Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3827/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyana görə 3000 (üç min) manat, mənəvi ziyana görə 3000 (üç min) manat, dövlət rüsumuna görə ödədiyi 80 (səksən) manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, сavabdeh Cavabdeh böyük bacısıdır. Onlar uşaqlıqdan valideynlərinə aid olan və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 saylı evin 49 saylı mənzilində yaşayıblar. Bacı Cavabdeh ailə qurduqdan sonra həmin mənzildən köçüb gedib və bir daha həmin mənzildə yaşamayıb. 2002-ci ildə cavabdeh öz razılığı ilə qeydiyyatda olduğu həmin mənzildən pasport qeydiyyatından çıxlb. 2007-ci ildə cavabdeh saxta qeydiyyat vəsiqəsindən istifadə edərək razılığı olmadan yenidən yaşadıqları həmin mənzilə qeydiyyata düşüb. 2010-cu ildə onun iddiasına əsasən məhkəmə qətnaməsi ilə onun qeydiyyat vəsiqəsi etibarsız hesab edilib və qeydiyyatı da ləğv edilib. Həmin qətnamə Bakı Apellyasiya Məhkməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılıb. Bundan sonra yaşadığı həmin mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması barədə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət edib, lakin hazırda cavabdeh razılıq vermədiyindən İcra Hakimiyyəti bundan imtina edilib. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olub. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013/2013 saylı, 09 iyul 2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilib və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 saylı evin 49 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin onunla bağlanılması öhdəliyi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulub. Daha sonra həmin mənzilə dair mənzil-kirayə müqaviləsi bağladıqdan sonra özəlləşdirib və hazırda da xüsusi mülkiyvətindədir. Həmin vaxtdan 12 il keçdikdən sonra hazırda cavabdeh olan Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarından 2024-cü ildə apellyasiva şikayəti, eyni zamanda da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpası barədə ərizə verib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyib, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş apelliyasiya şikayəti mümkün sayılmayıb və apellyasiya şikayətinin veriləsindən imtina edilib. Yenidən cavabdeh X7 Bakı İnzibati Məhkəməsinin 2-1(103)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Ali Məhkəmənin İnzibati Kollegiyasına kassasiya şikayəti verib və həmin Kollegiyanın xx.xx.2024-cü il tarixli, 2-1(102)-2466/2024 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmayıb və kassasiya şikayətinin qəbulundan imtina edilib. Son 15-16 il müddətində Cavabdeh təqsiri üzündən dəfələrlə məhkəmə mübahisələrinə cəlb olunmağa məcbur olub. Məhkəmə mübahisələri nəticəsində ona xeyli miqdarda maddi ziyan dəyib, hüquqi yardımla əlaqədar ödənişlər edib. Həmçinin də, məhkəmələrə gedibgəlməyə görə də nəqliyyat xərcləri çəkib, işlərində məşğul ola bilməyib və maddi ziyan çəkib. Ümumilikdə cavabdehin təqsiri üzündən məhkəmə mübahisələri ilə əlaqədar olaraq 3000 (üç min) manat maddi ziyana düşüb. Bundan başqa cavabdehin hüquqlarından suiistifadə edərək onu hüquq-mühafizə orqanlarına gedib-gəlməyə, məhkəmə mübahisələrinə cəlb etməyə məcbur etdiyinə görə sarsıntılar keçirib, iztirablara məruz qalıb. Nəticədə, ona mənəvi ziyan dəyib. Ona cavabdeh tərəfindən dəymiş mənəvi ziyanı 3000 (üç min) manat məbləğində qiymətləndirir. Ona vurduğu maddi və mənəvi ziyanları dəfələrlə cavabdehdən tələb etsə də, heç bir müsbət nəticəsi olmayıb. Ona görə də, məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, cavabdeh tərəfindən əsassız və qərəzli olaraq məhkəmə mübahisələrinə cəlb olunduğuna görə hüquqi yardıma görə ödədiyi məbləğ, o cümlədən dövlət rüsumları cavabdehdən onun xeyrinə tutulmalıdır. Bununla əlaqədar olaraq maddi ziyan 3000 (üç min) manat məbləğindədir və həmin məbləğ cavabdehdən onun xeyrinə olaraq alınmalıdır. Eləcə də, 2012-ci ildən başlayaraq hal-hazıradək olan müddətdə cavabdehin qərəzli münasibətləri nəticəsində hüquq-mühafizə orqanlarına, habelə məhkəmələrə gedib-gəlməyə məcbur olduğu üçün əsəblərinin pozulmasına və çəkdiyi mənəvi sarsıntılara, iztirablara görə də cavabdeh ona kompensasiya ödəməlidir. Mənəvi ziyana görə cavabdehdən onun xeyrinə olaraq 3000 (üç min) manat pul məbləğində tələb edir. Əlavə olaraq ödədiyi 80 (səksən) manat dövlət rüsumu da cavabdehdən onun xeyrinə tutulmalıdır.
İş materialları:
3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından görünür ki, iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri. Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı X8 bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2- 1(103)-2772/2024 nömrəli qərardadından görünür ki, cavabdeh X9 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2466/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Apeliyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)-2772/2024 nömrəli qərardadından cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2- 1(103)-2207/2024 saylı qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhər Nizamı rayon Polis İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi və X4 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhər Nizamı rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması bərədə qərar çıxarılması" təbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən 3-cü şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 172/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2- 1(103)-2207/2024 nömrəli qərarından üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayıb.
8. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(82)- 835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı əsasında ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb.
9. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 51,9 kv.m olan ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır.
11. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209****3208 nömrəli kart hesabına 500 manat məbləğində vəsait köçürülmüşdür.
12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209****3208 nömrəli kart hesabına 500 manat məbləğində vəsait köçürülmüşdür.
13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209****3208 nömrəli kart hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür.
14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209****3208 nömrəli kart hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür.
15. xx.xx.2024-cü il tarixli ******* nömrəli orderin surətindən görünür ki, “Alyans” Vəkil Bürosunun vəkili X2 David Borisoviçə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcəkdir.
16. xx.xx.2024-cü il tarixli ******* nömrəli orderin surətindən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 David Borisoviçə “qeydiyyatdan çıxarılma” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcəkdir.
17. xx.xx.2024-cü il tarixli ******* nömrəli orderin surətindən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 David Borisoviçə “inzibati orqanların qərarlarından şikayət” işi üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcəkdir.
18. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X13 tərəfindən məhkəməyə müraciət etmək üçün 80 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
19. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onların iki azyaşlı uşaqlarının olmasını, kirayədə qaldıqlarını bilirdi. Cavabdeh özü bir neçə dəfə onlara zəng edərək Natalya Çebotareva və Boris Çebotaryovun qeydiyyatdan çıxarılmasında köməklik göstərilməsini xahiş edib. 3320 manat hüquqi yardım üçün vəkillərə ödənilib. Cavabdeh məhkəmə iclaslarında iddiaçının xərclərinin olması üçün şikayətlər verdiyini qeyd edib. Həmçinin, heç bir bildiriş almadığını, ona gələn məktubları özü imzalamadığını qeyd etmişdir. Məhkəmədə hakimlər isə onun imza nümünəsini alıb, işin içində olan imzalara baxaraq, imzanın ona aid olduğunu bildiriblər. Vəkil Qumru Eyvazovaya 320 manat ödəniş edilib. Ərəstun İskəndərova isə 3000 manat ödəniş edib, iki order məhkəməyə təqdim edilib, 2 orderi isə onlara verməyiblər. Həmin pulların ödənilməsini tələb edirlər. Onlar hazırki vaxtadək kirayədə qalır, 500 manat kirayə haqqı, kommunal haqqları ödəyirlər, özü 3 yerdə, iddiaçı 2 yerdə işləyir. Onlar uşaqlarını görə bilmir, onlara anası baxır. Vəkilə ödədikləri pulu çətinliklə tapıblar. Cavabdeh onların necə çətin vəziyyətdə yaşadığını bilir.
21. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, zərflər üzərində “imtina edib” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin faktiki halı:
25. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı hüquqlarının müdafiə edilməsi üçün vəkil Eyvazova Qumru və Ərəstun İskəndərova ümumilikdə 3320 manat pul ödənildiyini qeyd edərək, cavabdehdən 3000 manat maddi və 3000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı və onun nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
27. Məhkəmə iddiaçının “3000 manat maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində son 15-16 il ərzində cavabdehin təqsiri üzündən dəfələrlə məhkəməyə müraciət etdiyini, məhkəmə mübahisələrinə cəlb olunduğunu, ona xeyli miqdarda ziyan dəydiyini, hüquqi yardımla əlaqədar ödənişlər etdiyini, nəqliyyat xərcləri çəkdiyini (bununla bağlı sübut təqdim edilməyib), işləri ilə məşğul ola bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında isə X15 və X3 hüquqlarının müdafiəsi üçün 3320 manat pul ödənildiyini, məhkəmədən həmin vəsaitinin maddi ziyanın əvəzi olaraq cavabdehdən tutumasını xahiş etmişdir.
28. İş materialları müəyyən edilir ki, iddiaçı “Alyans” Vəkil Bürosunun vəkili X15 ilə xx.xx.2024-cü ildə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 ilə uyğun olaraq “inzibati orqanların qərarlarından şikayət” və “qeydiyyatdan çıxarılma” işləri üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün müqavilələr bağlamışdır. İddiaçının verdiyi məlumata əsasən o, X12 320 manat və X6 ümumilikdə 3000 manat ödəniş etmişdir. Qəbzlər məhkəməyə təqdim edilmişdir.
29. Məhkəmə qeyd edir ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı X8 bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh isə 2024-cü ildə həmin qərardan şikayət və prosessual müddətin bərpası barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)-2772/2024 saylı qərardadı ilə cavabdeh X9 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra cavabdeh həmin qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2466/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
31. Həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhər Nizamı rayon Polis İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi və X4 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhər Nizamı rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması bərədə qərar çıxarılması" təbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır. Hazırki iş üzrə cavabdeh isə 2024-cü ildə 3-cü şəxs kimi həmin qərardan şikayətlə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edib və həmin məhkəmənin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2-1(103)-2207/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-172/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmayıb.
32. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 saylı iş üzrə iddiaçının məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin mənzil-kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına razılıq verməməsi olmuşdur. Bu səbəbdən iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-835/2016 saylı iş üzrə cavabdehin adına vermiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi ləğv edildiyindən onun mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddia təmin edilmişdir. Qeyd edilir ki, həmin iddialar üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün inzibati məhkəməyə mübahisələndirmə haqqında və məcburetmə haqqında iddialar ilə müraciət etmişdir. Həmin hallarla bağlı cavabdehin hüquqa ziddi əməli müəyyən edilmir.
33. Bundan sonra, cavabdeh həmin işlər üzrə verdiyi apellyasiya və kassasiya şikayətləri ilə pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib və şikayətlərinin qeyri-mümkün hesab ediməsi üçün əsaslar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən aparılmış araşdırmasının nəticəsində müəyyən edilib. Cavabdehin apellyasiya və kassasiya şikayətləri ilə məhkəmələrə müraicət etməsi hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilmir. Həmçinin, iddiaçı həmin işlər üzrə hüquqlarının müdafiəsi üçün ümumilikdə 3320 manat xərc çəkdiyini bildirsə də, məhkəmə qeyd edir ki, iddiaçı könüllü qaydada vəkillərlə hüquqlarının Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün müqavilələr bağlayıb. Qanunvericiliklə iddiaçının həmin işlər üzrə mütləq vəkillə təmsil olunması ilə bağlı norma mövcud deyil. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya ziyan vurmaq niyyəti ilə qanunvericiliklə ona verilmiş hüquqlardan sui-istifadə edilməsi halları müəyyən edilməmişdir.
34. Bu səbəbdən iddiaçının öz hüquqlarını müdafiə etmək üçün hüquqi yardım alması və digər hallar bağlı çəkdiyi xərclərin əvəzində cavabdehdən 3000 manat maddi ziyanının alınması barədə iddiası məhkəmə tərəfindən əsassız hesab olunur.
35. Məhkəmə iddia tələbinin “3000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
36. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
37. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
38. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının: 4.10. Şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. 4.19. Hüquqdan sui-istifadə də qanunla qadağan olunan əməl kimi mülki hüquq pozuntusu (delikt) hesab edilir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui istifadəyə yol verilmir. 4.20. Hüquqdan sui-istifadə hər hansı hüquqdan onun məqsədinə, təyinatına zidd şəkildə yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsini nəzərdə tutmaqla, Mülki Məcəllənin 16 və 560-cı maddələri, Əmək Məcəlləsinin 63-cü maddəsinin 3-cü və 186-cı maddəsinin 1-ci hissələri, 310-cu maddəsi, Ailə Məcəlləsinin 51.4, 51.5, 64.0.4, 132.1.2 və 139.0.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1, 120.1, 174.5 və 320.3-cü maddələri və digər normativ hüquqi aktlarla da qadağan edilmiş, ayrı-ayrı sui-istifadə əməllərinə görə inzibati xəta və cinayət məsuliyyətləri də müəyyən edilmişdir. 4.21. Göründüyü kimi, maddi və prosessual hüquqdan sui-istifadə başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna və ona maddi və mənəvi zərərin vurulmasına səbəb ola bilər. Məsələn, hər hansı şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək barədə vicdansızcasına əsassız ərizələrin verilməsi prosessual hüquqlardan suiistifadə olmaqla şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnə bilər.
39. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.
40. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.
41. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
42. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, iddiaçının mülki hüquq pozuntusu törədilməsi, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “3000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir.
Nəticə:
43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pulun alınması" tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 80 manat dövlət rüsumu ödənilmişdir.
46. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu özünə aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pulun alınması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva