Məhkəmə qərarları › İş №2(007)-390/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-390/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-390/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2,”Cavabdeh3”MMC-nə,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X1, Cavabdeh2,”Cavabdeh3”MMC-nə,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilən nəqliyyat vasitələri ona məxsusdur və onun tərəfindən ölkə ərazisinə gətirilərək gömrük qeydiyyatından keçirilmişdir.York markalı şassi A150628 1990-cı il buraxılışlı, ERF markalı şassi G379UNC 1990-cı il buraxılışlı, ERF markalı şassi FS990HD 1988-ci il buraxılışlı, ERF markalı şassi G266SND 1989-cu il buraxılışlı,Noteboom markalı şassi A023814 1984cü il buraxılışlı,Crame fruehauf markalı şassi A062084 1987-ci il buraxılışlı,KİNG markalı şassi A129862 1989-cu il buraxılışlı,OSDF markalı şassi a044490 1986-cİ il buraxılışlı,King markalı şassi A129862 1989-cu il buraxılışlı:Sözügedən nəqliyyat vasitələri bir müddət Cavabdeh3”MMC-yə məxsus qarajda saxlanılmışdır.Bu müddət ərzində ona məxsus nəqliyyat vasitələri Cavabdeh2 və qeyriləri tərəfindən mənimsənilmişdir.Hal-hazırda həmin nəqliyyat vasitələri cavabdehlərin istifadəsindədir.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin №016- 41872-1220 saylı 08.05.2020-ci il tarixli məktubundan da bəlli olduğu kimi ,müvafiq qeydiyyat nişanlarının hansı maşına məxsus olmasını müəyyən etmək mümkün olmamışdır.Məhkəmədə işə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həmin nəqliyyat vasitələri Cavabdeh3 MMC-yə məxsusdur və həmin nəqliyyat vasitələrinin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı tərəf belə absurd və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlaının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından və onun tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edildiyindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Silver Transport “xxxx” MMC-yə qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı, cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmiş,üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi isə öz nümayəndələrini göndərməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Belə ki, sadalanan nəqliyyat vasitələrinin ona məxsus olmasını təstiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərini sübuta yetirməsi üçün kifayət etmir.Ona görə də iddia təmin oluna bilməz. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər X1, Cavabdeh2,”Cavabdeh3”MMC-nə,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair İddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar