Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3748/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş 550 manat real zərər, 50 manat avtomobilinə dəymiş zərərin hesablanması üçün Hyundai servisə ödədiyi məbləğ, 300 manat məbləğində mənəvi zərər və 30 manat məbləğində məhkəməyə müraciət üçün dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 930 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17 avqust 2021-ci il tarixində, təxminən saat 20:30 radələrində Yeni Günəşli qəsəbəsində (Şir abidəsindən Qartal abidəsinə tərəf) etibarnamə əsasında idarə etdiyi **-OZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobili ilə hərəkətdə olduğu zaman “Volkswagen Tiguan” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobil manevr edərkən qarşısına çıxaraq X5 avtomobili ilə qəza törətmişdir. Qəza baş verdikdən sonra dərhal 102 polis çağrı mərkəzinə onun tərəfindən müraciət edilmiş və X9 əməkdaşı hadisə yerinə gəlmiş, ümumi baxış keçirilmişdir. Baxış keçirilən zaman təqsirkarın qarşı tərəf olduğu müəyyən edilmişdir. Bununla bağlı 23.08.2021-ci il tarixli İXP4144245 nömrəli protokol tərtib edilmiş və tərəflərə təqdim edilmişdir. Hadisə zamanı müəyyən edilmişdir ki, qarşı tərəfin avtomobilinin aktiv sığortası olmadığına görə, iddiaçının maşınının düzəldilməsi onun tərəflərindən həyata keçiriləcəkdir. Qarşı tərəf ilə ziyanın hesablanması və bu ziyana uyğun olaraq onun avtomobilinin təmir edilməsi üçün danışıq aparılmışdılar. Bu məqsəd ilə X5 avtomobilinə dəyən zərərin həcmini müəyyən etmək üçün Ziya Bünyadov prospektində yerləşən, Hyundainın rəsmi servisi olan “Otoplazaya" müraciət etmişdir. Onun müraciəti əsasında ona dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilmişdir və həmin qiymətləndirilmə vərəqəsini iddia ərizəsinə əlavə edimişdir. Həmin qiymətləndirmənin “Hyundai” servis tərəfindən keçirilməsi üçün X5 tərəfindən 50 manat ödəniş edilmişdir. Həmin ödənişin qəbzinin surətini iddia ərizəsinə əlavə edilmişdirş. “Hyundai” servis tərəfindən müəyyən olunmuşdur ki, X2 avtomobilinə dəyən zərər 550 manat məbləğindədir. Avtomobil Bakıda “Hyundai”nin rəsmi satış mərkəzindən alınmışdır və rəsmi servisində də texniki xidmət olunur. Hadisə baş verən zaman yol polisinin hadisə yerinə gəlib öz rəyini bildirməsinə qədər, qarşı tərəf aqressiv şəkildə dəfələrlə günahın X3 olduğunu bildirmiş, ondan öz avtomobilinin sığorta şirkətinə zəng edib məlumat verməsini tələb eldikdə isə sığortası olmadığı halda yalandan “sığortaya xəbər vermişəm, yoldadır’’ deyərək zamanı bilinməyən yerə qədər uzatmışdır.. Qarşı tərəfə günahkar olduğu sübuta yetirildiyinə baxmayaraq bu günə qədər iddiaçıya nə zəng etmiş, hadisə ilə bağlı nə də üzürxahlığını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı sənədlərin toplanması üçün o, dəfələrlə işdən icazə alıb Suraxanı rayon DYPŞ-nə və “Hyundai” servisə getmiş, güclü psixoloji narahatlıqlar keçirmişdir. Yuxarıda göstərdiyi halları ona dəymiş mənəvi zərər kimi nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o, qarşı tərəfin onu dəfələrlə aldatması, iş yerindən icazə almalı olması, cavabdehin zərəri ödəyəcəyinə söz verməsi, lakinzərəri ödəməməsini buna görə də mənəvi sarsıntı keçirməsini, lakin buna görə heç bir psixoloqa, həkimə getməməsini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24.08.2021-ci il tarixli “Hyundai”nın rəsmi servisi olan “Otoplaza" Müştəri təlimatları Qiymətləmdirməsindan görünür ki, **-OZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobil üçün X5 tərəfindən 50 manat ödəniş edilmişdir. - 24.08.2021-ci il tarixli Hyundai servisin AA041901 nömrəli Aktından görünür ki, **- OZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobilə dəyən zərər 550 manat məbləğindədir. - TP ******* İnzibati tənbeh vermə haqqında Qərarın surətinidən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - AC 309797 nömrəli Etibarnamənin verilməsinə dair məlumatdan görünür ki, **-OZ- *** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobil X6 tərəfindən X4 etibar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 17 avqust 2021-ci il tarixində, təxminən saat 20:30 radələrində Yeni Günəşli qəsəbəsində (Şir abidəsindən Qartal abidəsinə tərəf) etibarnamə əsasında idarə etdiyi **-OZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobili ilə hərəkətdə olduğu zaman “Volkswagen Tiguan” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh manevr edərkən onun qarşısına çıxaraq avtomobil ilə qəza törətmişdir. Hadisə nəticəsində tam qanuni əsaslarla X2 istifadəsində olan **-OZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobillə 550 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə həmin maddi ziyanın hesablanmasına görə X1 50 manat xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı Cavabdeh oğluna maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “maddi zərərə və həmin zərərin hesablanmasına görə ödənilmiş xidmət haqqına görə 600 (550 manat zərər, 50 manat xidmət haqqı) manat məbləğində pulun Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Məhkəmə iddia mənəvi zərərə görə 300 manat məbləğində pulun Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı X5 mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X2 xeyrinə 550 manat real zərər, 50 manat avtomobilinə dəymiş zərərin hesablanması üçün “Hyundai” servisə ödədiyi məbləğ və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi Cavabdeh xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Tukanov Rası̇ m Bəhman oğlunun xeyrinə 600 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla ümumilikdə 630 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3748/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3748/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver