Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-387/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASCyə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 ASC-nin tələbi ilə Bakı şəhəri 30 saylı Notariat ofisinin İddiaçı BRCB4483480B299 nömrəli müqavilə üzrə 1086.06 manat və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 1111.06 manatın tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli 8İ-8975 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 30 saylı Notariat ofisinin xx.xx.2024-ci il tarixli 8İ-8975 reyestr nömrəli icra qeydinə əsasən ondan 1086.06 manat borc və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 1111.06 manat tutularaq Cavabdeh2 ASC-yə ödəniməlidir. Həmin icra qeydinin mövcud olmasından Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru onu icraya dəvət etdikdən sonra məlumatı olmuşdur. Həmçinin həmin icra qeydində olan borc ilə razı deyil, sözügedən məbləğ bank tərəfindən düzgün hesablanmayaraq notariat ofisinə təqdim edilmişdir.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.
Tətbiq edilən hüquq :
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.
5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :
1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
Məhkəmənin mövqeyi :
6. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.
7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
8. İşin faktiki hallarından görünür ki, iş üzrə məhkəmə hazırlıq iclası, xx.xx.2024-cü il tarixinə təyin edilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırlıq iclası tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi, işin hallarının əlavə araşdırılması üçün xx.xx.2024-cü il tarixə təxirə salınmış, lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad xəbərdar edilmələrinə baxmayaraq məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Yenidən məhkəmə tərəflərin iştirakını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixə təxirə salınmış, lakin tərəflər iştirak etməmişlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3388/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin məhkəmə baxış iclasında da tərəflər iştirak etməmişlər.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:
İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASCyə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə r əsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva