Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3540/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun iştirakı ilə, İddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğlu Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə yol-nəqliyyat hadisəsi nəticəsində Mersedes markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün 3983 (üç min doqquz yüz səksən üç) manat, çəkdiyi əzablara və iztirablara görə mənəvi ziyanın əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul, cəmi 6 483 (altı min dörd yüz səksən üç) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20.03.2021-ci il tarixdə saat 02:30 radələrində Cavabdeh idarə etdiyi Hunday markalı, 99-1JZ-549 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə saatda 85km/saat sürətlə hərəkətdə olan zaman onunla əks istiqamətdə hərəkətdə olan naməlum avtomobillə toqquşmadan yayınmaq üçün avtomobilini sağa döndərmiş, yüksək sürətlə hərəkətdə olduğu üçün idarəetməni itirərək Ə. Vahid küçəsində yolun kənarında yerləşən “El Market” mağazasının qarşısında saxlanılmış “Ravon” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra onun yanında saxlanılmış Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun tam qanuni əsaslarla istifadəsində olan “Mersedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, daha sonra isə bir qədər qarşıda saxlanılmış “Mersedes” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub geriyə çevrilərək səkinin üzərində dayanmışdır. Toqquşmanın təsirindən “Ravon” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mersedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil “EL Market” mağazasına dəyərək mağazanın pəncərəsinin şüşələrini, gecə işıqlarını, mişar daşlarından olan üzlük örtüklərini sındırmış və Supermaks markalı kondisionerinin motorunu əzərək yararsız vəziyyətə salmışdır. Maşına dəymiş zərərlə bağlı müvafiq ziyan aktı vardır. Hadisə nəticəsində tam qanuni əsaslarla istifadəsində o an Mersedes markalı 50- DN-903 dövlət qeydiyyat nişanlı avtomobillə 5785 (beş min səkkiz yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Bunu iş materiallarına əlavə etdiyi 24 mart 2021-ci il tarixli ziyan aktı da təsdiq edir .Həmin ziyandan 1802 (bir min səkkiz yüz iki ) manat pulu sığorta tərəfindən iddiaçıya ödənilmişdir. Yuxarıda qeyd edilən hadisə ilə bağlı Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən araşdırılma aparılmış və 30 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati təsir tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh təqsirin nəticəsində baş vermişdir. Dəymiş zərər məbləğinin ödənilməsi barədə bir neçə dəfə cavabdehə müraciət etsə də, cavabdeh məbləği ödəməkdən boyun qaçırmış, ödəmək üçün cəhd göstərməmişdir. Hadisədə Cavabdeh təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar var və hadisə nəticəsində bilavasitə ona maddi zərər dəymişdir. Belə ki, Mersedes markalı 50- DN-903 dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinə görə başqa şəxsə aid olmasına baxmayaraq, artıq uzun müddətdir ki, yəni 10.06.2023-cü ilə kimi bütün səlahiyyətlərin verildiyi 10.06.2019-cu il tarixli etibarnamə əsasında həmin avtomaşın Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun istifadəsində və sərəncamında olmaqla onun sahibliyindədir. Həmin avtomobil onun sahibliyində olmaqla iddiaçının əmlakı sayılır və həmin avtomobilə əmlak hüquqları vardır. Məhkəmə iclasında iddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirir ki, onun avtomobilinə 5785 manat məbləğində ziyan dəymişdir və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Həmçinin o bildirdi ki, ona sığorta 1882 manat ayırmışdı, ancaq sonradan 80 manatı kəsmişlər. Həmin məbləğdən sığorta 1800 manat ödüyüb, yerdə qalan məbləğ isə ona ödənilməmişdir. Cavabdeh bir neçə dəfə onunla görüşüb bu məsələni həll etməyi desə də, zərərlə bağlı heç bir ödəniş etməyib. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin 24 mart 2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, Məmmədzadə Vası̇ f Ası̇ f oğluna məxsus olan Mersedes markalı 50-DN- 903 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin məbləği 5785 manat müəyyən edilmişdir. - ƏN-İV 897352 nömrəli etibarnamədən görünür ki, X2 ona məxsus olan Mersedes markalı 50-DN- 903 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə Məmmədzadə Vası̇ f Ası̇ f oğluna etibar etmişdir. - Xalq Sığortasının PXA84468 nömrəli sığorta aktından görünür ki, sığorta məbləğinin miqdarı 55000 manatdır və Məmmədzadə Vası̇ f Ası̇ f oğluna ödəniləcək məbləğin miqdarı 1802,89 manat olaraq müəyyən edilmişdir. - 30.03.2021-ci il tarixli Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X1 icraatında olan Cavabdeh xəsarət alması barədə toplanmış HK-1/1925 nömrəli materialı nəzərdən keçirərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi Hunday markalı, 99- 1JZ-549 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə saatda 85km/saat sürətlə hərəkətdə olan zaman onunla əks istiqamətdə hərəkətdə olan naməlum avtomobillə toqquşmadan yayınmaq üçün avtomobilini sağa döndərmiş, yüksək sürətlə hərəkətdə olduğu üçün idarəetməni itirərək Ə. Vahid küçəsində yolun kənarında yerləşən “El Market” mağazasının qarşısında saxlanılmış Ravon markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra onun yanında saxlanılmış Məmmədzadə Vası̇ f Ası̇ f oğlu tam qanuni əsaslarla istifadəsində olan Mersedes markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, daha sonra isə bir qədər qarşıda saxlanılmış Mersedes markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub geriyə çevrilərək səkinin üzərində dayanmışdır. Hadisə nəticəsində tam qanuni əsaslarla Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun istifadəsində olan “Mersedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5785 (beş mh səkkiz yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğluna maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə” görə 2500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə, iddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun 2500 manat pulu tələb etməsinə baxmayaraq həmin tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı Məmmədzadə Vası̇ f Ası̇ f oğlu mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun xeyrinə 3983 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədzadə Vası̇ f Ası̇ f oğlunun xeyrinə 3983 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3540/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3540/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver