Məhkəmə qərarları › İş №2(007)-382/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-382/2024

16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-382/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 1556.88 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bildirir ki, istehlakçı kodu adına olan mənzilin qaz sayğacına onun icazəsi olmadan baxış keçirilmişdir. Cavabdeh İB əməkdaşları sayğacın hesablanma mexanizminin qoruyucu plastmas qapağın sınıq olması və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini müəyyyən etmişlər. Daha sonra sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izlərini aşkar etmişlər. Bununla bağlı 30 Aprel 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuş və adına 1556.88 AZN borc yazılmışdır. Hesab edir ki, 30 aprel 2023-cü il “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt aşağıdakı səbəblərdən dolayı tamamilə qanunsuzdur. Qeyd edir ki, Cavabdeh İB tərəfindən quraşdırılan qaz sayğacı müvafiq təlimata uyğun olaraq onun evinin kənarında quraşdırılmışdır. Onun işləri ilə əlaqədar olaraq hər dəfə sayğaca nəzarət etmək imkanı olmur. Sayğac onun evinin çox kənarında quraşdırıldığına görə onun xəbəri olmadan hansısa şəxslər tərəfindən qaz sayğacına ziyan vurulmuşdur. Onun tərəfindən ona heç bir müdaxilə edilmədiyi və bundan xəbəri olmadığı halda ona qanunsuz olaraq akt tərtib olunmuşdur. Qeyd edir ki, dəfələrlə Cavabdehnə qanunsuz tərtib olunan aktla bağlı müraciətlər etməyinə baxmayaraq onun müraciətinə tam baxılmamış və yerində araşdırma aparılmalı olduğu halda heç bir araşdırma aparılmamışdır. Onunla heç bir əlaqəsi olmayan “zərər” ilə bağlı məbləğ və borc hələ də silinməmişdir. Cavabdeh İB tərəfindən haqsız yerə borcla yüklənməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də borc və zərərin məbləğinin tam şəkildə ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, sayğac küçədə evdən 25-30 metr aralıda yerləşir. Sayğac əvvəllər smart idi, 2023-cü ilin aprel ayında məlumatları olmadan dəyişdirib mexaniki sayğac qoyublar. Sayğacı dəyişəndə heç kəs iştirak etməmişdir. Həmin evdə oğlu ailəsi ilə yaşayır. Sayğac dəyişəndə nə onun nə də oğlunun heç bir məlumatı olmamışdır. Sonra 1556, 88 manat cərimə yazılıb. Onlar sayğaca müdaxilə etməyiblər. Sayğac küçədə yerləşir yoldan keçən istənilə adam qapağı qıra bilər. Sayğacı qorumaq onların vəzifəsi deyil, nə də küçədə olan sayğacın onların tərəfindən qorunması mümkün deyil. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 bildirdi ki, iddia tələbini qəbul etmir aktdan göründüyü kimi sayğaca müdaxilə olunub və xx.xx.2023-cü il tarixdə akt tərtib edilib. Abonent saldosundan görünür ki, borc 1555.20 manat hesablanıb. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh bildiriş xəbərdarlığından görünür ki, İddiaçı 1564.68 manat borc hesablanmışdır. - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacın hesablanma mexanizminin qoruyucu plastmas qapağının sınıq olması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. - İddiaçı adına verilmiş **********00180 nömrəli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə ZENNER G4T SMART markalı, **********6 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 1555.20 manat borc hesablanmışdır. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x90=12960 m3 Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli akta əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablanma mexanizminin qoruyucu plastmas qapağının sınıq olması müəyyən edilmiş və akt tərtib edilmişdir. İddiaçıya 1555.20 manat borc hesablanmışdır. Hesabat müddəti 90 gün qəbul edilmişdir. İddiaçı həmin cərimənin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac evdən kənarda küçədə quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Bundan başqa itirilmiş qaz 90 gün qəbul edilərək (6x24x90=12960 m2) iddiaçıya 1555.20 manat borc yazılmışdır. Halbuki, Cavabdeh nümayəndələri tərəfindən sayğaclara hər ay baxış keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1555.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00180 abonent kodu üzrə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00180 abonent kodu üzrə hesablanmış 1555.20 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar