Məhkəmə qərarları › İş №2(007)-3687/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3687/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3687/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X14 Mirzəyevin sədrliyi, X4 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ünvan qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ünvan qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən Maraqlı şəxs 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmədə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X10 Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə Füzuli rayonunun işğaldan azad edilməsi zamanı 07 oktyabr 2020-ci il tarixdə şəhid olub. Ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən şəhid ailəsi üzvünün vəsiqəsi təqdim edilib. ünvan müraciət edərək,vərəsəlik işinin açılmasını xahiş etmişdir. Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsələri arvadı Maraqlı şəxs, qızları X9 və X11 1/3 hissədə pay hüququ alıblar. Miras əmlak isə 02 avqust 1997-ci il tarixli "Hərbi Qulluqçuların X19 Sığortası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat məbləğində birdəfəlik ödəmədən ibarətdir. Həmin vaxt oğlunun şəhid olmasından az müddət keçdiyindən Notariat Ofisində 11000 manat sığorta haqqından imtina edən zaman miras əmlak yalnız 11000 manatdan ibarət olduğundan, həmin sığorta pulundan ona çatası paydan nəvələrinin xeyrinə imtina etmişdir. Lakin Bakı şəhəri 52 saylı Notariat Ofisinin notariusu X5 bu imtinanı onun bildirdiyi kimi devil, "07.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan oğlu X6 qalmış mirasın ona çatası hissəsindən imtian edirəm" kimi rəsmiləşdirmişdir. Həmin miras əmlakla bağlı hal-hazırda da vərəsələr arasında miras əmlakın qəbul edilməsi ilə bağlı mübahisə yoxdur. X1 həmin sığorta ödənişindən başqa miras əmlakı olmadığından ərizənin məhz həmin əmlaka dair imtina yazılmasını tələb etmişdir. Lakin sonradan mərhum oğluna dövlət tərəfindən verilən digər ödənişlərdən pay almaq istədikdə Notariat Kontoru vərəsəlik hüququ haqqında şəhadətnamədə onun adını qeyd etmədiyindən, digər ödənişlərin alınmasında pay hüququ təmin edilməyib.Bakı şəhəri 52 saylı Notariat Ofisinin xüsusi notariusu X3 dəfələrlə müraciət edərək, ərizəni rəsmiləşdirərkən yalnız 11000 manatdan ona çatası paydan imtina etdiyim bildiyi halda, X6 qalan mirasın ona çatası hissəsindən imtina edirəm kimi göstərilməsinə etirazını bildirsə də, notarius ərizə rəsmiləşdirilərkən vərəsələr arasında mübahisə olmadığını və digər miras əmlakın olmamasını güman edərək, gələcəkdə bununla bağlı heç bir mübahisə olmayacağını düşündüyündən ərizələri bu qaydada rəsmiləşdirdiyini bildirib. Lakin, Bakı şəhəri 52 saylı Notariat Ofisinin xüsusi notariusu X2 ərizəni düzgün tərtib etməməsi səbəbindən o, dövlət tərəfindən təminat verilən vərəsəlik hüququndan istədiyi kimi sərəncam vermək səlahiyyətindən məhrum olmuşdur. Notarius şifahi formada dəfələrlə onun yalnız 11000 manatdan öz payından imtina etdiyini etiraf etmiş və ərizə rəsmiləşdirilərkən onun iradəsinə uyğun deyil, özünün istədiyi formada ərizəni tərtib və təsdiq edib. O isə hüquqları ona düzgün izah edilmədiyindən, yeganə övladının şəhid olması səbəbindən mənəvi sarsıntı və iztirab keçirdiyindən, hüquqi savadım olmadığından və notariusun ərizələri düzgün rəsmiləşdirməməsinin nəticəsi barədə məlumatı olmadığından həmin ərizələrə imza etmişdir. Lakin, hal-hazırda həmin ərizələrin məzmununda düzəliş etmək zərurəti yaranıb.Qeyd olunanlara əsasən Bakı şəhəri 52 saylı Notariat Ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi və onun adından tərtib olunmuş **********748 nömrə ilə reyestrə daxil erilmiş ərizənin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisi nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş 3-cü şəxs Maraqlı şəxs məhkəməyə gəlməmiş,məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, “mən Maraqlı şəxs qayınanam İddiaçı xanım Nadir qızının miras bölgüsündə ona çatacaq hissəsinin bərpa olunmasına etiraz etmirəm” Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğindan təmin olunmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki,atası X8,anası İddiaçı olan X10 23 sentyabr 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 07.10.2020-ci il tarixdə Füzuli rayonunun ərazisində gedən döyüşlər zamanı həlak olub. İddiaçı tərəfindən ünvan ünvanlanmış 29.12.2020-ci il tarixli ərizədə qeyd olunur ki, “bu ərizə ilə məlum edirəm ki,mən İddiaçı 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş oğlum X6 qalmış mirasın mənə çatası hissəsindən imtina edirəm” Bakı şəhəri 52 saylı Notariat Ofisinin xüsusi notariusu X2 29.12.2020-ci il tarixdə təsdiq etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X7 vərəsələri kimi arvadı Maraqlı şəxs, qızları X9 və X11 1/3 hissədə pay hüququ alıblar.Miras əmlak 02 avqust 1997-ci il tarixli “Hərbi qulluqçuların X19 Sığortası haqqında”Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat birdəfəlik ödəmədən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələblərinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmini Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. " Ə. Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 338-ci maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə,onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi mülki qanunvericiliyin tələbləri baxımından əqdlərdə aldadılma (MM 339.2) dedikdə tərəflərin (hazırki halda alıcı və ya satıcı) hər hansı birinin əqdin qarşı tərəfində münasibətdə hüquqa zidd hərəkəti, davranışı ehtiva olunur. Aldatma faktı özlüyündə digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır, başqa sözlə, alıcı və ya satıcı aldadılma nəticəsində yalnış iradə ifadəsinə səbəb olmalıdırlar. Azərbaycan Respublikası Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki,iddiaçı qeyd olunan ərizəni imzalayarkən qərəzli olaraq aldadılmasa da, onun mahiyyətini anlamamış,həmin ərizənin hansı hüquqi nəticələr doğuracağına əmin olmamışdır. Məhkəmə işin bu halını,eləcə də digər vərəsə,hazırkı iş üzrə 3-cü şəxs Maraqlı şəxs da iddiaçının mirasdan pay almaq hüququnun bərpa olunmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı və mübahisələndirilən ərizə etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri 52 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, **********748 nömrə ilə reyestrə daxil erilmiş ərizə (miras paydan imtina ərizəsi) etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar