Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-401/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “razılaşmanın ləğv olunması, verilmiş kompensasiyanın geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “razılaşmanın ləğv olunması, verilmiş kompensasiyanın geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “Azərbaycan Dəmir Yollan’’ Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və 17.08.2018-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunması, Cavabdeh1 ödənilmiş 60 460 (altmış min dörd yüz altmış) manat kompensasiyanın geri alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Bakı şəhəri, Nizami rayonu, Böyükşor stansiyası ünvanında yerləşən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxarılması, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri, Nizami rayonu, Böyükşor stansiyası ünvanında yerləşən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Lokomotiv Deposuna məxsus tikililərdə məskunlaşaraq yaşayırlar. Tikilinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olduğuna baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, onları kompensasiya ödəməklə köçürmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin "xxxx" QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra 17.08.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus həmin tikiliyə görə tərəflərindən 60 460 (altmış min dörd yüz altmış) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, məskunlaşdığı sahəni 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 22.05.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə əvvəlki iclasında iştirak etmiş iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirib izahat verərək göstərdi ki, onun yaşadığı tikili iddiaçıya məxsus olan ərazi ilə üst-üstə düşmür. Ümumiyyətlə onların verdiyi kompensasiya ilə razı deyil. Əlavə 5-10 min manat versələr qəbul edər. Ona görə də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 17 avqust 2018-ci il tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, İcra Hakimiyyətinin Biləcəri qəsəbə inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 80 olan 06.08.2018-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu Lokomotiv Depo ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçörülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 60 460 manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. - Cavabdeh2 08 avqust 2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onlar Bakı şəhəri, Nizami rayonu, Bakı Lokomativ Deposu ünvanında yerləşən tikili yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və hər hansı veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. - "xxxx" QSC-nin 17.05.2019-cu il tarixli Cavabdeh1a ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh1 17 avqust 2018-ci il tarixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması tələb olunmuşdur. Qeyd olunan pretenziya tələbi icra olunmadığı təqdirdə aidiyyatı üzrə prokurorluq və məhkəmə orqanlarına müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. - Bakı Lokomativ Deposu tərəfindən verilmiş avqust 2018-ci il tarxili arayışdan görünür ki, Cavabdeh1, onun arvadı Cavabdeh2, övladları X2 və X3 Bakı şəhəri, Nizami rayonu, Bakı Lokomativ Deposu ərazisində məskunlaşmışlar. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC tərəfindən 03.06.2019-cu il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə qərardadı əsasında keçirilmiş tikinti-texniki ekspertizasının 06 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları tikili Bakı şəhəri, Nizami rsyonu, Böyükşor stansiyasının ərazisində yerləşir. Lakin tədqiq olunan ünvanda yerləşən “X4” QSC-nin Bakı Lokomotiv Deposunun balansında olan çamarşıxana və ya digər hər hansı daşınmaz əmlak binalarına dair sxem, texniki pasport mülki iş materiallarında olmadığı üçün, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan tikililər çamarşıxana və ya digər hər hansı daşınmaz əmlak binalarına ərazisində yerləşib- yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Böyükşor stansiyası ünvanında yerləşən tikili inşa etməklə orada yaşayırlar. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 17 avqust 2018-ci il tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, İcra Hakimiyyətinin Biləcəri qəsəbə inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 80 olan 06.08.2018-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu Lokomotiv Depo ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçörülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 60 460 manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Hazırda "xxxx" QSC "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 422.2-cü maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 ilə “Azərbaycan Dəmir Yollan’’ Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və 17.08.2018-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 17 avqust 2018-ci il tarixli müqavilənin ləğv olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə olan halda iddia tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 ödənilmiş 60 460 (altmış min dörd yüz altmış) manat kompensasiyanın geri alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” hissədə münasibət bildirərək qeyd edir ki, tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamış və müqavilə şərtlərinə öz razılıqlarını ifadə etmişlər. İddiaçı tərəf özü ilk olaraq 17 avqust 2018-ci il tarixli müqavilənin bağlanmasına təşəbbüs etmiş, müqavilənin şərtlərinə, o cümlədən, Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsinə razılıq verilmiş, məhkəmə tərəfindən bu razılığı etibarsız hesab etmək üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Bakı şəhəri, Nizami rayonu, Böyükşor stansiyası ünvanında yerləşən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxarılması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 17 avqust 2018-ci il tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, İcra Hakimiyyətinin Biləcəri qəsəbə inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 80 olan 06.08.2018-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu Lokomotiv Depo ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçörülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 60 460 manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh1 17 avqust 2018-ci il tarixli müqavilə təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh2 08 avqust 2018-ci il tarixdə notarial qaydada ərizə yazaraq, onlar Bakı şəhəri, Nizami rayonu, Bakı Lokomativ Deposu ünvanında yerləşən tikili yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və hər hansı veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı olmadığını bildirmişdr. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 17.08.2018-ci il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Nizami rayonu, Böyükşör stansiyası ünvanında yerləşən tikilidən çıxarılmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 17.08.2018ci il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Nizami rayonu, Böyükşör stansiyası ünvanında yerləşən tikilidən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 17.08.2018-ci il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Nizami rayonu, Böyükşör stansiyası ünvanında yerləşən tikilidən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-401/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-401/2020
02.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver