Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-336/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X16 Mirzəyevin sədrliyi, X5 Qurbanovun katibliyi, İddiaçı X11, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X18 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X18 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyi Alipour Yavar ilə Cavabdeh1 MMC arasında 31 may 2008-ci il tarixdə 592 saylı '‘Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında Müqavilə” bağlanıb. Müqavilənin şərtlərinə əsasən, “İdeal-İ İnşaat" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa edilən 9 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində, 2 otaqlı, 303 saylı, sahəsi 102,3 kv.m. olan mənzilin müqavilənin sifarişçisi olaraq iddiaçıya təhvil verilməsi, o, da öz növbəsində iddiaçının sifarişi ilə tikilən mənzilin haqqını ödəyərək qəbul etməyi öhdəsinə götürüb. Müqavilə ilə mənzilin dəyəri bir kvadrat metr üçün 913 manat olmaqla cəmi 93400 manata razılaşdırılmışdır. Eyni zamanda, müqavilənin qiymətinin dəyişməz olaraq qaldığı da şərtləndirilib. Lakin, "xxxx" MMC tərəfindən iddiaçıya satılan mənzil təkrar olaraq başqa şəxsə satıldığı müəyyən edildiyindən, əvəzində sadəcə mərtəbəsi ayrı olan eyni ölçülü və eyni parametrli mənzil veriləcəyi bildirilib.Cavabdeh təşkilatla 22 iyun 2016-cı il tarixində əvvəlcə 2189 saylı, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” imzalanıb və elə eyni gündə 5 saylı ASAN Xidmət mərkəzinin notariat kontorunda 3M-288 reyestr nömrəli “Razılaşma sazişi” imzalanıb. İddiaçı birinci müqavilə şərtləri üzrə ödəməli olduğu məbləğin ödənilməmiş olan hissəsini-28205 manatı elə həmin tarixdə ödəyib həmin məbləğə dair qəbzi alıb. Ödəmə yekunlaşdığına görə, Cavabdeh1 MMC tərəfindən həmin tarixdə iddiaçıya müqavilə öhdəlikləri üzrə borcun olmadığını təsdiq edən maliyyə arayışı da verilib."Razılaşma sazişi”nə əsasən, tərəfər, 22 iyun 2016-cı il tarixdə bağlanan “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əvvəllər, yəni 31 may 2008-ci il tarixdə bağlanan “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqınd müqavilə”nin hüquqi nəticəsi olduğunu qəbul edib. Saziş lirə “Podratçı” adlandırılan mülki iş üzrə Cavabdeh1 MMC birinci müqavilədə nəzərdə tutulan şərtlərin 13-cü mərtəbədə yerləşən 303 nömrəli mənzilin yerinə, 7-ci mərtəbədə yerləşən 291 saylı mənzili təhvil verməyi öhdəsinə götürüb. Bundan əlavə, “Podratçı” məhkəmə mübahisəsindən, üçüncü şəxslərin hüquq və iddialarından azad mənzili “sifarişçiyə” təqdim etməyi öz öhdəsinə götürüb. Lakin 291 saylı mənzilin X1 müəyyən edilib, bununla bağlı məhkəmə mübahisəsi olub, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə 291 saylı mənzilə onun mülkiyyət hüquqları tanınıb. Daha sonra Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanan 31 may 2008-ci il tarixli 592 saylı müqavilə üzrə iddiaçıya verilməli olan 303 saylı mənzillə bağlı iddiaçı, mənzilin satılmış olduğu şəxsə X9 qarşı məhkəmədə iddia qaldırıb, mənzilə dair iddiaçının sahiblik və istifadə hüququnun tanınması, mülki iş üzrə "xxxx" MMC ilə X12 arasında bağlanmış olan 09 yanvar 2016-cı il tarixli 2018 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin ləğv edilməsi, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququmun maneəsiz həyata keçirilməsi üçün mübahisəli mənzilin boşaldılaraq iddiaçıya təhvil yeriməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilməmiş, X6 iddia tələbləri qismən təmin edilərək mənzilə onun istifadə və sahiblik hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib. Xətai rayon Məhkəməsinin qeyd edilən qətnaməsi daha sonra yuxarı instansiya məhkəmələrinin qərarları ilə qüvvədə saxlanılıb. Bundan sonra cavabdchlərdən Cavabdeh1 MMC-nin təsisçisi və direktoru olan Cavabdeh3 və Cavabdeh4 barəsində mənzillərin bir neçə nəfərə satılması və sair əməllərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair məhkəmənin hökmü çıxarılıb.Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə cavabdehlərdən Cavabdeh3 qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, Cavabdeh4 qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, zərərçəkmiş kimi dəyən maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları Yavar Alipura izah edilib.Bakı Apellyasiva Məhkəməsinin 1(103)-930 saylı,xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı,xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən, apellyasiva şikayətləri təmin edilmədən saxlanılması qərara alınıb. Məhkəmə qərarından kassasiya qaydasında şikayət verilsə də sonradan kassasiya şikayətinin geri götürüldüyü haqda məlumat var.İddiaçı mənzili əldə edərkən sərfəli bir yatırım etməklə gələcəkdə həmin əmlakdan gəlir əldə edəcəyini düşünürdü. Lakin iddiaçı 2008-ci ildən bəri çıxılmaz bir vəziyyətlə üzləşib. Bu illər ərzində nə əmlakı, nə də ona yatırdığı pulu qaytara bilməyib.Üstəlik əmlakını almaq üçün müraciət etdiyi sonsuz məhkəmə mübahisələrində vaxtı, vəsaiti ilə yanaşı enerjisini, əsəblərini də itirmiş olub. Baxmayaraq ki, iddiaçı vaxtılə ödədiyi vəsaitin dəyəri dəfələrlə düşüb, hazırda məcbur qalaraq mənzilə görə ödədiyi məbləğin qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.Cavabdehlərin öz öhdəliklərini lazımi şəkildə icra etməməsi nəticəsində iddiaçı öz əmlakından məhrum olub. Hesab edir ki, mənzilə görə ödəmiş olduğu 93400 manat pul məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçı tərəfdən Cavabdeh1 MMC-yə xx.xx.2015-ci il tarixli müqavilə əsasında sayğaclara görə ödənilən 1000 pul vəsaitinin də ödənilməsini tələb edir. Cavabdehlər mənzilə görə vəsaiti ödəməyə başladığı müddətdən, yəni 2008-ci ildən iddiaçının vəsaitini qanunsuz saxlamaqla ona külli miqdarda maddi ziyan vurub. Onu da qeyd etmək istəyir ki, iddiaçı mənzilə görə pulları ödədiyi zaman ABŞ dolları ilə ödəyib. Ödədiyi zaman dolların mövcud olmuş məzənnəsi ilə hazırki məzənnəsində ən azı iki dəfə fərq yaranıb.Cavabdehlər uzun illər ərzində iddiaçının pulundan istifadə edərək ondan faydalanıb, iddiaçıya isə yalançı vədlər veriblər. Bu illər ərzində ididaçıya dəyən maddi ziyanı mülki qanunvericilikdə nəzərdə tutulan minimum 5% olmaqla aşağıdakı kimi qiymətİəndirir.2009-cu ildə alınmış 83.010 manatı 14 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 4150,5 x 14 il =58.107 manat; 2015-ci ildə alınmış 1000 manatı 7 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 50 manat x 7 il=350 manat;2016cı ildə alınmış 28.205 manatı 6 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 1410.9 x 6 il = 8461.5 manat,cəmi 66918,5 manat.Cavabdehlər tərəfindən aldadılaraq pul vəsaitindən və əmlakından məhrum olmağı, ödədiyi məbləğ qarşılığında nə əmlak və məbləğini ala bilməməyi, bununla bağlı sonsuz məhkəmə çəkişmələrinə sürüklənmiş olmağı iddiaçıda insanlara qarşı sonsuz inamsızlıq hissi yaradıb, mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olub. Cavabdehlərin əməlləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması faktı danılmazdır və o, dəymiş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyanın tutulması ilə yanaşı həm də dəymiş mənəvi zərər ödənilməlidir.Hesab edir ki, müqavilənin cavabdeh “The Bakı Group LTD" MMC ilə bağlanmadığına baxmayaraq dəymiş ziyanla bağlı tələb etdikləri məbləğ "xxxx" MMC-dən də tutulmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 92/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilib ki, "xxxx" MMC ilə digər cavabdeh “The Bakı Group LTD" MMC arasında bağlanan podrat müqaviləsinin şərtlərinə əsasən tikilən binanın ümumi sahəsinin 75%-i Cavabdeh1 MMC-yə, 25%-i isə "xxxx"-yə məxsus olub. Cinayət işi üzrə qəbul edilən hökmlə o da təsdiqlənib ki, iddiaçıya satılan 303 nömrəli mənzil "xxxx" MMC-nin payına düşən mənzil olub, həmin mənzili 2008-ci ildə iddiaçıya “The Bakı Group LTD" satıb. Həmçinin, sonradan iddiaçıya satılan 291 nömrəli mənzil də “The Bakı Group LTD" MMC-yə məxsus olan mənzillərdən olub. Baxmayaraq ki, mənzilin dəyəri cavabdehlərdən “İdeal-İ İnşaat" MMC-yə ödənilib, "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən hər iki mənzil iddiaçıya satılarkən onların razılığının alındığı təsdiq edilib. Buna görə do hesab edir ki, tələb etdiyi məbləğ digər cavabdehlərlə müştərək olaraq “The Bakı Group LTD" MMC-dən də tutulmalıdır. Qeyd olunanlara əsasən Yavar Alipour tərəfindən müqavilələr üzrə ödədiyi 94400 manat vəsaitin, 66918.5 manat dəymiş maddi ziyanın,50000 manat dəymiş mənəvi ziyanın, vəkil xidmətlərinə görə 111 manat vəsaitin,ümumilikdə 211.429.5 manat pulun və 501.43 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2-dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı X10 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Alipour Yavar Abolfat da eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsələr də məhkəməyə gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh1 MMC ilə X21 arasında bağlanmış 592 saylı,31 may 2008-ci il tarixli müqavilədən görünür ki, şirkət Xətai rayonu,Xocalı prospektində inşa etdiyi 9 saylı çoxmənzilli binanın 13-cü mərtəbəsində 2 otaqlı, 102.3 kv.m yaşayış sahəsi olan 303 saylı mənzili X19 vermək,sonuncu isə mənzilin dəyəri olan 93400 manatı şirkətə ödəmək barədə öhdəliklər götürmüşlər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən “sifarişçi” ödənişli mənzilin ödənilməyən məbləğinin 10 iyun 2008-ci ildə 3500 manat hissəsini,5 ay ərzində isə hər ay 8300 manat, bir ay isə 10390 manat hissəsini hər ayın 10-da ödəməlidir. Tərəflər arasında bağlanmış 22 iyun 2016-cı il tarixli razılaşma sazişinin məzmunundan görünür ki, “podratçı”( Cavabdeh1 MMC) 592 saylı,31 may 2008-ci il tarixli müqavilə ilə nəzərdə tutulan 9 saylı çoxmənzilli binanın 13-cü mərtəbəsində 2 otaqlı, 102.3 kv.m yaşayış sahəsi olan 303 saylı mənzilin əvəzində heç bir əlavə ödəniş olunmadan həmin binanın 7-ci mərtəbəsində yerləşən 102.3 kv.m yaşayış sahəsi olan 2 otaqlı, 291 saylı mənzil “sifarişçiyə” təhvil vermək barədə öhdəlik götürmüşdür. Cavabdeh1 MMC-nin 22 dekabr 2015-ci il tarixli 44 saylı əmrinin məzmunundan görünür ki,həmin tarixə qədər X21 mənzilin dəyəri olan 93400 manat pulun 65195 manat hissəsini ödəmiş,28205 manat qalıq borcu qalmışdır. Cavabdeh1 MMC-nin 22.06.201-cı il tarixli arayışının məzmunundan görünür ki,X21 9cu binanın 7-ci mərtəbəsində yerləşən 102.3 kv.m yaşayış sahəsi olan 2 otaqlı,291 saylı mənzilin dəyərini tam olaraq ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,iddiaçə dövlət rüsumuna görə 501.43 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,iddiaçı hüquqi xidmətə görə vəkilə 111 manat ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmdən görünür ki, Cavabdeh3 qabaqcadan əlbir olduğu Cavabdeh4 ilə bir qrup şəxs halında ,qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, ağır nəticələrə səbəb olan mühim zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş,habelə vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişlər. Belə ki o, təkrarən qulluq mövqeyindən istifadə etməklə Cavabdeh4 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, eyni niyyətlə qeyd olunan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 102.3 kv.m. olan 303 nömrəli mənzili Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2008tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 592 №-li müqavilə ilə mənzilin dəyərinin 6,2 faizi ilkin, qalan hissəsinin 24 ay müddətində ödənilmək şərti ümumilikdə 93400 manata X15 satmağa razılaşaraq, alıcı tərəfindən nəzərdə tutulan öhdəlik qismən, yəni 2008-ci ilin iyun ayından 2008-ci dekabr ayına kimi olan müddətdə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisində ona cəmi 65195 manat ödəniş edildiyinə qörə xx.xx.2008-ci il tarixli 592 №-li müqavilənin 9.1.1 və 9.1.3-cü bəndlərində nəzərdə tutulmuş “sifarişçi” tikinti işlərinin ödəmə haqqını vaxtında ödəmədiyi halda müqaviləyə xitam verməklə, satışdan əldə olunan pulu ilkin alıcıya qaytarmalı olduğu halda,müqqaviləni bir tərəfli qaydada xitam etməklə həmin mənzili xx.xx.2016-cı il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 2018 №-li müqavilə ilə X7 92070 manata sataraq Yavar Alipourdan aldığı 65195 manat məbləğində pulu qaytarmadığına görə sonuncunun şikayət etməsinə səbəb olmuş,nəticədə şikayətin qarşısını almaq üçün xx.xx.2016-cı il tarixdə Cəmiyyətin qeyd olunan ünvanında yerləşən ofisində ondan əlavə 28205 manat pulu alıb 303 nömrəli mənzilin əvəzi olaraq X2 məxsus olan, binanın 9-cu giriş, 7-ci mərtəbə, ümuni sahəsi 102.3 kv.m. olan 291 nömrəli mənzili X15 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri- xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi saqında 2189 №-li müqaviləni, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının tərtibi olunub, imza və möhürlə təsdiq olunmasını təşkil edərək Cavabdeh4 vasitəsi ilə Yavar Alipoura verib təkrarən vəzifə saxtakarlığı törətmiş, sonuncuya məxsus 93400 manat təşkil edən külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmin hökmə əsasən Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.3.2,308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək hər biri ümumilikdə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Hökmün nəticə hissəsində X17 və digər zərərçəkmişlərə dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Eyni zamanda zərərçəkmiş kimi tanınan hüquqi şəxsCavabdeh2-nin mülki iddiası təmin olunmuş, təqsirləndirilən şəxslər Cavabdeh3 və X3 2.111.000 manat alınaraq Cavabdeh2yə verilməsi qət olunmuşdur Həmin hökmlə həm də müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC və Cavabdeh2 arasında 14 oktyabr 2004-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır.Həmin müqaviləni,Cavabdeh1 MMC tərəfindən Cavabdeh3, Cavabdeh2 MTK tərəfindən isə X8 imzalamışlar. Müqaviləyə əsasən “Sifarişçi” Cavabdeh2 özünə məxsus ünvan 2 ünvanda yerləşən 1.8 hektar torpaq sahəsini,ümumi 4.2 hektar torpaq sahəsini “Podratçı”- Cavabdeh1 MMCyə çoxmənzilli evlərin tikintisi və abadlq işlərinin aparılması məqsədi ilə vermişdir. Müqavilənin şərtlərinə görə əgər ümumi tikilən sahə 168000 kv.m-dən çox olarsa,onda “Podratçı”satışa yararlı olan sahənin 25%-ni “Sifarişçiyə”verir . Hökmdən məhkumların və zərərçəkmiş şəxsin verdikləri apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-930 saylı iş üzrə qəbul etdiyi 26 dekabr 2019-cu il tarixli qərarla apellyasiya şikayətləri təmin olunmamış,hökm dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan X18 oğlunun kasasiya şikayəti Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarxli qərarı ilə təmin olunmamışdır. Qeyd olunan məhkəmə qərarlarının məzmunundan, həmin işlər üzrə ifadə vermiş şəxslərin ifadələrindən görünür ki, X4 müqavilə əsasında ayrılmış mənzil binadakı payların 25%-nin sahibi “Sifarişçiyə”- Cavabdeh2-yə məxsus olan hissədə yerləşir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənnin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənnin 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə bir qrup şəxs halında,qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, ağır nəticələrə səbəb olan mühim zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş,habelə vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməklə X11 ümumilikdə 93400 manat pulunu mənimsəmişlər. Onlar hər ikisi Cavabdeh1 MMC-nin təsisçiləridir. İddiaçıya həmin məbləğdə ziyan dəyməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır və hazırda mübahisə predmeti deyil. Ziyanın həm Cavabdeh1 MMC və onun təsisçiləri Cavabdeh3 və Cavabdeh4 tərəfindən,eləcə də çöxmənzilli binanın tikintisində 25% paya sahib olan Cavabdeh2 tərəfindən vurulması da iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa cavabdehlər 2009-cu ildə pulun 65195.75 manatı hissəsini, 2016-cı ildə isə 28.205 manat hissəsini alaraq bu vaxta qədər qaytarmamaqla iddiaçıya əldən çıxmış fayda qismində də ziyan vurmuşlar.Zərər aşağıdakı qaydada hesablanmalıdır: 2009-cu ildə alınmış 65195.75 14 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 3259.75 x 14 il =45635.8 manat, 2016-cı ildə alınmış 28.205 manatı 6 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 1410.9 x 6 il = 8461.5 manat, cəmi 54097.3 manat. İddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində sayğaca görə ödədiyi 1000 manat pulu tələb edəcəyini açıqlasa da tələb hissəsində həmin məbləği mübahisələndirməmişdir. 50000 manat mənəvi zərərin tələb olunması hissəsində iddiaya qiymət verərkən məhkəmə belə nəticəyə gəlir ki,iddiaçıya mənəvi zərərin dəyməsi işin mübahisə doğurmayan hallarından biridir.Belə ki,iddiaçının 2009-cu ildən başlayaraq dəfələrlə aldadılması,ona məxsus olan ödənilmiş 93400 manat pul məbləğinin müqabilində vəd edilən,köçüb yaşamaq istədiyi mənzilin verilməməsi və ya uzun illər ərzində ödədiyi məbləğin geri qaytarılmaması heç şübhəsiz onda mənəvi sarsıntılar,əsəb gərginliyi və digər neqativ halların yaranmasına səbəb olmuşdur.Məhkəmə bunun üçün əlavə sübutların tələb olunmasında zərurət görmür.Bunula yanaşı dəymiş mənəvi ziyanı 2000 manat dəyərində qiymətləndirir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Yavar Alipour tərəfindən müqavilələr üzrə ödədiyi 93400 manat vəsait, 54097.3.manat dəymiş maddi ziyan, 2000 manat dəymiş mənəvi ziyan,vəkil xidmətlərinə görə ödənilmiş 111 manat vəsait,ümumilikdə 149608.3 manat pul və 501.43 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MTK-dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı X11 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən, Cavabdeh2 MTK-dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada X11 xeyrinə müqavilələr üzrə ödədiyi 93400 manat vəsait, 54097.3.manat dəymiş maddi ziyan, 2000 manat dəymiş mənəvi ziyan,vəkil xidmətlərinə görə ödənilmiş 111 manat, ümumilikdə 149608.3 manat pul və 501.43 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-336/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-336/2023
10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver