Məhkəmə qərarları › İş №2(007)-384/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-384/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-384/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Sadiq qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sadiq qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzili İddiaçı mülkiyyətindədir. Mənzili, o, alqı-salqı müqaviləsi ilə alıb. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilib. Həmin mənzildə mənzilin əvvəlki sakini Cavabdeh hələ də qeydiyyatdadır. O, bu mənzildə qeydiyyatda olsa da, burada yaşamır və harada yaşaması məlum deyildir.Cavabdehin iddiaşıya mülkiyyəthüququ ilə məxsus olan mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarını pozur.İddiaçı məcbur qalıb onun da yerinə kommunal xərcləri ödəyir. Bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur.Qeyd edilənlərə əsasən Cavabdeh Sadiq qızının Bakı şəhəri, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin 78 mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Sadiq qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddiaçını nümayəndəsi və vəkili Vəkil izahatını dinlətib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzilini alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzilinə 24 sentyabr 2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. AR DİN xx.xx.2022-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sadiq qızı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzilndə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 24 sentyabr 2020-ci il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildə qeydiyyatda olsa da orada yaşamır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh Sadiq qızının Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sadiq qızının Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 4 saylı evin, 78 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar