Məhkəmə qərarları › İş №2(007)-4082/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4082/2021

10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4082/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Məlı̇ kov Şahverdi Ağaverdi oğlunun cavabdeh Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinə və Bakı Şəhər Əsaslı Tı̇ kı̇ ntı̇ Təmı̇ r Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məlı̇ kov Şahverdi Ağaverdi oğlu cavabdeh Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinə və Bakı Şəhər Əsaslı Tı̇ kı̇ ntı̇ Təmı̇ r Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami Rayonu XDS İcraiyyə Komitəsinin 12/2466 saylı, 18.07.1991-ci il tarixli sərəncamına əsasən ona ünvan 1 ünvanında qaraj ayrılmış və qaraja dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 13.03.2007-ci il tarixdə qarajların texniki invertarlaşdırma və qiymətləndirilməsinə dair texniki pasport verilmişdir. Qaraj ona ayrıldıqdan sonra onun və ailəsinin daim istifadəsində olmuş və sökülənə qədər də istifadə edilmişdir. Qarajın onun qanuni istifadəsində olmasına baxmayaraq cavabdehlər heç bir kompensasiya ödəmədən ona məxsus qarajı onun ölkədə olmamağından istifadə etməklə sökərək məhv etmiş, maddi və mənəvi ziyan vurmaqla qanunla qorunan hüquqlarını pozmuşlar. Qarajı Bobcat T40140 markalı 10 D 111 dövlət nömrə nişanlı texnika ilə sökülmüşdür. Qaraja dair ona Nizami Rayonu XDS İcraiyyə Komitəsinin sərəncamı ilə 1991-ci ildə qaraj sahəsi ayrıldığını onlara bildirilsə də, cavabdehlər buna məhəl qoymamışlar. Bakı şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 30.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski kiiçəsi 94B saylı binanın 25-ci mənzilinin sakini İddiaçı məxsus qarajın texniki pasportunun mövcudluğu onun yerləşdiyi torpaq sahəsinin vətəndaşa məxsus olmasına əsas vermir. Bugünə kimi qarajın yerləşdiyi torpaq sahəsi bələdiyyənin qərarı əsasında 230 qeydiyyat nömrəsi ilə ödənişli olsa da, bələdiyyə sənədində torpaq sahəsindən istifadənin müvəqqəti olması qeyd edilmişdir. Vətəndaş özünə məxsus qarajı hər hansı özəl torpaq sahəsində yerləşdirə bilər. Halbuki, o, torpaq sahəsinin ona məxsus olmasını iddia etmir. Bir haldaki, onun mülkiyyətinə - qarajına qəsd edilərək sökülürsə, ona dəymiş ziyan ödənilməlidir. Qaraj hərəkət edə bilən əşya deyil ki, onu bir yerdən sürüb başqa yerə aparsın. Qarajı sökən zaman o, Amerikada olduğundan təcili olaraq həyat yoldaşı ilə bilet alaraq ölkəyə qayıtmalı olmuş, bilet almağa 2550 manat vəsait xərclənmiş və digər əlavə xərclərə düçar olmuşdur. Qarajın sökülməsi nəticəsində ümumilikdə ona 20.000 manat ziyan dəymişdir. Bundan başqa, cavabdehin onun mülkiyyətinə qəsd etməsi - qarajını sökməsi nəticəsində o və ailəsi daxili iztirab və əzablar çəkmiş, səhhətləri korlanmışdır. Bundan başqa, müxtəlif dövlət orqanlarına şikayət etməklə xeyli vaxt və əsəb sərf etmişdir. Bununla da ona 5.000 manat məbləğində mənəvi zərər dəymişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, 12/2466 saylı, 18.07.1991-ci il tarixli qərar ilə ona dəmir qaraj qoyması üçün icazə verilmişdir. ünvan 1 ünvanında yerləşən qarajı ona xəbər vermədən söküb aparıblar. O, bir müddət ölkədə olmamışdır, Amerikada yaşayır. Bələdiyyə sənədində torpaq sahəsindən istifadənin müvəqqəti olması qeyd edilmişdir. Lakin həmin qarajın özünü düzəldərkən onun çox xərci çıxıb. Eyni zamanda qarajda şəxsi əşyaları vardı. Həmin əşyaların kim tərəfindən götürülməsi harada olması bəlli deyil. Ona 20.000 manat maddi ziyan dəymişdir. Dəymiş 20.000 manat maddi və 5000 manat mənəvi ziyanı tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X9 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinin nümayəndəsi X13 izahatında bildirdi ki, söküntü ilə bağlı ünvan 1 ünvanında yaşayan vətəndaşlara məxsus qarajların götürülməsi təklif olunmuşdur. Özləri götürmədikləri üçün onlara qarajların qaldırılması bardə vaxtında və lazımi qaydada məlumat verilmişdir. İddiaçının mənzilində yaşayan qohumları xəbərdarlıq məktubunu qəbul etmişlər və qarajın nə vaxt götürülməsindən xəbərdardırlar. Musayev Bəhmən şahid olmuşdur ki, İddiaçı məxsus dəmir qarajın ici qohumları tərəfindən boşaldılmış və qaraj götürülərək Davud adlı oğlana təhvil verilmişdir. Bu barədə akt da tərtib olunmuşdur. Davud da qarajı “metalolom” yəni dəmir alanlara satmışdır. Eyni zamanda qeyd edir ki, həmin məhəllələrdən dəmir qarajların yığışdırılmasının səbəbi, ”Bizim Həyət” abadlıq layihəsi çərçivəsində Bakı şəhərində bütün rayonlar üzrə icra edilir. “İDEA” İctimai Birliyi tərəfindən həyətlərdə ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Bizim həyət" layihəsi həyata keçirilir. Eyni zamanda iddia ərizəsində qeyd olunduğu kimi onun mülkiyyətinə qəsd olmamışdır. Belə ki, qaraj onun müvəqqəti istifadəsinə verilib və onun mülkiyyəti deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş edir. İddiaçı Məlı̇ kov Şahverdi Ağaverdi oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmənin 09.12.2021-ci il tarixli iclasında iştirak edən Məlı̇ kov Şahverdi Ağaverdi oğlunun qohumu şahid X14 ifadəsində bildirdi ki, “Bakı Lift” İdarəsində mexanik vəzifəsində çalışır. Uzun illərdir qohumu Şahverdinin evində yaşayır. Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinin işçiləri qaraj söküləndə orada olublar. Söküntü zamanı o, da orada olmuşdur. Qaraj bütöv şəkildə qaldırıldı, traktor onu torpaqdan ayırıb qaldıranda qaraj dağıldı. Həmin dəmir konstruksiyadan olan qarajı yerləşdirdiyi yerdən götürüb 5-10 metr kənardakı əraziyə qoydular. Məlı̇ kov Şahverdinin oğlu Davud, qardaşı və o, söküntü zamanı orada olmuşlar və video çıkiliş aparmışdılar. Qarajın götürülməsi təxminən 1 saat çəkdi. Həmin həyətdə onların qarajından əlavə 15-20 qaraj var idi və İddiaçı qaraji ən sonda qaldırılıb. Qarajın götürülməsi barədə ev telefonuna zəng vuraraq məlumat verilmişdir. Zəng edilməsi ilə qarajın qaldırılması arasında təxmini 25 gün vaxt oldu. Məhkəmənin 10.12.2021-ci il tarixli iclasında iştirak edən şahid X5 ifadəsində bildirdi ki, 84 saylı MKİS-in rəisidir. Məlı̇ kov Şahverdinin oğlu Davud söküntü zamanı orada olmuşdur. Sökülməmişdən öncə sahibinə bildiriş göndərilmişdir. Ən axırda həmin qaraj sökülmüşdür. X15 razılaşıb ona satdı və işi olduğundan getdi, qarajın pulunun alınmasını isə Əliyev Aqilə həvalə etdi. Məhkəmənin 10.12.2021-ci il tarixli iclasında iştirak edən şahid X7 ifadəsində bildirdi ki, o, həmin məhəllədə balaca bir köşk işlədir. Eyni zamanda 27 ildir ki, həmin məhəllədə yaşayır. Aqil həmin gün ona yaxınlaşaraq qarajı satmaq istədiyini bildirmişdir. Aqil də 15 ildən atıqdır ki, həmin məhəllədə qohumunun evində yaşayır. Müşfiq adlı şəxs qarajların qaldırıldığını görüb, ona yaxınlaşıb bu ərazidə satılıq qarajın olub-olmamasını soruşmuşdur. O, da Aqillə Müşfiqi tanış edib. Onlar öz aralarında razılığa gəldilər və Müşfiq qarajı hissələrə ayırtdırıb metal kimi satın aldı. Bildirir ki, qaraj çox köhnə idi yerdən qaldıran kimi dağıldı ona görə götürüb biraz kənara qoydular. Müşfiq 1 gecə maşında gecələyib qarovul çəkib ki, qarajı kimsə götürməsin. Məhkəmənin 10.12.2021-ci il tarixli iclasında iştirak edən şahid X3 ifadəsində bildirdi ki, o, metal alqı-satqısı ilə məşğuldur. O, metal alıb üstünə 5,10 manat pul qoyub satır. Həmin ərazidə qarajların söküldüyünü və metal kimi kəsilib satıldığını görmüşdür. Bəhməni tanıyırdı ona deyib ki, deyirlər bütün qarajlar satılıb biri qalıb. Aqil adlı şəxs sökülən qarajlardan birinin yiyəsi idi. Bəhmənin yanında Aqil bildirdi ki, qarajı metal kimi 350 manata satır. O, da, öz növbəsində qarajın çürüklərini Aqilə göstərərək, 300 manata razılaşmışlar. Səhərə qədər qarajın yanında qalmışdır ki, metalı oğurlamasınlar. Səhər qarajı hissələrə kəsdirib aparıb. O, qarajı aparanda Aqil ona bildirdi ki, qaraj əmisinindir, əmisi deyib sat. Aqilin dediyinə görə pulu alanda əmisinə zəng vurub deyib. İki gün orada olub qarajı kəsib və.s amma ona qarajla balı heç kim yaxınlaşıb bir kəlmə də olsun deməyib, çünki bilirdilər ki, qarajın yiyəsi ilə danışıb razılığa gəlmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.1243 ha torpaq sahəsində yerləşən 94b nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 81.41 kv.m ümumi, 63.31 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 25 nömrəli mənzil tam mülkiyyət hüquqi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 350 nömrəli reyestr kitabının 32731 nömrəli vərəqində ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinin 13.03.2007-ci il tarixli qarajların texniki invertarlaşdırma və qiymətləndirilməsinə dair texniki pasportundan görünür ki, Nizami rayonu XDS icraiyyə komitəsinin 12/2466 saylı 18.07.1991-ci il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən qaraj İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 03.04.2007-ci il tarixli ÇHM seriyalı 071060 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 40.00 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 22.11.2021ci il tarixli BA-05499-2021 nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nizami rayon XDS İK-nin arxiv fondu üzrə 18.07.1991-ci il tarixli, 12/2466 saylı qərarının və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunmuş Nizami Rayon XDS İK-nin arxiv fondu üzrə 18.07.1991-ci il tarixli, 12/2466 saylı qərarının kserosurətinin 1-ci bəndində ünvan 2 nömrəli evin 25-ci mənzilində yaşayan, “Telefon rabitəsi” istehsalat birliyinin rəis müavini vəzifəsində işləyən İddiaçı həmin evin həyətyanı sahəsində ona məxsus olan “Vaz-2106” markalı avtomaşına Baş Memarlıq ve Şəhərsalma idarəsi tərəfindən təsdiq olunmuş və əlavə edilən sxemə əsasən 08.07.1991-ci il tarixli 18/02-6/412 nömrəli məktub müvəqqəti, standart dəmir qaraj qoyması üçün 3,0x6,0 metr ölçüdə torpaq sahəsi ayrılsın. 3-cü bəndində isə qarajın qoyulduğu torpaq sahəsi tikinti və yaxud abadlıq işləri üçün lazım olarsa, İcraiyyə Komitəsinin tələbi ilə azad edilməlidir qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC-nin 03.12.2021-ci il tarixli 1/344 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 94 “B”, mənzil 25-in sakini vətəndaş İddiaçı Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə Nizami Rayon Məhkəməsindən "xxxx" MMC-yə daxil olmuş məhkəmə bildirişinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, iddiaçı tərəfindən qeyd edilən ünvanda - Nizami rayonu, Qara Qarayev prospektində aparılmış söküntü işləri, o cümlədən qarajın söküntüsü işləri "xxxx" MMC tərəfindən həyata keçirilməmişdir. İş materiallarında olan 15.04.2021-ci il tarixli 84 saylı MKİS-in xəbərdarlıq məltubundan görünür ki, C.Naxçıvanski küçəsi 94, 94a, 94b saylı yaşayış binalarının həyətində yaxın günlərdə abadlıq və yenidən qurma işləri başlayacaqdır. Qarajın sökülməsi xahiş olunmuşdur. Əks halda söküləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 05.06.2021-ci il tarixli 84 saylı MKİS-in xəbərdarlıq məltubundan görünür ki, C.Naxçıvanski küçəsi 94, 94a, 94b saylı yaşayış binalarının həyətində yaxın günlərdə abadlıq və yenidən qurma işləri başlayacaqdır. Qarajın sökülməsi xahiş olunmuşdur. Əks halda söküləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 23.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan V.Cəfərov, B.Musayev, M.Xudaverdi tərəfindən tərtib edilmiş və imzalanmış 05.06.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 94B yaşayış binasının qarşısında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işlər ilə əlaqədar qoyulmuş dəmir qarajlar sahibləri tərəfindən götürülmüşdür. İddiaçı məxsus qaraj isə onun oğlu X6 təhvil verilmişdir. O, isə həmin qarajı qarşılıqlı razılıq əsasında vətəndaş X1. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 20.000 manat məbləğində maddi zərər hissəsində mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, məhkəmədə iddiaçı onun xüsusi mülkiyyətində olan əmlakına qəsd olunduğunu və bunun nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, məhkəmə iclası zamanı müəyyən olundu ki, sözügedən qaraj iddiaçının xüsusi mülkiyyətində olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə verilmiş BA- 05499-2021 nömrəli 22.11.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş 18.07.1991-ci il tarixli, 12/2466 saylı Qərarın 1-ci bəndindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 94B nömrəli evin 25-ci mənzilində yaşayan, “Telefon Rabitəsi” İstehsalat Birliyinin rəis müavini vəzifəsində işləyən İddiaçı həmin evin həyətyanı sahəsində ona məxsus olan “Vaz-2106” markalı avtomaşına Baş Memarlıq ve Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunmuş və əlavə edilən sxemə əsasən 08.07.1991-ci il tarixli 18/02-6/412 nömrəli məktub müvəqqəti, standart dəmir qaraj qoyması üçün 3,0 x 6,0 metr ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən qarajın xüsusi mülkiyyətində olmasını təsdiq edən çıxarışı məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 18.07.1991-ci il tarixli, 12/2466 saylı Qərarın 1-ci bəndindən görünür ki, müvəqqəti standart dəmir qaraj qoyması üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Qərarın 3-cü bəndində qarajın qoyulduğu torpaq sahəsi tikinti və yaxud abadlıq işləri üçün lazım olarsa, icraiyyə komitəsinin tələbi ilə azad edilməlidir qeyd olunub. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “İDEA” İctimai Birliyi tərəfindən həyətlərdə ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Bizim həyət" layihəsi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 94, 94a, 94b saylı yaşayış binalarının həyətlərində də həyata keçirilir. Həmçinin 15.04.2021-ci il tarixdə və 05.06.2021-ci li tarixdə 84 saylı MKİS-in xəbərdarlıq məltubundan görünür ki, C.Naxçıvanski küçəsi 94, 94a, 94b saylı yaşayış binalarının həyətində yaxın günlərdə abadlıq və yenidən qurma işləri başlayacaqdır. Qarajın sökülməsi xahiş olunmuşdur. Əks halda söküləcəyi barədə xəbərdarlıq olunmuşdur. Bundan başqa 05.06.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 94B yaşayış binasının qarşısında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işlər ilə əlaqədar qoyulmuş dəmir qarajlar sahibləri tərəfindən götürülmüşdür. İddiaçı məxsus qaraj isə onun oğlu X6 təhvil verilmişdir. O, isə həmin qarajı qarşılıqlı razılıq əsasında vətəndaş X1. Həmçinin şahid ifadələri ilə də müəyyən olundu ki, İddiaçı istifadəsində olan dəmir qaraj içərisində olan əşyalarla birlikdə iddiaçının oğluna və qohumlarına təhvil verilmişdir. Məlı̇ kov Şahverdinin qohumu Aqil qarajı X2 dəmir kimi satmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri yəni dəmir qarajın iddiaçının xüsusi mülkiyyətinin olmasını və həmin mülkiyyətə qəsd olması nəticəsində maddi ziyan dəyməsini sübut edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi zərərin ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Məlı̇ kov Şahverdi Ağaverdi oğlunun cavabdeh Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinə və Bakı Şəhər Əsaslı Tı̇ kı̇ ntı̇ Təmı̇ r Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Məlı̇ kov Şahverdi Ağaverdi oğlunun cavabdeh Nı̇ zamı̇ Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinə və Bakı Şəhər Əsaslı Tı̇ kı̇ ntı̇ Təmı̇ r Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Məlı̇ kov Şahverdi Ağaverdi oğluna aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar