Məhkəmə qərarları › İş №2(007)-3914/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3914/2019

21.11.2019 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3914/2019 21.11.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqani qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Maraqlı şəxs "xxxx" MMC-nin direktoru olaraq (VÖEN: **********, 01 avqust 1961-ci ildə Azərbaycan Respublikası, Naxcıvan MR, Şərur rayonu, Danzik kəndində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AZE ********) dövlət büdcəsinə olan 301759,08 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri olaraq (VÖEN:**********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 21 oktyabr 2019-cu il tarixə 301759,08 manat məbləğində (o cümlədən vergilər üzrə 236267,52 manat, faizlər üzrə 65491,56 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs ünvan 1 ünvanda yaşayır. Ona görə də, Maraqlı şəxs dövlət büdcəsinə olan 301.759,08 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə əsasında nümayəndəsi X1 iş həcminin çox olması ilə əlaqədar məhkəmə iclasına ərizəçinin iştirakı olmadan baxılmasına dair müraciət etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etməmiş, cəmiyətə hesablanmış vəsaitlərə vergi orqanı tərəfindən azalma aparılmasını, hazırda "xxxx" MMCnin vergi orqanına heç-bir borcunun olmamasını və cəmiyyətin fəaliyyətinin dayandırılmasını bildirmişdir. Məhkəmə maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hüqu şəxs Maraqlı şəxs rəhbərlik etdiyi "xxxx" MMC-nin hesab vərəqindən görünür ki, onun 21 oktyabr 2019-cu il tarixə 301.759,08 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 14800571 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs (01 avqust 1961-ci ildə Azərbaycan Naxcıvan MR Şərur rayonu Danzik kəndində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AA 0013992) ünvan 2 ünvanda yaşayır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan Maraqlı şəxs faktiki yaşayış ünvanı ünvan 3u cəmiyyətin dövlət büdcəsinə 21 oktyabr 2019-cu il tarixə 301759,08 manat məbləğində vergi borcu vardır. Maraqlı şəxsnnu rəhbəri olduğu cəmiyyətin vergi öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirilməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs tərəfindən onun rəhbəri olduğu cəmiyyətin vergi orqanına heç bir borcunun olmamadığı bildirilsə də, o, irəli sürdüyü bu arqumentini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, marqlı şəxsin rəhbəri olduğu cəmiyyətin ərizədə göstərilmiş borcu ödənilməmiş qalmaqdadır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəlləilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi orqanlarının hüquqlarıdır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müki Prosessual Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Müki Prosessual Məcəllənin 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göründüyü kimi, vergi ödəyicisi olan hüquqi şəxsin vergi öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesablanmış vergilər üzrə borcun və hesablanmış faizlərin ödənilməsini təmin etmək üçün öz hüququndan istifadə edərək vergi öhdəliyicisinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ərizə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs rəhbəri olduğu cəmiyyətin dövlət büdcəsinə olan 301.759,08 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs (01 avqust 1961-ci ildə Azərbaycan Naxcıvan MR Şərur rayonu Danzik kəndində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AA 0013992) ölkədən getmək hüququ cəmiyyətin borclu olduğu vergi öhdəliyi tam yerinə yetirilənədək məhdudlaşdırılmalı, qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Hüquqi şəxs Kroun LTD” MMC-nin dövlət büdcəsinə olan 301.759,08.(üç yüz bir min yeddi yüz əlli doqquz manat səkkiz qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs (01 avqust 1961ci ildə Azərbaycan Naxcıvan MR Şərur rayonu Danzik kəndində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AA 0013992) ölkədən getmək hüququ cəmiyyətin borclu olduğu vergi öhdəliyi tam yerinə yetirilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar