Məhkəmə qərarları › İş №2(007)-498/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-498/2021

11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-498/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Məmmədova Rahı̇ lə Xansuvar qızının, onun vəkili X9, cavabdehlər İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlunun və Cavabdeh2 Etı̇ bar oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məmmədova Rahı̇ lə Xansuvar qızının cavabdehlər İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu və Cavabdeh2 Etı̇ bar oğluna qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Rahı̇ lə Xansuvar qızı cavabdehlər İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu və Cavabdeh2 Etı̇ bar oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış 750 (yeddi yüz əlli) manat dəyərində ona məxsus mətbəx mebelinin cavabdehlər Cavabdeh1 Etibar oğlu və Cavabdeh2 tərəfindən naturada geri qaytarılması, bu mümkün olmadıqda, əşyanın pulla dəyərinin və 30 manat dövlət rüsumu qaydasında ödədiyi pul vəsaitinin, cəmi 780 (yeddi yüz səksən) manatın müştərək qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxın qohumlarıdır. Cavabdehlərlə uzun müddət məhkəmə mübahisələri davam etmiş və qəbul edilmiş məhkəmə qərarları qüvvəyə minmiş və icra edilmişdir. Cavabdehlər, Cavabdeh1 Etibar oğlu və Cavabdeh2 sonradan paylı mülkiyyət hüququ ilə məxsus olmuş ünvan 1 ünvanında o, ailə üzvləri ilə 2004-cü ildən 2017-ci ilin may ayınadək razılaşma qaydasında yaşamışlar və yaşadığı müddət ərzində mənzilin daxilində əşyalarını yerləşdirmişlər. Yaşadıqları müddət ərzində mənzildə təmir-tikinti işləri aparılmış və məhkəmə qaydasında çəkilmiş xərclər ödənilmişdir. Buna baxmayaraq, cavabdehlər onun mənzildə quraşdırdığı mətbəx mebelini qaytarmaq istəmirlər. Bu mətbəx mebelinin dəyəri, mənzildəki əşyalara dair tərtib edilmiş smetaya (qiymətləndirmə) uyğun olaraq 750 (yeddi yüz əlli manat) civarında olmuşdur. Yerində quraşdırmaqla birlikdə 50 manat zəhmət haqqı ustaya verildiyindən, hesab edir ki, cavabdehlər müştərək qaydada mətbəx mebelini naturada, istifadəyə yararlı vəzıyyətdə qaytarmalı, əks təqdirdə əmlakın pulla dəyərini ödəməlidirlər. Cavabdehlərə, mübahisəsiz qaydada, məhkəmədən kənar şəkildə mətbəxdə quraşdırılmış mebeli qaytarmalarını bildirsə də, heç bir nəticəsı olmamış, belə bir mebelin mənzildə olmadığını bildirmişlər. Təklifinə rədd cavabı verildiyindən, məcbur olub əmlakın geri qaytarılması barədə məhkəməyə müraciət edir. Həmin ünvandan çıxarılmaları barədə məhkəmə qərarı icra olunduğu zaman mətbəxdə quraşdırılmış mebelin mövcudluğu mənzildə icra məmuru tərəfindən aparılmış çəkiliş (disk) və fotoşəkillərlə bir daha təsdiq edilir. Uzun müddət yaşadıqları ünvan 1 ünvanında quraşdırılmış, ona məxsus mətbəx mebelinin cavabdehlər tərəfindən geri qaytarılması, əks təqdirdə həmin əşyanın (əmlakın) pulla dəyərinin müştərək qaydada ödənilməsi barədə məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı Məmmədova Rahı̇ lə Xansuvar qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X15 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlunun və Cavabdeh2 Etı̇ bar oğlunun nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdiyini bildirdə və əlavə olaraq göstərdi ki, iddiaçı gəlib mətbəx mebelini evdən götürə bilər. Lakin qeyd etməlidir ki, mətbəx mebelinin dəyəri iddia tələbindəki məbləğdən çox aşağıdır. Məhkəmə iclasında İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın mətbəx mebelinin iddiaçıya verilməsi hissəsində, yəni qismən təmin olunmasını qalan hissədə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli 2(007)-861/2016 nömrəli qətnaməsi ilə, İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu və Cavabdeh2 Etı̇ bar oğlunun iddiası təmin edilmiş, Məmmədova Rahı̇ lə Xansuvar qızı, X4, X13 və X7 ünvan 1dən çıxarılmaları, Məmmədova Rahı̇ lə Xansuvar qızı, X1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, 20 saylı mənzilə dair daşınmaz əmlak tərəfindən verilmiş çıxarışın və bu çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qarşılıqı iddiasının rədd edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(007)- 82/2018 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 20 nömrəli mənzilində söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 33.325 manat məbləğində pul İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu və Cavabdeh2 Etı̇ bar oğlu müştərək qaydada alınaraq, X4 və İddiaçı verilməsi, iddianın qalan hissədə təmin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(103)-892/2019 saylı qətnaməsinə əsasən, cavabdehlər X5 və X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmiş, ünvan 1 nömrəli mənzildə söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 18744,60 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq icdiaçılar X2 və İddiaçı verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(102)- 1095/2020 qərarı ilə, iddiaçılar İddiaçı və X6, cavabdehlər Cavabdeh1 Etibar oğlu və Cavabdeh2 kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-892/2019 nömrəli ış üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında X3 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvan 1 ünvanında tikinti təmir və abadlıq işlərini yerinə yetirmiş, o cümlədən mənzilə mətbəx mebeli quraşdırılmışdır. Məhkəmə qətnaməsi ilə iddiaçı Məmmədova Rahı̇ lə Xansuvar qızı həmin mənzildən çıxarılmışdır. Hazırda ona məxsus olan mətbəx mebeli cavabdehlərin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu və onun və Cavabdeh2 Etı̇ bar oğlunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul etdiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı gəlib mətbəx mebelini evdən götürə bilər. Göründüyü kimi hazırda iddiaçı Məmmədova Rahı̇ lə Xansuvar qızna məxsus olan və ünvan 1 ünvanında quraşdırılmış mətbəx mebelləri cavabdehlər İsgəndərli İlkı̇ n Ehtı̇ bar oğlu və Cavabdeh2 Etı̇ bar oğlunun qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Məmmədova Rahı̇ lə Xansuvar qızının tələbi mətbəx mebellərinin qaytarılması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında quraşdırılmış mətbəx mebeli cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 tərəfindən İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında quraşdırılmış mətbəx mebeli cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 tərəfindən İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar