Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-45/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini dəqiqləşdirərək iddia tələbini X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 yönəltmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,tanıdığı, 555 nömrəli kafedə aşpaz işləyən X4 24 aprel 2019-cu il tarixdə oğluna toy edirdi.Onlara gəldi. O,lotereya oynayıb pul götürmüşdü. Oğluna toy etmək üçün yalvararaq ondan pul istədi. Ondan 3000 manat pul aldı və toydan sonra qaytaracağını bildirdi. X1 vədinə əməl etmədi. Bu gün-sabah qaytaracağını bildirirdi. 2020-ci ildə o, qəflətən fəfat etdi. Borcalanın əlyazmaları sübut kimi onda qalıb. Mirvarinin iki oğlu var. Cavabdeh1 və Cavabdeh2. Mirvarinin evi var. Oğlu Rəşad evi satıb pulu qaytaracağını bildirsə də bu günə qədər pulu qaytarmamışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 3200 manat pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirdi. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, onun sözü gedən borcdan ümumiyyətlə xəbəri yoxdur. Mərhum anası kimdən nə borcu götürübsə bilmir, təqdim olunan sənədlər notarial qaydada təsdiq olunmayıb ki, borcun alınıb-verilməsi öz təsdiqi tapsın. Bundan əlavə iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra verilib, buna görə də, iddia müddəti ilə bağlı ərizə təqdim etmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir iddia təmin olunmasın. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan sadə yazılı qəbzin kserosurətində qeyd olunur ki, “X7 1500 manat pul aldım. Qaytaracağıma kişi sözü verirəm. 24 aprel” İş materiallarında olan sadə yazılı qəbzin kserosurətində qeyd olunur ki, “X8 məllimədən min beş yüz aldım. xx.xx.2019.***-***-**-**” İş materiallarında olan 17 saylı Notariat Ofisindən məhkəməyə ünvanlanmış məktubun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi oğlu Cavabdeh1 tanınmışdır. Belə ki,onun mərhumdan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu,Ləhiş bağlarında 600 saylı bağ sahəsinə vərəsəlik hüququ 30 sentyabr 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə tanınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki,hər iki qəbz kserosurətdir. Qəbzlərdə borcalanın soyadı və ata adı tam göstərilməmişdir. Cavabdehlər isə iddianı qəbul etmirlər. Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçn kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-45/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-45/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver