Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3520/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.12.2011-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X6” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1500 AZN (min beş yüz manat) sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğin Cavabdeh tutularaq iddiaçı “Atəşgah’ Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16.12.2011-ci il tarixində “X6” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “ Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyanı aradan qaldıraraq, “Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə X3 bank hesabına 1500 manat məbləğində ödəniş həyata keçirmişdir. Bütün bu anlarla bağlı Cavabdeh təqsirli əməlləri nəticəsində "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh “VAZ-21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yararsız hala salınması nəticəsində "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə dəymiş ziyanın əvəzi olaraq 1500 manat pulun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.10.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümçayəndəsi X2 izahatında bildirdi ki, Cavabdeh təqsirli əməlləri nəticəsində "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1500 manat məbləğində pulu “ Vaz- 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı aradan qaldırmaq üçün X3 bank hesabına köçürmüşdür. Eyni zamanda pretenziya məktubunda texniki səhv olaraq yalnız 1238 manat ödəniş olunması qeyd olunsa da, iş materiallarına kassa məxaric orderi ilə yanaşı 262 manat vəsaitin ödənilməsi barədə 24.02.2012-ci il tarixli ödəniş tapşırığı əlavə olunmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsini, 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh 24.09.2021-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının ona qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası əsassızdır. Hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət ötürülməklə qaldırılmışdır və bu səbəbdən iddia rədd edilməlidir. Ona görə də iddiaçının ona qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbi ilə bağlı idda müddətinin tədbiq edilməsini və idda tələbinin rədd edilməsini məhkəmədən xahiş edtmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatın dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 21 fevral 2012-ci il tarixli sığorta aktından görünür ki, 16.12.2011-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X6” markalı, **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs X4 məxsus Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.000 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan 01.12.2010-cu il tarixli sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 27.08.2011-ci il tarixdən 27.08.2013-cü il tarixədək "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası" şəhadətnamə ilə sığortalanmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 29 yanvar 2012ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində başlanmış cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 15.12.2011-ci il tarixli hadisə barədə raportdan görünür ki, hadisənin digər iştirakçısı yəni Cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. İş materiallarında olan 29.02.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 1238 manat ödəniş edilmişdir. İş materiallarında olan 24.02.2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 262 manat ödəniş edilmişdir. İş materiallarında olan 06.01.2012-i il tarixli zərər aktından görünür ki, X4 məxsus “Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.000 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan 05.07.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 16.12.2011-ci il tarixində “X8” markalı, 10-UB- 535 dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “VAZ- 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1238 manat məbləğində ödəniş həyata keçirilmişdir. Zərər məbləği, yəni 1238 manat məbləğində pulu qeyd edilən müddətdə (7 iş günü) ərzində şirkətə ödənilməlidir. "xxxx" Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcək və çəkilmiş bütün məhkəmə xərcləri cavabdehdən tutulacaqdır. İş materiallarında olan 02.08.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 16.12.2011-ci il tarixində “X6” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyanı aradan qaldıraraq, “ Vaz-21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə X3 bank hesabına 1500 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh təqsirli əməlləri nəticəsində "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “VAZ-21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə ödənilmiş 1500 manat və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ-21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə ödənilmiş 1500 manat və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3520/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3520/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver