Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-356/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması,maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə və ailəsinə ağır faciə baş verib, övladı olan 22 yaşlı X4 Cavabdeh MMC-nin hospitalında gözlərini əbədi olaraq yumub.Bu ağır itkini bilərək həyat yoldaşı Şahid5la birgə xəstəxanaya gəlmişlər və qızlarının cənazəsini el adətinə uyğun dəfn etmək üçün götürmək istəmişlər.Bu zaman xəstəxananın İlham adlı mühafizə rəisi və digər personalı onlara bildirmişlər ki, xəstəxanaya 42000 manat borcunuz var, bu borcu ödədikdən sonra meyidi götürə bilərsiniz. Cavabdeh MMC-nin hospitalının əməkdaşları borcun hansı tibbi xidmətlərin göstərilməsi nəticəsində yarandığını onlara yazılı şəkildə bildirməmiş, sadəcə borcun olduğunu, ödəməyəcəkləri təqdirdə cənazəni təhvil verməyəcəkləri ilə onları hədələmişlər.İddia ərizəsinə əlavə etdiyi, Cavabdeh MMC ilə Təbəssüm Məmmədova arasında bağlanan 08.06.2020-ci il tarixli “Tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq”dan görünür ki, müqavilənin tərəfi Təbəssüm Məmmədova olub, lakin həmin müqaviləni onun nümayəndəsi qismində Elnurə Məmmədova imzalayıb. Müqavilənin 3.1-ci bəndinə əsasən xəstə xidmətlərin dəyərini xəstəxananın müəyyən etdiyi və müqavilənin ayrılmaz hissəsi sayılan qiymət cədvəli və məbləğlərdə ödəyir.Ödənişlər qabaqcadan tam məbləğdə həyata keçirilir. Əlavə olaraq və ya təxirəsalınmaz hallarda göstərilmiş hər hansı əlavə xidmətin dəyəri dərhal xəstəxanaya ödənilməlidir.X7 xəstəxanada olduğu müddət ərzində 25.06.2020-ci il tarixinə qədər qabaqcadan ödəniş əsasında 12.155,11 manat pul ödənilib. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən hazırki müqavilə xidmətlərin dəyəri ödənildiyi andan qüvvəyə minir və xidmətlərin göstərilməsi başa çatanadək davam edir. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir.Göründüyü kimi, X4 ilə Cavabdeh MMC arasında imzalanan müqavilə 321024 saylı, 25.06.2020-ci il tarixli qəbz üzrə 2000 manat pul ödənilən zaman və 324045 saylı 26.06.2020-ci il tarixli qəbz üzrə 22.030 manat pul ödənilən zaman qüvvədə olmayıb.Bundan əlavə,həmin vaxt həmin müqavilə üzrə tərəf olmuş Təbəssüm Məmmədova vəfat edib. Müqaviləni nümayəndə kimi imzalayan İddiaçı isə hər-hansı öhdəliyi ola bilməzdi,çünki o, müqavilədə tərəf kimi deyil, nümayəndə kimi qeyd olunub. Beləliklə, İddiaçı qızının meyidini girov saxlamaqla, ona hədə-qorxu gəlməklə mərhumənin ayağına yazdıqları, həqiqiliyi təsdiq olunmayan borc tələbi ediblər.Xüsusi karantin vaxtı, insanların çətin dolandığı, borc almağın gəliz olduğu zamanda cavabdeh hospital onu məcbur edib ki, öz qızıllarını girov qoyub cənazəni götürmək üçün pul ödəsin.Cənazəni girov saxlayaraq Təbəssüm Məmmədova ilə bağlanan müqavilə əsasında onun nümayəndəsi hesab etdikləri,ondan xidmət haqqı tələb edən cavabdehə həmin 2000 manat və 22.030 manat pul məcburiyyət qarşısında, qızı el adəti ilə məsciddə yuyub dəfn edilmək üçün verilmişdir. Cavabdeh həmin pulu ona qaytardıqdan sonra əgər tələb hüququnun olduğunu hesab edirsə mülki qaydada məhkəməyə müraciət etməli, müqavilə bağladığı X2 hüquqi varislərindən mirasın əmlakından çox olmamaq şərti ilə həmin borcu tələb edə bilər.Əlavə olaraq bildirir ki, cavabdehlə bağlanmış iki ədəd müqavilədən hər ikisi Cavabdeh MMC ilə Təbəssüm Məmmədova arasında bağlanmışdır.Həmin müqavilələrdən birini T.Məmmədova şəxsən imzalamış,digərini isə buna səlahiyyəti ilmayan şəxs kimi o özü imzalamışdır.Əslində isə mərhum T.Məmmədova ilə bağlanmış 04.06.2020-ci il tarixli müqavilə qüvvədə olduğu halda, ikinci dəfə 08.06.2020-ci il tarixdə eyni məzmunlu,yeni müqavilənin imzalanmasının səbəbi anlaşılmır.Bunula yanaşı qeyd etmək lazımdır ki,Təbəssüm Məmmədova ilə bağlanmış(mərhum tərəfindən imzalanmış) 04.06.2020-ci il tarixli müqavilənin predmetində “stasionar yatış”qeyd olunmuş,lakin ikinci müqavilənin predmetində heç nə qeyd olunmamışdır.Müqavilənin hansı səbəbdən ikinci dəfə bağlanması məlum olmamış və əvvəlki müqavilənin ləğv olunması barədə saziş bağlanmamışdır.Bundan əlavə qeyd etmək lazımdır ki, ikinci müqaviləni yenə Təbəssüm Məmmədova ilə bağlanması nəzərdə tutulmuşdur, yəni müqavilənin reallaşdırılmasında tərəf kimi Təbəssüm göstərilmişdir.Lakin müqaviləni “nümayəndə” qismində Təbəssümün anası, yəni o imzalamışdır.O,mərhumənin anası olsa da,qızı ona etibarnamə vermədiyindən qızının qanuni nümayəndəsi hesab oluna bilməzdi.Qeyd olunmalıdır ki, “stasionar yatış” zahiri ifadəyə görə iradənin məzmununu dəqiq müəyyən edən bir müqavilə qüvvədə ola-ola ikinci müqavilənin səlahiyyətsiz şəxsin imzası ilə təsdiq olunması nə zahiri ifadəyə görə,nə də başqa hallara görə iradənin məzmunu ilə dəqiq müəyyənləşdirilə bilmir.Bu səbəbdən də hesab edir ki,əqd özü-özlüyündə möbcud deyil və müqavilə uydurmadır.Qeyd olunanlara əsasən Cavabdeh MMC ilə mərhum X4 arasında bağlanması nəzərdə tutulmuş,lakin səlahiyyəti olmayan İddiaçı tərəfindən qanunsuz imzalanmış 08.06.2020-ci il tarixli tibbi yardım göstərilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi,qızının cənazəsinin təhvil verilməsindən qanunsuz imtina edilməklə ondan əsassız alınmış 22000 manat pulun vurulmuş mənəvi zərərə görə 10000 manat və ödənilmiş 30 manat pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı, nümayəndəsi-vəkili Vəkil1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçının qızı, X8 08.06.2020-ci il tarixində “qarında sancı tipli ağrılar, qusma, ürək bulanma, ürək döyüntüsü, halsızlıq, baş gicəllənməsi və təngənəfəslik " şikayətləri ilə Cavabdeh Beynəlxalq Hospitala daxil olmuş və ona vəfat etdiyi 25.06.2020ci il tarixinədək reanimasiya şəraitində fasiləsiz tibbi xidmətlər (reanimasiya, intensivterapiya, cərrahiyyə və sair) göstərilmişdir.Mərhum xəstənin anamnez məlumatları toplanarkən özünün bildirdiyinə görə o, Cavabdeh hospitala daxil olmazdan təqribən 2 ay əvvəl başqa tibb müəssisəsinə müraciət etmiş və onun uşaqlığında “Polipektomiya" əməliyyatı icra olunmuşdur. May ayından etibarən xəstə qan qusma və yayılmış şiddətli ağrılar şikayəti ilə dəfələrlə müxtəlif həkimlərə müraciət etmişdir. Milli Onkologiya Mərkəzində aparılmış müayinələrdən sonra ona “İkincili bədxassəli yenitörəmə” diaqnozu qoyulmuş, lakin xəstə yaxınlarının bildirdiyinə görə qanaxma ehtimalı yüksək olduğundan həmin müəssisədə biopsiya həyata keçirilməsindən imtina olunmuşdur. Bu hal iddiaçı tərifindən də dəfələrlə (hətta müsahibələrində) dilə gətirilmişdir. Daha sonra yaxınlarının (valideynlərinin) təkidi ilə xəstə Cavabdeh Hospitalın həkim-onkoloqunun qəbulunda olmuş, sonuncunun apardığı adekvat müayinələr və uğurla həyata keçirdiyi “biopsiya” nəticəsində xəstəyə “Xorikarsinoma" diaqnozu təyin edilmişdir. (Təkrar xatırladır ki, xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar digər tibb müəssisələri biopsiya keçirməkdən imtina etmişdir).Xəstəliyin ağırlığı və gözlənilən nəticələri barədə xəstə yaxınlarına (xüsusilə də iddiaçı İddiaçı) ətraflı məlumat verildikdən sonra onların təkidi ilə müvafiq razılaşma sənədləri imzalanmış və xəstə müalicəsini davam etdirmək üçün 08.06.2020-ci il tarixində xəstəxanaya (Cavabdeh) qəbul edilmişdir. Xəstə və xəstənin yaxınları xəstəxanada göstərilən tibbi xidmətlərin yüksək keyfiyyətdə təşkilindən və ödənişli olduğundan əvvəlcədən məlumatlı idi. Xəstəxanaya qəbul edildikdən sonra xəstəyə təyin edilmiş diaqnoza müvafiq olaraq tibbi xidmətlər göstərilmiş, xəstəliyinin xarakteri və ağırlığı səbəbilə fərqli orqanlarda bir neçə dəfə baş vermiş aktiv qanaxmaların qarşısı peşəkar həkim heyətinin bacarığı və əzmkarlığı sayəsində cərrahi müdaxilələr edilərək müvəffəqiyyətlə alınmışdır. Lakin bütün müdaxilələrə baxmayaraq təəssüf ki, xəstə Təbəssüm Məmmədovanın həyatını xilas etmək mümkün olmamış və o, müalicəsinin 17ci günündə 25.06.2020-ci il tarixində vəfat etmişdir. Cavabdeh MMC müasir tibb müəssisəsi olaraq, ölkədə tibbi xidmətlərin göstərilməsi sahəsində çox əhəmiyyətli bir missiyanı öz üzərinə götürmüş, əsas məqsədi Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını ölkəmizdə təşkil etmək, tibb sahəsində ölkəmizin marka dəyəri kimi formalaşmaq olmuşdur. Hal-hazırda xəstəxana üzərinə götürdüyü bu missiyanı tibbi, inzibati kadr və personalının yüksək səviyyəli bilikləri, gün keçdikçə artan intizamları, işlərində sərgilədikləri əzm və cəfakarlıqları sayəsində layiqincə yerinə yetirir. Məhz bunun nəticəsidir ki, xəstəxananın təcrübəli həkimləri tərəfindən həyata keçirilən əməliyyatlar və göstərilən tibbi xidmətlər nəticəsində minlərlə vətəndaş sağlamlıqlarına qovuşmuşlar.Bundan başqa, Cavabdeh tibb müəssisəsi son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərdikləri tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. Cavabdeh MMC vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən gecikdirilməsinə səbəb olur. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur.X1 göstərilmiş bütün tibbi xidmətlər fakturalarda əks etdirilərək xəstə yaxınlarına təqdim olunmuşdur. Göstərilən tibbi xidmətlərin qarşılığı olan məbləğ ümumilikdə 46181,58 (qırx altı min yüz səksən bir manat, 58 qəpik) AZN təşkil etsə də xəstə yaxınlarının maddi vəziyyəti, eləcə də gənc övladlarını itirməsi səbəbilə düşdükləri ağır mənəvi sarsıntılar nəzərə alınaraq 30% məbləğində (16045,08 AZN) güzəşt edilmiş və faktura məbləği 30136,50 (otuz min yüz otuz altı manat, 50 qəpik) AZN məbləğinə endirilmişdir.Onu da qeyd edir ki, xəstə yaxınları ilə olan razılaşmaya əsasən xidmət qarşılığı olan məbləğləri əvvəlcədən ödəməli olsalar da 08.06.2020-ci il tarixində avans məbləğini ödədikdən sonra onlar öz öhdəliklərinə riayət etməmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq xəstənin vəfat etdiyi günədək heç bir ödəniş həyata keçirməmişlər. Lakin buna baxmayaraq, xəstəxana kollektivi ona göstərilən xidmətlərdə heç bir axsaqlığa yol verməmiş, son ana qədər yüksək keyfiyyətlə və əzmlə xəstənin sağlamlığı naminə xidmətləri davam etdirmişlər.Yuxarıda qeyd olunanlar nəticəsində məlum olur ki, tərəilər arasındakı bütün mülki münasibətlər tamamilə xəstə və iddiaçının (mərhumun valideyni) razılığı, eləcə də azad iradəsi əsasında həyata keçirilmişdir. Lakin mərhumun valideynləri mövcud vəziyyətdə Cavabdeh MMC-ni ləkələmək və ödənilmiş vəsaitin geri qaytarılması məqsədilə haqsız, həmçinin əsassız şikayətlərə başlamış, hadisəni böhtan xarakterli ifadələrlə bəzəyərək mediada işıqlandırmaqla qazanc əldə edəcəklərini düşünmüşlər.Daha əvvəlki tarixlərdə mərhumun atası eyni arqumentlərlə müxtəlif instansiyalara, eləcə də Nizami rayon Prokurorluğuna müraciət etmiş, onun şikayəti üzrə müvafiq araşdırmalar aparılmışdır. Nəticədə şikayətçi Şahid5 Oqtay oğlunun "mərhum qızı Məmmədova Təbəssümün nəşini (cəsədini) təhvil verilməsi üçün pul tələb edildiyi" iddiası ilə xəstəxana kollektivini şər-böhtan xarakterli ifadələrlə ləkələmək, işgüzar nüfuzumuza zərər yetirmək məqsədli olduğu müəyyən olunmuş və şikayətçinin ərizəsi əsassız hesab edilərak Nizami rayon Prokurorluğu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01.11.2020-ci il tarixli qərar qəbul edilmişdir. (Qərarın surəti əlavədə təqdim olunur)Bundan başqa, iddiaçının və həyat yoldaşının Cavabdeh MMC-ni nüfuzdan salmaq məqsədli olduğu Nizami rayon prokurorluğunun araşdırması nəticəsində də öz təsdiqini tapmışdır. İddiaçının qızı X7nın nəşi üzərində valideynlərinin ifadə etdiyi kimi hansısa təhqir edici əməl olmamış, cəsəd günlərcə qazanc məqsədlə saxlanmamışdır. Günün gec saatlarında (iş saatı bitdikdən sonra)mərhum göstərilən bütün intensiv terapiya və reanimasiya tədbirlərinə baxmayaraq vəfat etmiş, cəsədi hazırlanmaq məqsədilə MORQ-a təhvil verilmiş, soyuducuya yerləşdirilmişdir. Növbəti gün iş saatı başlayan kimi dərhal aıdiyyati personal tərəfindən cəsədin hazırlıqlarına başlanılmış, həkimrlər tərəfindən tibbi sənədləri (çıxış sənədləri) də hazır edildikdən sonra cəsəd məhz günün birinci yarısında yaxınlarına təhvil verilmişdir.Həmçinin onu da qeyd edir ki, Nizami rayon prokurorluğunda iş üzrə araşdırma aparılarkən tibbi xidmətin keyfiyyətinin araşdırlması məqsədilə məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Komisyon məhkəmə tibbi ekspertizasının prokurorluğa təqdim etdiyi 14.10.2020-ci il tarixli, 438-saylı rəyə əsasən mərhuma təyin edilmiş diaqnoz düzgün olmuş, ona göstərilmiş müayinə və müalicə xidmətləri təyin edilmiş diaqnoza uyğun həyata keçirilmişdir.Məhkəməyə təqdim olunmuş iddia ərizəsindən və əlavə edilənlərdən də görünür ki, iddiaçı heç bir hüquqi əsası olmadan məhkəməyə müraciət etmiş, ərizəsində öz tələbini əsaslandırmamış, iddiasını təsdiq edici heç bir sübut təqdim etməmişdir, qanunlara və digər normativ-hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsifləri göstərməmişdir ki, bununla da Azərbaycan Respublikasının Mülkü Prossesual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur.Yuxarda qeyd olunanları nəzərə alaraq, Mülkü Prosesual Məcəllənin 154-cü maddəsinə əsasən iddiaçının tələbinin tanm rədd edilməsi haqqında qərar çıxarmarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh MMC ilə Məmmədova Təbəssüm arasında bağlanmış 04.06.2020-ci il tarixli, “tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq” müqaviləsindən görünür ki, Cavabdeh MMC xəstəyə ödənişli əsaslarla “stasionar yatış” xidmətlər (bundan sonra xidmətlər)göstərməsini,xəstə isə xidmətin dəyərini tam olaraq xəstəxanaya ödəmək barədə öhdəliklər götürmüşlər.Müqavilənin “xəstə və ya xəstə yaxını” qrafasında adsoyad göstərilməsə də iddiaçı oradakı imzanın qızı T.Məmmədovaya məxsus olmasını bildirmişdir. Cavabdeh MMC ilə Məmmədova Təbəssüm arasında bağlanmış 08.06.2020-ci il tarixli, “tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq” müqaviləsindən görünür ki, Cavabdeh MMC xəstəyə ödənişli əsaslarla tibbi yardım(bundan sonra xidmətlər)göstərməsini,xəstə isə xidmətin dəyərini tam olaraq xəstəxanaya ödəmək barədə öhdəliklər götürmüşlər.Müqaviləni xəstənin adından “xəstə və ya xəstə yaxını” qrafasında anası İddiaçı imzalamışdır. 25 iyun 2020-ci il tarixli ödəniş-mədaxil qəbzindən görünür ki,həmin tarixdə X3 göstərilən tibbi yardıma görə Cavabdeh MMC-yə 2000 manat ödənilmişdir. 26 iyun 2020-ci il tarixli ödəniş-mədaxil qəbzindən görünür ki,həmin tarixdə X3 göstərilən tibbi yardıma görə Cavabdeh MMC-yə 22030 manat ödənilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Hümmət-zadə Tural Ramazan oğlunun qəbul etdiyi 01 noyabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında arşdırma aparılmış və Cavabdeh MMC-nin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə faktla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 6(007)-24/2021-ci il tarixli iş üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Hümmət-zadə Tural Ramazan oğlunun qəbul etdiyi 01 noyabr 2020-ci il tarixli qərar ləğv olunmuş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X5 qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılmış və Cavabdeh MMC-nin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə faktla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Prokurorluqda aparılan araşdırma zamanı təyin olunmuş komisyon məhkəmə-tibb ekspertizasının 14.10.2020-ci il tarixli 438 nömrəli rəyi ilə müıyyən olunmuşdur ki, “tərtib edilmiş tibbi sənədlərə əsasən X4 08.06.2020-ci il tarixdə Cavabdeh Beynalxalq Hospitalına daxil olumuş, aparılmış müvafiq müayinələrdən sonra ona “digər dəqiqləşdirilmiş lokalizasiyaların ikinci bədxassəli yenitörəməsi-Xorikarsinoma” diaqnozu düzgün təyin edilmiş, həmin diaqnoza və patologiyanın klinik gedişatına uyğun olaraq xəstəyə konservativ müalicə, biopsiya,embolizasiya əməliyyatları icra edilmişdir. X2 Cavabdeh Beynalxalq hospitalında 08.06.2020-ci il tarixdən 25.06.2020-ci il tarixinədək stasionar müalicə zamanı ona aparılmış müalicə və müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur, lakin buna baxmayaraq onkoloji patologiyanın ağır kliniki gedişatı adekvat müalicəyə tabe olmamış və sonda ölümə gətirib çıxarmışdır. X3 Cavabdeh Beynalxalq hospitalında göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur” Cavabdeh tərəfindən Məhkəməyə təqdim olunmuş X2 müayinə və müalicəsinin qiymətləndirilməsi barədə 40 səhifədən ibarət hesab-fakturalardan görünür ki,toplam məbləğ 46.181,58 AZN olmuş,16.045,08 AZN endirim edilmiş və xidmət məbləği cəmi 30.136,50 AZN müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 2020-ci ilin may-iyun ayları olardı səhər saat 8-9 radələrində ona zəng gəldi.Zəng vuran şəxs ona bildirdi ki, onun izləyicilərindən biridir,onun övladı Cavabdeh xəstəxanasında vəfat etsə də, cənazəni girov saxlayıblar, pul tələb edirlər, ödənilməsə cənazəni verməyəcəklərini bildiriblər.O, dərhal ”Bona Dea” xəstəxanasına gəlmiş,müdiriyyətlə görüşmək istəmiş,lakin onlar icazə verməmişlər.Bir müddət sonra təhlükəsizliyin rəisi yaxınlaşıb demişdir ki, gözləyin işiniz həll olunacaq.O, bir saata yaxın gözlədikdən sonra canlı yayımla çəkiliş açmışdır. Bunu görən kimi, yaxınlaşıb çəkilişi silməyi xahiş etmişlər, hətta hörmət edəcəklərini də, bildirmişlər.O, isə silməkdən imtina etmişdir. Bundan sonra rəhbərlik gəlmiş, 20000 manat ödəniş olunandan sonra, cənazəni arxa qapıdan çıxardıb təhvil vermişlər.Mərhumənin valideynləri pulu tapa bilmədkiəlri üçün cənazəni vermirdilər.Onlar hadisəni ictimailəşdirdikdən sonra cənazə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 2020-ci ilin iyun ayında, tarixini dəqiq xatırlamır, Rövşən ona zənq vurmuşdur ki, qızı vəfat edib. O, dərhal durub xəstəxanaya gəlmişdir. Orada ona məlum olmuşdur ki, uşaq vəfat edib, lakin pul vermədikləri üçün cənazəni vermirlər. Sonra Elnurə gəldi ki, pul tapmaq lazımdır, o da dostlarına zəng vurdu, qızılları girov qoyub 10000 manat borc götürdülər. Pulu götürdülər və o, çıxıb getdi.Səhər saat 9 o, Rövşənə zəng etdi və soruşdu ki, dəfn nə vaxtdır,Rövşən ona dedi ki, hələ canəzəni verməyiblər.O, Rövşəndən soruşdu,ki, necə ola bilər 30000 manata yaxın pul alıblar və cənazəni vermirlər.O,dərhal durub xəstəxanaya gəldi,orada əsəbləşdi və ona dedilər ki, əlavə 8000 manat pul ödənilməlidir. Bundan sonra qaynar xətti yığdılar. Rövşən jurnalistləri yığdı dəvət etdi, çəkiliş apardıqdan sonra çağırıb cənazəni təhvil verdilər. Bildiyinə görə 8000 manat depozitə qoyulmuşdu, sonra 20000 manat ödəniş olunduqdan sonra cənazə təhvil verildi. Cəmi bildiyinə görə 30000 manat pul verilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, o, “xəbər.az” saytının baş redaktorudur. 2020-ci ilin iyun ayının 25-də, saat 9 radələrində ona zəng gəldi ki, Cavabdeh xəstəxanasında vəfat edən şəxsin cənazəsini girov saxlayıblar. O, saat təxminən 10 radələrində xəstəxanaya çatan zaman artıq müsahibə götürürürdülər.Orada olan İlham adlı mühafizəçi onları xəstəxanaya buraxmadı. Elnarə onlara dedi ki, cənazəni pula görə vermirlər. Mərhumun anası dedi ki, təxminən 30000 manata yaxın pul alıblar.Məsələ içtimailəşəndən sonra cənazəni təhvil veriblər. Məhkəmə yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki,müqavilənin etibarsız hesab edilməsi və əsassız varlanma məqsədi ilə tələb olunmuş pul vəsaitinin geri tələb qaytarılması hissəsində iddia əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. İddiaçı 08.06.2020-ci il tarixli müqavilənin etibarsızlığını onunla əsaslandırır ki,həmin müqavilədə tərəf kimi,X4 göstərilsə də müqaviləni qızı deyil,onun özü imzalamışdır.Qızı bu barədə ona etibarnamə vermədiyi üçün onun həmin əqdi imzalamaq səlahiyyəti olmamışdır. Bu arqument ona görə əsassızdır ki,müqavilənin xəstə tərəfindən imzalanmalı olan qrafası “xəstə və ya xəstə yaxını” adlanır və bu ona dəlalət edir ki,həmin müqaviləni həm xəstənin özü,həm də özünü onun yaxın adamı kimi təqdim edən istənilən şəxs imzalaya bilər. Bundan başqa,İddiaçı həmin müqaviləni imzalayarkən qızı tərəfindən ona etibarnamə verilmədiyini bildiyi halda imzalamışdır.Ona görə də Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbləri baxımından həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı cavabdehdən əsassız varlanma ilə əlaqədar 22000 manat pulun geri qaytarılmasını tələb edir. Halbuki, yuxarıda qeyd olunan maddi-hüquq normalarının məzmunundan da görünür ki,əsassız varlanan-hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxsdir. Hazırkı halda cavabdehin iddiaçıdan aldığı vəsait qanuni əsas olmadan alınmış vəsait kateqoriyasına aid oluna bilməz.Belə ki,tərəflər arasında qanunla müəyyən olunan yazılı müqavilə bağlanmışdır və hər iki tərəf müqavilənin şərtləri ilə razılaşmışdır. Aparılmış müayinə və müalicə xərcləri barədə cavabdeh tərəfindən təqdim olunmuş hesabatdan da görünür ki, toplam məbləğ 46.181,58 AZN olmuş,16.045,08 AZN endirim edilmiş və xidmət məbləği cəmi 30.136,50 AZN müəyyən olunmuşdur. İddianın mənəvi zərər tələbinə qiymət verərkən məhkəmə hesab edir ki,mənəvi zərər hissəsində iddia qismən təmin olunmalıdır.Belə ki,məhkəmədə dindirilmiş şahid ifadələri,işin faktiki halları və cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatla müəyyən olunmuşdur ki, X4 25 iyun 2021-ci il tarixdə saat 21:21-də vəfat etmiş,lakin yaxınlarına 26 iyun, günün birinci yarısında(iddiaçının nümayəndəsi həmin tarixdə verilməsini təsdiq etsə də dəqiq vaxtı-saat,dəqiqə göstərməmişdir) təhvil verilmişdir. Sonuncu ödəniş 26 iyun 2020-ci il tarixdə 22030 manat edildiyindən meyidin məhz həmin ödəniş edildikdən sonra təhvil verilmə ehtimalını gücləndirir. Beləliklə,meyidin təqribən 12-15 saat yaxınlarına təhvil verilməməsi,tibbi xidmət haqqının qalan hissəsi ödənildikdən sonra verilməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki,22 yaşında övladını itirmiş bir ananın bu özbaşınılıqla əlaqədar əzab, iztirab,sarsıntı keçirməsi və ona mənəvi zərər dəyməsi labüddür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki,mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə dəymiş mənəvi zərəri 3000 manat məbləğində dəyərləndirir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Beynalxalq Hospitalından (Cavabdeh MMC-dən”) vurulmuş mənəvi zərərə görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Beynalxalq Hospitalından( Cavabdeh MMC-dən”) vurulmuş mənəvi zərərə görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-356/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-356/2021
15.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver