Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-49/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 Hadi oğlunun, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13.10.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə mühasib vəzifəsinə qəbul edilmişdir. Eyni vaxt da Cavabdeh ilə İddiaçı MMC arasında tam maddi məhsuliyyət barədə müqavilə bağlanılmışdır. Onların Şirkəti müxtəlif fiziki və hüquqi şəxlərlə fəaliyyəti ilə əlaqədar işlər görürdü. Həmin fiziki şəxslərdən də biri X8 olmuşdur. X8 ilə şirkət arasında uzun müddət əməkdalıq olmuşdur. 2017-ci ilin əvvəllərində X5 şirkətə göstərdiyi xidmətlərə görə 22500 manat pul verilməli idi. Qeyd olunan məbləği müxtəlif vaxtlarda və həmçinin sonuncu dəfə 2017-ci ilin aprel ayında, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, X15, şirkətin digər mühasib Fətulla Abdullayev iştirakı ilə Cavabdeh verilmişdir ki, o, öz növbəsində həmin məbləği X5 çatdırsın. Cavabdeh deməsinə görə o, həmin məbləği Qafur Mikayılova çatdırmışdır. Onlar da həmin məbləği Qafur Mikayılova çatdırılmış hesab edirlər. Ümumiyyətlə Cavabdeh şirkətlərinin adından Qafur Mikayılova 30.000 (otuz min) manatdan çox pul vəsaitin çatdılması tapşırılmışdır. Bundan qısa müddət sonra Cavabdeh işdən çıxmışdır. Lakin bir müddət sonra məlum olmuşdur ki, Cavabdeh pulu X5 çatdırmayıb. Qeyd olunan hadisə ilə əlaqədar Cavabdeh ilə əlaqə saxlanılmış, Cavabdeh qeyd etmişdir ki, pulu çatdırıb, lakin X8 qeyd edir ki, həmin pul ona çatmayıb və bununla əlaqədar şirkətə qarşı iddia qaldırmışdır. Məkhəmə onun şikayətini təmin etmiş, 12500 manatın şirkətdən alınıb Qafur Mikayılova verilməsini qət etmişdir. Məhkəmə zamanı Cavabdeh bildirilmişdir ki, əgər o, pulu həqiqətən də Qafur Mikayılova çatdırıbsa, məhkəmədə şahid qismində gəlsin ifadə versin. Lakin Orxan bundan boyun qaçıtmışdır. Bununla da şübhə yaratmışdır. Qeyd olunan hadisələr nəticəsində müəyyən olmur ki, Cavabdeh şirkətlərinə məxsus 22500 manatı mənimsəmişdir. Bu nəticəyə gəlmələrinin səbəbi barələrində qəbul edilmiş və qanuni quvvəvə minmiş məhkəmə qətnaməsidir. Cavabdeh həmin pulun Qafur Mikayılova çatdırdığını qeyd edir. Qafur Mikayılov isə bunu inkar edir, həmin məbləğin hissə hissə Cavabdeh verilməsi mübahisə predmeti deyil, lakin həmin məbləğin Qafur Mikayılova çatdırılmaması məhkəmə qətnamələri ilə sübuta yetirilir. Belə olan təqdirdə Şirkət hansı ki, pulu ödəyib, külli miqdarda ziyana düşmüş olur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh ''ABC-2010'' MMC-də mühasib işləyərkən ona iddia ərizəsində göstərilən 22500 manat məbləğində vəsait verilməmişdir. Bu barədə iddiaçı hər hansı sübut da təqdim edə bilmir. İddiaçı şirkət həmin məbləğin onun kassasından çıxmasını və maddi məsul şəxs kimi Cavabdeh təqdim edilməsini təsdiq edən maliyyə sənədlərini məhkəməyə təqdim edə bilmir. Halbuki, AR MPM-in 77.1-ci maddəsinə əsasən hər kəs öz tələbini məhkəmədə sübut etməlidir. Digər tərəfdən əgər o pul cavabdehə verilmişdisə belə onda nəyə görə o, işdən çıxanda ondan tələb edilməmişdir? Ümumiyyətlə, cavabdehin işi kiməsə pul çatdırmaq olmamış, mühasibat funksiyasını icra etmiş və əmək müqaviləsinə əsasən 300 manat əmək haqqı almışdır. Belə olan təqdirdə 22500 manat məbləğində pul ona niyə verilməli idi ki? İşəgötürən işçini əmək müqaviləsində nəzərdə tutulmamış işlərin icrasına cəlb edə bilməz. İşçi yalnız orta aylıq əmək haqqı həcmində məsuliyyət daşıyır. İddiada göstərilən məbləğ cavabdehə verilmiş olsaydı belə AR Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. İddia ərizəsinə əlavə edilmiş tam maddi məsuliyyət müqaviləsi isə orada göstərilən tarixdə deyil işçi işdən çıxarkən digər sənədlərin arasında gizli şəkildə ona imzalatdırılmışdır. Təsadüfi deyil ki, həmin müqavilədə göstərilən 30.10.2016-cı il tarixi bazar gününə düşür. İşçinin əmək müqaviləsində isə bazar günü onun istirahət vaxtı kimi göstərilib. Onda görəsən işçi bazar günü həmin müqaviləni necə və nəyə görə imzalayıb? Bundan əlavə tam maddi məsuliyyət müqaviləsində həmin vaxt işəgötürən-direktor olmuş X6 deyil, 10.05.2018-ci ildən direktor olmuş X1 imzası var. Ortada saxtakarlıq faktı var və saxtakarlıq iddiaçı şirkət üçün səciyyəvidir. Belə ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, həmin işdə "xxxx" MMC-nin təqdim etdiyi 20.05.2017-ci il tarixli kassa mədaxil orderi saxtadır və digər sənəddən köçürülməklə yaradılmışdır. Belə çıxır ki, iddiaçı şirkət hazırkı işdə də eyni təcrübəyə müraciət edərək 30.10,2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqaviləni saxtalaşdırmışdır. Nəticə etibarilə 30.10.2016-cı il tarixli müqavilə cavabdehin tam maddi məsuliyyətini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Hazırki iddia üzrə iddia müddəti ötürülmüşdür. AR Əmək Məcəlləsi işçinin işəgötürənə vurduğu zərəri tələb etmək üçün 1 il müddət müəyyən etmişdir. Belə ki, Məcəllənin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddia olunan ziyan 2017-ci ilin mart ayında vurulmuş, iddiaçı isə məhkəməyə 2020-ci ilin iyun ayında müraciət etmişdir. Göründüyü kimi 1 illik müddət ötürülmüşdür. Məhkəmədən hazırkı etirazı həm də iddia müddətinin tətbiqi barədə ərizə kimi qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 Hadi oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahş etdi. O, əlavə olaraq qeyd etdi ki, Babayev X10 Rayon Prokurorluğunda etirafedici ifadə vermişdir. Həmçinin tərələr arsında 2016-cı il tarixdə Qafur ilə MMC arasında təhviltəslim aktı olub, və həmin müqavilə üzrə yenidən 2017-ci il tarixə ödəniş edilə bilməzdi. Cavabdeh maddi məsuliyyət haqında müqavilə imzalamışdır. O həmçinin bildirdi ki, Cavabdeh 30.10.2016-ci il tarixli maddi məsuliyyət haqqında müqavilə onlarda mövcud deyil, 06.04.2017-ci il tarixli maddi məsuliyyət haqında müqavilənin isə rəngli sürətləri mövcuddur. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq iddiaçının işi suni şəkildə uzatdığını, iddiaçının ekspertizaya sənədləri təqdim etmədiyini, bu isə sənədlərin saxta olduğunu ya da belə sənədlərin olmadığını göstərdiyini, maddi məsuliyyət haqqındakı müqavilədə imzanın Orxana aid olmadığını, onların həmin müqaviləni təqdim etmədiklərini, şirkətin əsassız iddia qaldırdığını bildirdi. O, həmçinin qeyd etdi ki, Qafurla həmin şirkət işləmiş və müəyyən pullar verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qərarından görünür ki şirkət sənədləri saxtalaşdırır, Qafurun da imzasını şirkət saxtalaşdırımışdır. Orxan mühasib kimi Qafura direktorun əmri ilə pul vermişdir. X16 verilməsi üçün 22500 manat verilməmişdir. Prokurorluqda olan izahatlarda olan pullar 22500 manat aid deyil. Şirkətin Qafura 100.000 manatdan çox borcu olub. Bu gün sübutetmə yükü onların üzərinə düşür, sübutetmək üçün onlarda sənəd yoxdur, prokurorluqdakı izahatlar dövriyyə böyük olduğu üçün sübut kimi nəzərə alılnmır. Burada başqa sübut olmalıdır, ancaq sübut da yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq şirkətdə işləyən zaman Qafurla şirkət arasında pul haqq-hesablarının çox olduğunu, Qafura hər dəfə pul verildiyini, həmin pulların bu məbləğə aidiyyatı olmayan pullar olduğunu, ona şirkətin pul verdiyini, onun da pulu aparıb Qafura verdiyini,orada nə pul oduğunu bilmədiyini, ona verilən pulu Qafura çatdırdığını bildirmişdir. O, həmçinin qeyd etdi ki, əgər o, Qafura pulu verməmişsə bəs necə olur ki, ikinci hissəni niyə verirdilər ki, aparıb versin? O, bankdan 15.000 götürmüş, Qafura 7-8 min vermiş, qalanını Nərmin xanımın özünə vermişdir. Bu şirkətin kassa qəbzində görünür və həmin qəbz şirkətdə olur. Nərimanov Rayon Prokurorluğunda verdiyi izahatında qeyd etdiyi həmin vəsaitin hazırda mübahisələndirilən vəsaitlə əlaqəsi yoxdur. Həmin pullar Qafurun gördüyü işlərlə bağlı olmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X8 bildirmişdir ki, Cavabdehlə müqavilə əsasında iş görürdü. Ödənişi ona əsasən əlbəəl edirdilər. 2016-ci ilin fevral 2-də müqavilə bağlamışlar. O, bunlara mal vermiş çox borcları olmuş, maşınla və başqa şeylərlə borclarını ödəmişlər. Mübahisə edilən 22500 manat məbləğ ilə bağlı qeyd edir ki, həmin müqavilə üzrə Orxan ona pul verməmiş, Orxan ona 8000 manat vermişdir, hansı ki, həmin pul 2016-cı il tarixli müqaviləyə aid olmuşdur. Pulu ona yalnız Orxan yox, Əminə və Nərminə xanım da gətirmişdir. Əminə xanımın kitabı var idi pulu götürəndə ora imza atılırdı. O, Orxanı ofisdə gördüyünü, mübahisə edilən 22500 manat məbləğ ilə bağlı Orxanın ona pul vermədiyini, o, 22500 manatı verəndə orada Orxan və Nərmin xanımın olduğunu, sənəd tərtib edildikdən, möhür vurulduqdan sonra pulu verdiyini və həmin pulu 2 ay müddətinə qaytarmalı olduqlarını, 2017-ci ildən əvvəl bir müqavilə olduğunu, 2016-cı ilin müqaviləsindən 8 min manat ödənildiyini, 2017-ci ildən heç nə ödənilmədiyini, Nərimanov məhkəməsində işə baxıldığını, şirkətin yalandan başqa bir adam tutduğunu, onlar məhkəmədə guya pulu ona verdiklərini dediklərini, iddia qaldıranda onların bir neçə dəfə saxta sənəd gətirdiklərini, sonra ekspertiza təyin olunduğunu və onun imzası olmadığının məlum olduğunu, iddiasının təmin edildiyini pulunu aldığını, onların ona olan borclarının əvəzinə 2 maşınlarını aldığını qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, onlar heç bir sənədi olmadığı halda iddia qaldırır və sənədləri saxtalaşdırırlar. Həmin şirkət ödənişi əsasən əlbəəl edirdi. Mübahisə edilən 22500 manat məbləği həmin müqavilə üzrə Orxan ona pul verməmişdir. Orxan ona Şəkidəki məbləğlə bağlı heç bir pul verməmiş, orada Orxan şirkətin ona borclardan direktor Nərmin xanımın göstərişi əsasında 3000, 5000 manat verir və bir kağıza qol çəkdirirdi. 7000-8000 manat başqa borcla bağlı idi, 22500 manata aid deyil. 22500 manatı vəsaiti o iddiaşıya borc kimi vermiş, şirkət öz işçilərinə əmək haqqı verə bilmədiyi üçün ondan borc istəmişlər və o da 22500 manatı borc kimi onlara vermişdir. Əgər Orxan ona pul versə idi 2 il Şəkidə məhkəmə gedən zaman orada şahid kimi Orxanı cəlb edərdilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13.10.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCyə mühasib vəzifəsinə 1 il müddətinə mühasib vəzifəsinə qəbul edilmişdir. - 30.10.2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh təşkilatın kassada olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək vəzifəsini yerinə yetirməlidir. İşçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. - 06.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh təşkilatın kassada olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək vəzifəsini yerinə yetirməlidir. İşçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-120/2019 saylı, 24.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC və direktoru X2 müştərək qaydadaan 22500 manat məbləğində borc tutulub X5 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh X7 aid hissədə ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X3 cavabdeh X7 qarşı 22500 manat pul tələbi əsassız olduğundan təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, X4 apellyasiya şikayətinin qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır. - Ali Məhkəmənin 2(102)-6493/2019 saylı, 14.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı MMC-nin direktoru Azər Adıgözəlov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 120/2019 saylı, 24.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Cavabdeh tərəfindən Nərimanov Rayon Prokurorluğuna verilmiş izahatdan görünür ki, Cavabdeh 2016-cı ilin oktyabr ayında İddiaçı MMC-də mühasib köməkçisi kimi işə düzəldiyini, şirkətə daxil olan məbləğlər adətən köçürmə yolu ilə çıxan məbləğlərin adətən köçürmə yolu ilə, çıxan məbləğlərin isə yəni görülmüş işlərinin haqqının ödənməsi adətən nağd şəkildə həyata keçirildiyini, bir neçə dəfə ya şirkətin rəhbəri Azər Adıgözəlovun ya da direktor Nərmin Mirzəyevanın tapşırığı ilə xəzinədən, ya da onların tapşırdıqları adamlardan müxtəlif məbləğlərdə pulu götürüb görülmüş işin haqqı olaraq Q.Mikayılova çatdırdığını, həmin məbləğləri rəhbərliyin tapşırığı ilə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə Q.Mikayılova verdiyini, adətən ona verdiyi pullara dair aralarında hər hansı rəsmiləşmə aparıldığını, Q.Mikayılova nə qədər pul verdiyini xatırlamadığını, lakin bu məbləğin təxmini 30.000 manatdan çox olduğunu, 2017-ci ilin iyul ayında işdən çıxdığını, buna səbəb isə şirkətin iflasa uğraması olduğunu, onun tərəfindən şirkətə aid heç bir məbləğ ələ keçirilmədiyini, onunla şirkət arasında maddi məsuliyyət haqqında müqavilə bağlanıb-bağlanmadığını xatırlamadığını, X8 ilə şirkət arasında olan borc məsələsində aralarında 22.500 manatlıq mübahisə olduğunu, 2019-cu ilin yayında ondan məhkəmədə iştirak etməyini xahiş etdikləri vaxt gedə bilmədiyi üçün şirkət də ədavət apararaq məhkəmədə onlar tərəfindən ödənilməsi qət edilmiş məbləği ondan tələb etdiyini, şirkətin onun 22.500 manat pulu mənimsəməyinə dair mübahisəsi tamamilə əsassız olduğunu, əgər o, pulu Q.Mikayılova verməmiş olsaydı və bunun ən geci bir gün sonra bilinəcəyi və barəsində tədbir görüləcəyini qeyd etdmişdir. O, direktor Nərmin xanımın tapşırığı ilə şirkətin bank hesabından 15.000 manat pul götürdüyünü, həmin pulun da yalnız 7-8 min manatını Q.Mikayılova vermək barədə ona tapşırıq verildiyini, deyildiyi kimi də etdiyini, əgər şirkətin pulunu mənimsəmiş olsaydı sonradan da ona Q.Mikayılova hər hansı pulun çatdırılmasını həvalə etməyəcəklərini, “Qafqaz” biznes centrdə olan görüşlərindən sonra da bir neçə dəfə Q.Mikayılova pul verdiyini, Q.Mikayılov pulu ondan aldıqdan sonra bu barədə şirkətə məlumat verdiyini bildirmişdir. - Şifarişçi İddiaçı MMC ilə icraçı X8 arasında bağlanlmış 02.02.2016-cı il tarixli podrat müqaviləsinə ABC\001 edilmiş 02 saylı əlavədən görünür ki, həmin əlavədə göstərilən sahələrdə göstərilən işlərin yerinə yetirilməsi üçün ikitərəfli qaydada razılaşdırılmış qiymət 1560 manat təşkil edir. - Şifarişçi İddiaçı MMC ilə icraçı X8 arasında bağlanlmış 02.02.2016-cı il tarixli 01\04 saylı təhvil-təslim aktından görünür ki, icraçı X8 tərəfindən həmin akra göstərilmiş sahələrin qurraşdırma xidmətlərinin göstərilməsinin tam həyata keçirilməsi və şifarişçi tərəfindən həmin işlərin qəbul olunması barədə tərəflər arasında akt tərtib olunmuş, müqavilə üzrə razılaşdırılmış qiymət 10290,80 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.08.2021-ci il tarixli məktubundan görünür ki, ekspertizaya təqdim olunmuş tədqiqat obyektlərinin kserosurəti çıxarılan zaman hərf və cizgilərin aydın və dəqiq əks olunmaması üçün 30.10.2016-cı il tarixli və 06.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin əsllərinin təqdim olunmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2021-ci il tarixli məktubundan görünür ki, 30.10.2016-cı il tarixli və 06.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin əsllərinin təqdim olunmasını barədə 13.08.2021-ci il tarixli vəsatət təmin olunmadığı üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.01.2022-ci il tarixli məktubundan görünür ki, 30.10.2016-cı il tarixli və 06.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin əsllərinin, Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 03.12.2021-ci il tarixdə ekspert vəsatət verilmiş, 21.12.2021-ci il tarixdə xatırlatma məktubu daxil olsa da lakin bu günə kimi vəsatət təmin olunmamış və məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. - 16.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 13.10.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə mühasib vəzifəsinə qəbul edilmişdir. X8 İddiaçı MMC 22500 manatı borc kimi verilmişdir. Həmin borca dair 24.01.2017-ci il tarixli akt tərtib edildikdən, möhür vurulduqdan sonra iddiaçıya pulu vermiş və həmin pul məbləğinin 2 ay müddətinə qaytarılması barədə razılıq əldə olunmuşdur. Lakin həmin vəsait İddiaçı MMC tərəfindən X5 qaytarılmamışdır. Daha sonra X8 məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC və direktoru X2 müştərək qaydadaan 22500 manat məbləğində borc tutulub X5 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-120/2019 saylı, 24.04.2019-cu il tarixli qətnaməsi ilə X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh X7 aid hissədə ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X3 cavabdeh X7 qarşı 22500 manat pul tələbi əsassız olduğundan təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, X4 apellyasiya şikayətinin qalan hissəsinin təmin edilməməsi müəyyən olunmuşdur. Daha sonra, Ali Məhkəmənin 2(102)- 6493/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi ilə də cavabdeh İddiaçı MMC-nin direktoru Azər Adıgözəlov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-120/2019 saylı, 24.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, hazırki mülki mübahisə üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizaya təqdim olunmuş tədqiqat obyektlərinin kserosurəti çıxarılan zaman hərf və cizgilərin aydın və dəqiq əks olunmaması üçün 30.10.2016-cı il tarixli və 06.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin əslləri iddiaçı tərəfindən ekspertizaya təqdim olunmamasına görə məhkəmə xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, İddiaçı MMC-yə Mingəçevir Şəhər Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi çıxarılarkən X5 borcun qaytarılmaması məlum olduğu halda Cavabdeh qarşı hazırki iddia tələbi ilə 17.07.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi İddiaçı MMC məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 199.5-ci maddəsinə əsasən, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 205.1-ci maddəsinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 97.5-ci ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçı MMC-yə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müxtəlif vaxtlarda vəsatət təqdim edilərək 30.10.2016-cı il tarixli və 06.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin əsllərinin təqdim edilməsi və ekspertiza keçirilməsi üçün xətt nümunələrinin götürülməsi təklif edilsə də, müqavilələrin əsllərini təqdim edilməmiş, vəsatətlər təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İddiaçı MMC Cavabdeh ilə bağlanmış 30.10.2016-ci il tarixli maddi məsuliyyət haqında müqavilənin onlarda mövcud olmadığını, 06.04.2017-ci il tarixli maddi məsuliyyət haqında müqavilənin isə rəngli sürətlərinin olduğunu bildirmişdir. Bununla da İddiaçı MMC zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməklə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə Cavabdeh Nərimanov Rayon Prokurorluğuna verilmiş izahatındakı 7000- 8000 manat pul məbləğinə münasibətdə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və Cavabdeh məhkəməyə vermiş izahatları ilə təsdiq olunur ki, qeyd olunan 7000-8000 manat vəsait X3 iddiaçıya göstərmiş olduğu xidmətlərə görə ödənilən vəsait olmuş, onun mübahisələndirilən 22500 manat vəsaitlə bağlılığı olmamışdır. Lakin bunun əksinə iddiaçı tərəfindən 2016-cı il tarixdə Qafur ilə MMC arasında təhvil-təslim aktı olması və həmin müqavilə üzrə yenidən 2017-ci il tarixə ödəniş edilə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, X3 iddiaçıya göstərmiş olduğu xidmətlərin dəyərinin təhviltəslim aktının tərtib olunduğu tarixə ödənilməsinə dair məhkəməyə ödəniş tapşırığı və ya kassa məxaric orderi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh əməllərində cinayət tərkibinin olması hallarının müəyyən edilməklə onun barəsində xüsusi qərardada çıxarılması barədə vəsatətləri ilə bağlı bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “Cavabdeh 22 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməsi” tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “Cavabdeh 22 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-49/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-49/2022
21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver