Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3813/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı Asan Xidmət X3rşı “soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı Asan Xidmət X3rşı “soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun-İddiaçı övladları xx.xx.2015-ci il doğum tarixli X15 və xx.xx.2021-ci il tarixli X2 və ata adının X20 və X16 dəyişdirilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, X21 ilə xx.xx.2007-ci ildə nikaha girmiş, həmin nikah uğursuz olduğu, bir- birlərini anlamadıqları üçün bir-birlərindən ayrı yaşamışlar. Birgə nikahdan 1 oğlu var. Onlar ayn yaşadıqları müddətdə indi halhazırda rəsmi nikahda olduğu X23 ilə qeyri-rəsmi bir yerdə yaşamış və həmin müddətdə onların iki (2) övladı xx.xx.2015-ci il doğum tarixli X17 va xx.xx.2021-ci il tarixli X22 dünyaya gəlmişdir. Birinci həyət yoldaşı ilə rəsmi şəkildə ayrılmadıqlarına görə, qeyri-rəsmi münasibətdə olduğu X11 olan övladlarına X12 adı soyadı verilmişdir. X5 ilə nikahlarına rəsmi olaraq xx.xx.2023-cü il tarixində 426 saylı qeydiyyat nömrəsi ilə xitam verilmişdir. O, X18, X23 ilə xx.xx.2024-cü ildə 74 saylı qeydiyyat nömrəsi ilə rəsmi nikaha girmişlər. X6 və oğlu X22 olaraq sənəddə getsələrdə, övladlarının rəsmi atası X19r. Övladları dünyaya göz açdığı gündən ataları X13 himayəsində yaşamış, onları tərbiyə etmiş və böyütmüşdür. Hal hazırda məhkəmədən ricası övladlarının ataları X1 va ata adı kimi onun adını daşımasını məhkəmə yolu ilə həll edilməsidir. Bununla əlaqədar olaraq 1-ci həyat yoldaşına dəfələrlə övladlarının onun adından soyadından çıxarmasına görə ona müraciət etmişdir. Bununla əlaqədar Bakı şəhəri 6 saylı mediasiya təşkilatına müraciət etmişdir. 6-saylı mediasiya təşkilatı ailə mübahisəsi üzrə xx.xx.2024-cü il saat 09:20-də mediasiyaya sessiyasi təşkil etmişdir. Lakin cavabdeh bu mediasiyanın təşkil etdiyi sessiyaya gəlməmişdir. Hesab edir ki, onun hüquqlar pozulur. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
İş materialları :
3. AZ-İİ seriyalı, 607955 nömrəli, “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 ilə X14 4 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2024-cü il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmişdir.
4. AZ-İV seriyalı, 620379 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 144 nömrə ilə qeyd edilmişdir. X7, anası X9r.
5. AZ-İV seriyalı, 620378 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X22 xx.xx.2021-ci il tarixində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 143 nömrə ilə qeyd edilmişdir. X7, anası X9r.
6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
12. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd : Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
15. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
17. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
18. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı Asan Xidmət X3rşı “soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
19. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı, FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:15:14) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı Asan Xidmət X3rşı “soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödəyici:İddiaçı, FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:15:14) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva