Məhkəmə qərarları › İş №2(007)-475/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-475/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-475/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü Ağdam rayonu, Ətyeməzli kəndində anadan olmuş X2 məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşdıqları Bakı şəhəri, Nizami rayonu, 118 nömrəli bağçada ürəyində yaranmış xəstəlik nəticəsində qəflətən xx.xx.2020-ci il tarixində vəfat edib, qohumları, qonşuları ilə birgə onu Bakı şəhəri, Suraxanıı rayonu ərazisində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn ediblər. Mərhum X2nun ölüm faktını şahidlər, təcili yardım stansiyasından alınmış arayışlar təsdiq edə bilər. Bununla bağlı məhkəməyə müraciət etmədən öncə Maraqlı şəxsnə müraciət etsə də, ona həmin qurumdan imtina cavabı verilib. Bundan başqa, onu da bildirir ki, hazırki iddia tələbi ilə bağlı 2020-ci il tarixində ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2633/2020 saylı qərardadına əsasən məhkəməyə təqdim etdiyi ərizəsinə “məhkəmə qaydasında baxılmalı olmaması əsası” ilə qəbul edilməkdən imtina olunaraq ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Həmin məhkəmə qərardadında məhkəmənin hazırki iş ilə bağlı gəlmiş olduğu nəticəyə əsaslanaraq, xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixində vəfat etmiş mərhum X2nun “ölüm faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamənin verilməsi barədə” qətnamə qəbul edilməsini xahiş edib, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 8526/2022 saylı qərardadına əsasən məhkəməyə təqdim etdiyi iddia ərizəsi məhkəmə tərəfindən mümkün sayılmayıb. Həmin qərardada əsasən mərhum X2nun “xx.xx.2020-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə” aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunub. Qeyd edilənlərə əsasən mərhum X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnın nümayəndəsi X10 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, o, məcburi köçkündür və 118 saylı bağçada yaşayır. Mərhum ilə qonşu olub. Mərhum ölkədə pandemiya vaxt, xx.xx.2020-ci il tarixdə vəfat edib. O, mərhumun dəfn və yas mərasimində iştirak edib, mərhum “Hövsan” qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, o, məcburi köçkündür və 118 saylı bağçada yaşayır. Mərhum ilə qonşu olub. Mərhum ölkədə pandemiya vaxt, xx.xx.2020-ci il tarxidə vəfat edib. Vəfat etdiyi vaxt Təcili yardımdan, TƏBİB-dən və polis idarəsindən əməkdaşlar gəliblər. Müvafiq analizlər edilib, lakin mərhumda “koronavirus” olduğu müəyyən edilməyib. Mərhum “Hövsan” qəbiristanlığında dəfn olunub. O, yas mərasimində iştirak edib. Yas mərasimi evdə keçirilib. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1959-cu ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyata alınıb; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyata alınıb; - XX-ЖГ seriyalı № 265652 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1996-cı ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub, X2, anası X1r; - Bakı şəhəri Təcili və X5 Stansiyasının 6 saylı Bölməsinin xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 06:05-də Rüstəm Rüstəmov 49a, 118 nömrəli bağçada X3 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilib; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-M-12- 660/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, X2nun ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur; - 118 nömrəli Körpələr Evi-Uşaq Bağşası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3 saylı arayışdan görünür ki, Ərizəçi Ağdam rayon məcburi köçkündür, hazırda Bakı şəhəri Nizami rayon 118 nömrəli körpələr evində müvəqqəti məskunlaşıb. X2 2003-cü il tarixdən 118 nömrəli körpələr evindən ailəsi ilə birlikdə məskunlaşıb, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişib. - Məhkəməyə mərhum X3 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilib. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində doğulmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat edib. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almayıb. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət edib, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət edib. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində doğulmuş X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində doğulmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar