Məhkəmə qərarları › İş №2(007)-372/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-372/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-372/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh Qurqenoviç qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh Qurqenoviç qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 19 noyabr 1984-cü il tarixli 222326 saylı orderinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil erməni əsilli Cavabdeh Qurqenoviçə verilib. Cavabdeh Qurqenoviç milliyəti erməni olduğundan, Azərbaycan Respublikasını tərk edərək getmiş, həmin vaxtdan da geri qayıtmayıb. Həmin orderin əsli hazırda ondadır. 1988-ci ildən hazırkı vaxtadək qeyd olunan evdə ailə üzvləri ilə birlikdə yaşayıb və həmin mənzildə o və ailə üzvləri qeydiyyatdadır. Məlum hadisələrlə əlaqədar Cavabdeh Qurqenoviç Azərbaycan Respublikasının ərazisini tərk edərkən, o, mənzilin dəyərini sonuncuya ödəməklə mənzili cavabdehdən alıb və bununla bağlı aralarında hər hansı mübahisə olmayıb. Lakin həmin vaxtlar ölkədə olan vəziyyətlə əlaqədar orderin onun adına dəyişdirilməsi və ya hər hansı formada onunla müqavilə bağlanması mümkün olmayıb. 1988-cı ildən hazırkı vaxtadək o, daimi olaraq qeyd olunan mənzildə qeydiyyatda olmaqla, orada yaşayır. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. ünvan 2 ünvanında yerləşən mənzilə dair hər hansı şəxslə mənzil kirayə müqaviləsi bağlanmayıb, həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış məktubla qeyd olunan mənzilin heç kimin mülkiyyətində olmaması və hər hansı orqanın balansında olmaması müəyyən edilib. O, 1988-cı ildən həmin evdə yaşasa da, mənzilə dair kirayə müqaviləsinin bağlanmasının zəruri olmasından məlumatı olmayıb, nəticədə 2021-ci ildə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edən zaman, mənzil kirayə müqaviləsinin bağlanmasının zəruri olduğu bildirilib. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2021-ci il tarixli **********06 saylı imtina məktubu ilə təmin edilməyib. Müraciətinə cavabda qeyd edilib ki, "Daşınmaz əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək 2009-cu ilin oktyabrın 1-dək dövlət və ictimai fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti oqrammn sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Onunla ünvan 1 ünvanında yerləşən mənzilə dair mənzil kirayə müqaviləsi bağlansa da, sərəncamı 2009-cu ilədək deyil, 2021-ci ildə əldə edib. Lakin o, 1988-cı ildən hazırkı vaxtadək qeyd olunan mənzildə yaşayır və həmin mənzilə dair erməni əsilli Cavabdeh Qurqenovçin hər hansı iddiası olmayıb, olması ehtimalı belə yoxdur. Daha sonra Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş edib. Nizami rayon İcra Hakimiyyəti mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtina etdiyindən, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bakı İnzibati Məhkəməsində Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavabdeh Qurqenoviçin mübahisələndirilən mənzilə istifadə hüququ itirilmiş hesab edilmədən, mənzilə dair kirayə müqaviləsinin bağlanmasının mümkünsüzlüyü bildirilib. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən Cavabdeh Qurqenoviçin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşaşdırması zamanı Azərbaycan Respublikası İcra Hakimiyyəti və İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı X1 ərizəsinə əsasən və İddiaçı razılığına əsasən iddiaçı X7 əsl İddiaçı əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və ddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İcra Hakimiyyətinə rəsmi qaydada bildiriş göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümküb hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nərimanov rayonu X6 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 31/322 saylı qərarından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh Qurqenoviçə verilmişdir; - Bakı Şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 222326 saylı Orderindən görünür ki, Cavabdeh Qurqenoviçə ünvan 5 ünvanında yerləşən mənzil verilmişdir. Ailə üzvlərinə özü daxildir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********15 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında mənzilin dövlət reyestrində qeydiyyata alınmasına, habelə həmin əmlakın kimin balansında olmasına dair İdarəsinin arxivində hər hansı məlumat aşkar edilməmişdir; - Nizami rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-16/1-Ə-48-091/23 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin X2 verilməsinə dair heç bir ilkin hüquqi sənəd (qərar, sərəncam, order və s.) olamdığında onunla kirayə müqaviləsinin bağlanması imkan xaricindədir; - Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 3/504 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 84 ünvanında yerləşən bina Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır. Həmin binanın 21 saylı mənzilindəki mülkiyyətçilər barədə aidiyyəti üzrə 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 489 saylı arayış məhkəməyə təqdim edilir; - 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 489 saylı arayışından görünür ki, X8 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Mənzildə həmçinin həyat yoldaşı X7, qızları X3 və X4, oğulları X10, qohumları X11, X12, X9 və X5 qeydiyyatdadır. Mənzilə dair MKİS-də heç bir sənəd yoxdur; - 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 490 saylı arayışından görünür ki, X7 xx.xx.1989-cu ildən ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil Nərimanov rayonu X6 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 31/322 saylı qərarına əsasən Cavabdeh Qurqenoviçə verilmişdir. Hazırda həmin ünvandakı 84 saylı bina Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır. Məhkəməyə təqdim edilmiş məlumata əsasən Cavabdeh Qurqenoviç Ermənistan Respublikasının vətəndaşı olmaqla 1988-ci ildən adıçəkilən mənzildə yaşamır və hazırda harada olması məlum deyil. Həmin mənzil uzun illərdir ki, iddiaçı Əmrahova (Əliyeva) Xatirə Telman qızı və onun ailə üzvlərinin sahibliyindədir. Hazırda iddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Proses iştirakçılarının izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Eyni Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh əvvəllər mübahisəli mənzildə yaşasa da, dövlət müstəqilliyinin bərpasından əvvəl daimi əsaslarla köçərək mübahisəli mənzili tərk etmişdir. Hazırda onun harada olması məlum deyil. İddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh 1988-ci ildə Ermənistan Respublikasına getmişdir. İş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil Nərimanov rayonu X6 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 31/322 saylı qərarına əsasən Cavabdeh Qurqenoviçə verilsə də, mənzildə 1989-cu ildən iddiaçı və onun ailə üzvləri yaşayır, cavabdeh isə mənzili tərk etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı mənzilin kirayəçisi hesab edilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, cavabdeh 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmiş və onun hazırda mənzildə qeydiyyatda olması müəyyən edilməmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Qurqenoviçin ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri X2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qurqenoviçin ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri X2 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar