Məhkəmə qərarları › İş №2(007)-4441/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4441/2021

28.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4441/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın dəyişdirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətin birinci müavininin 05 aprel 2021-ci il tarixli 1-1/47 saylı sərəncamının dəyişdirilərək bacısı ilə onun 2015-ci ildə mənzil növbəsinə qəbul edilmələri barədə müraciətləri nəzərə alınmaqla həmin tarixdən imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmələrinin cavabdehə həvalə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki,iddiaçı müvafiq icra hakimiyyətinin (inzibati orqanın) qəbul etdiyi sərəncamın dəyişdirilməsini xahiş edir. Qüvvədə olan qanunvericiliyə əsasən bu cür mübahisələrə inzibati icraat qaydasında baxılır. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.Hakim işi icraata qəbul edərkən aidiyyət qaydalarına iddiaçı tərəfindən riayət olunmasını yoxlamalı, aidiyyət qaydalarına riayət edilmədiyini müəyyən etdiyi halda ərizəni geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki,hazırkı mübahisə üzrə onun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar