Məhkəmə qərarları › İş №2(007)-380/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-380/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-380/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh “BONADEA” Beynəlxalq Hospitalının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini, maddi zərərə görə Cavabdeh1 2700 (iki min yeddi yüz) manat, Cavabdeh2 və Oksigen Klinikasından müştərək qaydada 213 (iki yüz on üç) manat, Cavabdeh5dan müştərək qaydada 60 (altmış) manat, cavabdeh “Bonadea” Hospitalından 1462 (min dörd yüz altmış iki) manat alınaraq ona ödənilməsi barədə, ona vurulan mənəvi zərərə görə cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalından, “xxxx” MMC-dən, “Cavabdeh5dan” Cavabdeh1, X16 müştərək qaydada 100000 (bir yüz min) manat pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 iyun 2018-ci ildə nikaha daxil olmuşdur. İlk hamiləliyi barədə bilən kimi peşəkar həkim-genekoloq axtarmağa başlamışdır. Nəticə etibarı ilə rəfiqələrinin məsləhəti əsasında o, Cavabdeh1 müraciət etmişdir. O, Cavabdeh4 Hospitalında işləyirmiş. Qanuna müvafiq olaraq o, Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 onu “Bonadea” Hospitalında qəbul etmişdir. O, Cavabdeh1 hamiləliyi ilə bağlı müayinə, nəzarət və doğuş həkimimin olmasını istədiyini bildirmişdir. Beləliklə, “Hamiləliyinin ilk günündən həkimi genekoloq Cavabdeh1 olmuşdur. Hamiləliyinin ilk günündən həkim Cavabdeh1 məsləhət gördüyü, tapşırdığı dərman preparatlarını, vitaminləri lazımi qaydada qəbul edirmiş. Tapşırdığı vaxtda onun qəbuluna düşüb, müayinələrdən keçirmiş. Hər ay şəxsən özü onu UZİ müayinəsindən keçirirmiş, hamiləliyinin inkişafına nəzarət edirmiş. “UZİ” Ultrasəs müayinələrinin nəticələrini 10 dəqiqə ərzində nəzərdən keçirib, yalnız bir kəlmə “hər şey əladır, heç bir problem yoxdur” deyə bildirirmiş. UZİ Ultrasəs müayinəsini Samirə Tağıyevə bir neçə dəfə özü etmiş, iki dəfə isə göndərişi əsasında başqa klinikalarda başqa-başqa həkimlər (Cavabdeh2 və Rəna Abasova) tərəfindən müayinədən keçmişdir. Ümumiyyətlə, qeyd etmək istəyir ki, bir pasient kimi onunla istədiyi kimi ünsiyyətdə ola bilməmişdir. Ona maraqlı olan suallara ətraflı cavab almamışdır. Bir həkim kimi Cavabdeh1 uşağın inkişafı ilə bağlı kifayət qədər onu məlumatlandırmırmış, bir gələcəyin anası kimi lazımi qaydada ona məsləhətlər vermirmiş, baş verəcək hallar barədə təlimatlandırmırmış. Hər dəfə müayinə olunduqdan sonra ona yalnız bir kəlmə “Hər şey qaydasındadır (vsyo normalno)” deyə fikir bildirirmiş. Yəni cavabdeh həkim Samirə Tağıyevə sualları və suallara cavab verməyi sevmirmiş. Cavabdeh1 göstərişi ilə hər ay sidik və qan analizlərini “BonaDea” Beynəlxalq Hospitalında verirmiş. Analizlərin cavablarını həkim-genekoloq Cavabdeh1 təqdim edirmiş. Cavabdeh analizlərə baxış keçirirmiş. Heç vaxt şübhəli simptomlar barədə ona məlumat verməmiş, əksinə hər şeyin əla olduğunu qeyd etmişdir. Qeyd edir ki, hər dəfə o, cavabdeh Samira Tağıyevanın qəbuluna düşüb, müayinəsindən keçərkən onun hesabına Cavabdeh4 Hospitalında 150 manat pul ödənişi edirmiş. Həmin məbləğ həkimin bir qəbulu üçün nəzərdə tutulmuşdur. Lakin o, 9 ay həmin həkimin qəbuluna mütəmadi olaraq dəfələrlə (8 dəfə) düşmüşdür. Hamiləliyin inkişafı dövründə 9 ay ərzində yeməyinə və içdiyi suya xüsusi diqqət yetirmişdir. Qəbul etdiyi hər bir qidanın, hər bir hərəkəti barədə həkimlə məsləhətləşirmiş. Yəni bütün bunları məhkəmənin nəzərinə çatdırmaqda məqsədi ondan ibarətdir ki, o, hamiləliyin inkişafı zamanı bütün qaydalara, həkim məsləhətlərinə diqqətlə yerinə yetirən xəstə olmuşdur. Hamiləliyin 12-ci həftəsi Tibb Elmində əsas həftə hesab edilir. Həkim Cavabdeh1 özü də ona bu barədə demişdir. “BonaDea” Hospitalında Cavabdeh1 hamiləliyin 12-ci həftəsində müayinə edib, Uzi-nin nəticələrinə baxıb demişdir ki, “hər şey normaldır”. Heç bir sindroma aid şübhə olmamışdır. Xüsusilə qeyd edir ki, məhz bu həftənin UZİ müayinəsinin nəticələri yazılı kağızda açıqlaması ilə ona verilməli olduğu halda, Cavabdeh1 (cavabdeh həkim ümumiyyətlə ona nəticələri vermirmiş) məhz bu həftənin 12 həftəliyin “Ultrasəs” müayinəsinin nəticələrini ona təqdim etməmişdir. Bu barədə o, doğuşdan sonra araşdırma apararkən bilmişdir ki, ən vacib müayinə sənədi məhz bu həftəyə aiddir və həkim həmin açıqlamanı ona təqdim etməli imiş və yaxud da ona surətini verib onun dosyesinə əlavə etməli imiş. Onu da qeyd etmək istəyir ki, qeydiyyatda olduğu xəstəxanada hər bir xəstənin hamiləliyinin inkişafını əks etdirən dosye olmalıdır. Lakin onun bu xəstəxanada heç bir dosyesi olmamışdır. Bundan başqa, həkim Cavabdeh1 heç vaxt bir həkim kimi ona görə dosye saxlamırmış. “UZİ” Ultrasəs müayinəsinin yazılı nəticələrini həkim heç vaxt ona vermirmiş. Həmişəki kimi sakit baxıb, inkişaf barədə izahat vermirmiş. O da təcrübəsiz olduğundan, sadəcə olaraq “həkimdir” deyə hər şey normal olduğunu, analizlərin yaxşı olduğunu, hamiləliyinin gözəl keçməsini düşünürmüş. Bundan başqa, bir həkim olaraq onunla kobud davranıb, istər görüş zamanı, istərsə də telefonla, votsapla daim kobud davranmış, kobud cavab vermişdir. Kobud olduğundan ondan söz soruşmağa çətinlik çəkmişdir. Cavabdeh1 eyni zamanda “Oksigen” Klinikasında da çalışır. O, Oksigen Klinikasında çalışsa da, orada xəstəni 60 manata müayinə edirsə, o, maddi cəhətdən baha başa gəlsə də, yenə də Cavabdeh4 Klinikasında 150 manat verib onun qəbuluna düşməyə üstünlük vermişdir. Belə ki, düşünürmüş ki, 1-ci “BonaDea” Hospitalı yeni açılıb və ən müasir aparatlarla təmin olunmuş, 2-ci Samira Tağıyeva orda səhər qəbul edir, xəstələr azdır və orada həkim ona daha diqqətli olacaq, onu diqqətlə tələsmədən müayinə edəcəkdir. Hamiləliyinin 3 ayında həkim-genekoloq Cavabdeh1 onu ikili və üçülü test verməyi üçün onu Bonadea hospitalına göndərmişdir. Halbuki, bu qərar hamiləlik dövründə nəsə şübhə olduğu vaxtda belə bir göndəriş olur. O, Cavabdeh4 Hospitalında həmin analizləri vermişdir. O, bu testlərdən keçmişdir və nəticəni həkimə göstərmişdir. Analizlərin cavablarına Samira Tağıyeva baxıb, demişdir ki, hər şey əladır, problem yoxdur! Uşağın inkişafı əladır. Hər hansı sindromdan, o cümlədən “Daun” sindromundan söhbət gedə bilməz. Halbuki, həmin analizlərdə bu simdrom bilinirmiş. Lakin təəssüflər olsun ki, o, bütün bunları sonradan doğuşdan sonra bilmişdir. Hamiləliyinin 6-ci ayında həkim-Genekoloq Cavabdeh1 onu uşağın ürəyinin dəqiq yoxlanılması üçün həkim Cavabdeh2 yanına göndərmişdir. Buna görə də “Oksigen” Klinikasına həkim Cavabdeh2 qəbuluna düşüb, ultrasəs müayinəsindən keçmişdir, müayinə 40 dəqiqəyə yaxın olmuşdur, həkim diqqətlə 40 dəqiqəyə yaxın uşağı və bütün orqanlarını müayinə etmiş, hər şeyin normal olmasını bildirmiş və müayinənin çıxarışını ona təqdim etmişdir. Eyni zamanda o, rəfiqəsinin tövsiyyəsi ilə başqa bir həkimin “Caspian” Klinikasında çalışan Cavabdeh6 qəbulunda və müayinəsində olmuş, müayinələrin cavablarını Cavabdeh1 təqdim etmişdir. Həkim həmişəki kimi yalnız bir kəlmə: “Hamiləliyinizin inkişafı əladır. “Elevit”, “Kurantili” qəbul etməkdə davam edin” demişdir. Hamiləliyinin 8-ci ayında mart ayının sonunda həkim Cavabdeh1 onu təkrar müayinə etmiş, hər şeyin əla olduğunu deyərək, doğuşu müzakirə etmək üçün may ayının 1-də gəlməyini tapşırmışdır. Bir həkim kimi Cavabdeh1 onun çanağının ölçülərini almamış, vaxtından əvvəl doğuş baş verdiyi halda hansı tədbirləri görməyi barədə, həmin anda nə etməli olduğu barədə onu təlimatlandırmamış, belə vəziyyətdən çıxış yoluna onu hazırlamamışdır. Halbuki, çanağın ölçülməsi vacib ünsürlərdən biridir, bu ölçmə əvvəldən aparılmalı imiş. Belə ki, tibb elmində risk qrupuna daxil olan hamilə qadınların siyahısı müəyyən edilmişdir. Risk qrupuna daxil olan xəstələrdən biri də çanağının ölçülərinin kiçik olmasıdır. Lakin bu hal müəyyən edilərkən xəstə risk qrupuna daxil olan xəstələrə aid edilir və onun müayinə və müalicəsi bu hallar nəzərə alınmaqla aparılır. Onun isə çanağının ölçülərinin ümumiyyətlə alınmaması, onun risk qrupuna aid olub-olmaması müəyyən edilməmişdir. Bu da bir daha həkim tərəfindən ona qarşı səhlənkarlığın olmasını sübut edir. Doğuş üçün müzakirələrin aparılmasını isə may ayının 1 tarixi yazmışdır. Halbuki, doğuş daha tez müddətdə də baş verə bilərmiş. Belə də olmuşdur. 2020-ci ilin aprelin 22- 23 ayaqları şişdiyi üçün, həkimə özünü piss hiss etdiyini, mayın 1-də deyil, aprelin 24-də gəlmək istədiyini bildirmişdir Aprelin 23-dən 24-nə keçən gecəyə saat 1-də ağrıları başlamış və o, dərhal həkiminə zəng etmişdir. Həkim Cavabdeh1 yoldaşına “Təcili Yardıma zəng edin, Təcili Yardım qoy baxsın!” ifadəsini işlətməklə dəstəyi asmışdır. Təkrar yığıb şəxsən özünün gəlməsini tələb etmişlər. Bundan sonra o, “BONADEA” Hospitalına çatdırılmışdır. Orada o, köməksiz vəziyyətdə qalmışdır. Kimsə ona kömək etməmişdir. Xəstəxanada etirazlarını bildirdikdən sonra, öz həkimin Cavabdeh1 dəfələrlə gəlməyi xahiş, sonra isə tələb etdikdən sonra o, 2 saat yarıma xəstəxanaya gəlmiş, gələn kimi onunla, yoldaşı ilə çox kobud davranaraq, onlara əsassız iradlarını bildirmişdir. Onda artıq doğuş baş verirmiş. Həkim Cavabdeh1 heç bir ağrıkəsici dərman və ya iynə etmədən, kəsici vasitə olan skalellə kəsmiş, uşağı azad etmişdir. Uşaq azad olunandan sonra dərhal həkimlər müayinə etmiş və həkim Cavabdeh1 uşaqda “Daun” sindromu olduğunu bildirmişlər və Cavabdeh1 üzərində hələ əməliyyat gedərkən, çox pis vəziyyətdə olduğu vaxt uşağın daun xastəsi olması barədə məlumatı vermişdir. Əməliyyatda olduğu zaman bu məlumatı alarkən səhhəti, psixoloji vəziyyəti daha da pisləşmişdir. Palataya keçəndən sonra həkimin yanına gəlməsini tələb etmişdir. Lakin həkim gəlməmişdir. Yalnız sabahısı günü Cavabdeh1 yanına gəlmiş və o, Cavabdeh1 nə üçün belə olduğunu, ona hər zaman hamiləliyin əla olduğunu, uşağın inkişafının yaxşı olduğunu söyləməsini xatırlatmışdır və sonda nəticənin niyə belə olmasını soruşmuşdur. O isə “Allahın payıdır. Artıq doğulub...gərək mən səni amniotsentez analizinə göndərərdim,amma o çox bahalı analizdir”. O isə demişdir ki, “bəyəm Siz görmüsüz ki, mən nədəsə ekonomiya edəm? Şübhəniz olduğu halda, niyə vaxtında mənə heçnə demədiniz, axı bu mənim ilk hamiləliyimdir”. Susmuş, uşağa yaxınlaşmış, baxmış, demişdir ki, sabah onu xəstəxanadan çıxardacaqlar. Sabahısı onu xəstəxanadan xaric edərkən demişdir ki, “narahat olma, sənə ikinci uşağı əlinə sağlam verəcəm”. O, deyilən sözlərdən şokda imiş. Xəstəxanadan xaric olunduğu anda, xaric olunmağı ilə bağlı ona sənəd verməmişlər. 27 apreldə özləri sənədi götürmək üçün “Banodea” hospitalına gəlmişlər. Samira Tağıyeva xəstəxanada olduğu halda, onunla görüşdən yayınmaq üçün xəstəxanada olmadığını bildirmişdir. Halbuki, onun maşını xəstəxananın həyətində imiş. Xəstəxanadan xaric sənədini tələb etdikdə, görmüşdür ki, sənəddə həkim mama ginekoloq hissəsində - Nəcəfova Günel yazılmışdır. Halbuki, onun doğuşunu Samira Tağıyeva qəbul etmişdir. O, sənədin dəyişdirilməsini, doğuşu qəbul edən həkimin adının, soyadının yazılmasını tələb etmişdir. Demişlər ki, onlarda sistemdə belə qeyd olunmuşdur, Samira Tağıyeva onlarda sistemdə hələ keçmir. Yəni xəstəxananın həkimi olmayan Samira Tağıyeva heç bir səlahiyyəti olmadan həmin xəstəxanada onun müayinə və müalicəsini, doğuşunu qəbul etmişdir. Tələb etdikdən sonra səhərisi günü sənədi dəyişib, Samira Tağıyevanın adını qeyd edərək ona vermişlər. Qeyd etmək istəyir ki, hamiləliyinin inkişafı dövründə Samira Tağıyevanın ailəsində 2 dəfə itki baş vermiş, noyabr ayında qardaşı, mart ayında isə atası rəhmətə getmişdir. Vəziyyəti stabil olmayan həkim onun səhhətinə səhlənkarlıqla yanaşmış, nəticədə o, ömürlük şikəst uşaq əldə etmiş olmuşdur. Hamiləlik dövrünün 12-ci həftəsində daun sindromu bilindiyi halda, ona bu məlumat verilməmiş və seçim hüququ izah edilməmişdir. Halbuki, o, vaxtında bilsə imiş, digər hüquqlarından istifadə edərək, həm uşağın, həm də özünün əziyyətinə son qoymaq üçün onu vaxtında, qanunun icazə verdiyi bir vaxtda götürmək (abort etmək) hüququndan istifadə edə bilərmiş. İndi isə o, uşağın əziyyətlərini ömürlük gözü ilə görərək, həm onun zülm çəkdiyini, eyni zamanda onunla bərabər özünün də daimi psixoloji zülm çəkəcəyini düşünür. O artıq mənəvi ziyana ömürlük uğramışdır. Uşağın xəstəliyi isə müalicə olunması mümkün olmayan xəstəlikdir. Əks halda onu müalicəsinə maddi yardım da etməyə hazırdır. Lakin əfsuslar olsun ki, həkim səhlənkarlığı nəticəsində o, uşaqla bərabər ömürlük mənəvi əzab qazanmışdır. Bundan başqa, onu da qeyd edir ki, həkim-ginekoloq Cavabdeh1 özü rəfiqələrinin vasitəsi ilə tapdığından və nəticə belə alındıqdan sonra ailəsində məhz həkim seçiminə görə həddindən artıq söz-söhbətlər yaranmış, hər gün demək olar ki, evlərində bu xoşagəlməz mövzu müzakirə olunurmuş. Hətta ailə münasibətləri boşanma ərəfəsinədək gərginləşmişdir. Bütün bunları açıq və geniş yazmaqla, həkim səhlənkarlığının olduğu kimi, hansı qaydada baş verdiyini, onun maddi ziyana düşdüyünü və mənəvi ziyanı isə ömürlük qazandığı barədə məhkəmədə təsəvvür yaratmaqdır. Cavabdeh1 aşağıdakı hərəkətlərinə görə təqsirli hesab edir. 1. Həkim səhlənkarlığı, vaxtında onun müayinəsinə 12 həftəlik UZİ müyinəsinə düzgün qiymət verməmişdir. Uşağın xəstəliyi bəlli olduğu halda, bu barədə vaxtında məlumat verməmiş, bununla da seçim hüququndan məhrum olunmuşdur. 2. Həkim tərəfindən ona qarşı çox kobud rəftar olunmuşdur. 3. Onun hamiləliyinin inkişafı barədə tarixçə-müşahidə vərəqəsi açılmamışdır. 4. ”Bonadea” Klinikasında həkim Cavabdeh1 rəsmi qeydiyyatda olmaya-olmaya müayinə və doğuşları həyata keçirmişdir. 5. Ona lazımi və vaxtında tibbi yardım göstərməmişdir: 1. ona ağrıkəsici vurmadan kəsmiş; 2. kəsili vəziyyətdə uşağın daun xəstəsi olması barədə birdən məlumat vermiş, ona psixoloji zərbə vurmaqla, daha da pis vəziyyətə salmışdır. 3. Onun çanağını ölçməmişdir. 6. Lazımi sənədləri ona təqdim etməmişdir. Halbuki, həmin sənədləri o, başqa həkimə göstərib bu barədə məlumatı dəqiqləşdirə bilərmiş. 7. Sənədlərdə saxtakarlıq olmuşdur. X27 qəbul etdiyi halda, başqa həkimin adı qeyd edilmişdir və müəyyən edilmişdir ki, Cavabdeh1 “Bonadea” xəstəxanasında qeydiyyatdan keçməmişdir. Bundan başqa, o, Bonadea Hospitalına müraciət etdiyi halda, ona mübadilə vərəqəsini Oksigen Klinikası vermişdir. Halbuki, onun Oksigen klinikası ilə heç bir əlaqəsi olmamışdır. 8. Başqa yerlərdə keçirdikləri UZİ nəticələrinin oxunuşunda biganə yanaşmış, həmin UZİ nəticələrinə baxdığı halda, bu nəticələri düzgün olaraq ona oxumamış, qüsurları olduğu kimi çatdırmamışdır. 3-lü və 2 li testi keçmiş, nəticələri həkiminə göstərmiş, lakin Cavabdeh1 həmin şübhəli hal olduğu halda, onu müəyyən edib, ona məlumat verməmişdir. Cavabdeh Oksigen və Cavabdeh5: Həmin Klinikalarda həkimlər Cavabdeh2, Cavabdeh6 olmuşlar. Həmin Klinikalarda UZİ müayinəsi keçmişdir. Burada çalışan həkimlər müayinənin cavabını düzgün oxumamış, qüsurlar barədə məlumat verməmişlər. 2. Bu klinikaların hesablarına pul keçirmişdir. Uşağın daun olması həkimlər üçün açıq-aşkar bilindiyi halda, həkimlər hər şeyin normal olmasını bildirmişlər. Göründüyü kimi, o, həkim səhlənkarlığına məruz qalmışdır. Cavabdeh “Bonadea” Hospitalı: 1. Ehtimalına əsasən qeydiyyatdan keçməyən, lisenziyası və müqaviləsi olmayan həkimin həmin hospitalda çalışmasına icazə verməklə, orada fəaliyyətinə şərait yaratmışdır. 2. Analizlər bu hospitalda verilmiş, UZİ bu hospitalda olduğundan, bütün analizlərin və UZİ müayinəsinin nəticələri düzgün olmamış və uşağın daun olması bildirilməmişdir. 3. Bu Hospitalın hesabına istər həkimin müayinəsi, istərsə də analizlərə görə edilən ödənişlərin faizlərinə cavabdeh Hospital sahibdir. Bu səbəbdən qeyd etdiyi klinikaların da cavabdeh olduğunu düşünür. “Daun” xəstəliyi barədə Məhkəməyə məlumat vermək istəyir: Bu xəstələrdə görmə pozğunluğu da müşahidə olunur. Qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patalogiyalara rast gəlinsə də, ifrazat sistemində elə də kənaraçıxma çox olmur. İmmun sistemi zəif olur, xəstəliklərə daha tez tutulur, xüsusi ilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində tez-tez piylənmə halları da aşkar edilir. Digər materialdan həmin xəstəliyə dair izah: USM zamanı xüsusi olaraq dölün yaxalıq məsafəsinin qalınlığı yoxlanılır. Bütün körpələrin yaxalıq nahiyəsində mayenin toplanması müşahidə olunur, amma Daun sindromunda bu sahədə daha çox maye yığılır. Bu səbəbdən də, Daun sindromu ehtimalı yüksək olan döllərdə boyun arxasındakı yaxalıq məsafəsinin qalınlığı daha çox olur. Dölün yaxalıq məsafəsinin qalınlığı ilə yanaşı dölün ümumi ölçüləri, ananın yaşı və bədən çəkisi, hazırda və əvvəllər siqaret çəkib-çəkməməsi kimi bir sıra digər göstəricilər xüsusi kompüter proqramına daxil edilərək körpədə Daun sindromu riski müəyyən edilir. Bəzən dölün yaxalıq məsafəsinin dəqiq ölçülməsi çətinləşir. Səbəbi isə USM zamanı dölün vəziyyəti və ya hamilə qadının artıq çəkisi ola bilər. Qan analizləri (zərdabın biokimyəvi analizləri) aparıldıqda ananın qanında hamiləliklə bağlı müşahidə olunan hormon və zülalların səviyyəsi ölçülür. Onlar cift və ya inkişafda olan döl tərəfindən istehsal olunur. Döldə Daun sindromunun olması həmin hormon və zülalın (xorion qonadotropini və hamiləliklə bağlı zərdab zülalı) səviyyəsinə təsir edir. Yenə də qan analizlərinin nəticələri, dölün ölçüləri, ananın yaşı və bədən çəkisi, siqaret çəkibçəkməməsinə əsaslanaraq döldə Daun sindromu riskini təyin etmək üçün xüsusi kompüter proqramından istifadə olunur. Daun sindromlu körpənin doğulması riski yüksək olduqda növbəti addımlar. Əgər skrininqin nəticəsi hazırki hamiləlikdə Daun sindromlu körpənin doğulması riskinin yüksək olduğunu göstərirsə, bir qayda olaraq, Daun sindromu diaqnozunu təsdiq etmək üçün hamiləyə müvafiq tibb mərkəzlərində daha dərinləşdirilmiş müayinələrdən keçmək təklif olunur. Bu müayinələr zamanı uşaqlıq boşluğuna müdaxilə olunduğundan, kiçik olsa da 1-2% özbaşına düşük riski vardır. Skrininq testlərindən fərqli olaraq aşağıdakı təsvir edilmiş müayinələr məhz diaqnozun təsdiq edilməsi üçün istifadə edilir. Diaqnostik müayinələrə aşağıdakılar daxildir (adətən bunlardan biri istifadə edilir): Ciftin xovlarının biopsiyası (CVS); ciftdən nümunələrin götürülməsi və onların genetik müayinəsinin aparılması; Amniosentez - dölyanı mayenin alınması və dölün oradan götürülən/tapılan hüceyrələrinin genetik müayinəsi. Amniosentez hazırda daha çox istifadə edilir; Ana bətnində dölün göbək ciyəsindən qan nümunəsinin götürülməsi (PUBS) alınan qanın genetik müayinəsi. Əgər nəticə döldə xromosom anomaliyasının olmasını təsdiqləyərsə, həkim bu barədə hamiləyə ətraflı məlumat verməlidir. Son seçimi hamilə özü etməlidir: hamiləliyi davam etdirmək və ya dayandırmaq. Daur Sindromu doğulan körpələrarasında ən geniş yayılmış genetik anomaliyadır. Adətən, insanın hüceyrələrində 23 cüt, yəni 46 xromosom (irsi məlumat daşıyan struktur) vardır. Hansısa bir bioloji təsadüf nəticəsində bəzi körpələr 47 xromosomla doğulur və bu xromosom anomaliyalarinın bir növüdür. Əlavə xromosom müxtəlif xromosom cütlərdə müşahidə oluna bilər və bu cür hallar "trisomiya" adlanır. Daun sindromunda isə əlavə xromosom 21-ci cütdə yerləşir və bəzən "Trisomiya 21" adlanır. Belə uşaqlarda yüngüldən ağır dərəcəyə qədər əqli və fiziki inkişafda problemlər, müxtəlif orqanların (məs., ürək) qüsurları müşahidə olunur və həyatı boyu uşağın inkişafına təsirini göstərir. Daun sindromunun müalicəsi yoxdur (Ədəbiyyat: Xanım.az saytı (Ailə və Uşaq Baxılıb: 10382 Tarix: 30 dekabr 2015)). Məlumat üçün bildirir ki, hazırda onun körpəsində ürək xəstəliyi də mövcuddur. Doğuşdan sonra o, körpənin daun xəstəsi olub-olmaması barədə analizlər vermiş, çox təəssüf ki, bu analizlərin cavabı uşağın daun xəstəsi olmasını təsdiqləmişdir. Göründüyü kimi, bu xəstəlik uşağın ömrünün sonunadək sağalmazdır. Bütün bunlar cavabdeh həkimlərin hərəkətləri, laqeydliliyi nəticəsində baş vermişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona mənəvi və maddi ziyan dəymişdir. O, böyük mənəvi iztirablar keçirmiş, hazırda da keçirir. Ona dəymiş mənəvi zərəri 100000 manat qiymətləndirir. Maddi zərər isə 4435 manat təşkil edir. Maddi ziyan aşağıdakılardır. Həkim Cavabdeh1 tərəfindən 2700 manat: 8 dəfə Samira Tağıyevanın qəbuluna düşmüş. Hər qəbul üçün 150 manat ödəmiş. Bu da ümumilikdə 1200 manat təşkil edir. 1500 doğuş üçün “Bonadea” Hospitalına ödəmişdir. Bu barədə mədaxil qəbzləri almışdır. X17 Cavabdeh2 213 manat ödənilmişdir. X18 Cavabdeh6 60 manat pul ödənilmişdir. “Bonodea” Hospitalına 1462 manat ödəniş edilmişdir. Testlər, analizlər “Bonadea” Hospitalının laboratoriyasına 3-lü test üçün 155, 2-li test üçün 90 manat ödənilmişdir, 1217 manat digər qan analizlərini vermişdir. Göründüyü kimi, Qadın Məsləhətxanalarında, Ambulator-Poliklinik Tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 03 fevral 2014-cü il tarixli, 02 saylı qərarı ilə təsdiq edilmiş təlimatın bəndlərinə həkim Cavabdeh1 tərəfindən riayət edilməmişdir. Qeyd edilənlərə əsasən ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini, maddi zərərə görə Cavabdeh1 2700 (iki min yeddi yüz) manat, Cavabdeh2 və Oksigen Klinikasından müştərək qaydada 213 (iki yüz on üç) manat, Cavabdeh5dan müştərək qaydada 60 (altmış) manat, cavabdeh “Bonadea” Hospitalından 1462 (min dörd yüz altmış iki) manat alınaraq ona ödənilməsi barədə, ona vurulan mənəvi zərərə görə cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalından, “xxxx” MMC-dən, “Cavabdeh5dan” Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 100000 (bir yüz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə əlavə təqdim edərək qeyd etmişdir ki, o, 30 iyun 2018-ci ildə nikaha daxil olmuşdur. Həkim olaraq, Cavabdeh1 seçmişdir. Samira Tağıyeva “Bonadeo” və Oksigen Klinikasında işləyirmiş. Müayinə yeri olaraq, məhz Bonadeo Hospitalını seçmişdir. Bütün müayinələri Samira Tağıyeva tərəfindən Bonadeo Hospitalında edilmişdir. Bonadeo Hospitalında X28nm göstərişi əsasında “Bonadeo” Hospitalında verilmişdir. Hamiləliyinin ilk günündən uşağın doğulması anınadək X28 onu müayinə və müalicə etmişdir. Müayinə və müalicələrin nəticəsi olaraq X28 uşağın heç bir probleminin olmadığını, hamiləliyin qaydasında olmasını bildirmişdir. Nəticədə uşaq 24.04.2021-ci il tarixdə Banadeo Hospitalında “Daun Sindromu” ilə doğulmuşdur. Hazırkı iş üzrə X26, Cavabdeh6m, Cavabdeh2 təqsirli hesab edir. Hesab edir həkimlər Cavabdeh6, Cavabdeh2 hamilə olarkən dölü düzgün müayinə etsə imişlər, döldə daun sindromuna şübhələri vaxtında aşkar edə bilərmişlər. Digər həkim Cavabdeh1 isə özü də onu natamam müəyinə etmiş, təqdim edilmiş qan analizlərini, USM müayinələrinin nəticələrinə, natamamlığına göz yumaraq onun və uşağının səhhətinə qarşı səhlənkarlıq etmişdir. Sual olunur necə olur ki, daun sindromunu müəyyən edən burun, çənə, ənsə, boyun qısalığı, göz kəsiyi döldə müəyinə olunarkən hər şeyin normada olduğu yazılır. Doğulan kimi isə qeyd edilən hissələrdə qüsurların olduğu deyilir. Bəs bu hissələr izlənilibsə, niyə qüsurları müəyyən etməmişdir, həkim ya düzgün izləməmiş, sadəcə bilə-bilə normal qeyd edilməklə kifayətləmnişdir. Ya da düzgün izləməmişlər. Çənə sümüyü ümumiyyətlə həkimlər tərəfindən izlənilməmişdir. Heç bir sənəddə çənənin izlənilməsi qeyd edilməmişdir. İş üzrə sənədləri: Müayinə sənədlərimin bir qismində bu şübhələr olmuşdur. X28 da bu şübhələrə göz yummuşdur. 2nd-3nd Trimester (həkim Cavabdeh2, müayinə tarixi 21.01.2020) sənədindən görünür ki, “başın çevrəsi”- 225 qeyd edilmişdir. Halbuki Referans aralığı 194.8-225.3 göstərilmişdir. Qarın çevrəsi 209 göstərilmişdir. Halbuki referans aralığı 161.0- 196.4 göstərilmişdir. Göründüyü kimi, bu göstəricilər normadan artıq göstərir. Həmin sənəddə sağ hissədə-dölün baş hissəsi, dölün sifət hissələri, boyun, döş qəfəsi, ürək hissələri, qarın hissələri, ətraflar hissəsi qrafaların qarşısında ölçülər qeyd edilməmiş, Ölçülərin qeyd edilməsi əvəzinə “normal” sözü qeyd edilmişdir. 2. 18.01.2020-ci il tarixli, 23 həftəlik 5 gün hamiləlik sənədində (həkim Cavabdeh6, Cavabdeh5ın həkimi) yan mədəciklər, şəffaf çəpər boşluğu, orta xətt beyin çadırı, hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə üz strukturları (burun-dodaq, üçbucağı, profil, orbitallar hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə qulaq seyvanlan, fəqərə sütunu, qarnını ön divarı, mədə, sidik kisəsi, öd kisəsi, böyrəklər, ürəyin 3 damar kəsiyi hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. 3. 3-li skrinin testi 16 dekabr 2019-cu il tarixli: Burada sənədin aşağı hissəsində risk xəttinin riskə yaxın olması müşahidə olunur. 4. 30.03.2020ci il tarixli USM müayinəsi (X28 Bonadeo hospitalı) sənədindən görünür ki, burun, dodaq üçbucağı-normal yazılmışdır. Ölçülər qeyd edilməmişdir. Həmin sənəddən görünür ki, müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. 4. 30.03.2020- ci il tarixli USM müayinəsi (X28 Bonadeo hospitalı) sənədindən görünür ki, burun, dodaq üçbucağı- norma yazılmışdır. Ölçülər qeyd edilməmişdir. Həmin sənəddən görünür ki, müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları, burun sümüyü, ənsə şəffaflığı ölçülməmiş, tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. 5. 13.12.2019cu il tarixli, 18 həftə 5 günlük müayinə sənədindən (Bonadeo hospitalı, X28) görünür ki, həkim tərəfindən müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları, ənsə şəffaflığı, təpə büzdüm ölçüsü, tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. 6. Qan analizinin cavabında (13.12.2019-cu il tarixli “Bonadeo Hospitalı) Alfa-l-Fetoprotein 40911 qeyd edilmişdir. Həmin sənəddə məhz bu rəqəm qara şiriftlərlə qeyd edilmişdir. Tibbi ədəbiyyata əsasən ananın qan zərdabında alfa- fetoproteinin qatılığının enməsi ilə dövlə Daun xəstəliyi arasında əlaqə müəyyən edilmişdir. Bütün bunlara X28 diqqət yetirməmiş, nəticədə uşaq daun sindromlu doğulmuşdur. Usaq doğulandan sonra xətəlik tarixçəsində uşağın qüsurları qeyd edilmişdir. Burada üz quruluğu, göz yarıqları kəsik, basıq və genis burun kökü, qulaqlar, boyun qısa, ənsə qalın, geniş filhrum, haçalanmış ayaq barmaqları qüsurlar kimi qeyd edilmişdir. USM müayinə sənədlərində bütün bu göstəricilər ya normal yazılmış, da ya izlənilməmişdir. Uşaqda olan qüsürlar doğuşdan sonra qeyd edilir. Lakin döl halında olarkən bunların heç birini həkim izləməyibsə və ya izləyib görməyibsə deməli həkim səhlənkarlığının, həkim diqqətsizliyinin sübutudur. Nəticədə onun övladı daun sindromlu doğulmuşdur. “BONADEA” Beynəlxalq Hospitalını, Cavabdeh5 və “Oksigen” Klinikasını da cavabdeh hesab edir. Ona görə ki, X28 “Bonadea” Beynəlxalq Hospitalında həkim işləyir, məhz USM və qan analizlərinə görə o, bu Hospitalın hesabına pul keçirmişdir. Cavabdeh6 onu natamam müayinə etmiş, etdiyi müayinələrin ölçülərini qeyd etməmişdir. O, cavabdeh “Cavabdeh5 həkimidir və ona olan ödəniş, məhz bu Hospitalın hesabına edilmişdir. Cavabdeh2 onu natamam müayinə etmişdir. O, cavabdeh “Oksigen” Klinikası Hospitalının həkimidir və ona olan ödəniş, məhz bu Hospitalın hesabına edilmişdir. Uşaqda olan bu xəstəlik sonadək sağalmazdır. Cavabdeh həkimlərin bu hərəkətləri nəticəsində ona mənəvi və maddi ziyan dəymişdir. O, böyük mənəvi iztirablar keçirmiş, hazırda da keçirir. Ona dəymiş mənəvi zərəri 100000 manat qiymətləndirir. Maddi zərər isə 9435 manat təşkil edir. Maddi ziyan aşağıdakılardır. Həkim Cavabdeh1 tərəfindən 2700 manat: (8 dəfə Samira Tağıyevanın qəbuluna düşmüşdür. Hər qəbul üçün 150 manat ödəmişdir. Bu da ümumilikdə 1200 manat təşkil edir. 1500 doğuş üçün “Bonadea” Hospitalına ödəmişdür. Bu barədə mədaxil qəbzləri almışdır). X17 Cavabdeh2 213 manat ödənilmişdir. X18 Cavabdeh6 60 manat pul ödənilmişdir. “Bonodea” Hospitalına 1462 manat ödəniş edilmişdir. Testlər, analizlər “Bonadea” Hospitalının laboratoriyasına 3-lü test üçün 155, 2-li test üçün 90 manat ödənilmişdir, 1217 manat digər qan analizlərini vermişdir. Əlavə olaraq doğuşdan sonra o, uşağın cərrahiyyə əməliyyatına görə pul xərcləmişdir. Uşağın ürəyinə və gözə görə əməliyyatlar keçirmişdir. Göz əməliyyatına 2000 manat, ürək əməliyyatına 3000 manat pul vəsaiti sərf edilmişdir. Qeyd edilənlərə əsasən, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair, maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Oksigen Klinikasından, Cavabdeh6, Cavabdeh5dan, cavabdeh “Bonadea” Hospitalından 9435 (doqquz min dörd yüz otuz beş) manat maddi ziyana görə, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 31 avqust 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, 22 illik iş stajina malik mama-ginekoloq olaraq ilk dəfədir ki, öz pasienti tərəfindən şər və böhtanlara məruz qalır. İlk olaraq qeyd etmək istəyir ki, o, mamaginekoloq olaraq X4 rəsmi olaraq işləyir. İddiaçı ona qarşı iddiasında, onun qeyri-rəsmi olaraq Bonadea Hospitalda işlədiyi qeyd olunur. Bu tamamilə yalnış informasiyadır. Bu klinikada qeyri-rəsmi olaraq işləmək mümkün deyil. Onun rəsmi iş qeydiyyatını müvafiq qurumlarda yoxlamaq mümkündür. İşlədiyi müddət ərzində onların Hospitaldan bütün xəstələrin çıxışı zamanı onlara çıxarış sənədi vaxtlı olaraq təqdim edilir. İddiaçı çıxışı zamanı Bonadea Hospitalının kompyuter sistemində donma yaranmış və ona aid olan səhifə açılmadığı üçün pasientə çıxarış qeydiyyat tərəfindən səhvən Bonadea Hospitalda çalışan başqa mama-ginekoloq Nəcəfova Günelin adı ilə təqdim olunmuşdur. Bu sənədi alan pasient Bonadea Hospitalda çox ciddi şəkildə hay-küy yaradıb, nalayiq və təhqiramiz sözlərlə bütün klinika əməkdaşları və şəxsən onu təhqir etmişdir. Pasientdən üzr istənilib və kompyuterdə problem olduğu üçün ondan gözləməsi xahiş olunmuşdur. Buna baxmayarq İddiaçı şər və böhtanlara əl ataraq Bonadea Hospitalın guya ki, bilərək Cavabdeh1 gizlətdiyini deyib və dərhal ona çıxarışın təqdim olunmasını tələb etmişdir. Kompyuterin probleminin həll olunması və pasientə çıxarışın verilməsi təxmini bir neçə saat zaman almış olsa da, pasientə onun adında olan rəsmi çıxarış sənədi təqdim edilmişdir .Həmin müddətdə Pasient İddiaçı onun ünvanına nalayiq sözlər işlətmiş, şəxsiyyətini, həkimlik fəaliyyətini nalayiq şəkildə təhqir etmişdir. X19 kollektivi və mühafizə xidməti buna şahiddir. İddiaçı sonrakı iddiasında onun adına Bonadea Hospitalda heç bir ambulator kart açılmadığını deyir. Halbuki pasientin adına bütün qeydlər, müayinə nəticələri Bonadea Hospitalda açılmış kartda mövcuddur. Həmin sənədlər lazım olan təqdirdə məhkəməyə təqdim oluna bilər. Pasient İddiaçı ilk olaraq onun qəbuluna 14.09.2019-cu tarixində hamiləliyin 5 həftəsində X4 müarciət etmişdir. Anamnezi: İddiaçı 1992-ci il təvvəllüdlü. Birinci nikahında boşanma səbəbi ilə əlaqədar (anasının deməsinə əsasən) 2014-cü ildə ilk hamiləliyini süni abortla nəticələndirmişdir. Hazırda ikinci nikahı və sayca ikinci hamiləliyidir. Hamiləlik müddətində cəmi 9 dəfə müayinə üçün müraciət etmişdir. Həmin maraciətləri zamanı müayinlərdən keçmiş və müayinə nəticələri ona dəqiq izah olunmuşdur. Bütün ultrasəs müayinələrində yoldaşı iştirak edirmiş. Pasient hər müraciəti zamanı çoxlu sayda suallar verir, daim telefonla əlaqə saxlayır və ye nədə sualların verirmiş. Bütün bu votsap yazışmaları telefonda var. Lazım olan təqdirdə təqdim oluna bilər. Pasient gün ərzində bir neçə dəfə votsapla yazır və bütün yazdıqlarına ətraflı cavab alırmış. Buna baxmayaraq iddiasında həkim tərəfindən kifayət qədər məlumatlandırılmadığını qeyd edir. O bir mama-ginekoloq olaraq ÜST tovsiyyələri və Hamiləliyin təqibi üzrə dünya protokollarına riayət etdiyi üçün bütün pasientlərindən, o cümlədən bu pasientində də 2-li və 3-lü skrininq testlərinin nəticələrini istəmişdir. Pasientin 28 yaşı var, ailə və genetik anamnezində bir xromosom patologiyası izlənilmədiyi üçün onda pasientin hamiləliyi genetik patologiya üzrə şübhə yaratmamamışdır. Onun hamiləlik təqibi apardığı bütün pasientləri 2-və 3-lü skriniq testlərdən keçir. Pasinetin 2-li testi zamanı müayinə nəticəsinə əsasən ultrasəsdə NT- boyun yaxalıq sahəsi 1,8 mm olmuş, bu tam normal hesab olunur. Həmin müayinənin şəkilləri xəstəyə verilmişdir. İkinci nüsxə olaraq yazılı şəkildə pasientin kartında mövcuddur. İkili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə isə 1:332 nəticə vermişdir. 3-lü test 18 həftə 5 günlük müddətdə aparılmışdır. Trisomi riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir. Bu iki skrininq testinin nəticəsi tam normaya müvafiq olduğu üçün pasientdən xromosom patologiyasının araşdırılması üçün başqa testlər istənilməmişdir. Hamiləliyin təqibi üzrə dünya protokollarının normativlərinə əsasən 2-li testdə risk göstəricisi 1:200 olan zaman NİPT testinə, risk 1:100 olduğu halda isə Amniosintezə göstəriş var. Daun sindromuna risk qrupuna aid olan pasientlərdə skrininq testlərdə risk nisbəti 1:100 göstəricisində olur (Ü.S.T əsasən WORLD HEALTH ORGANİSATİON). Pasientdə ultrasəs müayinələri zamanı heç bir patologiya aşkarlanmamışdır. Dölün inkişafı normal olmuş. Döldə heç bir orqanda qüsur aşkarlanmamışdır. Dünya üzrə, hamiləlik zamanı aparılan İkili və üçlü testlərin informativliyi 80 faiz dəyərində. Ultrasəs müayinənin informativlik dərəcəsi isə 45-70 faizdən yüksək deyil. Pasientdə heç bir müayinə və ultrasəsdə normadan kənara çıxma, döldə qüsur aşkarlanmadığı üçün, pasientdə invaziv müayinəyə göstəriş yoxdur. Pasient iddiasinda qeyd edir ki, ona Hamiləliyin 12-ci həftəsində Cavabdeh1 tərəfindən Ultarsəs müayinəsi aparılıb və Ultarsəs raporu təqdim edilməmişdir. Həmin raporun bir nüsxəsi (uşağın şəkilləri olan) pasientə təqdim edilmiş, digər nüsxə yəni tam qeydiyyatlı rapor pasinetin kartında saxlanılmışdır. Pasientin digər bir iddiasında uşağın ürək qüsurlarının yoxlanması üçün digər həkimə yönləndirilidiyi qeyd edilir. Bəzən hamiləlik zamanı genetik skrininq testlərinin neqativ olması və döldə normal kariotipin olmasına baxmayaraq hamilə qadına Dölün Exokordioqrafik müayinəsi məsləhət bilinir. Bu döldə ürək qüsurlarının inkarı üçün ən dəqiq müayinə hesab olunur. Bu məqsədlə o, pasienti 20 həftəsindən sonra, Tomas Jefferson Universiteti, Yüksək risk hamiləlik və Exokordioqrafik bölümündə ixtisaslaşmış həkim Ultrasəs mütəxəsisi Azər Fərəcə yönləndirmişdir. Azər həkim müayinəsində döldə heç bir inkişaf ləngiməsi və qüsur aşkarlamamışdır. Adətən Daun sindromu olan uşaqlarda ürəkdə, bağırsaqlarda müxtəlif qüsurlar aşkarlanır. Bundan əlavə pasient öz istəyi və rəfiqələrinin tövsiyyəsi ilə Radioloq Cavabdeh6 müraciət etmişdir. Bu müayinə zamanıda heç bir patoloji durum aşkarlanmamışdır. Pasient İddiaçı 24 aprel tarixində 05:40 radələrində ona zəng etmiş, o, dərhal telefonu götürmüş, pasient sancılarının olduğunu demişdir. O da pasientə dərhal klinikanın təcili yardim şöbəsinə nüarciət etməsini demişdir (klinikanın doğum şöbəsi saat 9-dan açıldığı üçün). 07:10 radələrində X21 Yardım şöbəsində pasient qəbul olunmuş və pasientə növbətçi həkim mama-genekoloq Aslanzadə Zinyət müayinə etmişdir. Müayinə zamanı 6 sm açılış və dölün normal ürək döyüntülərinin olması, döl kisəsinin tam olduğunu qeyd etmişdir və bu haqda onu məlumatlandırmışdır. O, klinikaya gələn 1 saat müddətində qədər pasient Mama-ginekoloq Aslanzadə Zinyətin nəzarətində Doğum şöbəsinə qaldırılmış və orada nəzarətdə olmuşdur. Eyni zamanda pasientə KTQ (kardiotokoqrafiya) monitorinqi qoşulmuşdur. Qeyd etmək istəyir ki, təcili yardım qəbul şöbəsini gecə saatlarında əvəzləyərək ilkin müayinə aparmış, növbətçi mama-ginekoloqun çağırışını həyata keçirir. Pasient 10:30 da, Hamiləliyinin 37 həftəsində 2880 qram çəki, 49,5 sm boyu və apqarla 8/9 bal dəyərində olan sağlam oğlan uşağı dünaya gətirmişdir. Doğuşun ikinci dövründə, dölün ürək döyüntülərində dəyişiklik izlənildiyi üçün, yerli ağrısızlaşdırma ilə (Lidokainlə) aralığın kəsilməsi icra olunmuşdur. Doğuşdan sonra pasientə həkim anestizioloq Aynur Qəribovanın verdiyi venadaxili anesteziya altında tikişlər qoyulmuşdur. Pasient doğuş sancılarının olması ilə əlaqədar olaraq yerli ağrısızlaşdırmanın olmasını xatırlamaya bilər. Bütün qeydlər kartda mövcuddur. Uşaq doğulduqdan sonra həkim neanotoloq ona yaxınlaşmasınə rica etmişdir. Bu zaman pasient həkim neonatoloqun sözünü eşitdiyi üçün ondan nə olduğunu soruşmuş, o isə ona uşaqda Daun sindromun aid ola biləcək bəzi stiqmaların neonotoloq tərəfindən görüldüyünü və xəstəxanadan çıxdıqdan sonra uşağa genetik müayinə aparılmasının məsləhət olduğunu demişdir. Bir neçə dəfə pasientə daun sindromunun təsdiqlənməsi üçün vizual deyil, genetik analizlə təsdiqlənməsinin vacib olduğunu qeyd etmişdir. Buna baxmayaraq pasient və anasının Bonadea Hospitalda səsküy yaradıb, nalayiq sözlər istifadə edərək təhqirlər yağdırıb, onlara belə uşaq lazım deyil, bu klinika və həkimin günahıdır deyərek uşağı klinikada atıb getmək istəyirmişlər. Çoxlu danışıb, izah etdikdən sonra uşağı götürüb getmişlər. Çıxarışdan sonra onlar uşağı X2 aparıb orada atmışlar ki sonradan uşağı uşaq evinə versinlər. Pediatriya İnstitundan uşağı bibisi, yəni uşağın atasının bacısı Fidan xanım götürmüşdür. Uşağın bibisinin dediyinə görə o Rusiyadaki mütəxəsislər ilə məsləhətləşib və belə halın baş verə biləcəyini onlardan da eşitmişdir. Fidan xanım və ailəsi çox intilgent və savadlı ailədir. Fidan xanım öz qardaşının uşağına özü baxacaq deyə onu götürüb və İddiaçı analıqdan məhkum etmək istəyirmiş. Uşaq 10-15 gün bibisinin evində olmuşudr. Sonradan uşağın atasının bu məsələyə çox ciddi yanaşmasından sonra İddiaçı təkrar uşağı öz ailəsinə götürmüşdür. Uşağın genetik müayinəsi zamanı uşaqda Daun sindromunun mozaik formasi olduğu aşkarlanmış, bu forma testlər və ultrasəsdə heç zaman aşkarlanmır. Daun sindromundan fərqli olaraq mozaik daun yüngül forma hesab edildiyindən müayinələrdə aşkarlanma ehtimalı yoxdur. Bunu bir neçə özəl xəstəxana təsdiqləmişdir (Şəfa klinikası,Referans klinikası). Bütün bu hadisələr baş verdiyi müddətdən hazırki dövrə kimi İddiaçı onu bütün sosial şəbəkələr üzərindən təhqir və tənqid etmişdir. Eyni zamanda onu votsap üzərindən çoxsaylı mesajları ilə təhqir və şantaj etmişdir. Bütün bu mesajlar onun telefonumda var. Bütün bu təhqir, həkimliyinə olan tənqidi və şantajları nəzərə alaraq aprel ayından indiki müddətə kimi ona verdiyi psixoloji və mənəvi narahatçılığa görə o da öz tərəfindən pasienti eyni məbləğə uyğun (100000 manat) iddia ilə məhkəməyə müraciət etmək niyyətini açıqlayır. Bütün müayinə nəticələri, sənədlər, ultrasəs müayinə nəticələri, eyni zamanda ona yazılmış təhqir və tənqidi səsli smslər, hamısı lazım olan zaman məhkəməyə təqdim oluna bilər. İddiaçı ona və onun ailəsinə olan təhqiri yanaşması yolverilməzdir. O, 22 ildir ki, cərrah-mama Ginekoloq olaraq işləyir. Qardaşının nəşi Bakıya gətirildiyi gün belə o, əməliyyat icra etmişdir. İddiaçının onun ata və qardaşının ölümünü dilinə alaraq belə həkimin pasientə yaxın gəlməməsi kimi iddiası qətiyyən yolverilməzdir. O bir həkim olaraq öz professionalizmini qoruyub saxlamış biridir. Eyni zamanda qeyd etmək istəyir ki, İddiaçı doğuşu və zahılıq dövrü fəsadsız keçmişdir. Bütün dünyada Daun sindromlu uşaqların doğulması üzrə göstərici 1:1100 nisbəti dəyərindədir. Bu o demekdir ki, hətta ən inkişaf etmiş ölkələrdə belə bütün müayinə və skriniqlərə baxmayaraq hər 1100 hamilə qadından biri DAUN sindromlu uşaq dünyaya gətirir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 19.10.2020-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassız olmaqla, iddia tələbinin heç bir hüquqi əsası yoxdur, buna görə də rədd edilməlidir. İddia ərizəsi onunla “əsaslandırılmışdır” ki, cavabdehin hamilə olduğu müddətdə onu müayinə edən həkim-ginekoloq Cavabdeh1 iddiaçını müxtəlif testlərdən keçirsə də, onun dünyaya gələcək körpəsində daun sindromu olması ehtimalının olmasını tam nəzərə almamış, onu mümkün olan bütün testlərdən keçirməmiş, eyni zamanda, iddiaçını prenatal dövrdə müayinə edən həkim Cavabdeh2 da onun müayinə edərkən döldə daun sindromunun olması ilə bağlı mümkün riskləri dəqiq müayinə etməmiş, bundan başqa “Bonadea” klinikasında doğuşu qəbul edərkən həkim-ginekoloq Cavabdeh1 onunla işini düzgün qurmamış və düzgün rəftar etməmiş və kobud davranmış, vaxtında ona tibii yardım göstərilməmiş, onun doğuşu ilə bağlı sənədləşdirmə düzgün aparılmamış, uşağın doğulmasından sonra onun daun sindromu ilə xəstə olması müəyyən edilmişdir, buna görə də ona maddi və mənəvi ziyan dəymişdir. İş üzrə cavabdeh, həkim ginekoloq, tibb üzrə fəlsəfə doktoru Cavabdeh1 “X7” MMC-də çalışmaqla, iddiaçı həmin hospitalda hamilə qadın kimi qeydiyyatdan keçdikdən sonra onu müayinə etmişdir. İddia ərizəsində qeyd edilənlərin əksinə olaraq iddiaçıya “Bonadea intemational Hospital”da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun “Hamilə və X24 vərəqəsi” açılmış və iddiaçının hamiləlik dövrünün müayinə və müşahidəsi ilə bağlı bütün məlumatlar orada öz əksini tapmışdır. Belə ki, iddia ərizəsində göstərilənlərin əksinə olaraq “Müşahidə vərəqəsindən” göründüyü kimi, orada iddiaçıya dair bütün məlumatlar dolğun şəkildə öz əksini tapmışdır. Müşahidə vərəqəsindən göründüyü kimi, iddiaçı 14.09.2019-cu il tarixdən etibarən həkimin müşahidəsi altında olmaqla, demək olar ki, hər ay yenidən müəyinə edilmiş, ümumilikdə 9 (doqquz) dəfə həkim ginekoloq tərəfindən müayinə edilməklə müayinənin bütün nəticələri müvafiq qaydada qeydə alınmışdır. Müayinəyə ilk gəldiyi andan onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 61 saylı, 14.05.1997-ci il tarixli əmri ilə təsdiq edilmiş “Hamilə və X24 vərəqəsi” açılmışdır. Onun özü isə iddia ərizəsində hətta müayinələrin sayını belə düzgün olmayaraq 8 kimi qeyd edir. Həmçinin iddiaçı ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30.12.2006-cı il tarixli, 100 nömrəli əmri ilə təsdiq edilmiş “Doğum Tarixi” məlumatlarından göründüyü kimi, onun doğum üçün “X5”na gətirilməsindən sonra tibii yardım göstərilməməsi, uzun müddət nəzarətsiz saxlanılması, onun doğuşunun düzgün sənədləşdirilməməsinə dair iddialarının da heç bir əsası yoxdur. Belə ki, “Doğum tarixi”ndə əks olunmuş məlumatlardan göründüyü kimi, iddiaçı 24.04.2020-ci il tarixdə, saat 09:45-də hospitala daxil olan kimi qeydə alınmış, daha sonra ona müvafiq qaydada qeydə alınmaqla tibbi yardımlar göstərilmişdir. Yəni iddiaçının iddia ərizəsində buna dair göstərilənlərdə həqiqəti əks etdirməməklə, sadəcə böhtan xarakteri daşıyır. İddiaçının əsas iddialarından biri də budur ki, guya Cavabdeh1 onun uşağının daun sindromu ilə doğulması ehtimalını düzgün qiymətləndirməmiş, onu bütün zəruri testlərdən keçirməmişdir, buna görə də iddiaçı uşağının daun sindromu ilə doğula biləcəyinə dair məlumatlı olmamış, müvafiq qərar qəbul edə bilməmişdir. Bununla əlaqədar məhkəmədən aşağıdakılara diqqət yetirilməsini xahiş edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edən klinik protokollarda, o cümlədən hamilə qadınların müayinəsi və doğuşun təşkili üzrə klinik protokollarda hamiləlik dövründə döldə daun sindromunun müəyyən edilməsi ilə bağlı testlərin keçirilməsinə dair ümumiyyətlə hər-hansı tövsiyyə müəyyən edilməmişdir. Bununla belə, Səhiyyə Nazirliyinin hamiləliyin düzgün müayinəsi və dölün sağlam dünyaya gəlməsi üçün faydalı olan, daha üstün şərtlər müəyyən edən X13 (ÜST) tərəfindən təsdiq edilən klinik protokollar mövcud olduqda onların tətbiq edilə biləcəyinə dair tövsiyyələri nəzərə alınaraq, Cavabdeh1 tərəfindən təcrübəli ginekoloq kimi, iddiaçı hamiləlik dövründə skrin-testlərə cəlb edilmişdir. ÜST tövsiyyələri və Hamiləliyin təqibi üzrə dünyada qəbul edilən ən yaxşı təcrübəyə (“best practice”) əsaslanmaqla iddiaçı 2-li və 3-lü skrininq testlərə cəlb edilmişdir. İddiaçının gənc olması (28 yaşı var) ailə və genetik anamnezində bir xromosom patologiyası izlənilmədiyi üçün onun hamiləliyində genetik patalogiya üzrə şübhə yaratmamışdır. İddiaçının 2-li testi zamanı müayinə nəticəsinə əsasən ultrasəsdə NT-boyun yaxalıq sahəsi 1,8 mm olmuş, bu tam normal hesab olunur. Həmin müayinənin şəkilləri iddiaçıya daim verilmiş və onun “müşahidə vərəqi”nə də əlavə edilmişdir. İddiaçının keçdiyi ikili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000 , 21-ci xromosom üzrə isə 1:332 nəticə vermişdir. İddiaçı 3-lü testə 18 həftə 5 günlük müddətdə cəlb edilmişdir. Trisomi riski 18 1:10000 və 21-ci xromosom üzrə 1:332 nəticə vermişdir. Göründüyü kimi, hər iki testin nəticələrinə əsasən, dölün daun sindromlu doğulması riski olmamış, daha doğrusu, qəbul edilmiş təcrübəyə uyğun olaraq iddiaçı “riskli zona”da olmamışdır. Belə ki, hamiləliyin müayinəsi üzrə üzrə dünya təcrübəsində və X8 protokollartında tövsiyyə edilən normativlərə əsasən, 2-li testdə nəticə 1:200 olduqda xəstə (döl) “riskli zona”da hesab edilir, risk göstəricisi 1:200 olan zaman NiP testinin (Noninvasive Prénatal Testing), risk 1:100 olduğu halda isə Amniosintezin keçirilməsi tövsiyyə edilir. Daun sindromuna risk qrupuna aid olan pasientlərdə skrininq testlərdə risk nisbəti 1:100 göstəricisində olur. Yəni bu halda, dölün daun sinromu ilə doğula biləcəyini güman etmək olar. Yuxarıdakı göstəricilərdən göründüyü kimi, iddiaçının 2-li testlərinin nəticələrinə əsasən onun risk qrupuna adi edilməsi üçün əsas olmamışdır. Həmçinin, müayinə nəticələrindən (müşahidə vərəqinə də əlavə edilən) göründüyü kimi, iddiaçının hamiləliyi dövründə aparılan ultrasəs müayinələri zamanı da heç bir patologiya aşkarlanmamış, dölün inkişafı normal olmuş, döldə heç bir orqanda qüsur aşkarlanmamışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, tibbin və texnikanın indiki inkişaf səviyyəsində ultrasəs müayinəsinin informativlik göstəricisi 45- 70%, ikili və üçlü testlərin informativliyi isə 80 % qiymətləndirilir. Bu isə o deməkdir ki, istisnaların olması mümkündür. Bundan başqa, iddiaçı öz iddia ərizəsində anlaşılmaz şəkildə dölün ürək qüsurlarının yoxlanması üçün digər həkimə yönləndirilməsindən “gileylənir”. Halbuki, bu özü də təsdiq edir ki, Cavabdeh1 hamilələyin dədiq və düzgün müşahidə edilməsi, dölün inkişafının tam nəzarətdə saxlanılması və sağlamlığı üçün bir ginekoloq həkim kimi hər şeyi etmişdir. Belə ki, inkişaf etmiş dünya təcrübələrində hamiləlik zamanı, genetik skrininq testlərinin neqativ olması və döldə normal kariotipin olmasına baxmayaraq hamilə qadına dölün exokordioqrafik müayinəsi məsləhət bilinir və bu döldə ürək qüsurlarının inkarı üçün ən dəqiq müayinə hesab olunur. Məhz buna görə də Cavabdeh1 iddiaçının hamilələyinin 20-ci həftəsindən sonra onun Tomas Jefferson Universiteti, Yüksək risk hamiləlik və Exokardioqrafik bölüməsində ixtisaslaşmış həkim, ultrasəs mütəxəsisi Cavabdeh2 müaraciət edərək müayinədən keçməsini tövsiyyə etmişdir. İddia ərizəsi üzrə digər bir cavabdeh kimi müəyyən edilmiş Cavabdeh2 tərəfindən aparılan müayinədə döldə heç bir inkişaf ləngiməsi və qüsur aşkarlamamışdır. Halbuki, adətən Daun sindromu olan uşaqlarda ürəkdə, bağırsaqlarda müxtəlif qüsurlar aşkarlanır. İddiaçı öz istəyi və rəfiqələrinin tövsiyyəsi ilə radioloq-həkim Cavabdeh6 da müraciət etmiş, bu müayinə zamanı da heç bir patologiya aşkarlanmamışdır. 24.04.2020-ci il tarixdə iddiaçı doğuş sancıları ilə “X7”ın təcili yardım şöbəsinə qəbul edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, ona TQİS №096 (0060017) nömrəli “Doğum tarixi” kartı açılmış (cəmi 55 vərəqdə) və buradan da göründüyü kimi, iddiaçıya bütün zəruri tibbi xidmətlər göstərilmiş, doğuş tibii qaydalara uyğun qəbul edilmiş və sənədləşdirilmişdir və iddiaçının iddia ərizəsində qeyd edilən, sənədləşdirmə, tibbi yardım edilməməsi və ya gec edilməməsi ilə bağlı qüsurlar baş verməmişdir. Ümumi qaydalara uyğun olaraq, iddiaçı xəstəxanaya gətirildikdən sonra 1 saat müddətində mama-ginekoloqun nəzarətində doğum şöbəsində olmuş, ona KTQ (kardiotokoqrafiya) monitorinqi qoşulmuşdur. Yenə bu sənədlərdən görünür ki, iddiaçı həmin gün saat 0:30 da, hamiləliyinin 37 həftə 1 günündə 2880 qram çəki, 49,5 sm boyu və apqarla 8/9 bal dəyərində olan sağlam oğlan uşağı dünaya gətirmişdir. Bütün yuxarıda göstərilənlər bir daha iddiaçının onun övladının prenatal dövrdə daun sindromu ilə doğula biləcəyi riskinin düzgün qiymətləndirilməməsi, ona münasibətdə NİP teslərinin və Amniosintezin keçirilməli olduğu halda keçirilməməsinə dair iddiaları tam ədsassızdır. Birincisi, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin döldə daun sindromunun müəyyən edilməsi ilə bağlı hər-hansı göstərişi yoxdur. Belə ki, Azərbaycan Respublikasının səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş fizioloji hamiləlik və fizioloji zahılıq dövrü ilə bağlı yenilənmiş ikinci protokolda xromosomal xəstəliklərin skrinqi ilə bağlı heç bir göstəriş yoxdur. İkincisi, NİP testin Azərbaycan Respublikasında hansı klinikada, risksiz olaraq keçirilə biləcəyinə Səhiyyə Nazirliyinin qeydə alınmış hər-hansı məlumatı yoxdur. Üçüncüsü, yuxarıda da qeyd edildiyi kimi NİP testlərinin və Amniosintezin keçirilməsi yalnız ikili və üçlü skrin testlərin riskli nəticələr göstərdiyi hallarda tövsiyyə edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının testlərinin nəticələri risk zonasına aid olan göstəricilərlə nəticələnməmişdir. Üçüncüsü, NİP testin keçirilməsi öz özlüyündə döl üçün risklər yarada bilir və dölün düşmə təhlükəsi meydana çıxa bilər. Belə olan halda, əsas vəzifəsi ananın (hamilənin) sağlamlığına və dölün salamat doğulmasına nəzarət etməli olan ginekoloq həkim buna dair əsaslı şübhələr olmadan xəstəyə NİP test təyin edə bilməz, etməməlidir. Yuxarıda qeyd edilənlərdən əlavə, nəzərə alınmalıdır ki, iddiaçının övladı klassik daun sinromu ilə deyil, mosaik daun sindromu ilə doğulmuşdur. Elmi ədəbiyyatdan da göründüyü kimi, dünyada büyün daun sinromlu uşaqların yalnız 2%-ə qədərində mozaizm aşkarlana bilir və bu bütün elmi araşdırmalarda təsdiq edilir. Mozaik daun sindiromlu uşaqlar klassik daun sindromlarının yalnız bu və ya digər əlamətlərinin daşıyıcısıdırlar. Bu isə o deməkdir ki, mozaik daun sindronunun diaqnostikası nadir hallarda mümkün ola bilir və hətta NİP teslərinin və Amniosintezin keçirilməsi belə 100 % informativliyi təmin etmir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının Cavabdeh1 qarşı iddialarının heç bir əsası yoxdur, Cavabdeh1 tərəfindən iddiaçıya münasibətdə hər-hansı qanun pozuntusuna, həkim etikası və həkim vəzifələrinin pozuntusuna yol verilməmişdir. Məhkəmədən həmçinin iddiaçının həkim Cavabdeh2 qarşı iddiaları ilə bağlı aşağıdakıları nəzərə almasını xahiş edirlər. İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, cəmi bir dəfə Cavabdeh2 təərfindən müayinə edilmiş, müayinənin məqsədi döldə ürək qüsurlarının olubolmamasının müəyyən edilməsi olmuş, müayinə zamanı döldə ürək qüsurları aşkar edilməmişdir. Belə ki, doğuşdan sonra iddiaçının övladında aşkar edilən qüsurlar hamiləlik dövründə (prenatal dövrdə) izlənməsi mütləq olan ürək qüsurları sırasında deyil. Belə ki, aşkar edilən qüsur aortanın koarktasiyası adlanan ürək qüsurudur ki, bunun ana bətnində diaqnostikası imkanı 50%-dən daha aşağıdır və ancaq şiddətli formaları, doğumdan sonra ilk həftələrdə əməliyyata məruz qalma riski 70-80% olan formalarının ana bətnində diaqnoz olunma imkanları vardır. Hamiləlik dövründə dölün botal axacağı açıq olduğu üçün əksər hallarda aortanın koarkatasiyasının aşkarlanması mümkünsüz olur və hərhansı diqnoz yalnız doğuşdan sonra təsdiq oluna bilər. X23 Assoyasiyasının ən son məlumatlarında göstərilir ki, bu diaqnozla doğulan hər 90 körpədən yalnız 3-ü hamiləlik dövründə diaqnoz oluna bilmişdir (ümumi göstərici 3%). Hətta doğuşdan sonra da bu xəstəliyi olan hər 90 uşaqdan 47-i diaqnoz olunmadan evə buraxılmışdır. Bu göstəricilərdən göründüyü kimi, Cavabdeh2 bir həkim kimi öz vəzifələrini düzgün yerinə yetirməməsindən, iddiaçının hamiləliyi dövründə müayinəsi zamanı döldə qüsurları aşkar edilməməsində onun hər-hansı günahından söhbət belə gedə bilməz. İddiaçı iddia ərizəsində “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun müxtəlif maddələrinə istinad edilərək həmin maddələrin mətnləri iddia ərizəsinə daxil edilsə də, həmin normalar üzrə kokret hansı halların iddiaçının mülahizəsinə görə pozulmasına aydınlıq gətirilməmişdir. Həmçinin, iddia ərizəsində eyni qaydada “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun müxtəlif normalarına istinad edilsə də, bu normalar üzrə cavabdehlərin hərəkətləri nəticəsində nəyin, iddiaçının hansı hüququnun pozulması qeyd edilməmişdir. Həmin qanunun istinad edilən 25-ci maddəsi (sağlamlığın vəziyyəti ibarədə vətəndaşların məlumat almaq hüququ) ilə bağlı qeyd etmək istərdik ki, yuxarıda sadalananlardan, xüsusən də iddiaçı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib edilmiş “Hamilə və X24 vərəqəsi” və “Doğum tarixi”ndən göründüyü kimi, iddiaçının hamiləliyi dövründə aparılmış müayinələrin nəticələri, xüsusən də ultrasəs müayinəsinin nəticələri onun özünə də təqdim edilmiş, iddiaçıya sağlamlıq vəziyyəti, o cümlədən dölün inkişaf vəziyyəti ilə bağlı məlumatlar verilmişdir. İddia ərizəsində qeyd edilən qanunun “hamiləliyin süni surətdə pozulması” adlanan 30-cu maddəsinə istinad ümumiyyətlə başa düşülməməklə yanaşı, “hüquqa zidd hərəkətlər nəticə zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi” normasına istinad da yersizdir. Belə ki, qanunvericiliyə əsasən hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardım xərclərinin səhiyyə müəssisələrinə hüquqazidd hərəkəti edən şəxslər tərəfindən ödənilməsi müəyyən edilmişdir. Digər tərəfdən, cavabdehlər, xüsusən də Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya qarşı hər-hansı hüquqazidd hərəkət törədilmədiyi yuxarıda qeyd edilənlərlə təsdiq olunur. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər tərəfindən iddiaçıya qarşı hərhansı hüquqazidd əməl törədilməmişdir. Onlar tərəfindən iddiaçıya hər-hansı əmlak və ya şəxsi qeyri əmlak ziyanın vurulması halı mövcud deyildir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia ərizəsində göstərilənlər tamamilə əsasız olamaqla, iddia tələblərinin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh1, Cavabdeh2 və digərlərinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddiasının tam rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə əlavənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olara bildirdi ki, uşaq xəstədir və hələ bir yaşı olmasına baxmayaraq iki əməliyyat keçirmiş və hələ də əməliyyat olunmalıdır, həkim bunu ən azından qabaqcadan desəymiş, onlar buna hazırlıqlı olarmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə əlavənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Onlar ekspert rəyi ilə razı deyillər. Ekspert rəyi əsaslandırılmamış, hər hansı tibbi ədəbiyyata əsaslanmamış, şahidlər ifadə verərkən iş üzrə genetika üzrə iki müxtəlif sənəd var, amma iş üzrə genetik cəlb edilməmiş, hətta onlara əlavə ekspertiza keçirilməsi barədə tövsiyə vermiş, onlar belə məsləhət bilmişlər deyə qeyd etmişdir. İş üzrə digər ekspert İslam Mahalov konkret rəy vermiş, lakin ona suallar verildiyi zaman suallara əhəmiyyəti yoxdur, mənasızdır deyə cavab vermişdir. İslam Mahalov özü də qeyd edir ki, burun sümümyündən, gözlərin kəsik olması, üz qurluşunun monqoloid olmasından uşağın daun sindiromlu olması müəyyən olunur, bəs necə olur ki, döl ana bətnində olarkən uşağın ənsə nahiyəsinin yastı, göz kəsik quruluşlu, göz quruluşu görünməmiş, normal olduğu qeyd olunmuş, yaxud da izlənilir qeyd edilmidir. Amma uşaq daun sindiromu ilə doğulur. Bundan başqa qanda fetoproteinin enməsi daun sindiromuna şübhə yaradırmı sualına cavab olaraq ekspert İslam Mahalov “bəli şübhə yaradır” deyə cavab vermiş, lakin 13 dekabr 2018-cu il tarixli İddiaçı qan analizinin sənədini İslam Mahalova təqdim etdiyi zaman qanda fetoproteinin miqdarına nəzər salınmasını və həmin miqdarın enməsi və ya qalxması kimi sual verildikdə “əhəmiyyəti yoxdur” deyə ekspert cavab vermişdir. Bu da ekspertin suala cavab verməkdən yayınması suallara bir-birinə zidd cavab verməsi tam aşkar olunur. Ölçülər izlənilir deyə qeyd edilmiş, Cavabdeh6 analizlərində ölçülər qeyd olunmamış, izlənilir deyə yazılmış, izlənilirin nə demək olduğu qeyd edilməmiş, həkim səhlənkarlığının olduğu, xüsusilədə Cavabdeh1 işə səhlənkar yanaşdığı aşkar edilir. Hər müayinədə uşağın başının ölçüsü, ənsə nahiyəsinin, burun sümüyünün ölçüləri ölçülməmiş, iddiaçı natamam şəkildə müalicə edlmişdir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbi qəbul etməyərək etiraz ərizəsinin dəillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı tərəf rəyi şübhə altına almağa çalışırlar, hətta iddiaçı tərəf İslam Mahalovla ayrıcada görüşmüşdür. İkinci bir məsələ isə uşaqda klassik yoxsa mozaik daun xəstəliyinin olması olmuşdur. İslam Mahalov tərəfindən də bildirilmişdir ki, iş üzrə heç bir əhəmiyyəti yoxdur. Analizlərin nəticələrindən göründüyü kimi İslam Mahalovda qeyd edir ki, iddiaçı risk qrupuna daxil olmamış, vəsatət də qeyd olunan 24-cü həftə aparılan USM sənədlərində ölçülər qeyd edilmiş, daha sonra ekspert də qeyd etmişdir ki, 14-cü həftədən sonra başın ölçüsü konkret olaraq bu iş üçün heç bir əhəmiyyəti yoxdur, rəydə verilən suallara kifayət qədər aydınlıq gətirilmiş. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “BONADEA” Beynəlxalq Hospitalının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddianın Hospitala aidiyyəti yoxdur. İddiaçının müayinə və müalicəsi həkim Cavabdeh1 tərəfindən aparılmış və iddiaçıya edilmiş testlər və həmin testlərin cavabında hospitalın hər hansı bir təsiri olmamışdır. İddiaçı iddiasında qeyd edir ki, həkim Cavabdeh1 Hospitalda işləmir və hospitalda işləməyən həkim onun müayinə və müalicəsi üçün təyin edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş arayışdan da görünür ki, Tağıyeva X12 həkim mama ginekoloq vəzifəsində çalışır. Həmçinin iddia ərizəsində qeyd edilənin əksinə iddiaçı Hospitalda müayinəyə gəldiyi andan onun barəsində “Hamilə və X24 vərəqəsi” açılmış, “Müşahidə vərəsəqi”ndə və “Doğum tarixi”ndə iddiaçı və yeni doğulana dair bütün məlumatlar göstərilmişdir. Onu da qeyd edir ki, yeni doğulanda mozaik və ya klassik daun olub-olmaması indiki halda mübahisə predmeti deyil. Ha klassik olmuş, ha mozaik. Eksepert rəyində bildirilir ki, xəstəliyin müəyyən edilməsi üçün 2-li və 3lü testlər və radiosəs müayinəsi olmalıdır. İddiaçı ümumiyyətlə risk qrupuna aid deyil. İddiaçıya edilmiş müayinələr Səhiyyə sistemində mövcud olan protokol qaydalarına uyğun həyata keçirilmiş, hər hansı bir həkim səhlənkarlığına yol verilməmişdir. Müayinə zamanı yenidoğulanın daun sindromlu olmasına dair heç bir risk və ya ehtimal aşkarlanmamışdır. Cavabdeh6 Salman qızı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir, ona qarşı yönəlmiş iddiaları tam qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı onun tərəfindən "UZİ" (USM) müayinəsi edilmişdir. Həmin müayinələr müasir tibbin tələblərinə tam uyğun şəkildə aparılmış, müayinələrin nəticələri xəstənin özünə təqdim edilmişdir. Müayinələr zamanı iddiaçının özünə və ya döldə hər-hansı anomaliya müşayət edilməmiş, müayinələr prenatal müayinə tələblərinə cavab vermişdir. Əlavə olaraq bildirir ki, səhhətində olan problemlərlə əlaqədar olaraq məhkəmənin 29.04.2021-ci il tarixinə təyin edilən iclasında iştirak edə bilməyəcəkdir. Hesab edir ki, məhkəmədə bu işlə bağlı ədalətli qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar və sənədlər vardır və onun məhkəmədə bilavasitə iştirakının işin həlli istiqamətində hər-hansı əlavə qatqısı olmayacaqdır. Bunu nəzərə alaraq məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 20 aprel 2021-ci il tarixli məhkəmə iclasında mütəxəssis X29 izahat verərək bildirdi ki, xəstə İddiaçı bizə uşağın daun sindiromu şübhəsi ilə gəlmiş, onların yanlarına gələndə uşaq 1 həftəlik ya da 3 günlük olarmış. Uşağa xromosom analizi etmişlər, uşaqda klassik daun xəstəliyi olduğu müəyyən edilmiş, sonradan “fish” analizi də etmişlər, yenə də klassik daun xəstəliyi aşkar olunmuşdur. USM müayinələrindən klassik daun xəstəliyi olduğu zaman uşağın daun xəstəsi olduğu müəyyən olunur. Mozaik olduğu zaman isə uşağın daun xəstəsi olduğunu müəyyənləşdirmək çətin olur. Burun sümüyünə, ənsə qalınlığına görə müəyyən olunur. Belə bir şey vardır ki, klassik daun xəstəliyi olduğu zaman 75% bilmək olur ki, uşaq daun xəstəsidir. Xromosom analizi etmişlər, əgər 21 xromosomdan 2 kopya vardırsa, mozaik daun xəstəliyidir, 21 xromosomdan 3 kopya vardırsa, klassik daun xəstəliyidir. 250 hüceyrədən istifadə edərək analiz etmişlər. Digər labaratoriya nəticələrinədə baxmışdır, amma uşağın daun xəstəsi olub-olmadığı görünmürmüş. Bu screen testlər məcburiyyət deyil, tövsiyədir. 250-in üstü şübhəlidir, ikili və üçlü testlərdə 250-300, 850 yüksələn bir dəyər var, bu testlər daun xəstəliyini müəyyən edilməsi üçün yetərli testlər deyil, aminobiosintez testi aparılaraq dəqiq olaraq daun xəstliyi olduğunu bilmək olarmış. 250 üstü protokolda qeyd olunur, aminiosintez aparılır. Öncə ikili taramada 853-də 1 çıxmış, 800-dən 300-ə düşmə var deyə, şübhə yaranır, 18-ci həftədə HG dəyəri 2,23 bu zaman həkim məsləhət verməli imiş ki, əlavə testlər aprılsın. Səhiyyə Nazirliyinin protokolları ilə tam tanış deyil, 18-ci həftədən sonra dölü tələf etməyə icazə verilmir. 20 aprel 2021-ci il tarixli məhkəmə iclasında ekspert X22 izahat verərək bildirdi ki, ekspert qoyulan suallara cavab vermişdir. Hesab edir ki, rəy əsaslıdır, komisyon qayda da ekspertizalar keçirildikdə tibbi sənədlərin əldə edilməsi, sənədlərin mütəxəssislərə təqdim edirlər. O, məhkəmə-tibb ekspertidir. Ginekologiya üzrə ginekoloq İslam Mahalovu cəlb etmişlər, ginekologiya üzrə bir mütəxəssis cəlb etmişlər. Əsasnamə onda yoxdur, idarəyə müraciət edilsə, təqdim olunacaqdır. Komisyon qaydada ekspertiza keçirildiyi zaman 1 nəfər ekspert cəlb edilməsi kifayət edir. Hansı tibbi sənədlərə əsaslanaraq rəy verilməsi ilə bağlı idarəyə müraciət edilsə məlumat veriləcəkdir. Genetika sahəsinə aid sualları tibbi sənədlərə əsasən müəyyən edilir. 20 aprel 2021-ci il tarixli məhkəmə iclasında ekspert X25 izahat verərək bildirdi ki, o, USM müayinələrini oxuya bilir, tibb sahəsinə aid olan biliklərdir. Xarici görünüşünə əsasən uşağın daun sindiromu şübhəsi olduğu müəyyənləşdirilir, daun xəstəliyinin keçmiş adı monqoloiddir, bu uşaqlar monqoloid üz quruluşuna malik olurlar, üz yastı, gözlər kəsik olur. Ultrasəs müayinələrini ultrasəs mütəxəssisi ilə məsləhətləşmişdir. 13-cü həftəyə qədər olan müayinələrdə daun sindiromu yoxdur. 13-cü həftədən sonra ənsə nayihəsinin qalınlığı izlənməməlidir. Müvafiq ekspertlər işə cəlb olunmuş, ekspert qoyulan suallara cavab vermişdir. Hesab edir ki, rəy əsaslıdır, komisyon qaydada ekspertizalar keçirildikdə tibbi sənədlərin əldə edilməsi, sənədlərin mütəxəssislərə təqdim edilməsini həyata keçirirlər. O, ultrasəs mütəxəssisi deyil, ona görə də deyə bilmir, USM müayinəsində kənarda ölçülər olur. Burun sümüyünün ölçüsünün əhəmiyyəti 13-cü həftəyə qədərdir, daun sindiromu şübhəsini prenetal analizlərlə müəyyən olunur. Qan analizlərini oxuya bilir, burda yazılan alfafetaraplinin dəyəri burada bunlar tamamilə proqramlaşdırılan bir şeydir, proqram özü bu dəyərləri qeyd edir. Trisomiada cinsi xromosoma aid olmayan xromosomdur, xromosomun üçlü birləşməsi geniş yayılmışdır. Belə ki, ilk öncə ultrasəs müayinəsi olmuş, həmin müayinələrdə burun sümüyünə, ənsə qalınlığına baxılır, sonra isə şəxlərdə daun sindiromu şübhəsinin yüksək olub-olmamasını yoxlamaq üçün ikili testlər aparılır. Rəy verilərkən elmi ədəbiyyata istinad olunmur. 33 həftəlik boyun ölçüsünün necə olmasının artıq bir mənası olmur, 35 yaşdan yuxarı erkən düşüşlər olmuşsa, bu zaman ilkin 13-cü həftəsində ultrasəs müayinəsi edilir, sonra isə prenetalacreening testləri, ikili, üçlü testlər edilir. Protokol olan ölkələrdə başqa testlərin aparılması məcburidir, protokol yoxdursa, fərdi qaydada aparılır. Əgər iddiaçı onun yanına gəlsəymiş, onu nip testinə göndərməyəcəkmiş, nip testi bahalı bir test olduğu üçün hər kəs bu testi elətdirmir, digər tərəfdən protokol yoxdur, bu halda fərdi yanaşma olur. Başın quruluşu, qulaqların yerləşməsi əhəmiyyət daşımır. 1-ci sual ona aid deyil, genetika sahəsinə aid olan sualdır, o, rəyini müstəqil verir, ümumiyyətlə hamiləlik dövründə 3 dəfə ultrasəs müayinəsi edilir. Bütün xəstələrdə daun sindiromu olma ehtimalı vardır. Xəstə 332-də 1 risk qrupuna daxildir, yəni 332 nəfərdən bir insanda daun sindiromu ola bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” X31 585/KEŞ saylı ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, doğuşdan sonra aparılmış genetik müayinə cavabında (Fish-üsulu) yenidoğulmuş Yusif Qasımovda 47XY+21/46XY Daun sindromunun mozaik formasının olduğu müəyyən edilmişdir. 2.3.9. İddiaçı hamiləlik dövrünün müşahidəsi zamanı ona aparılmış ikili skrininq testinin (ikili test üzrə hasblanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə 1:854 nəticə vermişdir. Üçlü test 18-ci həftə+5 gün müddətdə aparılıb, trisomiya riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir) hesablanması normaya müvafiq olmuş, bu səbəbdən də xromosom patologiyasının araşdırılması üçün digər testlərin təyin edilməsinə tibbi göstəriş olmamışdır. 4.8. İş materiallarında olan tibbi sənədlərdə göstərilənlərə əsasən, hamiləliyin 11-ci və 16-cı həftələri arası İddiaçı aparılmış ultrasəs müayinələrində döldə patologiya və inkişaf qüsurları müəyyən edilməmişdir. Həmçinin radioloji görüntülərlə Daun sindromu təyin edilmir. 5-7.12. Aparılan ikili və üçlü testlərin informativliyi 80 % ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. İddiaçı Elmar qızına aparılmış USM-ə əsasən NT-boyun yaxalıq sahəsi 1,8 mm olduğu müəyyən edilmişdir. Bu və digər göstəricilər normaya uyğun olduğu üçün digər invaziv müayinələrin (amniosintez) aparılmasına tibbi göstəriş olmamışdır. 10-11. İkili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosomda isə 1:854 nəticəsi alınmışdır. Üçlü test 18 həftə 5 gün trisomiya riski 18 1:10000 və 21-ci xromosomda 1:332 nəticəsi alınmışdır. Aparılmış müayinə cavablarına əsasən, döldə Daun sindromunun şübhəsi olmamışdır. 13. İddiaçı 11-ci və 16-cı həftələrində aparılmış müayinələrdə NT (ənsə şəfafflığı) və burun sümüyünün ölçüləri müəyyən edilmişdir. Birinci trimestr skrininqi ilə bərabər dəyərləndirilmişdir. Daun sindromuna görə risk aşkar edilməmişdir. 24-cü həftəsində aparılmış USM-ə brax oscfaliya (başın yumru olması) izlənilməmiş, qulaqlarının yerləşməsi isə qeyd edilməmişdir. 14.20. İddiaçı 24-cü həftəsində aparılmış ultrasəs müayinəsində ürək qüsurlarının şübhəsi aşkar edilməmişdir. 15. İddiaçı 24-cü həftəsindı aparılmış fetal ürək müayinəsi zamanı ürək kəsikləri əldə olunmuşdur, həmin müddətdə döldə Daun sindromuna xarakterik qüsurlar aşkar edilməmişdir. 16. İddiaçı aparılmış ikili və üçlü skrininq testlərində Daun sindromunun riski aşkar edilməmişdir. 17. Müayinə zamanı istifadə edilən reaktiv preparatlarının keyfiyyətinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. 18.19. Aparılan ikili və üçlü testlərin informativliyi 80%, ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. Hamiləlik dövründə İddiaçı qeydiyyatda olduğu və doğuşunun qəbul edildiyi Cavabdeh4 xəstəxanasında onun adına tərtib edilmiş “Hamilə və X24 vərəqəsi”ndə və “Doğum tarixi”ndə olan laborator və instrumental müayinələrin nəticələri normaya uyğun olmuş və Daun sinromunun mövcudluğuna hər hansı bir göstərici müəyyən edilməmişdir. Bu səbəbdən də, İddiaçı uşağının Daun sindromu ilə doğulacağını əvvəlcədən proqnozun verilməsi mümkün olmamışdır. 21. İddiaçı hamiləliyinin müşahidəsi zamanı aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur. - X10 2nd-3rd trimester test 21.01.2020-ci il tarixli göstəricilərindən görünür ki, dölün baş, sifət, boyun, döş qəfəsi, ürək, qarın, ətraflarının göstəriciləri normaldır. Dölün anatomoyasının sonoqrafik mənzərəsi N=Normal, Ab-Anormal*, NV=görüntülənə bilmədi. - Cavabdeh4 Beynəlxaq Hospitalının 14.09.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 145 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 14.09.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 166 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 28.09.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 60 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 02.11.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 321 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 02.11.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 02.12.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 02.12.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 10 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 13.12.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 10.01.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 10.01.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 45 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 28.02.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 28.02.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 45 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 30.03.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 25 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 30.03.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. - X10 21.01.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 213 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının 24.04.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir. - Caspian Hospitalının 18.01.2020-ci il tarixli müayinəsinin nəticələrindən görünür ki, Dölün Beyin arxitekturası: arxa sistern-4,5 mm, beyincik-24 mm. Yan mədəciklər, şəffa çəpər boşluğu, orta xətt beyin çadırı-izlənir. Üz strukturları: burun-dodaq uçbucağı, profil, ortibatlar-izlənir. Qulaq seyranları-izlənir. Fəqərə sütünü, ətraflar-izlənir. Qarın öz divarıizlənir. Mədə, sidik kisəsi, öd kisəsi-izlənir. Böyrəklər-izlənir, hər iki börrəkdə dazili d=4-5 mm. Diafraqma (+), qaraciyər-ağ ciyər differensasiya olunur. Ürəyi: Situs-Solitus. 4kameralıdır, 3 damar kəsiyi-izlənir. Plasenta-qalınlığm 30 mm, yerləşməsi: arxa divarda, “Placenta previa”- yoxdur. Şaqa kənarı daxili dəlikdən>30 mm aralı yerləşir. Dölyani mayemiqdarı normaldır, az çöküntülü. Göbək ciyəsi- 3 damar (2A, 1 V), sərbəst. Nəticə: Biometrlik ölçülərə görə 23 h.5g. hamiləlik, həcmi çəki: 656 qr. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 02.05.2020-ci il tarixli epikrizindən görünür ki, vəziyyət kafidir. Dərisi zəid subikterikdir. Auskultasiya zamanı tənəffüs normaldır. Ürək tonları aydındır. Göbəyi düşüb. Dibi qurudur. Qarnı yumşaqdır. Süni yeməklə, əmziklə qidalanır. Qidanı həzm edir. Bədən kütləsi (+200) artım var. Xəstə yaxşılaşma ilə sahə həkiminin, uşaq cərrahının, uşaq novroloqunun və genetik nəxarətinə evə yazılır. - “Referans” X14 & Poliklinikin 25.05.2020-ci il tarixli Xromosom analizi (Periferik qan) nəticəsindən görünür ki, Periferik qanın əkilməsinə əldə edilən metafaz lövlələrinin GTG bant üsulu ilə əldə edilən mikroskopik dəyərləndirilməsi zamanı xromosom sayında və ya quruluşunda anomaliya aşkar olunmamışdır. Hər hansı bir sübhəni aradan qaldırmaq üçün Molekulyar Kariotip (CGH Array) analizinin aparılması və ailəyə genetik konsultasiya məsləhət görülür. - “Referans” X14 & Poliklinikin 12.05.2020-ci il tarixli Xromosom analizi (Periferik qan) nəticəsindən görünür ki, Periferik qanın əkilməsinə əldə edilən metafaz lövlələrinin GTG bant üsulu ilə əldə edilən mikroskopik dəyərləndirilməsi zamanı xromosom quruluşu normal olmuş, sayında isə anomaliya aşkar olunmamışdır. Xəstədə aşkar edilən 47, XY, +24 kariotipi sərbəst trisomiya 21 (Daun sindromu) ilə uyğundur. Aşkar edilən bu anomaliyanın gələcək nəsillərdə özünü biruzə verməsi ehtimalı 1-1,4%-dir. Bu səbəblə hər hansı bir şübhəni aradan qaldırmaq üçün ailəyə genetik konsultasiya məsləhət görülür. - X3 10.09.2020-ci il tarixli genetik rəyindən görünür ki, yenidoğulmuş Qasımov Adsıza vizual baxış keçirdilərək uşağın kariotipinin dəqiqləşdirilməsi üçün kariotipin təyini analizi məsləhət görülmüşdür. Kariotip analizinin dəqiqlik səviyyəsini yüksəltmək məqsədi ilə analiz ən müasir metodla- FİSH üsulu ilə həyata keçirilmişdir. Alınan nəticə 47, XY, +21 / 46, XY (Daun sindromu mozaik forma). Bu metod standart GTG metodundan fərqli olaraq (20-40) baxılacaq metafazaların sayını dəfələrlə artırdığından (150-500) daha dəqiq həssaslığa malikdir və səhv olma ehtimalını sıfıra endirir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 Cavabdeh4 MMC-də həkim mama ginekoloq vəzifəsində çalışır. Əmək müqaviləsi 24.06.2019-cu il tarixdə bağlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 61 saylı 14.05.1997-ci il tarixli əmri ilə təsdiq edilmiş “Hamilə və X24 Vərəqəsi”ndən görünür ki, İddiaçı müayinə və müalicəsinə dair məlumatlar əks olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixl 100 nömrəli əmri ilə təsdiq edilmiş ******* saylı “Doğum Tarixi” vərəqələrindən görünür ki, İddiaçı hamiləliyi, doğuşun gedişi və doğuşdan sonrakı məlumatları əks olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixl 100 nömrəli əmri ilə təsdiq edilmiş ******* saylı “X11” vərəqəsindən görünür ki, İddiaçı qıznın 24.04.2020-ci il tarixdə Cavabdeh4 MMC-yə doğuş üçün daxil olmuş, 26.04.2020-ci il tarixdə evə yazılmışdır. Doğuşda kişi cinsində, çəkisi 2880 qram, boyu 49,5 sm, baş dairsəsinin ölçüsü 3 sm olan uşaq doğulmuşdur. Yenidoğulmuşa dair digər məlumatlar vərəqədə və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Qasımova Samirə “Cavabdeh4 Beyənlxalq Hospitalı”nda həkim Cavabdeh1 nəzarətində hamiləliyini davam etdirmişdir. Onun barəsində Hamilə və X24 vərəqəsi, doğum tarixi və X11 sənədləri tərtib edilmişdir. Hamiləlik zamanı o, həmin tibb müəssisəsində tibbi protokollara uyğun olaraq laborator instrumental muayinələrdən keçmişdir (ultrasəs muayinəsi, qanın umumi və biokimyəvi analizi, ikili və üclü skrininq testlər və s.). İddiaçı iddia ərizəsini əsaslandırarkən qeyd etmişdir ki, müayinə sənədlərinin bir qismində şübhələr olmuşdur. X28 da bu şübhələrə göz yummuşdur. Belə ki, 2nd-3nd Trimester (həkim Cavabdeh2, müayinə tarixi 21.01.2020) sənədindən görünür ki, “başın çevrəsi”- 225 qeyd edilmişdir. Halbuki Referans aralığı 194.8-225.3 göstərilmişdir. Qarın çevrəsi 209 göstərilmişdir. Halbuki referans aralığı 161.0-196.4 göstərilmişdir. Bu göstəricilər normadan artıq göstərir. Həmin sənəddə sağ hissədə-dölün baş hissəsi, dölün sifət hissələri, boyun, döş qəfəsi, ürək hissələri, qarın hissələri, ətraflar hissəsi qrafaların qarşısında ölçülər qeyd edilməmiş, Ölçülərin qeyd edilməsi əvəzinə “normal” sözü qeyd edilmişdir. 18.01.2020-ci il tarixli, 23 həftəlik 5 gün hamiləlik sənədində (həkim Cavabdeh6, Cavabdeh5ın həkimi) yan mədəciklər, şəffaf çəpər boşluğu, orta xətt beyin çadırı, hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə üz strukturları (burun-dodaq, üçbucağı, profil, orbitallar) hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə qulaq seyvanlan, fəqərə sütunu, qarnını ön divarı, mədə, sidik kisəsi, öd kisəsi, böyrəklər, ürəyin 3 damar kəsiyi hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. 3-li skrinin testi 16 dekabr 2019-cu il tarixli: Burada sənədin aşağı hissəsində risk xəttinin riskə yaxın olması müşahidə olunur. Məhkəmə qeyd edilənlərə münasibətdə qeyd edir ki, hamiləlik dövrü müşahidəsi zamanı xəstəyə ikili və üçlü skrining testlər olunmuş, əldə olunan nəticələrdə daun sindromunu təsdiq edecək limitlərin altında olduğundan dölün sağlamlığı nəzərə alınaraq iləri müayinələr (aminiosintez) aparılmasına ehtiyac olmadığı qənaətinə gəlinmişdir. Belə ki, İddiaçı hamiləlik dövrünün müşahidəsi zamanı ona aparılmış ikili skrininq testi üzrə hasablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə 1:854 nəticə vermişdir. Üçlü test isə 18-ci həftə+5 gün müddətdə aparılmış, trisomiya riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir. X8 protokollartında tövsiyyə edilən normativlərə əsasən 2-li testdə nəticə 1:200 olduqda xəstə (döl) “riskli zona”da hesab edilir, risk göstəricisi 1:200 olan zaman NiP testinin (Noninvasive Prénatal Testing), risk 1:100 olduğu halda isə Amniosintezin keçirilməsi tövsiyyə edilir. Daun sindromuna risk qrupuna aid olan pasientlərdə skrininq testlərdə risk nisbəti 1:100 göstəricisində olur. Yəni bu halda, dölün daun sindromu ilə doğula biləcəyini güman etmək olar. Həmçinin iş materiallarına əlavə edilmiş 10.09.2020-ci il tarixli genetik rəydən də görünür ki, hamiləlik dövründə iddiaçının ikili-üçlü testlərində şübhə yaradan məqamlar aşkar edilməmişdir. Belə ki, mövcud olan tibbi-genetik protokolda və FMF (Fetal medicine Foundation) məsləhətlərinə əsasən hamilə xanımları invaziv diaqnostika (amniosuntez və ya xorionbiosiya) testlərinin göstəriciləri 1:100 və daha yuxarı risk səviyyəsində aşkarlandıqda tövsiyə edilməlidir. İddiaçıda bu göstəricilər ikili testdə 1:854, üçlü testdə isə 1:332 səviyyəsində qeydə alınmışdır. Bu nəticə isə “neqativ” olaraq qəbul edilməkdədir. Eyni zamanda iddiaçı iddiasında göstərmişdir ki, Cavabdeh1 onu aminiosintez testinə göndərmədiyini qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi həmin testin keçirilməsi ilə bağlı konkret protokol yoxdur və bu zaman fərdi yanaşma prinsipi tətbiq edilir ki, iddiaçının ikili və üçlü skriniq testlərində onun risk zonasında olduğu müəyyən edilmədiyindən aminiosintez testi cavabdeh tərəfindən keçirilməmişdir. Həmçinin iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30.03.2020-ci il tarixli USM müayinəsi (X28 Bonadeo hospitalı) sənədindən görünür ki, burun, dodaq üçbucağı-normal yazılmışdır. Ölçülər qeyd edilməmişdir. Həmin sənəddən görünür ki, müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. 4. 30.03.2020- ci il tarixli USM müayinəsi (X28 Bonadeo hospitalı) sənədindən görünür ki, burun, dodaq üçbucağı- norma yazılmışdır. Ölçülər qeyd edilməmişdir. Həmin sənəddən görünür ki, müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları, burun sümüyü, ənsə şəffaflığı ölçülməmiş, tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. 13.12.2019-cu il tarixli, 18 həftə 5 günlük müayinə sənədindən (Bonadeo hospitalı, X28) görünür ki, həkim tərəfindən müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları, ənsə şəffaflığı, təpə büzdüm ölçüsü, tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. Belə ki, məhkəmə iddia tələbinin yuxarıda qeyd edilən hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 30.03.2020-ci il tarixli USM müayinəsi zamanı daun sindromunu əks etdirən heç bir əlamətə rast gəlinməmiş, həmçinin iddia tələbində qeyd edilənin əksinə göstəricilər USM müayinəsində qeyd edilmişdir. Müayinə zamanı döldə patologiya və inkişaf qüsurları aşkar edilməmişdir. Həmçinin ultrasəs müayinə nəticələrində BT-boyun yazalıq sahəsi 1,8 mm qeyd edilmişdir ki, bunda normativ hüdudlar daxilindədir. İddia tələbində göstərilmişdir ki, iddiaçı hamiləliyinin 6-cı ayında Cavabdeh1 göndərişi əsasında X10 həkimi Cavabdeh2 qəbulunda olmuş və dölün ürəyini yoxlatmışdır. Lakin Cavabdeh2 uşağı və onun bütün orqanlarını yoxlasa da, heç bir qüsur aşkar etməmiş və hər şeyin normal olduğunu bildirmişdir. Məhkəmə tərəfindən yaranmış mübahisə ilə bağlı xüsusi bilik tələb edən sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” X31 585/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı 24-cü həftəsində aparılmış ultrasəs müayinəsində ürək qüsurlarının şübhəsi aşkar edilməmişdir. İddiaçıya hamiləliyinin 24-cü həftəsində aparılmış fetal ürək müayinəsi zamanı ürək kəsikləri əldə olunmuşdur, həmin müddətdə döldə Daun sindromuna xarakterik qüsurlar aşkar edilməmişdir. Nəticədə məhkəmə araşdırması zamanı iddiaçının mübahisələndirilən hissədə iddia tələbində qeyd etdiklərinə dair hər hansı hal aşkar edilməmişdir. İddiaçının hamiləliyinin 24-cü həftəsi zamanı keçirilmiş ultrasəs müayinəsi zamanı uşağın daun sindromu olmasına ehtimal yarada biləcək hallar müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı iddiasında qeyd etmişdir ki, rəfiqələrinin məsləhəti ilə həkim Rəna Abasovanın qəbulu getmiş. Lakin o da müayinə nəticələrini düzgün qeyd etməmiş, həkim səhlənkarlığına yol vermişdir. Amma hamiləliyin iləriləyən dövrlərində protokol üzrə aparılan dopler-EXOKQ müayinələrində ürək tərəfindən anomaliyalar olması şübhəsi müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş 18.01.2020-ci il tarixdə həkim Rəna Abasova tərəfindən aparılmış USM dopler EXOKQ-də orqanik heç bir potologiya müşahidə edilməmiş və bu barədə tibbi göstəriciləri əks etdirən sənəd rəqəmsal cavablar əlavə edilməklə təqdim edilmişdir. Ümumiyyətlə iddiaçı tərəf iddia tələbində cavabdehlər tərəfindən dölün müayinəsinin düzgün aparılmamasını, Cavabdeh1 onu natamam müayinə etməsini, təqdim edilən qan analizləri, USM müayinələrinin nəticələrinin natamamlığına göz yumaraq onun və uşağının səhhətinə qarşı səhlənkarlıq etdiyini göstərmişdir. Cavabdeh tərəf isə buna etiraz edərək iddiaçının hamiləlik dövründə dölün müayinəsi isə bağlı aparılan bütün müayinə və müşahidələrin düzgün aparıldığını, aparılmış müayinələr zamanı uşağın daun sindromlu olmasının mümkün olmadığı qeyd etmişdir. Yaranmış anlaşmazlığın ədalətli həlli məqsədi ilə məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” X31 585/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı hamiləlik dövrünün müşahidəsi zamanı ona aparılmış ikili skrininq testinin (ikili test üzrə hasblanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə 1:854 nəticə vermişdir. Üçlü test 18-ci həftə+5 gün müddətdə aparılıb, trisomiya riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir) hesablanması normaya müvafiq olmuş, bu səbəbdən də xromosom patologiyasının araşdırılması üçün digər testlərin təyin edilməsinə tibbi göstəriş olmamışdır. İş materiallarında olan tibbi sənədlərdə göstərilənlərə əsasən, hamiləliyin 11-ci və 16-cı həftələri arası İddiaçı aparılmış ultrasəs müayinələrində döldə patologiya və inkişaf qüsurları müəyyən edilməmişdir. Həmçinin radioloji görüntülərlə Daun sindromu təyin edilmir. Aparılan ikili və üçlü testlərin informativliyi 80 % ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. İddiaçı Elmar qızına aparılmış USM-ə əsasən NTboyun yaxalıq sahəsi 1,8 mm olduğu müəyyən edilmişdir. Bu və digər göstəricilər normaya uyğun olduğu üçün digər invaziv müayinələrin (amniosintez) aparılmasına tibbi göstəriş olmamışdır. 10-11. İkili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosomda isə 1:854 nəticəsi alınmışdır. Üçlü test 18 həftə 5 gün trisomiya riski 18 1:10000 və 21-ci xromosomda 1:332 nəticəsi alınmışdır. Aparılmış müayinə cavablarına əsasən, döldə Daun sindromunun şübhəsi olmamışdır. Aparılan ikili və üçlü testlərin informativliyi 80%, ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. İddiaçı 11-ci və 16-cı həftələrində aparılmış müayinələrdə NT (ənsə şəfafflığı) və burun sümüyünün ölçüləri müəyyən edilmişdir. Birinci trimestr skrininqi ilə bərabər dəyərləndirilmişdir. Daun sindromuna görə risk aşkar edilməmişdir. 24-cü həftəsində aparılmış USM-ə brax oscfaliya (başın yumru olması) izlənilməmiş, qulaqlarının yerləşməsi isə qeyd edilməmişdir. İddiaçı aparılmış ikili və üçlü skrininq testlərində Daun sindromunun riski aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert araşdırması zamanı müəyyən edilmişdir ki, Hamiləlik dövründə iddiaçının qeydiyyatda olduğu və doğuşunun qəbul edildiyi Cavabdeh4 xəstəxanasında onun adına tərtib edilmiş “Hamilə və X24 vərəqəsi”ndə və “Doğum tarixi”ndə olan laborator və instrumental müayinələrin nəticələri normaya uyğun olmuş və Daun sinromunun mövcudluğuna hər hansı bir göstərici müəyyən edilməmişdir. Belə ki, ikili və üçlü skrininq testərinin, ultrasəs müayinə nəticələrində uşaqda daun sindromu əlamətləri aşkar edilməmişdir. Bu səbəbdən də, İddiaçı uşağının Daun sindromu ilə doğulacağını əvvəlcədən proqnozun verilməsi mümkün olmamışdır. İddiaçı hamiləliyinin müşahidəsi zamanı aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur. Bundan əlavə olaraq, iş üzrə mübahisə doğuran hallardan biridə uşaqda daun sindromunun mozaik yoxda klassik növünün olması olmuşdur. Məhkəmə iclasında mütəxəssis X29 izahat verərək bildirmişdir ki, xəstə İddiaçı uşağın daun sindiromu şübhəsi ilə gəlmiş, onların yanlarına gələndə uşaq 1 həftəlik ya da 3 günlük olarmış. Uşağa xromosom analizi etmişlər, uşaqda klassik daun xəstəliyi olduğu müəyyən edilmiş, sonradan “fish” analizi də etmişlər, yenə də klassik daun xəstəliyi aşkar olunmuşdur. USM müayinələrindən klassik daun xəstəliyi olduğu zaman uşağın daun xəstəsi olduğu müəyyən olunur. Mozaik olduğu zaman isə uşağın daun xəstəsi olduğunu müəyyənləşdirmək çətin olur. Burun sümüyünə, ənsə qalınlığına görə müəyyən olunur. Belə bir şey vardır ki, klassik daun xəstəliyi olduğu zaman 75% bilmək olur ki, uşaq daun xəstəsidir. Xromosom analizi etmişlər, əgər 21 xromosomdan 2 kopya vardırsa, mozaik daun xəstəliyidir, 21 xromosomdan 3 kopya vardırsa, klassik daun xəstəliyidir. Qeyd olunan halla bağlı məhkəmə tərəfindən ekspert qarşısında suallar qoyulmuş və ekpert rəyi ilə müəyyən edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, doğuşdan sonra aparılmış genetik müayinə cavabında (Fish-üsulu) yenidoğulmuş Yusif Qasımovda 47XY+21/46XY Daun sindromunun mozaik formasının olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 10.09.2020-ci il tarixli genetik rəydən də görünür ki, yenidoğulmuş uşağa baxış keçirilən zaman onun Daun sindromunun mozaik formasının olduğu müəyyən edilmişdir. Belə ki, ikili və üçlü testlərdə belə bir gizli yanlışlıq göstəriciləri dölün plasentası və dölün mozaik quruluşu ilə əlaqəlidir, çünki plasenta və mozaik forma 1-5% ehtimallarda aşkarlanır. Belə halda nə USM və NİPT dölün dəqiq kariotipini və patologiyası barəsində həkimlərə məlumat verməyərək yanlış cavabla nəticələnir. Məhkəmə qeyd edir ki, uşaqda daun sindromunun hansı növünün olmasından asılı olmayaraq hazırkı mübahisənin mahiyyəti cavabdeh tərəfindən iddiaçıya hamiləlik dövründə müayinə və müailəcinin düzgün aparıb-aparmaması və iddiaçıya düzgün məlumat verməməsi nəticəsidə yenidoğulanın daun sindromlu doğulması məsələsinin aydınlaşdırması olmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində hər hansı bir qanun pozuntusu aşkarlanmamış, iddiaçının hamililəlik dövründə müayinə və müalicəsi Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalının, “Oksigen” Klinikasının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5nın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 25-ci maddəsinə əsasən, Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Hazırkı halda da iddiaçı “BONADEA” Beynəlxalq Hospitalında, “Oksigen” Klinikasında, Cavabdeh5nda müayinə və müalicə nəticələrinə dair məlumatlandırılmış, məhkəməyə “Hamilə və X24 vərəqəsi”, “X11” vərəqəsi və “Doğum tarixi” məlumatları məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya “Bonadea intemational Hospital”da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun “Hamilə və X24 vərəqəsi” açılmış və iddiaçının hamiləlik dövrünün müayinə və müşahidəsi ilə bağlı bütün məlumatlar orada öz əksini tapmışdır. Belə ki, iddia ərizəsində hospitalda ona aid dosyenin olmadığını qeyd etsə də, göstərilənlərin əksinə olaraq “Müşahidə vərəqəsindən” göründüyü kimi orada iddiaçıya dair bütün məlumatlar dolğun şəkildə öz əksini tapmışdır. Nəticədə məhkəmə araşdırması zamanı iddia tələbində qeyd edildiyi kimi İddiaçı hamiləlik dövründə müalicə və müayinəsi zamanı hər hansı həkim səhlənkarlığına yol verilməmiş, müayinə və müailicə düzgün, normativ normalar əsasında, səhiyyə sistemində mövcud olan protokollara uyğun aparılmışdır. İddiaçı tərəf isə qeyd edilən halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş maddi zərərin ödənilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Oksigen Klinikasından, Cavabdeh6, Cavabdeh5dan, cavabdeh “Bonadea” Hospitalından 9435 (doqquz min dörd yüz otuz beş) manat maddi ziyana görə müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddia tələbinin ikinci, yəni dəymiş mənəvi ziyana görə 100000 (yüz min) manat pulun cavabdehlərdən tutulmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş mənəvi zərərin ödənilməsi, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Oksigen Klinikasından, Cavabdeh6, Cavabdeh5dan, cavabdeh “Bonadea” Hospitalından 9435 (doqquz min dörd yüz otuz beş) manat maddi ziyana görə, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar