Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-437/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 nömrəli,xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzilə dair "xxxx" MTK ilə X9 arasında 30 iyun 2008-ci il tarixdə bağlanan müqavilənin, X3 arasında 21 oktyabr 2013-cü il tarixdə bağlanan müqavilənin və Cavabdeh1 arasında 27 oktyabr 2017-ci il tarixdə bağlanan müqavilənin etabarsız sayılması,Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi "xxxx" MTK-nın üzərinə qoyulması qət olunub. Eyni zamanda həmin qətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr, 2 otaqdan ibarət 163 saylı mənzilə dair "xxxx" MTK ilə X4 arasında 23 avqust 2008-ci il tarixdə bağlanan müqavilənin, Cavabdeh2 arasında 04 fevral 2017-ci il tarixdə bağlanan müqavilənin etibarsız sayılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı2 təhvil verilməsi "xxxx" MTK-nin üzərinə qoyulması qət olunub. Qətnamə 07 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini alıb və icra edilməsi üçün icra vərəqəsi 24 aprel 2019-cu il tarixdə icra məmuruna göndərilib.01 may 2019-cu il tarixdə icra məmuru icraata başlamaq haqqında qərar qəbul edib. 24 may 2019cu il tarixdə borclu Cavabdeh1 izahatı alınıb, 17 mart 2020-ci il tarixdə Cavabdeh2 izahatı alınıb, cavabdehlərə qarşı həm iddia qaldırmamışdan əvvəl, iddia qaldırılarkən, həm də məhkəmə proseslərində,məhkəmədən kənar vaxtlarda dəfələrlə mübahisələndirilən mənzilləri boşaltmalarını tələb etsələr də onlar imtina ediblər və bildiriblər ki, mənzili qanuni əsaslarla alıblar. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qəbul olunduqdan sonra icra vərəqəsi verildikdən sonra da mənzili boşaltmaqdan imtina ediblər. Bundan əlavə, mənzilləri saxta yolla bir neçə nəfərə satdığına görə barəsində cinayət işi başlanılan "xxxx" MTK-nın rəhbəri Cahangir Alışovun ibtidai istintaqı gedən dövrdə, həmçinin məhkəmə istintaqı gedən dövrdə cavabdehlər zərərçəkmiş şəxs qismində tanınıb, dindirilərək, izahatları alınıb. Lakin onlar qərəzli olaraq həmin məhkəmədə mənzillə təmin edilmələri barədə iddia qaldırmayıblar. Belə ki, həmin iş üzrə zərərçəkmiş şəxslərin əsasən çox hissəsi mənzillə təmin edilib, bir hissəsinə pulun alınıb verilməsi barədə qərarlar qəbul edilib. Bundan başqa Cavabdeh1 hüquqlarını müdafiə etdiyi şəxsə və MTK-ya qarşı təmir pulu və mənzilin alınmasına görə iddiası təmin edilərək, hüququnu müdafiə etdiyi şəxsdən 36813 manat təmirə görə pul, "xxxx" MTК-dan 60.000 manat mənzilə ödədiyi pulun tutularaq Cavabdeh1 verilməsi qət olunub. Dəfələrlə məhkəmə prosesində və ondan sonrakı dövrlərdə Cavabdeh1 36813 manat təmir pulunun ödənilməsi nümayəndə tərəfindən təklif olunsa da təmir pulunu almaqdan imtina edərək, mənzilə ödədiyi pulu almayıb mənzildən çıxmayacağını bildirib. Göründüyü kimi cavabdehlər qətnamənin qüvvəyə mindiyi 07 fevral 2019- cu il tarixdən bu günə qədər mənzildən qanunsuz və əsassız olaraq çıxmadıqlarına görə həmin vaxtdan hal-hazıra qədər hüquqlarını müdafə etdiyi şəxslərə həm maddi, həm də mənəvi zərər vurmaqda davam edirlər. Hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakın zədələndiyinə görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan da hüquq pozan tərəfindən ödənilməlidir. Komentariyada həm də qeyd olunur ki, hüququ pozulmuş şəxsin əldən çıxmış faydası maddədə göstərildiyi kimi onun adi mülki dövriyyə şəratində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Hüquqlarını müdafiə etdiyi şəxslər yuxarıda göstərilən ünvanda yerləşən mənzillərdən artıq 2017-ci ildən cavabdehlərin təqsirindən məhrum olunublar. Həmin mənzillər iki otaqlı olsa da binanın tikintisi zamanı iddiaçıların sifarişi əsasında 3 otağa genişləndirilib. Bu illər ərzində uşaqları Bakı şəhərində pul ödəyərək kirayədə yaşayırlar və ali təhsil ocaqlarında təhsil alırlar. Eyni zamanda onlar bu illər ərzində əmlaklarından məhrum olmaqla əldə edəcəkləri gəlirdən məhrum olunublar. Mənzilləri almaqda məqsədləri ondan ibirarət olub ki, həmin mənzilləri təmir edib kirayəyə verərlər, kirayə haqqı ilə ailələrini dolandırarlar. Lakin göstərildiyi kimi mənzillər cavabdehlər tərəfindən zəbt olunaraq bu günə qədər istifadə olunmaqdadır. Qeyd olunan ünvanda yerləşən mənzillərin kirayə haqqı hal-hazırda 530 manat təşkil edir. Bu barədə ekspert tərəfindən rəy verilib. Eyni zamanda iddiaçılar həmin vaxtdan mənəvi ziyan çəkməkdə davam edirlər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin onlara məxsus mənzildən çıxarılması tələb olunsa da onlar dövlətin adından qəbul edilən qətnaməni məcburi icra etməli olduqları halda icra etməyiblər, bununla da yaşadıqları hüquqi dövlətdə borcluların və icra məmurunun qanunun icrasından yayınmaları və qanuna tabe olmamaları iddiaçıların bu günə qədər əmlaklarından məhrum olmaları ilə nəticələnib. Bunun nəticəsində iddiaçılar məyus olublar, mənəvi əzab çəkərək, sarsıntılar keçiriblər və keçirməkdə davam edirlər Göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər tərəfindən ayrı-ayırdıqda iddiaçılara vurulan maddi ziyan aşağıdakı qaydada hesablanmaqla onlara ödənilməlidir.Qətnamə 07 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini alıb 37 ay X 530 manat cəmi 19.610 manat təşkil edir. Cavabdehlərin hər birindən ayrı-ayrılıqda hər bir idiaçıya 19.610 manat vurulmuş maddi ziyana görə pul alınaraq onlara ödənilməlidir. Eyni zamanda iddiaçılara ayrıayrılıqda vurulan mənəvi ziyana görə cavabdehlərdən ayrı-ayrılıqda hər birinə 5000 manat pul alınaraq onlara ödənilməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, Cavabdeh2 vurulan maddi ziyana görə 19.610 manat, vurulan mənəvi ziyana görə 5000 manat, cəmi 24.610 manat alınaraq İddiaçı2,Cavabdeh1 vurulan maddi ziyana görə 19.610 manat, vurulan mənəvi ziyana görə 5000 manat və ödənilmiş dövlət rüsumu 207.66 manat cəmi 24.817 manat alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, həmin mənzili öz hesabına təmir etmişdir.O, təmirin pulunu dəfələrlə tələb etsə də,təmir pulu ona qaytarımamışdır.Hazlhazırda isə təmirin pulu ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Gözləyir ki, ekspert qiymət qoysun onun xərci hesablansın, ondan sonra isə mənzili boşaldacaq. Ona başqasının mənzili lazım deyil. Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı tərəfin tələb etdiyi mənzil onda yoxdur. Əgər ekspert gəlib aydınlıq gətirsə ki, həmin mənzil ondadır,o zaman mənzili götürsünlər. Onda mənzil yoxdur. Bundan əlavə, mənzildən çıxarılması barədə qətnamə qüvvəsini alıb və icraya yönəlib, lakin icra məmuru onu dəvət etməyib, çıxmağını təklif etməyib. O, mənzilin təmirinə pul xərcləmişdir və həmin pulun iddiaçıdan tutulub ona verilməsi barədə məhkəmə qətnamə çıxarıb. Tələb edir ki,onun pulu ödənilsin. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Qasımov Sahib oğlu cavabdeh "xxxx" MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərlə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh2 İddiaçı2 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab olunması barədə qarşılıqlı iddia qaldırmışdır.Bundan başqa,Cavabdeh1 həmin işə baxılan zaman cavabdehlər İddiaçı1, "xxxx" MMC-və mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən X5 qarşı müqavilənin və cavabdehin kooperativ üzvlüyünə qəbulunun bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin qeyd olunan qətnaməsi ilə ilk iddia qismən təmin təmin olunmuş,Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzilə dair "xxxx" MTK ilə X9 arasında 15 aprel 2008-ci il tarixdə bağlanan müqavilənin, X10 barəsində "xxxx" MTK-nin üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 30 iyun 2008-ci il tarixli qərarının,X3 ilə "xxxx" MMC arasında 21 oktyabr 2013-cü il tarixdə bağlanmış müqavilənin, Cavabdeh1 ilə "xxxx" MMC arasında 27 yanvar 2017-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması,həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr, 2 otaqdan ibarət 163 saylı mənzilə dair "xxxx" MTK ilə X4 ilə "xxxx" MTK arasında 23 avqust 2008-ci il tarixdə bağlanan müqavilənin, X4 barəsində "xxxx" MTK-nin üzvlüyünə qəbul,mənzillərin və qeyri yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq əsasında bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 20 sentyabr 2008-ci il tarixli qərarının,Cavabdeh2 ilə "xxxx" MMC arasında 04 fevral 2017-ci il tarixdə bağlanan müqavilənin etibarsız sayılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı2 təhvil verilməsinin "xxxx" MTK-nin üzərinə qoyulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5682/2018 saylı iş üzrə qəbul etdiyi 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki,həmin qətnamədən cavabdehlər "xxxx" MMC,X11,X10 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış,onlara münasibətdə qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında”qərarından görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icraat başlanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdə icra məmuruna verdiyi izahatlardan görünür ki, onlar qeyd olunan icra işi ilə bağlı xəbərdar olunmuşlar. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-168/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı1 qarşı mənzilin alınmasına görə ödənilmiş pulun,mənzilin təmirinə xərclənmiş vəsaitin cavabdehlərdən tutulması və pul geri qaytarılanadək mənzilin onun sahibliyində və istifadəsində saxlanması barədə iddia qismən təmin olunmuş,cavabdeh "xxxx" MMCdən Bakı şəhəri,Xətai rayonu, M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 60000 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması,cavabdeh İddiaçı1 Bakı şəhəri, Xətai rayonu,M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 36813 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət edilmiş,iddia qalan hissədə təmin olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021-ci il tarixli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli hökmün məzmunundan görünür ki, "xxxx" MMC-nin direktoru X1 və "xxxx" MMC-də müxtəlif səlahiyyətləri icra edən X2 müxtəlif şəxslərin adına "xxxx" MTKnin və digər kooperativlərin inşa etdiyi binalardakı mənzilləri qanunsuz və əsassız rəsmiləşdirməklə cinayət əməlinə yol verdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,29.178.3.2,308.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. X8 və Ekspertiza Mərkəzi MMC-nin 21 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 115.3 kv.m olan 2 otağın 3 otağa genişləndirilmiş yaxşı təmirli vəziyyətdə 138 saylı mənzilin və həmin binanın 16-cı mərtəbəsində yerləşən sahəsi 115.3 kv.m olan 2 otağın 3 otağa genişləndirilmiş yaxşı təmirli vəziyyətdə 163 saylı mənzilin aylıq kirayə haqqı 530 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi vəzifəsinin "xxxx" MTKnin üzərinə qoyulması, eləcə də Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı2 təhvil verilməsinin "xxxx" MTK-nin üzərinə qoyulması ilə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa, iş materiallarında qətnamənin icraya yönəlməsi və icra sənədinin icrası ilə əlaqədar cavabdehlərin(borcluların)xəbərdar olunması ilə bağlı sübutlar vardır. Lakin cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Cavabdeh1 bunu onunla əlaqələndirir ki,ona qarşı qaldırılan iddiada qeyd olunan mənzil onun istifadəsində deyil,bu səbəbdən o,iddiaya cavab verməli olan şəxs deyil. Halbuki, Cavabdeh1 oğlu qeyd olunan 138 saylı mənzilə görə ödədiyi pulun geri qaytarılması və təmirə xərclədiyi pulun ona ödənilməsi ilə məhkəmədə iddia qaldırmış və iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə qismən təmin olunmuşdur. Cavabdeh2 isə mübahisəli 163 saylı mənzili təhvil verməməsini onunla əlaqələndirir ki,ona yeni mənzil verilsə də hazırda mübahisələndirilən mənzilin təmirinə ödədiyi vəsait ona qaytarılmayıb.Həmin vəsait qaytarılmayınca mənzili tərk etməyəcək.Bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə cavabdehlərin gətirdikləri arqumentləri əsassız hesab edir.Belə ki,138 saylı mənzilin İddiaçı1,163 saylı mənzilin isə İddiaçı2 məxsus olması artıq mübahisə predmeti deyil və işin bu halı qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdehlər başqasına(iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə onlara maddi ziyan vururlar.İddiaçılar uzun müddətdir ki,onlara məxsus mənzillərdən istifadə edə bilmirlər. Qətnamə 07 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır və 28 yanvar 2022-ci il tarixinədək(hazırkı qətnamə qəbul edilən günədək) 34 ay 28 gün müddət ərzində icra edilməmişdir. Qeyd olunan mənzillər üzrə kirayə haqqı 530 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: 34 ay x 530 manat=18020 manat, + 28 gün üçün 497.70 manat. 18020 manat+ 497.70.=18517.20 manat Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki,hər bir iddiaçıya dəyən maddi ziyan hissəsində iddia qismən, 18517.20 manat hissədə təmin olunmalıdır. İddia tələbinin mənəvi ziyanla əlaqədar hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin hissədə iddiaçılar onlara mənəvi ziyan dəyməsi ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Ödənilmiş dövlət rüsumu 207.66 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 və İddiaçı2 verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: : İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 18517.20 manat İddiaçı2 xeyrinə, Cavabdeh1 18517.20 manat İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh2 və Cavabdeh1 ödənilmiş 207.66 manat dövlət rüsumu müştərək qaydada alınaraq Cavabdeh2 və İddiaçı1 verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-437/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-437/2022
28.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver