Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3338/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı olan “mənzildən istifadə hüququna xitam verilməsi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi”nə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 58, mənzil 53-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddiaçı Bakı şəhəri 29 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehlərin qeydiyyatda olduqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 58 mənzil 53-ü satın almışdır. Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik hüquqi şəxs tərəfindən ona xx.xx.2023-cü ildə çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcılar xx.xx.2023-cü il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Lakin buna baxmayaraq cavabdeh qismində qeyd olunan şəxslər müqavilədə nəzərdə tutulan vaxtın tamam olmasına baxmayaraq qeydiyyatdan çıxmamışlar. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə ərizə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
5. Belə ki, ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 58, 53 nömrəli mənzili Bank "xxxx" ASC-dən satın almışdır. Qeyd edilən alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı Bank "xxxx" ASC xx.xx.2023cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-170/20 saylı 08.10.20-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə Bank "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq tələb ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 58, 53 nömrəli mənzilə yönəldilmiş və həmin qətnamə ilə cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
7. Mülki prossesual qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
8. Məhkəmə qeyd edir ki, Nizami rayonu, Q.Qarayev prospekti ev 58, 53 nömrəli mənzilin Bank "xxxx" ASC tərəfindən əvəzli özgəninkiləşdirilməsi nəticəsində həmin əmlaka mülkiyyət hüququ İddiaçı keçdiyindən, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-170/20 saylı 08.10.20-ci il tarixli qətnaməsinin icrasını tələb etmək hüququ da hazırkı iddia tələbi üzrə iddiaçıya keçmişdir.
9. Mülki qanunvericiliyə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.
10. Məhkəmə hesab edir ki, mülki prossesual qanunvericiliyin tələbinə riayət edilmədiyi üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı olan “mənzildən istifadə hüququna xitam verilməsi”nə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
11. Həmçinin qeyd hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 301357727, qəbz nömrəsi: 16510, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi : **********, terminal nömrəsi: K0114014, tarix: xx.xx.2023, saat: 08:49) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
Nəticə :
12. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı olan “mənzildən istifadə hüququna xitam verilməsi”nə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 301357727, qəbz nömrəsi: 16510, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi : **********, terminal nömrəsi: K0114014, tarix: xx.xx.2023, saat: 08:49) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva