Məhkəmə qərarları › İş №2(007)-487/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-487/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-487/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə 28.11.2019-cu il tarixli ******* nömrəli, 28.02.2020-ci il tarixli ******* nömrəli, 30.10.2019-cu il tarixli ******* nömrəli, 31.01.2020-ci il tarixli ******* nömrəli, 30.04.2019-cu il tarixli ******* nömrəli, 30.03.2020-ci il tarixli ******* nömrəli, 30.04.2020-ci il tarixli ******* nömrəli, 30.12.2020-ci il tarixli ******* nömrəli, 30.09.2019-cu il tarixli ******* nömrəli, 28.06.2019-cu il tarixli ******* nömrəli, 30.05.2019-cu il tarixli ******* nömrəli, 30.08.2019-cu il tarixli ******* nömrəli, 31.07.2019-cu il tarixli ******* nömrəli, 28.06.2019-cu il tarixli ******* nömrəli aktlar əsasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə AKX- 0250875/20-2020 saylı müqavilə üzrə iddiaçıya məxsus abonent koduna hesablanmış 2673,57 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi onun istifadəsindədir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ona məxsus yaşayış sahəsinə baxış keçirilən zaman, guya “yaşayış sahəsinin qaz təchizatı və qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar qazdan qeyriqanuni istifadə edilir”. Təbii qazdan istifadə qaydalarının pozulması barədə müxtəlif tarixlərdə inventar aktlar tərtib edilmiş və həmin aktlara əsasən ona ümumilikdə kənar istifadəyə görə 28.11.2019-cu il tarixli ******* nömrəli, 28.02.2020-ci il tarixli ******* nömrəli, 30.10.2019-cu il tarixli ******* nömrəli, 31.01.2020-ci il tarixli ******* nömrəli, 30.04.2019-cu il tarixli ******* nömrəli, 30.03.2020-ci il tarixli ******* nömrəli, 30.04.2020-ci il tarixli ******* nömrəli, 30.12.2020-ci il tarixli ******* nömrəli, 30.09.2019-cu il tarixli ******* nömrəli, 28.06.2019-cu il tarixli ******* nömrəli, 30.05.2019-cu il tarixli ******* nömrəli, 30.08.2019-cu il tarixli ******* nömrəli, 31.07.2019-cu il tarixli ******* nömrəli, 28.06.2019-cu il tarixli ******* nömrəli aktlar tərtib edilmiş və 2673,57 manat borc hesablanmışdır. Həmin borc məbləği SOCAR**********30560046X02458 nömrəli, 06.09.2021-ci il tarixli aktda qeyd edilmişdir. Halbuki, heç bir qeyri-qanuni qazdan istifadə halı olmamış, istifadə edilmiş qaza görə ödənişlər vaxtında həyata keçirmişdir. “Azəriqaz” İB tərəfindən həqiqətən də, həmin boru xətti vasitəsilə qazdan sayğacdan kənar istifadə edilməsinə dair əsaslı sübutlar mövcud olmamışdır. İddiaçı cavabdeh tərəfindən sayğacdan kənar Qeyri-qanuni qaz xəttinin quraşdırılaraq günahlandırılmasını və borcun hesablanmasını əsassız hesab etmişdir. Eyni zamanda orada hər hansı sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi, həmin xəttin məhz onun tərəfindən quraşdırıldığı mənasına gəlmədiyini bildirmişdir. Onlar tərəfindən yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına və xəttinə hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək onların iqtidarı da deyildir. Belə olan halda hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımaqları əsassızdır. Qaz xəttinə hər hansı bir müdaxilə varsa, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən edilə bilər. Qaz xətti kənar müdaxilələrdən mühafizə olunmur. Cavabdeh tərəfindən qeyri-qanuni qaz xəttinin olmasını və həmin xəttin vasitəsilə qazdan istifadə edilməsinin sübutu kimi yalnız akt tərtib edilmişdir ki, həmin aktın hansı şəraitdə tərtib olması məlum deyil və buna görə də həmin aktın olması nöqsanın olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddia ərizəsinə əlavə edilən mübahisələndirilən aktların surətindən müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə “Azəriqaz İB-nin əməkdaşları iştirak edərək akta imza etmişlər. Belə halda həmin aktın tərtib edilməsi üçün əsas olan hallar, yəni nöqsanın həqiqətən aşkar edilməsi şübhəlidir. Çünki hal şahidləri marağı olmayan şəxslər sırasından seçilməli və akta imza etməli olduqları halda, həmin nöqsanların aşkar edilməsini, aktı tərtib edən orqanın öz əməkdaşları təsdiq etmişlər. Göründüyü kimi cavabdehin müəssisənin qanunsuz hərəkətlərinin nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar olmadığından iddia tələbi təmin edilməlidir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, borcun silinməsini istəyir, oğlu vətən müharibəsi iştirakçısı olmuş və qazidir, borc ödənilməsi üçün heç bir vəsaiti yoxdur. O, bildirdi ki, həmin ünvan ona məxsus olan fərdi yaşayış evidir, çəkilmiş şəkillər onların evlərinin şəkilləridir, əlavə xətt yoldaşının sağ olduğu vaxt çəkilmiş və xətlərin çəkilməsindən heç bir məlumatı olmamış, tərtib edilmiş aktlar da rəhmətlik yoldaşı X4 adına tərtib edilmişdir. O, eyni zamanda heç yerdə işləmədiyini, oğlunun gözdən əlil olduğunu, oğlu gələcəkdə işləyəcəyi halda əsassız yazılmış borcu ödəyə biləcəyini, qaz idarəsinə müraciət etdiyini, dövlətin pulu olduğu üşün silə bilmədiklərini, məhkəmə yolu ilə həll etmələrini dediklərini, karta pul vurulan zaman pulu tutulduğunu, 20 faiz güzəşt etsələr də yenə də imkanları olmadığını bildirdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbinin əsassız olmasını və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” İB tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 28.11.2019-cu il tarixli, ******* saylı, 31.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı, 30.04.2020-ci il tarixli, ******* saylı, 30.12.2020-ci il tarixli ******* saylı Aktlardan görünür ki, X7 ünvan 3 ünvanında istehlakçıya məxsus qeyriyaşayış (yaşayış) sahəsində təbii qazın uçotu aparılmış və mənzilə baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş və ümumilikdə dəymiş ziyan 2673,57 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.10.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 324 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 29.11.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 1422 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.04.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 8532 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.05.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 324 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 28.06.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 324 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.08.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 324 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 28.06.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 324 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.09.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 324 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 29.11.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 1422 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.12.2019-cu il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 2520 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 31.01.2020-ci il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 2952 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 28.02.2020-ci il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 2952 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.03.2020-ci il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 2952 m3 hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.04.2020-ci il tarixli X8 dair Tələbnamədən görünür ki, X9 tərəfindən ünvan 3 ünvanında “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 2520 m3 hesablanmışdır. - 28.11.2019-cu il, 27.12.2019-cu il, 24.01.2020-ci il, 28.02.2020-ci il, 29.03.2020-ci il tarixli Aktlardan görünür ki, X9 mənzildən kənar xətt aşkar olunduğu üçün təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. - 06.11.2020-ci il tarixli, 7571 saylı arayışdan görünür ki, X3 Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması, hərbi xidmətə müvəqqəti yararsız olduğu, 15 gün müddətinə məzuniyyət verilməsi müəyyən edilmişdir. - AZ 101540 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 10.05.2001-ci il tarixdə vəfat etmişdir. - Silahlı Qüvvələrin Baş X1 X2 surətindən görünür ki, X6 partlayış travması, Sağ göz qapaqlarının hematoması. göz almasının dəlib-keçən yaralanması, hemoftalm, torlu qişanın qopması, göziçi yad cisim (metal qəlpə), ikincili hissəvi adentiya, uzun müxtəlif nahiyyələrinin kor qəlpə yaralanmasından və birincili işləməsindən sonrakı vəziyyəti, Şəraitlə əlaqəli dissosiativ reaksiya diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 28.11.2019-cu il tarixli, ******* saylı, 31.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı, 30.04.2020-ci il tarixli, ******* saylı, 30.12.2020-ci il tarixli ******* saylı Aktlara əsasən, X7 ünvan 3 ünvanında istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu aparılmış və mənzilə baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş və ümumilikdə dəymiş ziyan 2673,57 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmçinin istehlakçının əlavə qaz xəttinin çəkilməsi qaz paylayıcısı tərəfindən sübut edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, Nizami rayonu, K.Əfkari küçəsi dalan 1 ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni istifadə edilmə aşkar edilmiş, müvafiq aklar tərtib edilmişdir. Aktlardan görünür ki, abonent İddiaçı olduğ halda tərtib edilmiş aktlar İddiaçı 2001-ci ildə rəhmətə getmiş həyat yoldaşı Məmmədov Niyaz barəsində tərtib edilsə də borc iddiaçıya hesablanmışdır. Göründüyü ki, aktlar tərtib edilərkən abonent N.Məmmədovun sağ olub-olmaması cavabdeh tərəfindən müəyyən edilməmiş, N.Məmmədovun vəfat etməsi nəzərə alınmadan formal aktlar tərtib edilərək qazdan qeyri-qanuni istifadəyə görə abonent İddiaçı borc hesablanmışdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan çox olduğundan 47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən İddiaçı (abonent nömrəsi **********01050) hesablanmış 2673,57 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı (abonent nömrəsi **********01050) hesablanmış 2673,57 manat məbləğində borc silinsin. “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 47 manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar