Məhkəmə qərarları › İş №2(007)-502/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-502/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-502/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” barədə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260 (iki yüz altmış) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun (cəmi 290 manat) "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02.06.2019-cu il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Gəncə prospekti ərazisində “Xalq Sığorta" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahibələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, Cavabdeh idarə etdiyi "Mercedes Benz" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil "Daewo Nexia” markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində oiması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəllndən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, "Daewo Nexia” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 260 (iki yüz altmış) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA64383 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 260 (iki yüz altmış) manat məbləğində sığorta ödənişi 29.06.2020 cı il tarixində ödənilmişdir İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, təqsirli olan "Mercedes Benz" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1, hadisə baş verdiyi anda sürücüsü Cavabdehdur. İş materialında olan "xxxx" ASC-nin 24.06.2020-ci il tarixli, PXA64383 saylı sığorta aktından görünür ki "Daewo Nexia” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 260 manat məbləğində ziyan dəymişdir. İş materialında olan "xxxx" ASC-nin 10.09.2019-cu il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, "Mercedes Benz" markalı, 99 VL-232 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materialında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli Qüsur aktından görünür ki, "Daewo Nexia” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 260 manat xərc çəkilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. 25.1.8-ci maddəsinə əsasən icbari sığorta bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "Mercedes Benz" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan (etibarnamə və.s), 02.06.2019-cu il tarixdə, saat 13:30 radələrində idarə edərkən Bakı şəhəri, Gəncə prospekti ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və "Daewo Nexia” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona 260 manat maddi zərər vurmuşdur. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində oiması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh inzibati xəta törətdiyinə və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-də sığortalanmış "Mercedes Benz" markalı, **- VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqsirli bilinən şəxs Cavabdeh tərəfindən inzibatə xəta törətdiyi və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyi, "Daewo Nexia” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx" ASC tərəfindən ödənilmiş 260 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat sığorta ödənişi məbləğinin və 30 (otuz manat) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar