 33/7 nömrəli. 07 aprel 2006-cı il tarixli qərarı ilə 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinin 605 metr məsafəsində Cavabdeh3 ayrılan 8 pay yanaşı olmaqla, ona ayrılan torpaq sahəsinin uzunluğu 50 metr, eni 20 metr ölçüsündə və qarşıdan 8 metr, yandan 6 metr yol göstərilib.Lakin sonradan polis və məhkəmə orqanlarında aparılan araşdırmalar zamanı məlum olub ki, cavabdehlərin torpağa dair cizgi-sxemləri olmayıb,sənəd saxta olub, əslində, Nəsrəddinin adına nə Maşlağa Bələdiyyəsində, nə də Buzovna Bələdiyyəsində hər hansı rəsmi sənəd mövcud olmayıb. Hətta bununla bağlı aparılan digər məhkəmə iclaslarında araşdırılan plansxemdə Bələdiyyə imzasının yerində müxtəlif imzalar olub və heç bir imza Maştağa Bələdiyyəsinə aid olmayıb.İddiaçılar Cavabdeh1 Maştağa Bələdiyyəsinin 07 aprel 2006-cı il tarixli 33/7 nömrəli qərarına əsasən həmin torpaq sahəsinin onlara ayrıldığı,torpağın cizgi-sxemini göstərərək onda olan ölçülərlə Cavabdeh1 torpağının ölçülərinin üst-üstə düşməməsini,Cavabdeh1 torpaq sahəsinin iddiaçıların torpaq sahəsinə heç bir aidiyyətinin olmamasını, bundan başqa, Maşlağa Bələdiyyəsi tərəfindən verilən arayışa əsasən Cavabdeh1 torpağına dair Maştağa Bələdiyəsinin arxivində heç bir aidiyyəti sənədin olmadığını onun diqqətinə çatdıraraq iddiaçıların torpağına müdaxilə etməməsini dəfələrlə xahiş elmələrinə baxmayaraq Nəzakət Btdəlova onun olmayan bir torpaq sahəsinə görə iddiaçıya qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət edib.Cavabdeh1 iddiaçıya qarşı irəli sürmüş olduğu vicdansızcasına əsassız iddialar nəticəsində uzun müddət aralarında məhkəmə çəkişmələri olub ki,bunların hamısının səbəbləri Cavabdeh2 və onun ailəsinin qanunsuz və vicdansız əməlləridir.İş üzrə cavabdehlərin iddiaçılara qarşı irəli sürdükləri iddialar və onlar əsasında uzun müddət davam etmiş məhkəmə prosesləri nəticəsində qəbul edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının surətlərini iddia ərizəmizə əlavə etmişlər.Cavabdeh1 Məhkəməni aldadaraq iddia verib ki, guya onun tikdiyi 130 metr məsafəsindəki hasarı bir neçə dəfə uçurdub.Görəsən niyə Cavabdeh1 öz əlində olan saxta cizgi-sxemin i 20x50 ölçüdə iddiasını eləmir,iddiaçılara məxsus 25x40 ölçüdə sahənin iddiasını edir. Halbuki iddiaçılara məxsus torpağın sol tərəf hasarın 25 metri qonşu Rövşənin evi və hasarıdır. Qarşı tərəf-40 metr ərazi üç qonşunun hasarı və evləridir. Sağ tərəf 25 metr iddiaçılar torpağı almamışdan çəkilmiş qonşunun 25 metrlik hasarıdır. Qarşı tərəfdə yolboyunda olan 40 metr iddiaçıların öz daşları ilə çəkdikləri hasarı Cavabdeh2 uçurdub. Tikintiyə dair məhkəmə qərarının olmasına baxmayaraq məhkəmə gedə-gedə, istintaq gedə-gedə Nəsrəddin planlı şəkildə qonşusu Nəzakət Bcdəlovaya torpağı sataraq 40 metrlik hasarı bərpa edib və iddiaçı həmin 40 metrlik hasarı bir dəfə polisə müraciət etmələrinə baxmayaraq, polis heç bir tədbir görmədiyinə görə uçurtmağa məcbur olmuşlar. Görəsən Məhkəmənin qərarı ola-ola iddiaçılara məxsus torpaq sahəsinin tikintisi necə aparılır? Bütün bu dəlilləri əsas gətirərək bildirir ki, Cavabdeh1 əsassız olaraq məhkəməni aldadıb və məhkəmə də onun iddiasına inanaraq araşdırmada, əraziyə baxış keçirmədən onun iddiasını təmin edib. 5.000 manat iddiaçılara maddi ziyan vurub.Cavabdeh1 iddiaçılara qarşı "ziyanın əvəzinin ödənilməsi tələbi barədə" iddiası əsasında qəbul edilmiş yekun məhkəmə qərarı ilə onun torpağında özbaşına tikmiş olduğu hasarını sökdüyünə görə iddiaçıdan 4.940 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh1 verilməsi qərara alınıb. Həmin qərar iddiaçılar tərəfindən icra olunub və cəmi 4.970 manat məbləğində pul Cavabdeh1 ödənilib.Həmin iş üzrə iddiaçılar tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar cəmi 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilib ki, bunun da səbəbi Cavabdeh1 haqsız iddiası olub.Beləliklə, həmin iş üzrə iddiaçılara cəmi 5.000 manat miqdarında maddi ziyan dəyib.Cavabdeh1 iddiaçılara məxsus torpaqda özbaşına hasar tikdiyi üçün həmin hasar onun öz vəsaiti hesabına sökülməli idi. Yəni iddiaçılar Cavabdeh1 özbaşına tikdiyi hasarı sökməsəydi torpağın iddiaçıya məxsus olduğu müəyyən edildikdən sonra Cavabdeh1 qanunsuz inşa etdiyi hasarının onun öz vəsaiti hesabına sökülməsini tələb edəcəkdilər ki, hazırki vəziyyətdə buna ehtiyac qalmayıb.Belə olan halda, Cavabdeh1 iddiaçının hesabına əsassız varlanan hesab edilməlidir.Bundan başqa, Cavabdeh1 tərəfindən iddiaçıya qarşı əsassız olaraq irəli sürülən iddialar, verilən şikayətlər nəticəsində iddiaçı dəfələrlə məhkəmə, istintaq və icra orqanlarında məcburi iştirak etməli olub. Nəticədə iddiaçı üçün çoxlu iş vaxtı itirilməsinə səbəb olub. Həmçinin məhkəmə nəzərə almalıdır ki, Cavabdeh1 iddiaçılara qarşı irəli sürdüyü "istifadədə olan torpaqla bağlı maneələrin aradan qaldırılması tələbi barədə" iddia ərizəsi əsasında icraatı başlanan mülki işə Xəzər Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında Cavabdeh1 hazırki iddianı irəli sürmək üçün iddiaçı ola bilməyəcəyi, əsl iddiaçı Cavabdeh3 ilə əvəz edilməsi təklif edilsə də, o, məqsədyönlü şəkildə əsl iddiaçı ilə əvəz edilməsinə etiraz etdiyi üçün məhkəmə onun vicdansız şəkildə irəli sürmüş olduğu bu iddiası əsasında mülki işə baxılmalı olub.Ona görə də, hesab edir ki, iş vaxtının itirilməsinə görə nəqliyyat və digər xərcləri də ümumi nəzərə alaraq, Cavabdeh1 tərəfindən iddiaçılara vurulmuş ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pul tutulmasını ağlabatandır. Beləliklə, iddiaçıya vurduğu maddi ziyana görə Cavabdeh1 iddiaçının xeyrinə ümumilikdə 10.000 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddiaçıların adına olan torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra, sahələr bitişik olduğu üçün iddiaçılar oraya uzunluğu 65 metr, hündürlüyü 12 daş olan mişar daşından ümumi hasar çəkilib. Hasarın çəkilməsinə dəyəri 828 manat olan 2.180 ədəd daş, dəyəri 120 manat olan 2 maşın qum, dəyəri 216 manat olan 36 kisə sement, hörgü işləri üçün 810 manat, himin qoyulması üçün 325 manat ustalara zəhmət haqqı ödənilməklə, ümumilikdə 2.299 manat vəsait xərclənib.Torpaq sahəsinin iddiaçıların istifadəsində olmasına baxmayaraq, cavatdehlər tərəfindən torpaq sahəsi özbaşına zəbt edilib və həmin torpaq sahəsinin üzərində inşa olunan daş hasar sökdürülüb. Belə ki, hasarın iddiaçılardan birinə aid hissəsi Cavabdeh3, digərinə aid hissəsi isə Cavabdeh1 tərəfindən sökülüb.İddiaçılar yenidən torpaq sahəsi üzərində daş hasar çəkdirdi. Bu məqsədlə uzunluğu 65 metr, hündürlüyü 12 daş olan mişar daşından yenidən hasarın çəkilməsinə dəyəri 120 manat olan 2 maşın qum, dəyəri 216 manat olan 36 kisə sement, hörgü işləri üçün 810 manat, himin qoyulması üçün 325 manat ustalara zəhmət haqqı ödənilməklə, ümumilikdə 1.471 manat vəsait xərclənib. Hasarın iddiaçılara aid hissəsinin üzərinə Cavabdeh1 öz telefon nömrəsini yazaraq torpağın satıldığını qeyd edib. İddiaçı bir dəfə bu yazını pozdursa da yenə nömrəsini yazıb. Cavabdehlər belə əməlləri ilə iddiaçının bütün əsəblərini pozub, xəstəlik tapmasına səbəb olub. İkinci dəfə hasarı çəkdirib bərpa etməsinə baxmayaraq yenə həmin hasarı qeyri-qanuni sökdürüblər. İkinci dəfə hasarın Nigar xanıma aid hissəsi Cavabdeh2, Tahirə aid hissəsi isə onun oğlu Cavabdeh4 tərəfindən sökdürüldüyünün qonşular şahidi olublar.Bununla bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq, mübahisənin mülki xarakterli olması ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə olunub.Cavabdehlər tərəfindən hasarın qanunsuz olaraq iki dəfə sökülməsi səbəbindən və torpaq sahəsindən öz iradələrinə uyğun istədikləri kimi istifadə etmək hüquqları məhdudlaşdırmaqla, nəticədə onlara maddi və mənəvi ziyan vurublar. Hasarın tikilməsini və sökülməsini təsdiq edən fotoşəkillər iddia ərizəsinə əlavə edilir.Beləliklə, cavabdehlər tərəfindən iddiaçılara 3.770 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan vurulub. Eyni zamanda, hesab edir ki, cavabdehlərin qanunsuz əməlləri və irəli sürdüyü vicdansızcasına iddiaları nəticəsində iddiaçı Nümayəndə mənəvi ziyan vurulub,o, fiziki və mənəvi sarsıntılar keçirdib, Nümayəndə beyin qan damarlarının patlaması və təzyiqlə bağlı yaranan xəstəlik nəticəsində özünü güclə idarə edir, hazırda da səhhəti qeyri-sabitdir, bunlar cavabdehin qəsdən yol verdiyi qanunsuz hərəkətlər nəticəsində baş verib, cavabdehlərin qanunsuz hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri aşkardır.İddiaçıya dəymiş mənəvi ziyanın ölçüsü yoxdur. Lakin mənəvi ziyanın konkret miqdarını qeyd etməli olduğuqlarından və vurulmuş maddi ziyanın həcmini, habelə Cavabdeh1 iddiaçıya qarşı haqsız irəli sürdüyü mənəvi ziyan tələbində 20.000 manat tələb etməsini nəzərə alaraq, hesab edir ki, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 20.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qeyd etdiyikləri dəlillərlə Cavabdeh1 haqsız olduğunu bilə-bilə iddiaçıya qarşı uydurma və yalan dəlillərlə vicdansız iddialar irəli sürməsi və məhkəmələrə saxta sübutlar təqdim elməklə məhkəmələri yanıltmağa çalışması təsdiq olunur. Hesab edir ki, Cavabdeh1 əməllərində cinayətin əlamətləri mövcud olduğundan məhkəmə tərəfindən onun barəsində xüsusi qərardad çıxarılmalı və bu əməllərinə hüquq qiymət verilməsi üçün prokurorluq orqanına məlumat verilməlidir.Beləliklə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduuğu üçün təmin edilməli, Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manat, digər cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 3.370 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərin barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir.Qeyd olunanlara əsasən vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manat Cavabdeh1 NümayəndəSüleyman oğluna ödənilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 3.370 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıların xeyrinə tutlması barədə qətnamə,cavabdehlər tərəfindən saxta sübutlar təqdim edilməklə məhkəmələri yanıltmağa çalışdıqları üçün cavabdehlərin əməllərində Azərbaycan Respublikası CM-nin 178,188.4.1 və 294.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri olduğundan onların barəsində xüsusi qərardad qəbul edilməsini xahiş edir. İddiaçı Nümayəndə da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X4 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddianın əsassız olduğunu hesab edir.Artıq iki ilə yaxındır ki,bu proses davam edir.Lakin iddiaçılar hər hansı bir sübut təqdim etməmişlər.Bu gün keçirilən iclasda yeni sübutlar təqdim edəcəkləri barədə vəsatət verirlər.Halbuki,yeni qanunvericiliyə görə onlar artıq yeni sübutlar barədə vəsatət verə bilməzlər.İddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki,Cavabdeh1 Nümayəndə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5017/17 saylı iş üzrə qəbul etdiyi 20 iyun 2017-ci il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş, Nümayəndə vurulmuş maddi ziyana görə 4940 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 xeyrinə tutulması qət edilmiş, həmin iş üzrə Nümayəndə verdiyi apaellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarı ilə təmin olunmamışdır. İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma,torpaq sahəsinin qaytarılması maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.Həmin işə baxılarkən Cavabdeh3 Nümayəndə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia vermişdir. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-918/2015 saylı iş iş üzrə qəbul etdiyi 19 fevral 2015-ci il tarixli qətnamə ilə həm ilk iddia,həm də qarşılıqlı iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnamə ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-918/2015 saylı iş iş üzrə qəbul etdiyi 19 fevral 2015-ci il tarixli qətnamədəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi mübahisələndirilən ilkin iddia üzrə ləğv olunmuş,iş həmin hissədə baxılması üçün yenidən apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnamə ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-918/2015 saylı iş iş üzrə qəbul etdiyi 19 fevral 2015-ci il tarixli qətnaməsi qismən,yəni Nümayəndə Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma,torpaq sahəsinin qaytarılmasının təmin olunmamsı hissəsində ləğv edilmiş,həmin hissədə iddia təmin edilmiş,cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması,həmin torpaq sahəsinin iddiaçıya verilməsi,qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi,tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar uzun illərdir ki,məhkəmə çəkişmələri davam edir.Həmin işlərə baxılarkən sübut olunmuşdur ki,hazırkı iş üzrə iddiaçı Nümayəndə hazırkı iş üzrə Cavabdeh1 maddi ziyan vurmuşdur.Hazırkı iş üzrə iddiaçı Nümayəndə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi,eləcə də Cavabdeh2 və Cavabdeh3 Nümayəndə qarşı eyni məzmunlu tələbləri işə baxan məhkəmələr tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.Hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.İddiaçının və onun nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatları iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.Bundan başqa,iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi üzrə,eləcə də Cavabdeh1 Nümayəndə qarşı maddi ziyanın tələb olunması barədə tələbinin qismən təmin olunması barədə məhkəmə qərarları mövcuddur.Ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması hissəsində də tələb əsassızdır. Belə ki,işdə olan sübutlardan görünür ki,cinayət işinin başlanması tələbi ilə tərəflərin birinin digərinə qarşı etdiyi müraciətlər cinayət təqibini həyata keçirən orqanlar tərəfindən rədd olunmuşdur. İddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi,cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması tələbinə dair iddiaları təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar