Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3428/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı X4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 9,820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyanın, 5,000 (beş min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat pul vəsaitinin və ödənilmiş 134,46 (yüz otuz dörd manat qırx altı qəp) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYP İdarəsinin 23 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, İddiaçı məxsus “Audi A 7” markalı, 2012-ci il istehsalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında onun istifadəsindədir. 26 avqust 2025ci il tarixdə, saat 08:15-də Yeni Günəşli qəsəbəsində Cavabdeh1 MMC-nin 00283515 nömrəli yol vərəqəsi əsasında Cavabdeh2 idarə etdiyi “İsuzu NMR 71E” yük markalı, **- JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi “İsuzu NMR 71E” yük markalı, **-JE-*** dövlət nömrə nişanlı Cavabdeh1 MMCnin sürücüsü olan Cavabdeh2 tərəfindən törədilmişdir. O, yol hərəkəti qaydalarını pozaraq, idarə etdiyi nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxıb manevr etmiş və nəticədə onun idarəsində olan avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, nəqliyyat vasitəsinin zədələnməsi barədə 041532 nömrəli arayışa əsasən, nəqliyyat vasitəsinin qabaq kapotu, sağ qanadı, qabaq buferi və fənəri zədələnmiş, motorxana sıxılmış, sağ təkər yararsız, hala düşmüş, salon hissəsində isə 4 ədəd hava yastığı açılmış, həmçinin ön panel (şit) zədələnmişdir. Yolnəqliyyat hadisəsi ilə əlaqədar “İsuzu NMR 71E YÜK” markalı, **-JE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və o, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi istehsalı 2012-ci il olan, “AUDİ A7” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi “Veysəloğlu" MMC-yə məxsus “İsuzu NMR 71E” yük markalı, **-JE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsiri üzündən baş vermişdir. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Ona görə də “Veysəloğlu" MMC öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi vardır. 01 sentyabr 2025-ci il tarixində “Avtodoktor" MMC istifadəsində olan “Audi A7” markalı, 2012-ci il istehsalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş real ziyanı qiymətləndirmiş və bu barədə qüsur aktı tərtib olunmuş, nəticədə avtomobilə ümumilikdə 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Həmin məbləğin 5.000 (beş min) manatı “Atəşgah Sığorta" ASC tərəfindən ödənilmişdir. O, avtomobilə vurulmuş ziyanın qalan 9.820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində pulu cavabdehlərdən tələb etsə də, bu günədək ona vurulmuş ziyan ödənilməmişdir. Cavabdehin hərəkəti nəticəsində onun avtomobilinə dəymiş ziyan yalnız maddi itki yaratmamış, eyni zamanda onun gündəlik həyat keyfiyyəti və psixoloji vəziyyətinə də mənfi təsir göstərmişdir. Avtomobili gündəlik iş, şəxsi və sosial fəalivyətlərində vacib vasitə olduğundan, onun istifadəvə yararsız vəziyyətdə olması onun üçün əlavə stress, narahatlıq və emosional əziyyət yaratmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş mənəvi zərərin qarşılığı olaraq 5,000 (beş min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qiymətləndirmə rəyi ilə razıdır. Avtomobilə dəymiş ziyanın 5000 manat məbləği “Atəşgah Sığorta" ASC tərəfindən ödənilmişdir. Avtomobilin dəyəri 23000-25000 dollardan aşağı deyildir. Onun bir farası 2000 ABŞ dollarıdır, detalları Bakı şəhərində tapılmır, ona görə Dubay şəhərindən detallarını sifariş verirlər. Qarşı tərəflər maddi ziyanı ödəsə mənəvi zərər hissəsində nəzərə alarlar. Şirkət tərəfindən qəza üçün hər ay sürücülərdən pul tutulur, qəza olan vaxtı məbləği özləri ödəyirlər. Həmçinin 14 yaşlı nəvəsi də hadisə vaxtı avtomobildə olmuşdur. O, heç vaxt belə bir şey görməmiş, qorxmuşdur. Onu 2 ay müalicəyə aparıblar, ailə neçə aylarla avtomobilsiz qalıbdır. Avtomobildən həm oğlu, həm də özü istifadə edirdi. Oğlunun daimi iş yeri var idi, başqa avtomobilləri olmamışdır. Buna görə də oğlu işə ictimai nəqliyyat və taksi ilə gedirdi. Onlar məcbur olub nəvələrinin də dərsə, hazırlıqlara gedib-gəlməsi üçün avtomobil tutmuşlar. Həmçinin tərəflərindən 300 manat qiymətləndirmə üçün xərc ödənildiyindən həmin xərcin də cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, iddia tələbində və qiymətləndirmə rəyində qeyd olunan maddi zərər məbləğinin yüksək olmasını, mənəvi zərər hissəsində iddia tələbini qəbul etmədiyini, digər Cavabdeh1 MMC-nin iddia tələbinə aidiyyəti olmadığını, hadisə üzrə təkcə onun təqsirinin olmamasını, 14000 manat məbləği ödəyə bilməyəcəyini bildirərək əlavə olaraq qeyd etdi ki, avtomobil Cavabdeh1 MMC-dir, o da oranın işçisidir, şirkətdə mal çatdırıcı vəzifəsində işləyir, şirkətin avtomobili ilə obyektlərə mal çatdırır. Şirkət ilə əmək müqaviləsi bağlamışdır və iş vaxtı saat 08:00-dan başlayır, gün ərzində 8 saat işləyir, bəzən də işdən tez çıxdığı hallar da olur. Onun rəsmi əmək haqqısı 430 manatdır, bonusla birlikdə 550 manat olur. Hadisə 27 avqust 2025-ci il tarixində, saat 08:15 radələrində baş vermişdir. O, həmin vaxt mağazaya mal verməyə gedirdi. Şirkətin maşını təmir edilsə də, 50 manat şirkət ayda ondan pul tutur. Şirkət ondan çox pul tutacaq, sonra da onu məhkəməyə verəcəklər. Evlidir, 3 uşağı var. Əlavə gəlir yeri yoxdur və ailədə tək qazanc əldə edən odur. İddia tələbindəki maddi zərər məbləğinin hamısını birdəfəyə ödəyə bilməyəcəkdir, həmin məbləği hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini onlara aid hissədə qəbul etmədiklərini, qiymətləndiricinin rəyi ilə razı olmadıqlarını bildirərək iddia tələbinin onlara aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh2 onların işçisidir və sürücü hadisə vaxtı avtomobili yol vərəqəsinə əsasən idarə etmişdir. Onların yol vərəqələri həmin vaxt qüvvədə olmuşdur. Əmək müqaviləsində iş vaxtı saat 08:00-17:00 olaraq göstərilmişdir. Konstitusiya Məhkəməsinin 1108-1199-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Plenum qərarında məsuliyyəti yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinə qanuni sahiblik edən şəxs daşıyır, burada onların mülki məsuliyyəti yoxdur. Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olsa belə şəxs yol vərəqəsi ilə və ya qanuni əsasla nəqliyyat vasitəsinə sahiblik edir. Bundan əlavə mənəvi zərər hissə ilə bağlı bildirir ki, iddiaçı özü ona mənəvi ziyanın dəyməsi ilə bağlı sübut etməyə borcludur, mənəvi ziyan çəkilməsi ilə bağlı isə nə iddia ərizəsində nə iş materiallarında sübutlar yoxdur. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 08:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Cavabdeh1 MMC-nin 00283515 nömrəli yol vərəqəsi əsasında Cavabdeh2 idarə etdiyi “İsuzu NMR 71E” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı mülkiyyətində olan X2 idarə etdiyi “Audi A 7” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə ilə əlaqədar Suraxanı Rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində o, İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh2 tərəfindən inzibati qərar mübahisələndirilməmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə iş materiallarına əlavə edilmiş "xxxx" Texniki Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli, 03/A saylı qüsur aktına və Nəqliyyat Vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli Hesabata əsasən “Audi A 7” minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 14820 manat olaraq hesablanmışdır. İddiaçı tərəfindən “Atəşgah Sığorta" ASC-yə ünvanlanan müraciət ilə “Audi A 7” minik markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Atəşgah Sığorta" ASC-də icbari sığortalanmış avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərə görə 5000 manat sığorta məbləğinin ona məxsus "xxxx" ASC-nin hesabına köçürülməsinə razılığını bildirmişdir. Məhkəmə qərardadı əsasında mülki iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş, Mərkəzi Ekpertiza Bürosunun xx.xx.2026-cı il tarixli MEBm407-0126 saylı qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, ixtisaslaşmış avtonəqliyyat təmir mütəxəssislərindən alınmış akta əsasən avtomobilin təmirinə 14730 manat tələb olunması, 5 faiz köhnəlmə əmsalı tətbiq edildikdən sonra avtomobilə dəymiş zərərin məbləği (14730-5%) 139993,50 manat, yuvarlaq olaraq 14000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Həmin qərara əsasən, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ilk öncə qeyd edir ki, ümumiyyətlə zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olaraq əmək fəaliyyətini yerinə yetirən zaman MMC-nin qeydiyyat vasiqəsi ilə idarə etdiyi “İsuzu NMR 71E” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı mülkiyyətində olan və onun oğlu X4 tərəfindən idarə edilən “Audi A 7” minik markalı, **-ZV-*** dövlət nişanlı avtomobilə zərər vurmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Hazırda Cavabdeh1 MMC qeyd olunan hadisə ilə bağlı məsuliyyəti yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinə qanuni sahiblik edən şəxs daşıdığı üçün məsuliyyət daşımadığını əsas gətirərək iddia tələbinin onlara aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, qanunvericiliyə əsasən işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. Məhkəmə cavabdehlər Amil Şahverdiyevin və Cavabdeh1 MMC-nin nümayəndəsinin yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş zərərə görə cəmiyyətin məsuliyyət daşımalı olmaması dəlilləri ilə bağlı qeyd edir ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 MMC-nin işçisi olan və hadisə zamanı iş vaxtında əmək fəaliyyətini yerinə yetirən digər cavabdeh Amil Şahverdiyev tərəfindən cəmiyyətin malının qarşılıqlı fəaliyyət götərdiyi mağazaya təhvil verilməsi ilə əlaqədar mağazaya gedərkən cəmiyyətə məxsus və yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə iddiaçının avtomobilinə zərər vurmuşdur. Göründüyü kimi hadisə ilə bağlı MMC-nin təqsiri olmasa belə o, hazırki tələb üzrə təqsirsiz məsuliyyət daşıyır. Belə ki, işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Hansı ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin - işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi və mənəvi ziyan ilə bağlı həm işçi olaraq Cavabdeh2, həm də işəgötürən Cavabdeh1 MMC məsuliyyət daşımalıdır. Məhkəmə İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirərkən hesab edir ki, Mərkəzi Ekpertiza Bürosunun xx.xx.2026-cı il tarixli MEB-m407-0126 saylı qiymətləndirmə hesabatı nəzərə alınmalıdır. Belə ki, hesabatda onlar tərəfindən cəlb edilmiş mütəxəssislərin aktı ilə “Audi A 7” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 5 faiz köhnəlmə əmsalı tətbiq edildikdən sonra 14000 manat təşkil etdiyindən cavabdehlərdən “Atəşgah Sığorta" ASC tərəfindən iddiaçıya ödənilmiş 5000 manat sığorta məbləği nəzərə alınmaqla vurulmuş maddi zərərə görə 9000 manat məbləğdə vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbinin bu hissəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə ilk öncə qeyd edir ki, mənəvi zərər fiziki şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənəvi və (və ya) fiziki bütövlüyünü zədələyən sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı deyilərkən şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənfi emosiyalar (aciz vəziyyətə düşmə, utanma, məyus olma, qıcıqlanma, qəzəb, ruhi sıxıntı, nigarançılıq, ədalətsizlik və ya alçalma hissi, qorxu, uzun müddət davam edən qeyri-müəyyənlik və s.), mənəvi iztirab deyilərkən isə şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində fiziki (fiziki narahatçılıq, orqanların zədələnməsi və onlardan məhrum olma, xəstələnmə, ağrı və s.) və psixi əzab (stress, psixi xəstəlik, depressiya və s.) çəkməsi nəzərdə tutulur. Mənəvi zərərə görə kompensasiya- hüquqazidd əməl (hərəkət və hərəkətsizlik) nəticəsində meydana gələn mənəvi sarsıntı və iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq onun qanunla qorunan qeyrimaddi nemətlərinə cavabdehlərin hüquqazidd müdaxiləsi nəticəsində pozulmuş hüquqlarının qeyri-əmlak və əmlak xarakterli müdafiəsi vasitəsi olaraq 5000 manat mənəvi zərərun tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə mahiyyəti üzrə qiymət verərək bildirir ki, iddia tələbinin mənəvi zərər hisəssində tam təmin edilməsi ədadlətli olmaz. Belə ki, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd olunan meyarlar nəzərə alınmaqla müəyyən edilir. Mənəvi təzminatın hesablanması qaydası mürəkkəbdir, ağrı, əzab, fiziki narahatlıq, psixi sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər (Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarı). Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehlərdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların kompensasiya edilməsinə, bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən təzminatın həcmi müəyyən edilərkən göstərilən meyarlarla yanaşı, zərər vuranın qanunsuz hərəkətlərinə məcmu halında qiymət verilməli və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların ağırlığı, şəxsin fərdi xüsusiyyətləri ilə əlaqələndirilməli, həmçinin, işin faktiki halları, eləcə də ağlabatanlıq və vicdanlılığa dair tələblər, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi nəzərə alınmalıdır. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən, adi həyat tərzi və vətəndaşların ümumi gəlirlərə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Hazırda iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində və ailə üzvlərinin istifadəsində olan avtombilə dəymiş ziyan nəticəsində müəyyən müddət ərzində ictimai nəqliyyat vasitəsindən istifadə etdiklərini, nəvələrinin məktəbə aparılıb gətirilməsi üçün əlavə maşın tutduqlarını bildirərək avtomobil gündəlik iş, şəxsi və sosial fəaliyyətlərində vacib vasitə olduğu üçün yararsız vəziyyətdə olduğu müddət əlavə stress, narahatlıq və emosional əziyyət yaratdığı üçün mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd olunanlara əsasən iddiaçının çəkdiyi mənəvi iztirab və sarsıntı dərəcəsini, cavabdehlərdən tutulmalı olan məbləğin pozuntunun nəticələrinə uyğun olmalı olmasını, iddiaçının keçirdiyi fiziki və mənəvi sarsıntıların kompensasiya edilməsinə, bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət etməli olmasını, məbləğin ağlabatanlıq dərəcəsini, tərəflərin ümumi gəlirlərə nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 300 manat vəsait tutulmalı, iddia qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 9300 manat həcmində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 134,46 manat məbləğində dövlət rüsumundan 113 manat məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 11,46 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Həmçinin qiymətləndirmənin dəyəri olan və iş üzrə əvvəlki iddiaçı X4 tərəfindən qiymətləndirmə şirkətinə ödənilmiş 300 manat qiymətləndirmənin dəyəri olan vəsait də cavabdehlərdən tutularaq X3 ödənilməlidir Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı Vüqar oğlunun xeyrinə maddi ziyan qismində 9000 manat, mənəvi zərər qismində 300 manat vəsait və ödənilmiş 113 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. X4 tərəfindən ödənilmiş qiymətləndirmənin dəyəri olan 300 manat vəsaitin əvəzi cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq X3 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3428/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3428/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver