Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-481/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi və mənəvi ziyan ilə bağlı 4842 manat miqdarında pul vəsaitinin və dövlət rüsumu üçün ödənilən pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2021-ci il tarixdə saat 16:50 radələrində Cavabdeh yol vərəqəsi əsasında idarə etdiyi isuzu (yük) markalı H- 017698 nömrə nişanlı avtomaşınla Abşeron rayonu Masazır kəndi, İstiqlaliyət küçəsi ilə Ə.Vahid küçəsinin kəsişməsində onun idarə etdiyi Opel Markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşınının yoluna çıxaraq onunla toqquşmuş, onun sol əlinin 5-ci barmağının və sol baldır nahiyəsinin orta 1/3-nin sıyrıqları ilə nəticələnən xəsarət almağına səbəb olmaq maşınına ciddi şəkildə ziyan vurulmuşdur. Hadisə Abşeron rayon polis şöbəsi tərəfindən araşdırılmış, Cavabdeh həmin hadisəni törətməsi sübuta yetirilmişdir. Sadəcə xəsarət ilə bağlı cinayət işinin başlanması rədd edilsə də, Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olması barədə 08 oktyabr 2021-ci il tarixdə Abşeron RDYP Polis X1 tərəfindən TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edildi. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, hadisədən sonra onun maşınına vurulmuş ziyan ilə Cavabdeh ilə dəfələrlə əlaqə saxlasa da, heç bir nəticə əldə edə bilməmişdir. Onun maşını hal-hazırda da istifadəyə yararsız vəziyyətdədir. Ona Paşa sığorta tərəfindən məcburi sığorta ilə bağlı 5000 manat, yəni maksimum ödənilə biləcək vəsait ödənilmişdir. Onun maşınına vurulan ziyanın dəyəri barədə Opel Markalı maşınların ölkə ərazisində fəaliyyət göstərən rəsmi distribüteri olan CAHAN Motorsa müraciət etmiş, maşınını oraya evakuator vasitəsi ilə aparmışdır. Orada onun maşınının yenidən istifadəyə yararlı olması üçün zəruri olan xərclər hesablanaraq ümumi ziyanın 8842 manat olması müəyyən edildi, iddia ərizənə də həmin sənədi əlavə etmişdir. Həmçinin bildirir ki, nəqliyyat hadisəsi baş verdiyi tarixdən indiyədək özünə məxsus nəqliyyat vasitəsinin istifadəyə yararsız olması səbəbindən işi ilə əlaqədar da çətinlik yaşayır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu və Sumqayıt şəhərləri üzrə satış meneceri vəzifəsində işlədiyindən, gün ərzində 20-dən fərqli mağazalara getmək məcburiyyətindədir. Nəqliyyat vasitənin yararsız olması səbəbindən iş fəaliyyətinə də ciddi şəkildə təsir edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən hesab edir ki, o, Cavabdeh ümumilikdə 4842 manat pulu tələb etməkdə haqlıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə bağlı dövlət rüsumu üçün pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbində tələb etdiyi 4842 manat pulun 3842 manatı maddi ziyan, 1000 manatı isə mənəvi ziyandır. Ekspert rəyinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh X8 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" X9 Səhmdar Cəmiyyətinin məlumatından görünür ki, 5000 mamat məbləğində pul xx.xx.2021-ci il tarixdə X6 hesabına köçürülmüşdür. - Abşeron rayon Polis İdarəsinin Tətqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, HK-1/7211 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixində H017698 dövlət qeydiyyat nişanlı “İSUZU NPR66P” yük markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Qiymət təklifindən görünür ki, İddiaçı məxsus olan “OPEL ASTRA H” minik markalı 10ES794 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 8842 manat tələb edilir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1231 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı “Opel Astra H” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 8299,0 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan “Opel Astra H” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh məxsus olan H017698 dövlət qeydiyyat nişanlı “İSUZU NPR66P” yük markalı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdehnın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Opel Astra H” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin 28 aprel 2022-ci il tarixli 9/1231 saylı rəyi ilə avtomobilin təmirbərpa xərcinin hadisə baş verən tarixə təxminən 8299 manat olduğu müəyyən edilmişdir. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 8842 manat kimi göstərmiş, "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişi edildiyini bildirərək, cavabdehdən 3842 manat vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Ekspertiza rəyi ilə isə həmin məbləğ 8299 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 8299 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 3299 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qarşılıqlı iddianın tələbinin “1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı və 1097.1-ci maddələrinin normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan 28 aprel 2022-ci il tarixli 9/1231 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 9,9 manatı iddiaçıya, 60,10 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manatın 14,14 manatı iddiaçıdan, 85,86 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3299 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,10 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli,ödənilmiş dövlət rüsumunun 9,9 manatı iddiaçı X2 aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 14,14 manatı İddiaçı və 85,86 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3299 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,10 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9,9 manatı İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 14,14 manatı İddiaçı və 85,86 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-481/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-481/2022
07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver