Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3902/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 oğl iddia tələbi onunla əsaslandırdı ki, iddiaçı BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili bank krediti ilə əldə etmişdir. Bank kreditini ödəyə bilmədiyinə görə, kredit götürdüyü uZaminbank”-ın müfəttişi Cavabdeh1 avtomobili almaq istədiyini bildirərək bildirmişdir ki, o nəqliyyat vasitəsinin alınması ilə bağlı kredit borcunu ödəyəcək və maşını sataraq qalan məbləği ona verəcəkdir. Lakin bir müddət sonra Nizami Rayon Məhkəməsindən bildiriş gələrkən ona məlum olub ki, iş üzrə Cavabdeh1 banka olan borcu ödəməyib, maşını qeyri qanuni yollarla sataraq əldə etdiyi vəsaiti özünə götürüb. Nizami Rayon Məhkəməsi kreditin onun tərəfimdən ödənilməsi ilə bağlı artıq qərar qəbul edib. Həmçinin ona məlum olub ki, maşın hal-hazırda iş üzrə ikinci Cavabdeh2 istifadəsindədir. İş üzrə Cavabdeh1 aralarında olan razılaşmanı yerinə yetirmədiyindən, yəni bank kreditini ödəmədiyindən,həmçinin maşının alqısatqısından daxil olan vəsaiti iddiaçıya vermədiyindən, ona məxsus BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin qeyri-qanuni istifadəsindən geri qaytarılmalıdır. Cavabdehlərdən ona məxsus BMW markalı **- ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili geri tələb etsə də, onlar nəqliyyat vasitəsini qaytarmaqdan imtina edirlər. Qeyd olunanlara əsasən İddiaçı mülkiyyətində olan BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək göstərdi ki, iddianı qismən etiraf edir. Qismən ona görə ki, Cavabdeh1 avtomobilin sahibinə qaytarılmasına etiraz etmir. Lakin avtomobili onda olmadığında avtomobilin ondan alınıb qaytarılması ilə razı deyil. Belə ki, həmin avtomobil Elnurda yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxs bankın əməkdaşı olub və bankın mənafeyinə uyğun olaraq borcun silinməsinə nail olmağa çalışıb. O, iddiaçı tərəfə təklif edib ki, avtomobili satıb borcunu bağlasın, sonuncu isə özü sata bilməyəcəyini bildirib, hüquqlarını müdafiə etdiyi şəxsdən əlindən gələn köməkliyi ona göstərməsini xahiş edib. Həmin avtomobilə dair iddiaçı tərəfdən avtomobilə dair etibarnamə verilib və həmin avtomobil hal-hazırda kimin istifadəsində olmasından Elnurun məlumatı yoxdur. Bir daha qeyd edir ki, həmin avtomobil onun hüquqlarını müdafiə etdiyi şəxsdə yoxdur və harada olması ona məlum deyil,lakin avtomobilin tapılaraq iddiaçıya qaytarılmasına etirazı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin qismən, Cavabdeh2 aid hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 6 saylı vəkil bürosunun vəkili Vəkil1 DİN-nin BDYPİ-dən ünvanlanmış 30.08.2021-ci il tarixli məktubdan və ona əlavə olunmuş çıxarışdan görünür ki, BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda İddiaçı Elnur oğlunun mülkiyyətindədir.Həmin avtomobillə əlaqədar bir neçə çəxsə etibarnamə verilmişdir. Son olaraq 07.09.2017-ci il tarixdə Cavabdeh2 etibarnamə verilmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında Bakı şəhəri Nizami RPİnin 25-ci polis şöbəsinin təhqiqatçısı polis moyoru Taleh Cəfərovun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 və digərilərinin əməlində cinayət tərkibi aşkar edilməmişdir. İşin hallarından görünür ki, İddiaçı Elnur oğlu BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar Cavabdeh1 etibarnamə vermiş, daha sonra ardıcıl olaraq X3,X1, X4 və Cavabdeh2 həmin avtomobillə əlaqədar etibarnamə verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki,avtomobil məhz ən son tarixdə etibarnamə verilmiş Cavabdeh2 istifadəsindədir,bunu işdə iştirak edən Cavabdeh1 nümüyəndəsi də təsdiq etmişdir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,avtomobilin məhz Cavabdeh2 qanunsuz sahibliyində olması öz təsdiqini tapır. Ona görə də iddia qismən təmin olunmalı, BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı Elnur oğluna qaytarılmalıdır. Qalan hissədə iddia təmin olunmamlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. BMW markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı Elnur oğluna qaytarılsın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3902/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3902/2021
09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver