Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4356/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1rşı “aktda dəyişiklik edilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1rşı “aktda dəyişiklik edilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda- iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 üzərinə “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2025 saylı xx.xx.2025-ci il tarixli Aktda 10-cu bənddə “xx.xx.2024-cü il” sözlərinin “xx.xx.2024-cü il” sözləri ilə əvəz edilməsi, 12-ci bənddən onun adının çıxarılması, 14.2-ci bənddə “yüngül” sözünün “az ağır” sözləri ilə əvəz edilməsi, 14.4-cü bənddən “sağalmışdır” sözünün çıxarılması dəyişikliklər etmək öhdəliyinin qoyulması, Cavabdeh1ndən ona dəymiş maddi zərər qismində 100.000 manat, mənəvi zərər qismində 300.000 manatın tutulması, Cavabdeh2 ona dəymiş maddi zərər qismində 50.000 manat, mənəvi zərər qismində 50.000 manatın tutulması, Cavabdeh3 ona dəymiş maddi zərər qismində 50.000 manat, mənəvi zərər qismində 50.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları, yəni ona dəymiş maddi ziyan və aktda dəyişiklik etməsini tələb etdiyi sağlamlığına az ağır zərər dəyməsinin nədən ibarət olmasını göstərməmiş, bununla bağlı hər hansı sübutları iş materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə mahiyyətə toxunmadan bildirir ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X3 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X3 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X3 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya proqramlarından, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X3 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Həmçinin qeyd edilmişdir ki, işəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2). Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Məhkəmə bununla bağlı bildirir ki, hazırda iddiaçı xx.xx.2025-ci il tarixli Aktın bəzi müddəalarını mübahisələndirməsinə baxmayaraq onun tərəfindən həmin aktın işəgötürən tərəfindən düzgün tərtib olunmaması barədə X3 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X3 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış Təhqiqat komissiyasına bununla bağlı müraciət etməsi, müraciət etdiyi təqdirdə onun müraciətinə cavab verilibverilməməsi, araşdırılma aparılıb-aparılmaması barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1rşı “aktda dəyişiklik edilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4356/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4356/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver