Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3539/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə ödənilməli olan 2349,10 (iki min üç yüz qırx doqquz manat, 10 qəpik) manat məbləğin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28.02.2021-ci il tarixində Nizami rayonu, Q.Qarayev prospekti 102 C ünvanında yerləşən “İrşad Electronics" MMC-dən cavabdeh adına kredit götürülə bilmədiyi üçün "İphone 12 mini“ markalı mobil telefon alaraq ona vermişdir. Cavabdehlə aralarında olan razılığa əsasən, həmin telefon üçün ödənilməli olan kredit borcunu hər ay cavabdeh ödəməli idi. Lakin cavabdeh kredit ödənişi etməkdən boyun qaçırdığına görə "xxxx" MMC tərəfindən iddiaçıya zəng vurulmuş və borc məbləğinin ödənilməsi tələb edilmişdir. Həmin telefonun dəyəri aylıq kredit ödənişi 236 (iki yüz otuz altı) manat olmaqla ümumi 2821.10 (iki min səkkiz yüz iyirmi bir manat 10 qəpik) manat təşkil edirdi. Cavabdeh tərəfindən telefon götürüldükdən sonra bir neçə ay ödəniş etdikdən sonra ödənişdən tamamilə boyun qaçırmışdır. İddiaçı bu barədə ona dəfələrlə xəbərdarlıq etsə də ödəniş etməmişdir. Qeyd edilən borc məbləğinin çoxluğu ilə əlaqədar olaraq İddiaçı intihara cəhd etmiş və bu barədə Nizami rayon prokurorluğuna məlumat daxil olmuş, Nizami rayon prokurorunun köməkçisi Sənan Həsənov tərəfindən 14 may 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh telefonu aldığını etiraf etmiş və bildirmişdir ki. 25.02.2021-ci il tarixində Cavanşir Ayselə kreditə mobil telefon götürmək istədiyini, həmin kreditin Ayselin adına sənədləşdirilnəsini, kreditin aylıq ödənişini isə özü tərəfindən ödənəcəyini bildirmişdir. 28.02.2021-ci il tarixində "İrşad Electronics'' mobil telefon mağazasından Cavanşir üçün "İphone 12 mini" markalı mobil telefon və aksesuarlar götürülmüşdür. Həmin kreditdən təxminən 500 manat pul ödəmişdir. İş yeri olmadığından krediti ödəməyə çətinlik çəkmiş, həmin telefonu satıb, aldığı pulu atasının müalicəsinə xərclədiyini bildirmişdir. Çarəsiz qalaraq onun qeyri-qanuni hərəkətlərindən İddiaçı Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin tədqiqatçısı, polis baş leytenant Hüseyn Quliyev tərəlindən toplanmış material əsasında cinayət işinin başlanılmasının rədd edilməsi barədə 22 iyun 2021-ci il tarixində Qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı adına götürdüyü "İphone 12 mini" markalı mobil telefonu atasının müalicəsinə görə satdığını, imkanı olmadığına görə kredit borcunu ödəməyə əziyyət çəkdiyini, krediti hər ay vaxtı-vaxtında ödəyəcəyinə söz verdiyini bildirmişdir. Həmçinin qərarda o da göstərilmişdir ki. hazır ki materialın araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı öz adına mobil telefon götürməsini xahiş etmiş və sonuncu öz razılığına əsasən həmin telefonu öz adına götürərək Cavabdeh vermiş, o isə krediti ödəməkdən boyun qaçırmış telefonu atasının müalicəsi üçün satdığını və ödəniş edəcəyini bildirmişdir. Telefon alındığı gündən hal-hazıradək cavabdeh tərəfindən cəmi 472 (dörd yüz yetmiş iki) manat məbləğində kredit borcu ödənilmişdir. Yerdə qalan 2349,10 (iki min üç yüz qırx doqquz manat, 10 qəpik) manat vəsaiti isə cavabdeh ödəməkdən imtina edir. Belə ki, Nizami RPİnin 24-cü PŞ tərəlindən qəbul edilmiş Qərarın qəbul edilməsindən artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hələ də ödənişlər edilməmişdir. Bu hal isə iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Ona görə də məhkəməyə müraciət edərək qeyd edilən məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd elədi ki, cavabdeh onun adına telefon və aksesuarlar götürmüşdür. Cavabdeh ümumi borc 2821,10 manatdan cəmi 472 manat ödəmişdir. Həmin vəsaiti o ödəməli olduğundan cavabdehdən tutularaq ona verilməlidir. O, bildirdi ki, müqaviləyə əsasən telofonla yanaşı onun aksesuarları da verilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 fevral 2021-ci il tarixli müddətli alqısatqı müqaviləsindən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən İddiaçı ümumi dəyəri 2821.10 manat olan "İphone 12 mini" markalı telefon, aksessuarlar: 011367-19 manat, 011360 - 18 manat, SC4H10211FN4PK84AM – 69 manat, 30104\A1NC35505 - 169 manat satılmışdır. İddiaçı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - 02 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Nizami rayon prokurorluğunun 14 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarda qeyd edilmişdir ki, Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı adına götürdüyü "İphone 12 mini" markalı mobil telefonu atasının müalicəsinə görə satdığını, 500 manat ödəməsini, imkanı olmadığına görə kredit borcunu ödəməyə əziyyət çəkdiyini, krediti hər ay vaxtı vaxtında ödəyəcəyinə söz vermişdir. - Nizami RPİ-nin 24-cü PŞ-nin 22 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarda qeyd edilmişdir ki, Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı adına götürdüyü "İphone 12 mini" markalı mobil telefonu atasının müalicəsinə görə satdığını, imkanı olmadığına görə kredit borcunu ödəməyə əziyyət çəkdiyini, krediti hər ay vaxtı vaxtında ödəyəcəyinə söz verdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması ilə müəyyən olundu ki, 28.02.2021-ci il tarixində “İrşad Electronics" MMC-dən Cavabdeh adına kredit götürülə bilmədiyi üçün iddiaçı öz istəyi ilə "İphone 12 mini” markalı mobil telefon və aksessuarlarını alaraq cavabdehə vermişdir. Onların razılaşmasına görə 28.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənişləri cavabdeh ödəməyi öhdəsinə götürmüş, lakin buna əməl etməmiş nəticədə iddiaçının 28.04.2021-ci il tarixə həmin kredit əmlakı üzrə 2349,1 manat borcu yaranmışdır. Halbuki, cavabdeh qeyd olunan müqavilə üzrə borcunu tam icra etməməmklə iddiaçını ağır maddi vəziyyətə salmış onun götürdüyü əmlaka görə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Buna görə də iddiaçı tərəfindən 05.05.2021-ci il tarixdə, Bakı şəhəri, Nizami rayon Prokurorluğuna, 12.06.2021-ci il tarixdə isə Bakı şəhəri, Nizami rayon rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edilmişdir. Müraciət üzrə aparılmış araşdırılmalar zamanı Cavabdeh həqiqətən telofonu onun almasını, etiraf edərək 500 manat ödədikdən sonra atasının xəstəliyinə görə onu satmasını və borcunu ödəyəcəyini öhdəsinə götürmüş, lakin bundan sonra da borc vəsaitini ödəməmişdir. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mobil telefonun və aksesuarlarının iddiaçının adına, lakin onun üçün alınmasına baxmayaraq iddiaçının əvəzinə ödəyəcəyini öhdəsinə götürdüyü öhdəliyi, yəni borc məbləğini tam ödəməmiş buna görə də iddiaçının kreditor qarşısında 1349,1 manat borcu qalmışdır. Nəticədə cavabdeh iddiaçının xeyrinə əsassız olaraq varlanmışdır. Ona görə də həmin məbləği iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.02.2021-ci il tarixli müqavilə üzrə 2349,10 (iki min üç yüz qırx doqquz manat, 10 qəpik) manat məbləğin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2349,10 (iki min üç yüz qırx doqquz manat, 10 qəpik) manat məbləğin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3539/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3539/2021
13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver