Məhkəmə qərarları › İş №2(007)-462/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-462/2021

30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-462/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3 MMC-nə, X3 və Cavabdeh2 qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-nə, X3 və Cavabdeh2 qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan nəqliyyat vasitələrini cavabdehlər Cavabdeh3 MMC, X4 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq ələ keçirilmişlər. Odur ki, iddiaçıya məxsus əmlakın cavabdehlərin qanunsuz sahibliyindən alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd etmək istəyir ki, iddiaçı qeyd olunan yarımqoşquları təxminən 10 il bundan öncə alıb.Lakin cinayət əməli törədərək uzun müddət azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıldığından, həmin nəqliyyat vasitələrinə nəzarət edə bilməyib.Bundan istifadə edən cavabdehlər iddiaçıya məxsus olan nəqliyyat vasitələrini qanunsuz olaraq istifadə edib və onlardan gəlir götürüblər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı azadlığan çıxdıqdan sonra sözügedən nəqliyyat vasitələrini öz adına rəsmiləşdirib.AD seriyalı 769252 nömrəli, AD seriyalı 769253 nömrəli, AD seriyalı 769254 nömrəli, AD seriyalı 769255 nömrəli və AD seriyalı 769256 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən də göründüyü kimi, həmin nəqliyyat vasitələri iddiaçının mülkiyyətindədir. Hesab edir ki, sözü gedən nəqliyyat vasitələri cavabdehlər Cavabdeh3 MMC-dən, X1 və Cavabdeh2 alınaraq iddiaçıya təhvil verilməlidir.Qeyd olunanlara əsasən AD seriyalı 769252 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, (şassi-K895647yarımqoşqu), AD seriyalı 769253 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən KİNQ T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-K034150yarımqoşqu) AD seriyalı 769254 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən CRAVEN TASKER F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi- H**********1-yarımqoşqu) ,AD seriyalı 769255 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ki, CRANE FRUENAUF markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-305002-yarımqoşqu),AD seriyalı 769256 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ki,CRANE LOVLOADER markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin(şassi-SGQ4941-01-yarımqoşqu) cavabdehlər Cavabdeh3 MMC-nin, X2 və Cavabdeh2 qanunsuz sabibliyindən alınaraq ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia tamamilə əsassızdır. İddia ərizəsində göstərilənlər cəfənqiyyatdır.Şikayət ərizəsində də, qeyd etdiyi kimi Bakı İnzibati Məhkəməsində işə baxılıb yekun qərar qəbul edilməyənədək hazırkı işə baxmaq mümkün deyil. Ona görə də, mən hesab edirəm hazırkı işin icraatı dayandırılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: Notarial qaydada təsdiq olunmuş AD seriyalı 769252 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, (şassi-K895647- yarımqoşqu); AD seriyalı 769253 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,KİNQ T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-K034150-yarımqoşqu) naqliyyat vasitəsi; AD seriyalı 769254 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,CRAVEN TASKER F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi(şassi- H**********1-yarımqoşqu)nəqliyyat vasitəsi; AD seriyalı 769255 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,CRANE FRUENAUF markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi(şassi-305002 yarımqoşqu)nəqliyyat vasitəsi AD seriyalı 769256 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,CRANE LOVLOADER markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi- SGQ4941-01 -yarımqoşqu)nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndənə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin hallarından görünür ki,yuxarıda sadalanan nəqliyyat vasitələri,yarımqoşqular iddiaçının mülkiyyətindədir.Buna baxmayarq,həmin əmlakların cavabdehlərin qanunsuz sahibliyində olması ilə əlaqədar mülkiyyətçi özünə məxsus olan əmlaklardan istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan əmlakların cavabdehlərin qanunsuz sahibliyində olmasını təkzib etməmişdir. Digər cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmədikləri üçün nəqliyyat vasitələrindən hansının hansı cavabdehdə olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan əmlakından sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,(şassi-K895647- yarımqoşqu), KİNQ T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-K034150-yarımqoşqu) CRAVEN TASKER F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-H**********1-yarımqoşqu),CRANE FRUENAUF markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-305002yarımqoşqu), CRANE LOVLOADER markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-SGQ4941-01-yarımqoşqu) cavabdehlər Cavabdeh3 MMC-nin, X2 və Cavabdeh2 qanunsuz sabibliyindən alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar