Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-365/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) AZN məbləğində əsas məbləğinin, 150 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2019-cu ilin iyul ayında 20000 manat dəyərində Aİ-92 və Dizel markalı yanacaq nisyə satmış və aralarında olan razılığa əsasən o, həmişə yanacağı satıb sonradan onun pulunu qaytarırmış. Belə ki, cavabdeh Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən X7 Məntəqəsinin faktiki sahibi imiş və yanacaq almaq üçün onun vəsaiti olmadığına və cavabdehin ondan xahişini edən çoxdankı tanışı X5 görə o etibar edib həmin Cavabdeh nisyə yanacaq verirmiş. Lakin sonuncu dəfə 2019-cu ilin iyun ayının təxminən 15-də o, Cavabdeh 20000 manat dəyərində Al-92 və Dizel markalı yanacaq vermiş və onunla aralarında olan şifahi razılığa görə o, 30 iyun tarixində yanacağın pulunu qaytarmalı imiş. Bundan sonra onun tərəfindən ona pulunun qaytarılması üçün dəfələrlə möhlət verilsə də, o, hər dəfə müəyyən bəhanələr gətirərək 20000 manat nisyə verdiyi yanacağın pulunu qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də, o, tanışı X5 zəng edib ondan xahiş etdiyi, Cavabdeh pulunun qaytarılması üçün zəng etməsini və ona köməklik göstərməsini xahiş etmişdir. X8 və o 20000 manat pulunun qaytarılması üçün Cavabdeh ilə danışıqlar aparsalar da, nəticə etibarı ilə müsbət nəticə verməmiş və əksinə cavabdeh onun tanışı X6 öldürəcəyi ilə hədələmişdir. Buna görə də, tanışı X2 Roman Nizami oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Çağırış xidmətinə zəng edərək şikayət etmişdir. X1 həmin şikayəti ilə bağlı Abşeron rayon Polis İdarəsində müstəntiq Ayaz Kazımov tərəfindən aparılmış araşdırma zamanı izahatı alınan Cavabdeh hazırkı pul tələbini və qeyd etdiyi xüsusatları özü etiraf etsə də, tanışı X6 öldürəcəyi ilə hədələdiyini təkzib etmişdir. Belə ki, Abşeron rayon Polis İdarəsində müstəntiq Ayaz Kazımov tərəfindən qəbul edilmiş 27.11.2019-cu il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda və Cavabdeh alınmış izahatda qeyd olunanlardan da görünür ki, cavabeh tərəfindən hazırkı pul tələbi qismən etiraf olunaraq həqiqətəndə onun tərəfindən ondan sonuncu dəfə 2019-cu ilin iyun ayında 19992 manat dəyərindən Aİ-92 və Dizel markalı yanacaq alındığını, lakin sonradan guya işdən çıxarılması səbəbi ilə pulu qaytara bilmədiyini bildirmişdir. Cavabdeh ondan aldığı Al-92 və Dizel markalı yanacağa görə ödəməli olduğu pul məbləğini bu günədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdeh dəfələrlə borcunu qaytaracağına söz versə də, onu çox çətin və əlverişsiz vəziyyətə salmış, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsinin 17.07.2020-ci il tarixli arayışından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron rayon Polis İdarəsinin 27 noyabr 2019-cu il tarixli qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh Abşeron rayon polis idarəsinin tətqiqat şöbəsində vermiş olduğu 13.11.2019-cu il tarixli izahatından görünür ki, o, İddiaçı Emin adlı Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən X7 məntəqəsinin müdiri vasitəsilə tanış olmuşdur. X6 isə qiyabi olaraq tanımışdır. X8 onların yanacaq doldurma məntəqəsini satın almaq istədiyi zaman tanış olmuşdur. Bundan əlavə onunla heç bir əlaqəsi olmamışdır. Mayıl Əliyevin RPİ-nə verdiyi ərizə ilə tanış olmuşdur və bu barədə onu deyə bilər ki, Emin adlı yanacaq doldurma məntəqəsinin müdiri ona Lalə adlı şəxsin mobil nömrəsini verərək, yanacağı sifariş vermək üçün onunla əlaqə saxlamalı olduğumu bildidiyi səbəbdən o, bir neçə dəfə İddiaçı zəng edərək qeyri-rəsmi şəkildə olduğu Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən X7 məntəqəsinə Aİ 92 və Dizel markalı yanacaqlar sifariş vermişdir. Lakin ödənişi Emin adlı YDM-nin müdiri özü həyata keçirmişdir. Sonuncu dəfə 2019 iyun ayında 19992 manat dəyərində Dizel və Aİ 92 markalı yanacaqla sifariş vermiş və sifarişinə uyğun olaraq həmin yanacaqlar YDM-nə gətirilmişdir. Bundan bir müddət sonra Əbülfəz adlı YDM-nin əsas sahibi onu işdən çıxartmışdır. Bundan sonra o, heç bir məsələ ilə maraqlanmamışdır. Daha sonra Mayıl adlı şəxs onunla əlaqə saxlayıb İddiaçı sifariş yanacaqlarının pullarını verməyini tələb etmişdir. Daha sonra isə onun ünvana gələrək ondan pulu nə vaxt qaytaracağını soruşmuş, o isə cavabında Emindən pulu alıb ən geci avqust ayına qədər qaytaracağını söyləmişdir. Lakin pulu qaytarmadığı üçün o, Laləyə heç bir ödəniş etməmişdir. Bu səbəbdən Mayıl onun barəsində əsassız şikayət edir. O, Mayılı hər-hansı bir hədələməmişdir. İddiaçı isə pulu həmişə Emin verdiyi üçün ondan tələb etməlidir. - 27.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidmətinin göstərilməsi üçün İddiaçı tərəfindən 150,00 manat məbləğində pul “Pro Bono” Vəkil Bürosuna ödənilmişdir. - 27.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh təxminən 2019-cu ilin iyul ayında 20000 manat dəyərində Aİ-92 və Dizel markalı yanacaq nisyə satmış və aralarında olan razılığa əsasən o, həmişə yanacağı satıb sonradan iddiaçının pulunu qaytarırmış. Belə ki, cavabdeh Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən X7 Məntəqəsinin faktiki sahibi imiş və yanacaq almaq üçün onun vəsaiti olmadığına və cavabdehin ondan xahişini edən çoxdankı tanışı X5 görə o etibar edib həmin Cavabdeh nisyə yanacaq verirmiş. Lakin sonuncu dəfə 2019-cu ilin iyun ayının təxminən 15-də o, Cavabdeh 20000 manat dəyərində Al-92 və Dizel markalı yanacaq vermiş və onunla aralarında olan şifahi razılığa görə o, 30 iyun tarixində yanacağın pulunu qaytarmalı imiş. Bundan sonra iddiaçı tərəfindən ona pulunun qaytarılması üçün dəfələrlə möhlət verilsə də, cavabdeh hər dəfə müəyyən bəhanələr gətirərək 20000 manat nisyə verdiyi yanacağın pulunu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə, məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdeh 19992 manat dəyərində Aİ92 və Dizel markalı yanacaqlar verilmiş, lakin cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Abşeron rayon polis idarəsinin tətqiqat şöbəsində vermiş olduğu 13.11.2019-cu il tarixli izahatından görünür ki, o, 2019 iyun ayında 19992 manat dəyərində Dizel və Aİ 92 markalı yanacaqlar sifariş vermiş və sifarişinə uyğun olaraq həmin yanacaqlar YDM-nə gətirilmişdir. Lakin o, iddiaçıya heç bir ödəniş etməmişdir. Nəticədə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan dəyərini ödəyəcəyi vədi ilə yanacaq almış, lakin hazırkı vaxtadək həmin yanacağın dəyərini geri qaytarmamışdır. Buna görə də, iddiaçı pulun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etsə də, cavabdehə 20000 manat dəyərində yanacaq verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 19992 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş xidmət haqqına görə 150 (yüz əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 27 iyul 2020-ci il tarixdə 150 manat məbləğində pul “Pro Bono” Vəkil Bürosuna ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi vəkilə ödənilmiş xidmət haqqına görə 150 (yüz əlli) manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19992 manat məbləğində pul, 150 manat vəkil xidmətinə görə ödənilmiş pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19992 manat məbləğində pul, 150 manat vəkil xidmətinə görə ödənilmiş pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-365/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-365/2021
19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver