Məhkəmə qərarları › İş №2(007)-473/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-473/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-473/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X16 Mirzəyevin sədrliyi Ramil Firdun oğlu Qurbanovun katibliyi İddiaçı, Cavabdeh X9, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər X12, X5 və X15 qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X12, X5 və X15 qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin azalması barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Hüseynbala Əliyev küçəsində(Memar Əcəmi metrosunun yaxınlığında) yerləşən lombard fəaliyyəti ilə məşğul olan X13 ilə GJN seriyalı 266829 nömrəli, 15.01.2018-ci il tarixli girov biletini imzalayaraq,ona məxsus qızıl-zinət əşyalarını: ümumilikdə 4 ədəd,onlardan 3 ədədi brilliant qaşlı,cəmi 15,6 qr.olan 750 əyyarlı üzük,1 ədəd brilliant qaşlı,3,8 qr.588 əyarlı üzük girov qoyub,girov götürülən əmlakın ümumi dəyəri 12000 müəyyən olunmaqla ilkin olaraq ona 1200 manat məbləğində pul ödənilmişdir.Girov bileti üzrə 6% olmaqla,hər ay 72 manat pul ödəməyi öhdəsinə götürmüşdür.1918-ci ilin dekabr ayında tərəfindən 72 manat ödəniş edilmiş və ona aid olan qızılları geri tələb etmişdir.İlin sonu olduğundan qızılların qaytarılması növbəti ilin yanvar ayına saxlandı.2019-cu ilin yanvar ayında yaxınlaşıb son ödənişi tam olaraq ödəmiş və qızılların qaytarılmasını tələb etmişdir.Ancaq ona bildirmişlər ki, bankla lombard arasında problem var, ona görə də bir qədər gözləməlisən.10 gün sonra yenidən yaxınlaşmağı xahiş etdilər.Onu da qeyd edir ki, lombard fəaliyyəti ilə məşğul olan X22 oğlu yerləşdiyi ünvanı dəyişərək Bakı şəhəri,Nərimanov rayonu, A.Neymətulla küçəsinin yaxınlığında yerləşən Vergilər Nazirliyinin yanında Bakı şəhəri X18 Departamentinin binasının sağında yerləşən ünvana köçmüşdü.Daha sonra o, həmin lombarda yaxınlaşaraq qızılları tələb etmişdir.Lakin ona müsbət cavab verilməmişdir.O, mütamadi olaraq lombard ilə əlaqə saxlamağa çalışmış,lakin zənglərinə ya cavab verilməmiş,ya da cavab verilərkən narahat olmamağı xahiş etmişlər.Qızıl-zinyət əşyalarının qaytarılacağı vəd olunurdu.Sonuncu dəfə qeyd olunan ünvanda yerləşən ofisə yaxınlaşdıqda, lombard fəaliyyəti ilə məşğul olan X3 həmin ünvanda olmadığını görmüşdür.Həmin zaman orada olan,onun kimi zərərçəkmiş bir nəfərdən X3 yeni ofisinin Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında olduğunu öyrənmişdir.Həmin ofisi tapsa da orada mühafizəçidən başqa heç kimi görməmişdir.Sonra bununla bağlı ofisə müraciət etmiş,onlar şikayətə qanunla müəyyən olunan qaydada və müddətdə baxıb müvafiq cavab veriləcəyini bildirmişlər.Lakin sonradan öyrənmişdir ki,şikayəti Bakı Şəhəri Baş Polis İdarəsinə göndərilib.Ancaq bu günə qədər şikayətinə cavab verilməyib.Yekun olaraq qeyd etmək istəyir ki,ödənişləri X2 başqa, X12 və X15 ödəmişdir.Həmin şəxslər ona məxsus qızıl-zinyət əşyalarını özlərində saxlamaqla gəlir əldə etmişlər. Belə ki, 1 ədəd 5 qaşlı brilliant üzüyü 3400 ABŞ dollarına,1 əd. tək brilliant daşlı üzüyü 2400 manata, 1 ədəd tək daş, yanında xırda daşları olan üzüyü 2100 manata və 1 ədəd 5 xırda daşları olan üzüyü 1800 manata almışdı.Ümumilikdə qızıl-zinyət əşyalarının dəyəri 12000 manatdan çoxdur.Lakin o, qızıl-zinət əşyalarının real dəyəri olan 12000 manatın qızıllar qaytarıla bilmədikdə cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsini xahiş edir.Bundan başqa,hesab edir ki,həmin şəxslərin törətdiyi hərəkətlərə görə həm də mənəvi zərərə düçar olmuşdur.Ona dəyən mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. Qeyd olunanlara əsasən X6,X2 və X10 ona məxsus olan ümumilikdə 4 ədəd,onlardan 3 ədəd brilliant qaşlı,15,6 qr.,750 əyarlı,1 əd. brilliant qaşlı,3,8 qr.585 əyarlı üzuklərin alınaraq ona verilməsi,bu mümkün olmadıqda həmin şəxslərdən müştərək qaydada üzüklərin dəyəri olan 12000 manat pulun,1000 mant mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X3,onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı tanımır və onunla nə lombard fəaliyyəti barədə nə də ki, digər səbəblərə görə heç bir əlaqəsi olmayıb. O,iddiaçının iddia ərizəsində göstərdiyi qızılları girov olaraq qəbul etməyib və bu barədə də heç bir məlumatı yoxdur. Hazırki iddia tələbi ilə bağlı işin faktiki hallarını məhkəmənin diqqətinə çatdırmaq istəyir.Belə ki, iddiaçının iddia etdiyi hallar birbaşa digər cavabadeh olan X21 ilə bağlıdır.X1 barəsində Nərimanov Rayon Məhkəməsinin 1(005)-25/2021 saylı, 25.05.2021ci il tarixli hökmü var. Hökmün surətindən də göründüyü kimi X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməklə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədib. Belə ki, cavabdeh X21 anası X7 ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda lombard fəaliyyəti ilə məşğul olub. Hüquqlarını müdafiə etdiyi şəxs də əvvəllər X14 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neyməlulla küçəsində fəaliyyət göstərdiyi lombardda əmək müqaviləsi olmadan aylıq əmək haqqı müqabilində işçi olaraq işləyib. Həmin vaxt X21 onun qanuni işçisi olmağı üçün adına VÖEN açılmasının vacib olduğunu, çünki vergi yoxlaması gələndə ilk olaraq buna baxacaqlarını bildirib. Oda da bu yalanlara inanıb razılıq vermişdir. Ancaq həmin VÖEN ilə heç kimlə qızıl-zinyət əşyalarının girov qoyulması ilə bağlı girov bileti tərtib etməyib və heç bir girov biletinə imza etməyib. Hətta iddiaçı tərəfindən təqdim edilən girov bileti barədə də heç bir məlumatı yoxdur. Onu Tural tərtib etməyib və qızıl-zinyət əşyalarını qəbul etməyib. Qeyd olunanlar X21 tərəfindən həyata keçirilib. Qeyd olunanlar cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmədə şahid qismində dindirilərkən ifadəsində öz əksini tapıb. X4 və onun anası X7 istintaqda və məhkəmədə Turalın adına olan VÖEN-dən özlərinin qanunsuz olaraq istifadə etdiklərini, həmçinin lombardda girov qoyulan qızılların hara aparılmasından, onların aqibətinin necə olmasından xəbərinin olmadığını bildirərək bunun Turala heç bir aidiyyətinin olmadığını qeyd ediblər. Tural tərəfindən etiraza əlavə edilən Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenamı X8 tərəfindən qəbul edilən “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 mart tarixli qərarda Turalın barəsində təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddələri ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.Göründüyü kimi hazırki mülki işə aidiyyatı olan və qüvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 1(005)-25/2021 saylı, 25.05.2021-ci il tarixli hökmü var həmin hökmə əsasən X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 (bir) il müddətə lombard fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bildirir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sübut olaraq bir-birinə zidd olan kassa mədaxil orderlərinin qəbzlərini və bir fotoşəkil təqdim elməklə iddia tələbinin təmin olunmasını xahiş edir.İddiaçının iddia ərizəsinə əlavə etdiyi girov biletinin, kassa mədaxil oredrlərinin kim tərəfindən tərtib edildiyi də məlum deyil, onların heç birində Turalın imzası yoxdur. Həmin girov biletində mütəxəssisin zərgərin, girovu mühafizəyə qəbul edən anbardarın ad soyadları yazılmayıb və imzaları ilə təsdiq olunmayıb. Hətta iddiaçının əlavə etdiyi kassa mədaxil orderlərinin qəbzlərindən göründüyü kimi 266829 saylı girov bilet üzrə ödənişlərin bir qismi X21 tərəfindən Turalın adına tərtib edilən kassa mədaxil orderləri vasitəsi ilə, digər ödənişlər isə X9 adına tərtib edilən kassa mədaxil orderləri vasitəsi ilə aparılmışdır.Bir neçə kassa mədaxil orerderində heç bir VÖEN və ad göstərilməmişdir. Göründüyü kimi bütün bunlar təqdim etdiyi məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilən X14 dələduzluq əməllərininin nəticəsidir.Daha sonra iddiaçı iddia edir ki, guya Tural Bakı şəhəri, Hüseynbala Əliyev küçəsində (Memar Əcəmi metrosunun yaxınlığında) yerləşən lombardda işləyib. Bir daha qeyd etmək istəyir ki, o, X14 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində fəaliyyət göstərdiyi lombardda əmək müqaviləsi olmadan aylıq əmək haqqı müqabilində işçi olaraq işləmişdir. İddiaçının iddialarının əsassız olması idtidai istintaqda və məhkəmədə aparılan araşdırma nəticəsində öz təsdiqini tapır. Bu da iddiaçının Turala qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və pul tələbi” barədə iddiasının əsassız olduğunu sübut edir. Hesab edir ki, iddiaçının iddia etdiyi eyni fakt üzrə yəni tərtib edilən girov biletləri üzrə istintaq orqanı və məhkəmə tərəfindən müvafiq araşdırma aparılıb və nəticədə Turalın, iddiaçının iddia etdiyi hallar üzrə təqsirli olmadığı sübuta yetirilib və barəsində cinayət təqibin başlanması rədd edilib. Bu səbəbdən də İddiaçı “qızıl-zinət əşyalarının geri qaytarılması və pul tələbi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirə ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh X13 da eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh X17 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki o da iddiaçını tanımır, ondan qızıl götürməmişdir, pul almamışdır və pul verməmişdir.Ona görə də, iddia ona aid hissədə təmin olunmasın. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh X21 məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdeh X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: 266829 saylı girov biletinin məzmunundan görünür ki,İddiaçı 15 yanvar 2018-ci il tarixdə X5 dəyəri tərəflərin razılığı ilə girov çıxarılma məbləği 1200 manat müəyyən edilən 4 ədəd, onlardan 3 ədəd brilliant qaşlı,15,6 qr.,750 əyarlı,1 əd. brilliant qaşlı,3,8 qr.585 əyarlı üzuk girov qoymuşdur.Girov bileti üzrə hər ay 6% olmaqla 72 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. 15 iyun 2018-ci il tarixli kassa məxaric orderi ilə İddiaçı X12 72 manat, 17 mart 2018ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 26 may 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 23 avqust 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 28 aprel 2018ci il,27 fevral 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat,17 noyabr 2018-ci il tarixli kassa məxaric orderi ilə 84 manat, 25 dekabr 2018-ci il tarixli kassa məxaric orderi ilə 100 manat X5 ödəniş edilməsi göstərilmişdir. Məhkəmə iddianın hazırkı iş üzrə cavabdehlərə qarşı əsassız olması qənaətinə gələrkən aşağıdakı arqumentlərə istinad edir. Belə ki, 266829 saylı girov bileti X3 adından tərtib olunsa da həmin girov biletində X3 imzası yoxdur. İşə əlavə olunmuş kassa məxaric orderlərinin qəbzləri cavabdehlər X13 və X9 adından verilsə də həmin qəbzlərdə cavabdehlərin imzası yoxdur. Nərimanov Rayon Məhkəməsinin 1(005)-25/2021 saylı, 25.05.2021-ci il tarixli hökmünün məzmunundan görünür ki, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməklə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədib. Belə ki, cavabdeh X21 anası X7 ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda lombard fəaliyyəti ilə məşğul olaraq, müxtəlif şəxslərin qızıl-zinyət əşyalarını ələ keçirmiş verilən pul faizi ilə birlikdə ödənilib qurtarandan sonra əşyaları qaytaracağına dair yalan vəd verib etibardan suiistifadə edərək aldatmış,zərərçəkmiş şəxslər faizləri tam ödəsələr də qızıl-zinət əşyaları geri qaytarılmamış,həmin şəxslər müxtəlif məbləğdə ziyan vurmaqla dələduzluq etmişlər.Hökmə əsasən X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 (bir) il müddətə lombard fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin cinayət işinə baxarkən X21 verdiyi izahatında X9 və X3 zərgər işini yaxşı bildikləri üçün anası tərəfindən qeyri-rəsmi olaraq işə götürüldüyünü təsdiq etmiş,bununla yanaşı qızılların qiymətləndirilməsində, saxlanmasında və lombardda keçirilən digər əməliyyatlarda iştirak etmədiklərini bildirmişdir. Qeyd edilən cinayət təqibi zamanı İddiaçı şahid qismində dindirilməmiş və ya zərərçəkmiş qismində tanınmamışdır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlir ki,iddiaçı hazırkı cavabdehlərin iddiaya cavab verməli olan şəxs hesab edilməsi üçün kifayət qədər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun tərəfindən təqdim olunmuş sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalı,iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər X12, X5 və X15 qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar