Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4086/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisi Cəmil Kamilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin Tibbi-Sisial Komissiyasının sədri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin baş həkimi X1 qarşı “cəzadən azad etmə ilə bağlı şərti azadlığa buraxılma, təqdimatın hazırlanması vəzifəsinin qoyulması, əlilliyi görə əmək pensiyasının verilməsindən ötrü vəsatətin hazırlanmasının cavabdehin üzərində qoyulması və s” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisi Cəmil Kamilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin Tibbi-Sisial Komissiyasının sədri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin baş həkimi X1 qarşı “cəzadən azad etmə ilə bağlı şərti azadlığa buraxılma, təqdimatın hazırlanması vəzifəsinin qoyulması, əlilliyi görə əmək pensiyasının verilməsindən ötrü vəsatətin hazırlanmasının cavabdehin üzərində qoyulması və s” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə uyğun olaraq, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 519.1-ci maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar məcəllədə göstərilən məsələlərə baxır. 520.1-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır. Hazırda iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, hökm və ya məhkəmənin digər qərarlarının icrası qaydasında baxılmalıdır. Bu səbəbdən hesab edirəm ki, hazırki iddiaya mülki məhkəmə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər; 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı iddiasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisi Cəmil Kamilli, həmin idarəsinin Tibbi-Sisial Komissiyasının sədri və Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin baş həkimi X1 qarşı qaldırmış, lakin həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) ərizəsində göstərməmişdir. Bundan başqa, hazırki iddia ərizəsində tələb konkret göstərilməmiş, iddia ərizəsi qüsurlu tərtib edilməklə, cavabdehlər barəsində məlumatlar dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırkı qərardad iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisi Cəmil Kamilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin Tibbi-Sisial Komissiyasının sədri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin baş həkimi X1 qarşı “cəzadən azad etmə ilə bağlı şərti azadlığa buraxılma, təqdimatın hazırlanması vəzifəsinin qoyulması, əlilliyi görə əmək pensiyasının verilməsindən ötrü vəsatətin hazırlanmasının cavabdehin üzərində qoyulması və s” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardad İddiaçı2 (FİN: xxxxxxx) tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun (mədaxil qəbzi nömrəsi **********, Tarix: xx.xx.2025, saat 14:38) qaytarılması üçün əsasdır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4086/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4086/2025
18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver