Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3548/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh, onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, Cavabdeh onun xeyrinə 30.000,00 (otuz min) manat məbləğində maddi və 150.000,00 (yüz əlli min) manat məbləğində mənəvi ziyanın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il dekabr ayında Cavabdeh ona birgə sahibkarlıq faliyyəti ilə məşğul olmağı təklifi etmişdir. Bu məqsəd ilə zəli istehsalına böyük təlabat olduğunu bildirmişdir. Onun hesablamalarına görə zəli yetişdirib satmaqla hər 3 ayda 1.200.000,00 (bir milyon iki yüz min) manat məbləğində gəlir əldə etmək mümkündür. Zəli yetişdirmək və satışını təşkil etmək üçün onun bazası olduğunu bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq zəli yetişdirib satmaq biznesinə qoşulmuşdur. 2020-ci ilin yanvar ayında 23.000,00 (iyirimi üç min) manat dəyərində zəli alıb cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, albalılıq bağ massivində yerləşən, bağ evinin həyətində inşa edilmiş su hovuzuna boşaldılmışdır. Həmin hovuzda zəli yetişdirməli və artırmalı idi. Bu işlə cavabdehin özü və yaxınları məşğul olmalı idi. Bununla yanaşı olaraq müştərilər axtarıb tapma vəzifəsi iddiaçıya həvalə edilirdi. Aradan bir neçə ay keçmiş onun tapdığı müştəri ilə birlikdə cavabdehin bağ evinə gələrkən hovuzda zəli aşkar edilməmişdir. Cavabdeh məlumat verdi ki, zəlilərin hamısını oğurlamışlar. İnandırıcı olmayan bu məlumat, ona qarşı inamını alt-üst etmişdir. Bundan sonra birgə işləmək həvəsi qalmamışdır. O, iddiaçıya yalan məlumat vermişdir ki, Sabunçu dairəsindən sol tərəfdə onun 270 m2 torpaq sahəsi var və həmin sahədə qeyri yaşayış obyekti tikib, orada zəli mərkəzi yaratmaq olar. Amma həmin obyekt sənədləşdirilməmişdir. Cavabdeh təklif etdiyi sahədə lazımi tikinti işləri aparıb sənədləşdirmək lazım idi. Bu məqsədlə o ilkin sənədləri təqdim edib Əmlak xidmətləri Mərkəzindən imtina almışdı. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi məqsdi ilə iddia ərizəsi yazıb Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Sonrakı araşdırmalar zamanı İddiaçı məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair verilmiş bütün sənədlər saxtadır. Bundan sonra cavabdeh ondan 3000 (üç min) manat pul istəmişdir ki, guya o, yerli bələdiyyə ilə danışmış və yeni sənədlər tərtib edib verəcəklər. Həmin vaxt iddiaçı kənarda olduğu üçün hər ikisinin tanışı olan Musanın vasitəçiliyi ilə ona 2000 (iki min) manat məbləğində pul göndərib,1000 (min) manat isə sonra verəcəyini bildirib. Sonradan məlum olub ki, cavabdeh ondan aldığı pulu bələdiyyəyə verməyib. Eyni zamanda məhkəməyə ərizə verərək işin qayrtarılmasını xahiş etmişdir. Ondan xərclədiyi pulların və əldə edəcəyi mənfəətin hesabını tələb edərkən o, ona heç bir borcu olmadığını bildirdi və əksinə şəriklik üçün ortaya qoyduğu pulları iddiaçıdan tələb etmişdir. O, öz qoyduğu vəsaiti hesablayıb İddiaçı qoyduğu vəsaiti hesablamamışdır. Onların hesablamaları ilə hər 3 (üç) aydan bir onlar birlikdə 1.200.000,00 (bir milyon iki yüz min) mənfəət əldə etməli idilər. Lakin cavabdehin qeyri-ciddi və məsuliyyətsiz əməlinin nəticəsi olaraq o, 30.000 (otuz min) manat nağd vəsaitindən və əldə edə biləcəkləri mənfəətdən məhrum olmuşdur. Cavabdeh ona etibar etdikləri zəlini bağ evindən özü satmışdır. İddiaçıya isə zəlinin oğurlanması barədə yalan məlumat vermişdir. O, dəfələrlə Cavabdeh polisə məlumat verməsini tələb etsə də, o zəlilərin oğurlanması barədə polisə məlumat verməmişdir. Bu isə onun zəlinin satılmasında əli olduğunu sübut etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, məhkəmə iclasına gəlməməsinin səbəbini qardaşının yas mərasimində iştirak etməsi ilə əlaqələndirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, Sarvanla Valeh adlı şəxslə birlikdə zəli yetişdirmələrinə görə bu işi görmək üçün onun pulu olmadığı üçün 2019-ci ilin noyabr ayında sələmə 14500 ABŞ dolları pul götürmüş və bu günə qədər hər ay həmin pula görə 1000 ABŞ dolları faiz ödəyir, faizə görə 19000-ə yaxın ABŞ dolları ödəmişdir. 150.000,00 manat məbləğində mənəvi zərərə düşməsini, sələmə götürdüyü pula görə faizlər ödəməsini, zəliyə görə 1.200.000 min gəlir əldə edəcəyi halda bundan məhrum olmasını, bunlara görə stres çəkməsini, saçının tökülməsini, lakin bununla bağlı pandemiyaya görə psixoloqa müraciət etməməsini bildirmişdir. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, cavabdehlə razılaşmalarına görə zəlini Masallıdan Seyfəli (əsl adı Bəyəli) deyilən şəxs göndərəcək, Sarvanla Valeh də malı alıb hovuza töküb yetişdirməklə məşğul olacaqdırlar. Mala görə Valehə 5000 manat pul verdiyini, sonra Sarvanın ona zəng edərək malın gəldiyi barədə məlumat verməsini, malın yaxşı növ olan anakonda növündən olduğunu, həmin vaxtı bir zəlinin ona 2 manat 40 qəpiyə başa gəldiyini, hər ay 1000 ABŞ dollar faiz ödədiyini, Sarvanın bildirməsinə görə 4000 dənə mal gətirmələrini, sonra Sarvanla Valehin münasibətlərinin pozularaq ayrılmalarını, Sarvan iddiaçıya Valehin ondan əl çəkmədiyini, onu əsəbləşdirdiyini bildirməsini, onun isə Valehə Sarvanla nə işi olduğunu ondan böyük olduğunu və ağsaqal olduğunu bildirməsini, həmin vaxt Sarvanın Valehə zəlilərin oğurlandığını söyləməsini, buna görə Valehə 30.000,00 manat verəcəyini vəd etməsini, onun Valehə Sarvanın sözünə niyə razılaşdığını, zəliləri yetişdirsə ona 300.000,00 manat pul qalacağını bildirməsini, həmin vaxt Sarvanın Naftalana müalicəyə getməsini, oradan gələndən sonra Sarvanın ona zəng edərək zəlilərin hovuzda olmadığını və onların oğurlandığını bildirmişdir. O, zəlilərin kimin oğurladığını soruşduqda Sarvan orada olan Cəlilabadlı ustanın təzə maşın aldığını və ondan şübhələndiyini bildirmiş, idddiaçı Sarvana dəfələrlə polisə xəbər verməsini və zəlinin kimin tərəfindən oğurlandığını aydınlaşdırmasını desə də Sarvan polisə getməmişdir. O, həmin vaxt Sarvana çoxlu pul itirdiyini, Valehin ora nə üçün getmədiyini soruşanda, Valeh Sarvanın onu həyətə qoymadığını bildirmişdir. X9 nə üçün həyətə qoymadığını soruşduqda Sarvan Valehə ehtiyac olmadığını, özünün internetdən baxıb zəli yetişdirməyi öyrəndiyini və zəlilərə özünün baxdığını bidirmişdir. Daha sonra o, ora gedəndə zəliliərin aşıb-daşdığını, Sarvanın oğlunun telefona çəkib ona da göndərdiyini, Sarvandan bu qədər pulun qabağında ora niyə 4000 ədəd mal gəldiyini soruşduğunu, Sarvanın malı Valehin 11000 ABŞ dollara aparıb iranlılara satdığını demişdir. O, isə Valehdən niyə aparıb satdığını soruşmuş, Valeh isə ona malın gətirildiyini, Sarvanın isə götürmədiyini, Valehə də malı vermədiklərini bildirmişdir. Sonra aydın olmuşdur ki, bunlar malı aparıb Ərdəbildə satmış, Valeh də pandemiyadan sonra yol açılanda gedib tapacağını demişdir. İddiaçı, 14500 ABŞ dollarını malı gətirənə vermişdir ki, mal gətirilsin. Onlar həmin pula 11.000 zəli almalı olduqları halda cəmi 4000 zəli gəlmışdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, Vüqarla 18.11.2019-cu il tarixdə Valehin vasitəsi ilə tanış olduğunu bildirdi. O qeyd etdi ki, onun torpaq məsələsi omuş Vüqar ona həmin məsələni həll edəcəyini söz vermiş, əvəzində 10.000,00 manat pul istəmiş, torpağın sənədi olmadığı üçün onun özəlləşdirilməsi üçün ondan ümumilikdə 34500 manat pul almışdır. Eyni zamanda iddiaçı onun cavabdehin uşağının işə düzəltmək məqsədi ilə ondan 20.000,00 manat pul istəmişdir. Hazırda onun iddiaçı barəsində etmiş olduğu şikayət üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsində cinayət işinin icraatına bu iddia tələbi baxılıb yekunlaşanadək dayandırılması qərara alınmışdır. O, bildirdi ki, onunla Vüqar arasında zəli yetişdirmək ilə bağlı iş birliyi olmamışdır. Bu zəli məsələsi 20.07.2020-ci ildə olub, o özü də 3000 (üç min) zəli almış, Vüqarın Seyfəli adlı şəxsə zəli almaq üçün 12 min pul köçürməsini bildirməsini, lakin Vüqar isə 4000 zəlini gətirib onun hovuzuna tökmüşdür. Hovuzda nə qədər zəli olmasını bilmir. Vüqar istənilən vaxt gəlib zəlilərini apara bilər. Vüqarın ona 54800 manat borcu vardır. İddiaçı borcunu qaytarsa zəliləri verə bilməsə onun dəyəri olan 2850 manat vəsaiti ona qaytarar. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X7 cavabdehin izahatına uyğun izahat verərək iddianının təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin o, şahidin iddiaçının yalnız 2800 manatlıq zəlinin alınıb cavabdehin hovuzuna tökməsinə dair ifadələri nəzərə alınmaqla iddia tələbinə qiymət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X4 ifadəsində bildirmişdir ki, iddiaçını 15 ildən çoxdur, Sarvanı isə 3 ilə yaxındır ki tanıyır. Azərbaycanda zəli işini onun kimi yaxşı bilən yoxdur. Zabratın aşağısında Savalan gölü var, o, ora 500-600 zəli töküb yetişdirirdi. X1 və Sarvanla birlikdə söhbət edərkən pul qazanmaq üçün zəli işinin olduğunu demiş və onlar Sarvan və Vüqarla birlikdə razılaşaraq bu işə başlamışlar. Sarvanın Vişnovkada həyətində hovuzu var. Onlar həmin hovuza baxıb və zəli yetişdirmək üçün əlverişli şəraiti olduğunu görmüşlər. Həmin vaxt hovuzdan su axıtdığı üçün onun təmirinə Sarvan 500 manat və sonradan 220 manatda torpaq alıb tökmüş və hər dəfə 20 manat suya verərək 12-13 dəfə hovuza su tökdürmüşdür. O, şəxsən Sarvana 2100 manatlıq 3000 zəli alıb verib. X5 ona da zəli almasını xahiş etmişdir. O da 4000 ədəd anakonda zəlisi almış və Vüqar da əvəzində ona 2850 manat pul vermişdir. Vüqar köçürmə yolu ilə tanımadığı şəxsə 11000 ABŞ dollarlıq zəli almışdı, amma o zəlini gətirməmişdirlər. Sarvan 6 ay bundan qabaq ona zəng etmiş və onlar hovuza zəlilərə baxmağa getmişlər. Zəliləri hovuzda ağacla tərpətmiş, lakin zəlilər üzə çıxmamışlar. Zəlilərin oğurlanmasını düşünmüş və bununla bağlı Vüqara zəng etmiş, zəlilərin olmamasını ona bidirmişlər. Bir iki gün bundan əvvəl o, Sarvanla gedib qoyun kəsib qanını hovuza tökdükdə 300-ə yaxın zəli çıxmışdır. Həmçinin o, Vüqarın 11000 ABŞ dollarlıq zəlisinin gəlib çıxmadığını, Vüqarın malının Ərdəbildə İranlıda qaldığını, zəlilərə sonradan Sarvanın baxdığını, Sarvan müalicədə olarkən zəlilərə heç kimin baxmadığını, Vüqardan 2850 mantlıq zəlidən başqa onun hovuza zəli qəbul etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh X2 məsləhəti ilə Sarvana məxsus bağ evində yerləşən hovuzda zəli yetişdirilməsi qərarına gəlmişlər. Bu məqsəd ilə Cavabdeh tərəfindən dəyəri 2100 manat olan 3000 sayda, İddiaçı görə isə 2850 manat dəyərində 4000 sayda zəli Valeh tərəfindən cavabdehin həyət evindəki hovuza tökülmüşdür. Hazırda cavabdeh iddiaçı tərəfindən həmin zəlilərin gəlib hovuzdan aparılmasına etiraz etmir. Zəlilər olmadıqda isə iddiaçının cavabdehə olan 54800 manat borcu qaytarılcağı halda onların dəyəri olan 2850 manatın da iddiaçıya qayrarılması qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin “maddi zərərə” görə 30000 manat məbləğində pulun Cavabdeh tutulması hissəsi ilə bağlı bildirir ki, iddia tələbinin bu hissəsi qismən təmin olunmalıdır. Belə ki, iddiaçı məhz zəli alınması üçün 14500 ABŞ dolları məbləğində pul verməsini, həmin məsələyə görə bu vəsaiti sələmə götürərək faizlər ödəməsini bildirsə də, buna dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. İş üzrə şahid ifadəsi və cavabdehin izahatı ilə təsdiq olunur ki, iddiaçının 2850 manat dəyərində 4000 sayda zəlisi cavabdehin bağ evindəki hovuza tökülmüşdür. Bundan əlavə onun tərəfindən və ya onun hesabına hovuza tökülməsi üçün zəli gətirilməsi faktı sübut olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, Cavabdeh 4000 (dörd min) ədəd zəli bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaı̇ ti tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin 150.000,00 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə əsasız olduğundan təmin edilməməlidir. İddiaçı mənəvi zərərə görə 150.000,00 manat pul tələb etməsinə baxmayaraq məhz cavabdehin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri qismində 2850 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin 15 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat hissə isə iddiaçıya aid edilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 15 manat hissəsi isə İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3548/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3548/2021
29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver