Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-481/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı oğlunun vəkili və nümayəndəsi X3 oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi, iddiaçının qanuni idarəçiliyinə edilən qanunsuz müdaxilə və maneələrin aradan qaldırılması, əmlakın boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və 20 000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 43.9 kv.m ölçüdə qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 27 mart 2018-ci il tarixli hərrac protokolu ilə İddiaçı özgəninkiləşdirilmiş və İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 24 aprel 2018-ci il tarixli ********** nömrəli Çıxarış təqdim edilmişdir. Təəssüflər olsun ki, 24 aprel 2018-ci il tarixdən etibarən İddiaçı özünə məxsus sözügedən əmlak üzərində mövcud olan hüquqlarını tam şəkildə icra edə bilmir. Cavabdeh qeyd edilən əmlakdan qanunsuz istifadə etməklə birbaşa olaraq iddiaçının əsas Konstitusyon hüquqlarından biri olan mülkiyyət hüququndan məhrum edir. Hal-hazırda cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakdan istifadə edilməklə iddiaçının mülkiyyət hüquqularının pozulması ilə bərabər, eyni zamanda iddiaçıya 20 000 manat məbləğində maddi zərər də vurulmuşdur. Məhkəmə iclasında İddiaçı oğlunun vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyinibi bildirdi və izahatında qeyd etdi ki, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən özəl mənzilinin zirzəmisini 1998-ci ildən qazma işləri apararaq 24 kamaz torpaq çıxararaq öz vəsaiti hesabına təmir elətdirmişdir. Halbuki bu vəsaiti ağır əziyyətlər hesabına qazanmışdı. Çünki heç yerdən əməlli bir gəlir mənbəyi də yoxdur. Uşaqları kiçik olduğu üçün həmin obyekti ev kimi yox, qeyri-yaşayış sahəsi kimi 2005-ci ildən sənədləşdirmə işləri apararaq, özəlləşdirmək şərti ilə Əmlak Komitəsi ilə müqavilə bağlayıb icarəyə götürmüşdür. Yaşadığı evin zirzəmisində yerləşən, sahəsi 43.9 kv.m olan qeyri-yaşayış sahəsini özəlləşdirmək istəmişdir. Əmlak Komitəsinə dəfələrlə müraciətinə baxmayaraq, kvadrata görə olan rüsumun dəyərinin nə qədər təşkil etdiyini ona demədilər. Ona görə sözügedən obyekti özəlləşdirə bilməmişdir. 2017-ci ilin fevral ayının 15-də onu Əmlak Komitəsinin özəlləşdirmə sektoruna çağırıb dedilər ki, həmin obyekt özəlləşdirilib və 15.000 manat dəyərində qiymətləndirilib. 2005-ci ildən 2017-ci ilin fevral ayına qədər Əmlak Komitəsinin büdcəsinə ayda 63 manat pul köçürmüşdür. Onun xəbəri olmadan Əmlak Komitəsi 7 dəfə hərrac keçirmiş, 15 000 manat məbləği 7500 manata qədər edindirmişdir. Onların xəbəri olmadna iddiaçı həmin obyekti almışdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına 10 fevral 2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı oğlunun adına 24 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)-7436/19 nömrəli Qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 m2 olan 20 saylı mənzilin altında 43,9 m2 ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X1 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla İddiaçı verilmiş 24 aprel 2018-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)- 9314/19 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin olunaraq Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)- 7436/19 nömrəli Qərarı ilə, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)- 9314/19 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətindəki ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 m2 olan 20 saylı mənzilin altında yerləşməklə dövlət mülkiyyətində olan ümumi sahəsi 43,9 m2 qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadə və sahibliyində olmuş, həmin müqaviləyə əsasən o, cavabdeh quruma icarə haqqı ödəmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 m2 olan qeyri-yaşayış sahəsi ilkin olaraq 15 000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata İddiaçı satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, 24.04.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 m2 qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında Cavabdeh istifadə və sahibliyində olmuşdur. Həmin qeyri yaşayış sahəsi ilkin olaraq 15 000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata İddiaçı satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, 24.04.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmləşdirilmiş və İddiaçı oğlunun xüsusi mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan maddi normaların məzmunundan görünür ki, mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma, ondan istifadə edə və ona dair sərəncam vermə bilər, həmçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qanuni idarəçiliyinə verilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələr aradan qalırılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması” hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “20 000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı oğlu iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qanuni idarəçiliyinə verilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələr aradan qalırılmalı, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qanuni idarəçiliyinə verilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələr aradan qalırılsın. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-481/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-481/2021
11.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver