Məhkəmə qərarları › İş №2(007)-394/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-394/2022

09.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-394/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi X4 Qurbanovun katibliyi Cavabdeh2,onun vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Mı̇ rzəyev Emı̇ n Adı̇ l oğlunun cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinə, Xasaylı Saməddı̇ n Məmməd oğluna,Nəsı̇ rov Əhməd Yusı̇ f oğluna qarşı reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, nəqliyyat vasitələrinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mı̇ rzəyev Emı̇ n Adı̇ l oğlu cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinə, Xasaylı Saməddı̇ n Məmməd oğluna,Nəsı̇ rov Əhməd Yusı̇ f oğluna qarşı reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, nəqliyyat vasitələrinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 saxta sənədlər əsasında "xxxx" MMC-yə dair reyestr çıxarışı verilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, "xxxx" MMC İngiltərədə 1991-ci il tarxində yaradılmışdır, orada qeydiyyatdan keçmişdir və qeydiyyat nömrəsi 75498 olan Əsasnamə ilə təsdiqlənmişdir. Daha sonra şirkətin Azərbaycan Respublikasında nümayəndəliyinin yaradılması üçün bir sıra tədbirlər görülmüşdür. Şirkətin direktorları A.Padidar və J.Purgal tərəfindən şirkətin baş meneceri Mr. X15xx.xx.2000-ci il tarixli etibarnamə ilə "xxxx" MMC adında şirkətin Azərbaycan Respublikasında da qeydiyyatdan keçirilməsi, təşkil olunması və digər hüquqlarının həyata keçirilməsi üçün bir sıra səlahiyyətlər verilmişdir. Baş menecer X16 isə ona verilən səlahiyyətlərdən istifadə edərək xx.xx.2000-ci il tarixli Etibarnamə ilə şirkətin təmsil olunması ilə əlaqədar bir sıra hərəkətləri edə bilməsi üçün müvafiq hüquqları İddiaçı ötürmüşdür. Cersi Maliyyə Xidmətləri Komissiyasının 10 iyul 2002-ei il tarixli bildirişin İngiltərə və X12 tərəfindən təsdiq olunmuş surətindən də göründüyü kimi, "xxxx" MMC bildirişin verildiyi tarixdən 3 ay sonra tamamilə ləğv edilmişdir. Beləliklə, 2002-ci il də "xxxx" MMC-nin həm Böyük Britaniyada olan baş ofisi, həm də Azərbaycan Respublikasında olan nümayəndəliyi öz fəaliyyətini dayandırmışdır. Cavabdeh2 illərlə "xxxx" MMC-yə məxsus avadanlıqlardan istifadə etmişdir. Lakin, o, Cavabdeh2 "xxxx" MMC-yə məxsus əmlakı mənimsəməsindən xəbər tutduqdan sonra onun barəsində məhkəməyə müraciət etmişdir. Məhz bundan sonra cavabdeh öz qanunsuz əməllərini gizlətmək məqsədi ilə müvafiq dövlət orqanına saxta sənədlər təqdim edərək "xxxx" MMCyə dair reyestr çıxarışı almışdır. Belə ki, özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edən Maria-Louise Morton adlı Böyük Britaniya vətəndaşı həmin şirkətin adından müvafiq hərəkətlərin ediməsi məqsədi ilə Cavabdeh2 xx.xx.2019- cu il tarixli etibarnamə vermişdir. Cavabdeh2 həmin etibarnamə və digər saxta sənədlər əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli gəlirlər İdarəsinin X10 Qeydiyyatı İdarəsinə müraciət etmiş və "xxxx" MMC adlı hüquqi şəxsi dövlət qeydiyyatından keçirərək reyestrdən çıxarış almışdır. Cavabdeh2 etibarnamə verən Maria-Louise Morton adlı şəxsin "xxxx" MMC ilə hər hansı bir əlaqəsi yoxdur. Sözügedən hüquqi şəxsin təsis olunması barədə rəsmi sənədlərə əsaslanaraq bildirmək istəyir ki, A.Padidar və J.Purgal şirkətin həqiqi təsisçiləridir. Şirkətin əsasnaməsində də direktor və salahiyyətli şəxs kimi Jan Purgal qeyd edilmişdir. Həmçinin, şirkət hüquqlarının etibar edildiyi orijinal etibarnamələrdən də göründüyü kimi Maria- Louise Morton adlı şəxsin "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onun Cavabdeh2 şirkətin adından etibarnamə verməyə səlahiyyəti olmamışdır. Bundan əlavə olaraq, ‘‘Silver Transport Limited” MMC 2002-ci ildə öz fəaliyyətini dayandırdığı halda, onun hər hansı nümayəndəsi 2019-cu ildə Cavabdeh2 etibarnamə verə bilməzdi. Açıqaşkar görünür ki, Cavabdeh2 saxta sənədlər əsasında hüquqi şəxsi dövlət qeydiyyatından keçirmiş, özgəsinin əmlakını mənimsəmiş və digər qanunsuz əməllərini "xxxx" MMC-nin adından həyata keçirmişdir. Bununla da onlar iqtisadi fəaliyyət sahəsində cinayət törətməkdə davam edirlər. Odur ki, onun bu qanunsuz əməllərinin qarşısının alınması üçün barəsində qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi zərurəti yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 təqdim olunan"xxxx" MMC-yə dair reyestr çıxarışın ləğv edilməsi üçün müraciət edilmişdir. Buna baxmayaraq, sözügedən qurum bundan əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan çıxarışın həqiqətən əsaslı olub-olmamasını müəyyən etməmişdir. Cavabdeh inzibati orqan ilk növbədə Maria-Louise Morton adlı şəxsin Böyük Britaniyada təsis olunmuş əsas şirkətlə əlaqəsinin olub-olmaması faktını müəyyən etməli idi. O cümlədən, həmin etibarnamələrin etibarlı olub- olmaması məsələsi cavabdeh tərəfindən araşdırılmamışdır.Odur ki, Cavabdeh2 tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan sənədlər saxtadır və onlar hüquqi şəxsin dövlət qeydiyyatına alınmasında hüquq müəyyən edici sənəd qismində çıxış edə bilməzdi. Belə olan halda, həmin saxta sənədlərə əsaslanaraq hüquqi şəxsin dövlət qeydiyyatına alınması qanunsuzdur. Bu səbəbdən də, Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 təqdim olunan "xxxx" MMC-yə dair reyestr çıxarışının ləğv edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi fəaliyyət göstərdiyi müddət ərzində ölkəyə 350000 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və digər avadanlıqlar gətirilib. Lakin, baş ofis və onun nümayəndəliyi öz fəaliyyətini dayandırdıqdan sonra onlar geri verilməmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh2 sözügedən nəqliyyat vasitələrini qanunsuz olaraq ələ keçirmişdir. O, "xxxx" MMC-yə məxsus əmlakdan qanunsuz olaraq istifadə etmiş, hətta həmin nəqliyyat vasitələrindən bəzilərini satmışdır. Cavabdeh2 sürücülərə saxta etibarnamələr verərək bu fəaliyyətini həyata keçirməyə nail olub. Həmçinin, o, həmin işçiləri əmək müqaviləsi olmadan işə götürmüşdür. "xxxx" MMC 2006-cı ildə öz fəaliyyətini dayandırsa da, ona məxsus nəqliyyat vasitələri ölkə ərazisindən çıxarılmışdır və həmin şirkətin adından bir sıra qurumlara müraciətlər ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan da göründüyü kimi, xx.xx.2018-ci il tarixli məktubu ilə X5 nəqliyyat vasitələrinin ölkədən çıxarılmasına icazə istəmişdir. Həmin nəqliyyat vasitələri isə faktiki olaraq “Silver Transport Limited’1 MMC-yə məxsusdur. Cavabdeh X2 həmin şirkətlə heç bir bağlılığı yoxdur. Buna baxmayaraq, o, Dövlət Gömrük Komitəsinə ünvanladığı müraciətə "xxxx" MMC-nin direktoru olaraq imza atmışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş arayışlar təsdiq edir ki, Silver Transport Limited” MMC fəaliyyətini dayandırmasına baxmayaraq həmin şirkətə məxsus nəqliyyat vasitələri istifadədə olmuşdur və onlar ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olmuşlar. Buna baxmayaraq, sözügedən şəxslər yükdaşıma fəaliyyətindən gəlir götürsələr də, rəsmi şəkildə əldə etdikləri gəlirlər barədə dövlətə hesabat verməmişlər. Şirkətdə hal- hazırda bank hesabı mövcud deyil, şirkət son on ıl ərzində rəsmi fəaliyyət göstərməyib və bu günə kimi heç hesabat göndərməyib. Şirkətin dövriyyəsi sıfır dərəcə göstərir. Hal-hazırda da cavabdehlər Cavabdeh2 və X5 "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanlarını dəyişməklə istifadə edir, həmçinin onların şassi nömrələrini qanunsuz dəyişməklə saxtakarlıq edirlər. İşin faktiki hallarından da göründüyü kimi, "xxxx" MMC 2006-cı ildən sonra saxta sənədlər əsasında fəaliyyət göstərmiş və nəticədə cavabdehlər Cavabdeh2 və X1 miqdarda gəlir əldə etmişlər.Qeyd olunanlara əsasən "xxxx"MMC-yə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin X10 qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 təqdim olunan reyestr çıxarışının etibarsız hesab edilərək ləğv olunması, "xxxx"MMC-yə məxsus nəqliyyat vasitələrinin cavabdehlər Cavabdeh2 və X2 qanunsuz istifadəsindən geri alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, iddiaçı öz iddia tələbində "xxxx" MMC-yə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyat İdarəsi tərəfindən ona təqdim olunan reyestr çıxarışının etibarsız hesab edilərək ləğv edilməsini və "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrininonun və X2 qanunsuz istifadəsindən geri alınıb ona təhvil verilməsini tələb edir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki,"xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrinin onun və X2 qanunsuz istifadəsindən geri alınıb iddiaçıya təhvil verilməsi tələbi üzrə qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsində qeyd edilir ki, sahiblik qadağan edilən özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmçinin həmin məcəllənin 165.2-ci maddəsində qeyd edilir ki, qadağan edilən özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Bunları deməkdə məqsədi o deyil ki, iddiaçının tələbi haqlıdır, sadəcə müddəti ötürüb.Xeyr! Əksinə məqsədi məhkəmənin diqqətini iddiaçının yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətinə yönəltməkdir. Həmçinin bildirir ki, hazırkı İddiaçı eyni tələblər və eyni əsaslarla Bakı İnzibati Məhkəməsində iddia qaldırıb və həmin Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi ilə işə baxılaraq İddiaçı iddiası mümkün sayılmayıb və 2-1(112)-6581/2021 saylı, xx.xx.2021-ci il tarixli müvafiq qərardad qəbul edilib. Hazırkı iddia predmetindən və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından göründüyü kimi iddiaçının həmin iddianı verməyə, eləcədə hazırkı iddia tələbilə iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Həmçinin bildirir ki, İddiaçı "xxxx" X3 ilə bağlı hər hansı tələb irəli sürmək üçün qanunvericiliklə müəyyən edilən hüquqlara malik olması müəyyən edilməyib, eyni zamanda mübahisələndirdiyi xx.xx.2020-ci ildə qeydə alınan reyestrdən çıxarışın onun hansı hüquq və mənafelərinə toxunmasını sübut edən əsaslı dəlillər məhkəməyə təqdim olunmadığı üçün, iddia etdiyi nəqliyyat vasitələrinin Xasayev Saməddindən və ondan alınaraq iddiaçıya verilməsi tələbi də başa düşülən deyil.Bundan başqa X2 cavabdeh kimi qoyulması və ona qarşı tələb yönəldilməsi də formal xarakter daşıyır və əsas məqsəd bu işin aidiyyat məsələsi üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsində baxılmasına nail olmaqdır. Amma buna baxmayaraq inanır ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsində bu işə ədalətli baxılaraq obyektiv qərar qəbul ediləcəkdir. Həmçinin bildirir ki, eyni tələb və eyni əsaslarla, eyni tərəflər arasında Bakı şəhəri Nizami Rayon Məhkəməsində işə baxılıb və iddiaçının subyektiv hüququ olmadığı üçün mülki iş baxılmamış saxlanılıb.Bununla bağlı məhkəmənin 2(007)-326/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadını və 2(007)-326/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadını məhkəməyə təqdim etmişdir.Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 vəkili Vəkil2 da eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək göstərdi ki, "xxxx" MMC 1991-ci ildə İngiltərədə qeydiyyatdan keçmişdir.Sonradan xx.xx.2000-ci il tarixli etibarnamə ilə "xxxx" MMC adında şirkətin Azərbaycanda qeydiyyatdan keçirilməsi,təşkil olunması və hüquqlarının həyata keçirilməsi üçün bir sıra səlahiyyətlər direktorlar A.Padidar və J.Purqal tərəfindən Mr.X15 verilmişdir. Daha sonra baş menecer X13 verilən səlahiyyətlərdən istifadə edərək xx.xx.2000-ci il tarixli etibarnamə ilə şirkətin işləri ilə əlaqədar bir sıra hərəkətləri edə bilməsi üçün müvafiq hüquqları İddiaçı adlı şəxsə ötürmüşdür. Lakin,xx.xx.2019-cu il tarixdə Cavabdeh2 hüquqları etibar edilmiş Maria-Louise Morton adlı şəxsin "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur.Şirkətin əsasnaməsində də direktor və səlahiyyətli şəxs kimi Jan Purqal qeyd edilmişdir.Şirkət hüquqlarının etibar edildiyi orjinal etibarnamədən də görünür ki, nə Cavabdeh2, nə də Maria-Louise Morton adlı şəxsin MMC ilə heç bir əlaqəsi yoxdur.Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki,bu cür iddialara inzibati icraat qaydasında baxılmalıdır.Onun işin aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsinə dair vəsatət təmin olunmadığından hazırkı iddiaya münasibət bildirməyi məqsədəuyğun hesab edir və belə qənaətə gəlir ki,hazırkı iddiaçıya "xxxx" MMC tərəfindən məhkəmələrdə onu təmsil etmək səlahiyyəti verilmədiyindən iddia təmin olunmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh Xasaylı Saməddı̇ n Məmməd oğlu məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" MMC-nin baş menecer X16 tərəfindən Emin Mirzoyevə verilmiş xx.xx.2000-ci il tarixli etibarnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, şirkətin işləri ilə əlaqədar bir sıra hərəkətləri edilməsi səlahiyyəti iddiaçıya verilmişdir. Lakin həmin etibarnamədə şirkətin adından iddiaçı və ya cavabdeh qismində məhkəmələrdə iştirak etmək,iddia ərizəsini imzalamaq,çıxarılacaq məhkəmə qərarlarından şikayət vermək kimi prosessual hüquqlar verilməmişdir. Bundan başqa,İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinə qarşı "xxxx"MMC-yə dair reyestr çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 2-1(112)-6581/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qəradadla iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüququ olmaması səbəbi ilə iddia mümkün sayılmamışdır. Həmin işə baxılarkən həm də müəyyən edilmişdir ki,Azərbaycan Respublikası ərazisində iddiaçının tələbində qeyd etdiyi və reyestrdən çıxarışın ləğvini tələb etdiyi "xxxx"MMC adlı hüquqi şəxs mövcud deyildir.xx.xx.2020-ci qeydə alınmış reyestrdən çıxarış isə hüquqi şəxs kimi "xxxx"MMC Müəssisəsinə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarında qeyd olunur ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir” Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki,İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı həm də iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 tərəfindən isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə invanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mübahisələndirilən çıxarış xx.xx.2020-ci qeydə alınmışdır.Lakin iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.Göründüyü kimi iddiaçı tərəfindən bu cür iddalar üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq-aşkar ötürülmüşdür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırıldığindan, eləcə də iddia ərizəsi iddia müddəti açıq-aşkar ötürülməklə verildiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Mı̇ rzəyev Emı̇ n Adı̇ l oğlunun cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinə, Xasaylı Saməddı̇ n Məmməd oğluna,Nəsı̇ rov Əhməd Yusı̇ f oğluna qarşı reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, nəqliyyat vasitələrinin geri qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar