Məhkəmə qərarları › İş №2(007)-482/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-482/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-482/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, kreditor "xxxx" MMC ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış 08 sentyabr 2019-cu il tarixli malın nisiyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 1360 manat olan Samsung GALAXY A50 128 GB SİLVER mobil telefon əldə edib. Borclu göstərilən məbləğdan 100 manat ilkin ödəniş eldikdən sonra kreditora 1260 manat borcu qalıb. Borclu göstərilən məbləği hər ay 210 manat olmaqla 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edib. Bu barədə borcluya dələlərlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, 06 avqust 1977-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1260 (min iki yüz altmış) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1280 (min iki yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(007)- 2602/2020 nömrəli məhkəmə əmrinə əsasən, cəmi 1260 manat borc və ödənilmiş 20,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək qeyd edilən məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatında baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(007)- 2602/2020 nömrəli qərardadına əsasən, Borclu Cavabdeh etirazı təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(007)-2602/2020 nömrəli məhkəmə əmri ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC məhkəməyə teleqram ünvanlayaraq, mülki işə oların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2019-cu il tarixli malın nisiyə satılması haqqında müqavilədən və onlara əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd dəyəri 1360 manat olan Samsung GALAXY A50 128 GB SİLVER mobil telefon almışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 22 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı MMC-nin 18 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1260 manat borcu vardır. - 08 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 100 manat ilkin ödəniş etmiş, qalan borcu ümumilikdə 6 ay olmaqla hissələrə bölünmüşdür. 6 ay üzrə ümumilikdə 702 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2019-cu il tarixli malın nisiyə satılması haqqında müqavilədən və onlara əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən əşya (mal) almışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı MMC cavabdehdən 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1260 manat borc tələb etsə də, məhkəməyə tələbinin əsasını təşkil edən mötəbər sübut növü təqdim etməmişdir. Əksinə olaraq, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 08 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 100 manat ilkin ödəniş etmiş, qalan borcu ümumilikdə 6 ay olmaqla hissələrə bölünmüşdür. 6 ay üzrə ümumilikdə 702 manat təşkil etmişdir. Göründüyü kimi Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMCyə 702 manat borcu qalmışdır. Belə oln halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 702 (yeddi yüz iki) manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 702 (yeddi yüz iki) manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar