Məhkəmə qərarları › İş №2(007)-445/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-445/2021

18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-445/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın və protokolun ləğvi, əsassız hesablanmış borcun silinməsi və artıq ödənmiş pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın və protokolun ləğvi, əsassız hesablanmış borcun silinməsi və artıq ödənmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Xətai rayonu Babək prospekti 94 korpus 10 (“xxxx MTK) 37 saylı mənzili 22 may 2019-cu il tarixində alaraq həmin İlin iyun ayından 6 və 12 yaşlı oğlanları ilə birgə orada yaşayır. Özü Suraxanı rayonu Hovsan qəsəbəsində uşaq poliklinikasında həftənin İ-Vİ günləri işləyir. Uşaqlar isə Nərimanov rayonunda yerləşən 200 saylı tam orta məktəbdə təhsil alırlar. İşdə olduğu günlərdə o və iki uşağı Nərimanov rayonu Tələt Şıxəliyev köçəsi ev 144 mənzil 14də babasıgildə qalırlar, Sadəcə bazar günü axşam həmin evlərinə gedirlər. Həmçinin tətil və bayram günləri də uşaqlar babasıgildə qalırlar, bu səbəbə görə demək olar ki, elektrik enerjisindən az istifadə edirlər. Buna baxmayaraq, mənzilin əvvəlki sahibinin adına quraşdırılmış sayğacın göstəricisinə əsasən elektrik enerjisindən istifadəyə görə ayda 55- 60 manat məbləğində pul ödəmişdir. Bundan sonra, atası X6 RBTSİ-nin rəisi Elnur Həsənovun qəbulunda olaraq ona qızının sözügedən mənzilində enerji oğurlandığını bildirib bu balın araşdırılmasını və qızına dəyən ziyanın ödənilməsini xahiş etmiş, lakin heç bir tədbir görməmişlər, Atası 2019-cu ilin dekabrında 3-cü dəfə şikayət etməklə bərabər tələb etmişdir ki, əməkdaşlar gəlib sayğacı yoxlasınlar. Nəhayət, 2020-ci ilin mart ayında Xətai RETSl-dən iki nələr əməkdaş gəlmiş və mənzildə olan işıqları ayıraraq sayğacın yüksüz rejimdə işlədiyini bildirmişlər. Onlar çıxıb gedərkən atama “narahat olmayın, biz özümüz bu barədə rəisə məlumat verərik, onun özü araşdırıb Sizə məlumat verər“ cavabını vermişlər. Atam 2 həftə gözlədikdən sonra heç bir xəbər almadığı üçün Energetika Nazirliyinin qaynar xəttinə zəng edib şikayət elmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 agentliyi (EMTÄ) Bakı filialının müfəttişi Fikrət Məmmədov atasına zəng edərək şikayətlə bağlı araşdırma apardığını bildirmiş və bu, zaman atası düzgün araşdırılmasını xahiş etmişdir. Bu arada atasına Xətai RBTSİ-nin Ceyhun adlı işçisi ***-***-**-** nömrəsindən zəng edərək onun cərimə olunmağı barədə məlumat verilmişdir. Nə səbəbə cərimə yazıldığını soruşduqda əməkdaş sayğaca müdaxilə olunduğunu bildirmişdir. Elektrik sayğacları dəmir lövhə arxasında açarla bağlı yerdə yerləşir. Sayğaca baxış olunana qədər bilmirdi ki, sayğac haradadır. Açar İsə “xxxx MTKTnın komendantı və Xətai RETSİ-nin işçilərində olur. Abonentlər sayğaclarını görmürlər, Ödəniləcək məbləğin qəbzini qapıya qoyurlar. X5 bir-iki dəfə telefonla əlaqə saxlamış və bildirmişdir ki, karantin rejimi olduğu üçün bir az yubanırlar, İyun ayının 4- də müfəttiş F.Məmmədova (***-***-**-**) zəng etdikdə bildirmişdir ki, ünvanına məktub göndərilmiş, lakin evdə heç kim olmadığı üçün geri qayıtmışdır. Atası 05 iyun 2020-ci il tarixində onlara ünvanlanan iki məktubu da götürüb EMTA-nın Bakı filialına getmiş və xahiş etmişdir ki, filialın rəhbəri onu qəbul etsin. Nəhayət, atası qəbulda olmuş və ona bildirmişlər ki, “Siz haqlısınız” Rəhbər şəxs məktubda qeyd edilən “məhkəməyə müraciət etməyiniz tövsiyə olunur” ifadəsini yenidən təkrarlamış və əsassız hesablanmış cəriməni silməyə səlahiyyətləri olmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Cavabdeh tərəfindən ona əsassız, olaraq 676,28 manat cərimə yazılmış, bu barədə onun iştirakı olmadan birtərəfli qaydada tərtib olunmuş akt və protokol isə çoxsaylı müraciətlərinə baxmayaraq, indiyə qədər ünvanına göndərilməmişdir. 10 ay ərzində elektrik enerjisindən istifadəyə görə o təxminən 550 manatdan çox artıq pul ödəmişdir, həmin akt və protokol qanunsuzdur, borc əsassız hesablanmışdır, sözügedən akt və protokol ləğv edilməli, borc silinməli, artıq ödədiyi 550 manat pul isə ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən US ******* saylı aktın və protokolun ləğv edilməsi, “xxxx” ASC tərəfindən ona əsassız hesablanmış 676,28 manat borcun silinməsi və artıq ödədiyi 550 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh “xxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutub işə cavabdehin nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan “xxxx” MTK-nın 28.05.2019-cu il tarixli 154 nömrəli arayışından görünür ki, “xxxx” MTK-nın inça etdiyi 14 mərtəbəli 10 saylı binanın 9-cu mərtəbəsindəki ümumi sahəsi 57 kv.m, yaşayış sahəsi 22.5 kv.m 1 otaqlı 37 saylı mənziliə payçıdır, pay haqqını tam ödəmişdir, koopeativə borcu yoxdur. İş materiallarında olan AR EN X2 Agentliyinin Bakı filialının 01.06.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, korpus 10 (“xxxx” MTK) ünvanında yerləşən 37 saylı mənzildə əlavə elektrik enerji sərfiyyatının yazılması barədə, müraciətə X2 Agentliyinin Bakı filialında baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, mənzilə məxsus köhnə (Makel markalı, 15572119 zavod nömrəli, dövlət möhürü 372674) elektrik sayğacı “xxxx” ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən 06.03.2020-ci il tarixli ******* nömrəli protokola əsasən dəyişdirilərək yenisi ilə (Makel markalı, 17157724 zavod nömrəli) əvəz olunmuş, çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “xxxx” ASC-nin laboratoriyasının 17.03.2020-cu il tarixli 178205 nömrəli protokolunda sayğacın qırmızı möhürünün normal olduğu, gövdəsinin arxa hissəsindən dəlik açılaraq sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. “xxxx” ASC-nin akt komissiyası tərəfindən 06.03.2020-ci il tarixli ******* nömrəli protokola və laboratoriyanın 17.03.2020-ci il tarixli 178205 nömrəli rəyinə əsasən, 676,28 manat [(1142 kvts / 31 gün x 361 gün) - 7150 kvts = 6148 kvts] hesabat verilmişdir. Eyni zamanda “xxxx” ASC-nin Xətai RETSİ-nə verilmiş şifahi sorğuya cavab olaraq 01.05.2020-ci il tarixli XS-099 nömrəli yazılı məlumatda bildirilmişdir ki, 02.03.2020-ci il tarixində göstərilən ünvanın sakini RETSİ-yə müraciət etmiş və əməkdaşlar tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın yüksüz rejimdə işləməsi faktı aşkar edilmiş, bu səbəbdən 101 saylı iş tapşırığı tərtib edilmiş, ******* saylı protokol əsasında sayğac yenisi ilə əvəz edilərək rəy verilməsi üçün “xxxx” ASC-nin mərkəzi laboratoriyasına təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (EEİQ) 7.6-cı cəndinin tələbinə əsasən, hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. EEİQ-nin 7.11 -ci bəndinin tələbinə görə yaşayış binalarının girişində, yaxud cilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. EEİQ-nin 8.2-ci bəndinin tələbinə uyğun olaraq elektrik enerjisinə görə -esablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi stehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerjitəchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, sözügedən Qaydaların 8.16-cı bəndinin tələbinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, abonentin hesabına yazılmış 6148 kVts elektrik enerjisi sərfiyyatının hesabatına mövcud qanunvericiliyə uyğun yenidən baxılması üçün “xxxx” ASC-yə 05.05.2020-ci il tarixli AERA-18-801/20 nömrəli məktub ünvanlanmış, bu barədə Sizə 05.05.2020-ci il tarixli AERA-18-802/20 nömrəli məktubla məlumat verilmişdir. “xxxx” ASC tərəfindən verilmiş 02/07/1076 nömrəli 22.05.2020-ci il tarixli cavab məktubunda bildirillir ki, **********00037 saylı kod üzrə qeydiyyatda olan mənzilə məxsus elektrik sayğacına müdaxilə edilməsi aşkarlanmış və bu barədə 22.04.2020-ci il tarixli US ******* saylı akt tərtib edilmişdir. Akta əsasən mənzilə itirilmiş elektrik enerjisinə görə 6148 kvts əlavə sərfiyyat hesablanaraq 676,28 manat məbləğində ödəniş sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinin 2-ci abzasına əsasən (Enerji təchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələrlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilər) məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan “xxxx" ASC-nin 22.05.2020-ci il tarixli məktubundan görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, korpus 10 (“xxxx” MTK) ünvanında yerləşən 37 saylı mənzildə sərf olunan elektrik enerjisinə görə yaranmış borcun araşdırılmasına dair müraciətə “xxxx" ASC baxılmışdır. **********00037 saylı kod üzrə qeydiyyatda olan mənzildə elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacına müdaxilə edilməsi aşkarlanmış və bu barədə 22.04 2020-ci il tarixli US ******* saylı akt tərtib edilmişdir. Akta əsasən mənzilə itirilmiş elektrik enerjisinə görə 6148 kvts əlavə sərfiyyat hesablanaraq 676,28 manat məbləğində ödəniş sənədi tərtib edilmişdir. Akta görə tərtib edilmiş ödəniş sənədi “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun hesablanaraq abonentə təqdim edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları işin faktiki halları ilə birlikdə araşdırıb,hesab edir ki yuxarıda qeyd olunan sənədlərlə sayğaca cavabdeh tərəfindən və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunması öz təsdiqini tapmır. Belə olan halda 22.04.2020-ci il tarixdə tərtib olunmuş akt və 178208 №-li protokol ləğv olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki,iddiaçı cavabdehdən həm,ona əsassız hesablanmış 676,28 manat borcun silinməsini,həm də artıq ödədiyi 550 manat pulun ona qaytarılmasını xahiş edir. 550 manat pulun qaytarılması hissəsində iddia tələbi əsassızdır.Belə ki,həmin tələb borcun silinməsi tələbində əhatə olunur. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” ASC tərəfindən ünvan 3 ünvanına dair tərtib olunmuş 22.04.2020-ci il tarixli akt və 178208 №-li protokol ləğv edilməli, Abonent İddiaçı barəsində ünvan 3 ünvanında quraşdırılmış 15571119 №li sayğaca görə hesablanmış 676.28 manat borc silinməlidir. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən ünvan 3 ünvanına dair tərtib olunmuş 22.04.2020-ci il tarixli akt və 178208 №-li protokol ləğv edilsin. Abonent İddiaçı barəsində ünvan 3 ünvanında quraşdırılmış 15571119 №li sayğaca görə hesablanmış 676.28 manat borc silinsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar