Məhkəmə qərarları › İş №2(007)-4087/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4087/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4087/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “borclunu məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək və borcludan əmək haqqı və mənəvi zərərin xeyrinə tutulması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “borclunu məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək və borcludan əmək haqqı və mənəvi zərərin xeyrinə tutulması vəzifəsinin qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Nizami rayon İcra və Probasiya Şöbəsinin üzərinə borclu "xxxx" MMC məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək vəzifəsi qoyulması, cavabdeh Nizami rayon İcra və Probasiya Şöbəsinin üzərinə AR “İcra Haqqında” Qanunun 56 və 57.1-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görərək, "xxxx" MMC-dən 2546,66 manat əmək haqqı və 500 manat məbləğində maddi mənəvi zərərin onun xeyrinə tutması vəzifəsinin qoyulması xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialların əlavə edilmiş xx.xx.2024-cü il tarixdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-682/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçının "xxxx" MMC-yə hüquqşünas vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmayara görə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək hesablanmış 2546,66 manat əmək haqqı və 500 manat məbləğində mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı icra sənədinin Cavabdeh icra məmuru Zaur Həmzəyevin icraatında olduğunu və onun tərəfindən icra sənədinin icrası ilə bağlı heç bir tədbir görülmədiyini qeyd edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 87.1-ci icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın mahiyyəti “icra məmurunun hərəkətlərindən şikayət” xarakteri daşıyır və bu mübahisəyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməli, iddiaçıya icra icraatı qaydasında aidiyyatı üzrə məhkməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə qarşı “borclunu məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək və borcludan əmək haqqı və mənəvi zərərin xeyrinə tutulması vəzifəsinin qoyulması” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah olunsun ki, o, icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar