Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-338/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2021-ci ilin yanvar ayı ərzində hissəhissə olmaqla ondan borca aldığı 13.000 manat pulun Elnurun təklifi ilə maqazinin yenidən təmir olunub qaydaya salınmasına görə xərclədiyi 1000 manat pulun, 2021-ci ilin fevral ayında Elnurun əvəzindən ödədiyi 1500 manat pulun və 10.04.2021-ci il tarixdə Elnurun avtomobilə vurduğu ziyana görə ödədiyi 2500 manat pulun, dövlət rüsumunun ödənilməsinə görə ödədiyi 159 manat pulun mənəvi ziyana görə 5000 manat pulun, cəmi 23.159 ( iyirmi üç min yüz əlli doqquz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 4-5 il olarki, dostu Məmmədin əmisi oğlu kimi tanımış və aralarında xoş münasibət olmuşdur. O, Cavabdeh telefon alqı-satqısı ilə məşğul olduğunu bilirdi, 2021-ci ilin yanvar ayının əvvəlində Cavabdeh ona "xxxx" ASC-dən lizinq yolu ilə AUDİ markalı avtomobil götürmək istədiyini, lakin onun adına VÖEN olmadığından avtomobili ona vermədiklərini, iddiaçıya onun adına VÖEN olduğu üçün avtomobili götürmək barədə lizinq müqaviləsini onun adına bağlamağı təklif etdiyini, özünün vaxtında ödənişləri edəcəyini və adına VÖEN açdıran kimi lizinq müqaviləsini öz adına dəyişdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və onlar səhərisi gün birlikdə "xxxx" ASC-yə getmişlər. Orada Cavabdeh "xxxx" ASC-nin əməkdaşları ilə görüşmüş və Nadı̇ rov Bəhruz Allahqulu oğlunun şəxsiyyət vəsiqəsini onlara təqdim edərək müqavilənin onunla bağlanacağını bildirmişdir. Həmin gün iddiaçı ona təqdim olunmuş sənədləri imzalamış, Cavabdeh təxminən 10-11 min manat ilkin ödəniş edərək AUDİ markalı avtomobili götürmüş və ona avtomobili idarə etmək üçün etibarnamə yazılmışdır. Elnur onu heç bir narahatlıq olmayacağına, onu heç kimin narahat etməyəcəyinə, onun tez bir vaxtda məsələni həll edəcəyinə və borcunu tam olaraq ödəyəcəyinə tam olaraq inandırdı və eləcə də ona telefon alqı-satqısında yaxşı pul olduğunu, müəyyən məbləğdə pul düzəldə bilsə onu Gənclik metrostansiyasının yaxınlığında yeni açdığı telefon alqı-satqı mağazasına şərik edə biləcəyini bildirdi. Onlar səhərisi gün Elnurla birlikdə onun açmaq istədiyi mağazaya getmişlər. Mağaza əvvəllər də telefon mağazası kimi fəaliyyət göstərmişdi, bunu mağazada qalmış bir neçə işlənmiş telefonun və telefon avadanlıqlarının qalması da subut edirdi. Elnur mağazanın yiyəsinin dövlət işinə keçdiyindən mağazanın fəaliyyətini dayandırdığını və buranı ona icarəyə verdiyini, mağazaya yeni telefonlar gətirmək üçün pul lazım olduğunu bildirmişdir. O, Elnura pul tapacağını bildirmiş və yanvar ayı ərzində qohum-tanışlardan 13.000 manat borca pul alaraq hissə-hissə Elnura vermişdir. Eləcə də Elnurun təklifi ilə mağazanın yenidən təmir olunub qaydaya salınmasına 1000 manat pul qoymuş, mağazanı açsalar da Elnur mağazaya bir neçə işlənmiş telefondan başqa hər hansı mal gətirməmiş, hər dəfə malı niyə gətirmədiyini deyəndə malın tezliklə gələcəyini demişdir. Elnurun bu cür hərəkətlərinə etiraz etdikdə o, iddiaçının pulunu qaytarıb özünə başqa şərik tapacağını bildirmiş və iddiaçı etiraz etməmiş, onun 13.000 manat Elnura verdiyi pulu və onun təklifi ilə mağazanın təmirinə qoyduğu 1000 manat pulu qaytarmasını tələb etmişdir. Bundan təxminən bir neçə gün sonra mağazanın yiyəsi mağazaya gələrək Elnurun ona pul ödəmədiyinə görə Elnuru mağazadan çıxardı və mağazanı boşaltdıraraq bağladı. O, Elnurdan pulunu tələb etdikdə Elnur ona 14.000-manat pulu bir neçə günə qaytaracağını bildirmişdir. 2021-ci ilin fevral ayında "xxxx" ASC-dən iddiaçıya zəng edərək lizinq müqaviləsi ilə onun adına götürülmüş AUDİ markalı avtomobilə görə ödəniş edilmədiyi bildirilmiş və bu barədə ona xəbərdarlıq edilmişdir. O, dərhal Elnura zəng edərək bu barədə ona məlumat vermiş, eləcə də öz pulunu istəmiş, Cavabdeh isə yenə ona narahat olmamağını uzağı 2 günə həm avtomobilə görə aylıq borcu, həm də onun pulunu ödəyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Nadı̇ rov Bəhruz Allahqulu oğlunu "xxxx" ASC-yə dəvət etdilər və orada avtomobilin yerini müəyyən etdilər və onlar birlikdə avtomobilin yanına gəlmiş, o, oradan Elnura zəng edərək avtomobilin yanında olduqlarını bildirmişdir. Elnur ora gəldi və xahiş etdi ki, avtomobili aparmasınlar bir neçə günə borclarını bağlayacaqdır, lakin "xxxx" ASC-nin nümayəndələri bildirdilər ki, bu gün müəyyən ödəniş edilməsə avtomobili aparacaqlar. Elnur ondan xahiş etdi ki, müəyyən məbləğdə pul taparaq ödəniş etsin ki, avtomobili aparmasınlar və onu inandırdı ki, bir neçə günə avtomobilə görə aylıq borcu, həm də onun pulunu və avtomobilin aylıq borcuna görə ödədiyi pulu ona ödəyəcəkdir. O, yenə də ona inanmış və yaxın tanışından borca 1500 manat pul götürərək Elnurun əvəzindən 1500 manat ödəniş etmişdir. Elnur bundan sonra bir neçə dəfə onun telefonuna cavab verərək hər dəfə tezliklə onun pullarını qaytaracağını və avtomobilin borclarını bağlayacağı barədə yalan vədlər vermiş, avtomobili isə gizlətmişdir. "xxxx" ASC-dən iddiaçıya dəfələrlə zəng edilərək pulu ödəməyi və ya avtomobili qaytarmağı tələb olunmuş, o hər dəfə onlara avtomobilin onda olmadığını, Elnurda olduğunu, gedib əlindən almalarını bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəlində yenə ona "xxxx" ASC-dən zəng edilmiş və ora gəlməyi istənilmişdir. O, ora getmiş və Elnur tərəfindən onun adına lizinq müqaviləsi əsasında götürülmüş AUDİ S6 markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil Elnurun əlindən alınaraq duracağa qoyulmuşdur, Elnura dəfələrlə zəng olunsa da telefon zənglərinə cavab verməmişdir. Nadı̇ rov Bəhruz Allahqulu oğluna bildirmişlər ki, Elnur avtomobilin rulavoy kalonkasını dağıtmış, güzgüsünü sındırmış, avtomobil bir neçə yerindən vurulmuş, avtomobil texniki müayinədək keçirilmiş və avtomobilin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün 5000 manat pul tələb olunmuşdur, o, buna etiraz edərək həmin avtomobilin Elnur tərəfindən adına götürüldüyünü və daima onun istifadəsində olduğunu, avtomobilin ilkin ödənişinin də Elnur tərəfindən ödənildiyini bildirmiş, lakin müqavilə iddiaçı ilə bağlanıldığından avtomobilə görə məsuliyyətdə onun üzərindədir. Nadı̇ rov Bəhruz Allahqulu oğlunun düşdüyü çətin vəziyyətə acıdılar və ona ziyanın yarısını ödəməsini və avtomobili təhvil verməsini təklif etmişdirlər. O, 10.04.2021-ci il tarixdə Elnurun avtomobilə vurduğu ziyana görə yenidən 2500 manat pul ödəmiş və "xxxx" ASC-nin direktorunun adına ərizə yazaraq lizinq müqaviləsinə xitam verilməsini və avtomobilin təhvil götürülməsini istəmişdir. Bundan sonra Elnur onun telefon zənglərinə cavab verməmiş və ondan gizlənmiş, o, məcburiyyət qarşısında qaldığından Cavabdeh Nizami rayon Polis İdarəsinə şikayət etmiş, Nizami RPİ-nin İŞ-də izahat vermiş Cavabdeh izahatında göstərmişdir ki, guya iddiaçı Cavabdeh biznes üçün ondan pul götürüb istifadə etməsini bildirmiş və onun şərtləri Cavabdeh qane etdiyindən ondan bir neçə dəfəyə olmaqla 23.000 manat pul alıb istifadə etmiş və həmin məbləğdən iddiaçıya 13.000 manat borcu qalmışdır. Həmin borcun əvəzinə iddiaçıya özünün idarə etdiyi, amma bankda iddiaçının adına sənədləşdirildiyi və ilkin olaraq Cavabdeh tərəfindən 13.000 manat ödəniş edilmiş AUDİ S6 markalı, 90-PN 051 dövlət nömrə nişanlı avtomobil təqdim edilmiş və yalnız Nadı̇ rov Bəhruz Allahqulu oğlundan aldığı 1000 manat pulu qaytarmadığını bildirmişdir. İzahatı alınmış X3 izahatında Nadı̇ rov Bəhruz Allahqulu oğlunun ərizədə göstərdiklərini təsdiq etmişdir. Göründüyü kimi Cavabdeh məsuliyyətdən yayınmaq üçün yalan izahat vermişdir. Belə ki Nadı̇ rov X1 Elnur Xanlar oğluna 23.000 manat deyil, 2021-ci ilin yanvar ayı ərzində qohum-tanışlardan 13.000 manat borca pul alaraq hissə-hissə vermiş, eləcə də Elnurun təklifi ilə maqazinin yenidən təmir olunub qaydaya salınmasına 1000 manat pul qoymuş, 2021-ci ilin fevral ayında yaxın tanışından 1500 manat borca pul götürərək Elnurun əvəzindən 1500 manat ödəniş etmiş və 10.04.2021-ci il tarixdə Elnurun avtomobilə vurduğu ziyana görə yenidən 2500 manat pul ödəmişdir. Cavabdeh ona borclu olduğu pulun əvəzinə hər hansı avtomobil verməyib, AUDİ S6 markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil Elnurun əlindən "xxxx" ASC- nin nümayəndələri tərəfindən alınmış və o, Elnurun avtomobilə vurduğu ziyana görə yenidən 2500 manat pul ödədikdən sonra və "xxxx" ASC-nin direktorunun adına ərizə yazaraq lizinq müqaviləsinə xitam verilməsini və avtomobilin təhvil götürülməsini istəmişdir. Cavabdeh ondan borc aldğı pulu ona geri qaytarmamaq üçün heç bir əsası olmayan bəhanələr, yalanlar uydurur. Məhkəmə iclasında iddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, Elnura şərikli telefon mağazası açmaq üçün 13000 manat, əlavə Azərcellə 400 manat və mağazanın işıqlandırılması üçün 600 manat pul verdiyini, Elnurun ona yalandan guya mağazanın sahibinə 20.000 manat verməsini dediyini, daha sonra ona heç bir manat da mağazanın sahibinə verməməsinin məlum olduğunu, Elnurgili sonradan mağazadan qovduqlarını, pandemiya vaxtı Elnurun bankdan avtomobil götürmək istədiyini, Elnurun VÖEN olmadığını, pandemiya vaxtı olduğu üçün VÖEN almaq çətin olduğundan, onun da VÖEN olduğundan Elnurun bankdan avtomobili onun adına aldığını, Elnurun tezliklə VÖEN alıb avtomobili öz adına keçirəcəyinə söz verdiyini, Elnurun avtomobili ilkin ödəniş 11000 ödəməklə götürdüyünü, avtomobilin aylıq ödənişinin 4700 manat olduğunu, onun adına bankda Elnurun avtomobillə bağlı 100.000 manat borc olduğunu, sonradan bankdan ona aylıq pulun ödənilməli olduğunu, onun banka getdiyini, sonra bankın Elnurun evlərinin qarşısından avtomobili tapdıqlarını, həmin vaxt Elnurun ödəniş üçün bankdan 10 gün vaxt aldığını, Sonra yenidən bankdan zəng etdiklərini, Elnurun da banka dəvət edildiyini və Elnurun bankda 2 gündən sonra aylıq ödənişi ödəyəcəyini, iki gün sonra Elnura yenə zəng çatmadığını, yoxa çıxdığını, Elnurdan avtomobili aldıqlarını bildirdi. O, həmçinin qeyd etdi ki, Elnur maşına 2500 manat vurmuşdu. Bahalı maşın idi və maşında cızıqlar var idi. Güzgü üçün ondan Audio servisdə 1500 manat istənmiş, ancaq o başqa yerdə 500 manata düzəltdirmişdir. Bununla bağlı ödəniş qəbzi var. O, 1500 manat rüsum ödəmişdir ki, adında borc qalmasın və maşını əllərindən almasınlar. Ona əgər maşından imtina etsə maşına dəyən ziyanı ödəməli olduğunu demişlər və o da maşına dəyən 2500 manatı da ödəyərək ümumi 4000 manat ödəmişdir. Elnur neçə vaxtdır ki, onun pulunu vermir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. O, əlavə olaraq bidirir ki, mən Bəhruzla pul haqq-hesabı var, Bəhruzdan sonuncu dəfə 13 000 manat pul götürmüşdür. Bəhruz bilirdi ki, o, telefon işi ilə məşğuldur. Bəhruz ona bir yerdə işləmələrini demişdir. O, Bəhruzdan 3000 manat almış və 3300 manat pul qaytarmalı idi. Yenə 10.000 manat Bəhruzdan almış, sonra həmin mağazada Bəhruz 1000 manat xərc çəkmişdir. Azərcell rəsmi diler mağazalarına hədəfi vuranda kvartalda satış limitini açanda 4500-5000 manat pul ödəyir. Sonra o, həmin mağaza hədəfi vura bilmədiyindən və həmin mağaza sərf etmədiyindən götürməmişdir. O, Shevralet markalı avtomobilinin olduğunu, əmisi oğlunun Bəhruzun avtomobil istəməsini dediyini, onun avtomobili 12000 manata dəyərindən ucuz qiymətə Bəhruza satdığını, əmisi oğlu Hacıyev Məmmədin ona internetdən 12 min ilkin ödənişlə avtomobil tapdığını, VÖEN olmadığı üçün avtomobili Bəhruzun adına aldıqlarını, pandemiya düşəndən sonra qiyməti ödəyə bilmədiyi üçün Bəhruzla əmisioğlunun maşını banka aparmaq istədiklərini, onun da Bəhruza maşını öz adına keçirməsini söylədiyini, Bəhruzun ondan 13000 manatı və 1700 manat ödəməyi istədiyini bildirdi. O, həmçinin qeyd etdi ki, əgər maşının onun adına olması Bəhruzu narahat edirdisə, 1500 manat pul verərdi avtomobili öz adına keçirt deyərdi. Bəhruzun maşın üçün nə qədər ödədiyindən xəbəri yoxdur. Maşının sağ güzgüsü zədələnmiş, maşının güzgüsünə 150 manat ziyan dəymişdir. Maşına 500 manatdan çox xərc çəkilməzdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri, Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsinin 01.07.2021-ci il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, ərizəçi vətəndaşa mülki mühakimə icratı qatdasında məhkəmə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. - 07.01.2021-ci il tarixli, M-227-2/20 saylı Öhdəliyin icrası ilə bağlı sazişdən görünür ki, Nadı̇ rov Bəhruz Allahqulu oğlunun 26.07.2019-cu il tarixli, M-227/19 saylı daxili lizinq müqaviləsi üzrə "xxxx" ASC-yə 07.01.2020-ci il tarixinə borcu 73 251.98 manat təşkil etmişdir. - Nadı̇ rov Bəhruz Allahqulu oğlu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 10.04.2021ci il tarixli ərizədən görünür ki, Nadı̇ rov Bəhruz Allahqulu oğlu AUDİ S6 markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin qrafik üzrə ödənişini bundan sonrakı tarixlərdə ödəyə bilməyəcəyi üçün aralarında bağlanmış 07.01.2021-ci il tarixli, M-227-2/21 saylı lizinq müqaviləsinə xitam verilməsini və avtomobili təhvil almalarını xahiş etmişdir. - 26.02.2021-ci il tarixli xəzinə mədaxil orderinin qəbzindən görünür ki, Nadı̇ rov Bəhruz Allahqulu oğlu "xxxx" ASC-yə 1500,00 manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Nadı̇ rov X1 Elnur Xanlar oğluna şərikli telefon mağazası açmaq üçün 13000 manat vermiş, əlavə Azərcellə 400 manat və mağazanın işıqlandırılması üçün 600 manat olmaqla 1000 manat xərc çəkmiş, "xxxx" ASC-yə adında borc qalmaması və maşını əllərindən almamalaı üçün 1500,00 manat ödəniş etmişdir. Həmçinin, Cavabdeh tərəfindən AUDİ S6 markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin güzgüsü zədələnmiş, maşında cızıqlar əmələ gəlmişdir. İddiaçı maşına vurulmuş ziyana görə 2500 manat xərc çəkməsini vildirsə də buna dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Cavabdeh maşının güzgüsunün sınmasını qəbul etmiş və ona görə 500 manatdan artıq xərc çəkilə bilməməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlunun iddia tələbinin “Cavabdeh 2021-ci ilin yanvar ayı ərzində hissə-hissə olmaqla ondan borca aldığı 13.000 manat pulun Elnurun təklifi ilə maqazinin yenidən təmir olunub qaydaya salınmasına görə xərclədiyi 1000 manat pulun, 2021-ci ilin fevral ayında Elnurun əvəzindən ödədiyi 1500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Bununla yanaşı, Cavabdeh məhkəmə iclasında iddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlunun ona 13.000 manat pul verdiyini, mağaza üçün 1000 manat xərc çəkdiyini etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işin materiallarında olan 26.02.2021-ci il tarixli xəzinə mədaxil orderinin qəbzindən görünür ki, Nadı̇ rov Bəhruz Allahqulu oğlu "xxxx" ASC-yə 1500,00 manat ödəniş etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, məhkəmə iclasında cavabdeh tərəfindən borcun etiraf edilməsinə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlara əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçıdan aldığı pulu və iddiaçının çəkdiyi xərci etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlunun iddia tələbinin “10.04.2021-ci il tarixdə Elnurun avtomobilə vurduğu ziyana görə ödədiyi 2500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, AUDİ S6 markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh idarə edən dövrdə avtomobilin güzgüsü zədələnmiş, maşında cızıqlar əmələ gəlmişdir. Məhkəmə iclasında Cavabdeh avtomobilin güzgüsünə 150 manat, ümumilikdə isə avtomobilə təxmini 500 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğlunun avtomobilə dəymiş ziyana görə ödədiyi yerdə qalan 2000 manata münasibətdə bildirir ki, iddiaçı 2000 manat məbləğində pulu tələb etməsinə baxmayaraq o, cavabdehin avtomobilə vurduğu ziyana görə 2000 manat məbləğində ödəniş etməsi ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə məhkəmə iclasında qeyd olunanlara əsasən hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək 10.04.2021-ci il tarixdə Cavabdeh avtomobilə vurduğu ziyana görə iddiaçının ödədiyi 500 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə” görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Nadı̇ rov Bəhruz Allahqulu oğluna ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh mənəvi zərərə görə 5000 manat tələb etməsinə baxmayaraq məhz cavabdehin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Nadı̇ rov Bəhruz Allahqulu tərəfindən dövlət rüsumuna görə ödənilmiş 159 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Nadı̇ rov Bəhruz Allahqulu oğlunun xeyrinə 16.159,00 (on altı min yüz əlli doqquz) manat vəsait tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 Nadı̇ rov Bəhruz Allahqulu oğlunun xeyrinə 16.159,00 (on altı min yüz əlli doqquz) manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-338/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-338/2022
21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver