Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-512/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh “Cavabdeh”İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv olunması,akta görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlunun cavabdeh “Cavabdeh”İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv olunması,akta görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvannda yerləşən mənzil ona məxsus olsa da, 2016-cı ildən həmin ünvanda heç kim yaşamır. Qeyd olunan mənzildə yaşayış olmasa da, həmin evə “Smart” tipli qaz sayğacı quraşdırılmışdır. Lakin mənzildə yaşayış olmadığından sayğacın krantı daim bağlı olmuşdur. Lakin 2020-ci ilin mart ayında ünvan 1 ünvanında yerləşən evə gedən zaman qapıda "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən sayğac dəyişdirilməsi səbəbindən 437 manat cərimə olunması barədə bildiriş olmasını görmüşdür. Həmin bildirişin səbəbini öyrənmək məqsədilə 14 iyul 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etdikdə, ona bildirildi ki, guya 30 mart 2018-ci il tarixdə onun evində sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də ona 437 manat borc cərimə hesablanmışdır. Bununla bağlı Asan Kommunal xidmətinə müraciəöt edən zaman ona 30.03.2018-ci il tarixli 58/1183 saylı akt və məktub təqdim edilmişdir. O, Qaz istismar idarəsinin əməkdaşlarına onların bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Təqdim edilmiş aktdan görünür ki, sayğacın plombu qırıq olduğundan, sağyaca texniki baxış kemirilməsi və plomb vurulması qərara alınmışdır. Həmin akt tərtib edilərkən ona heç bir məlumat verilməmişdir.Evdə yaşayış olmadığından, həmin evdə artıq 4 ildən artıq müddətdir ki, qaz enerjisindən istifadə yoxdur. Cavabdeh "Cavabdeh" İB-nin əməkdaşları ona "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 30.03.2018-ci il tarixli 58/1183 nömrəli aktın yazıldığını və həmin akta əsasən hesablanmım 437 manat cərimə məbləğini ödəməli olduğunu bildirmişlər. etdilər.Qeyd olunanlara əsasən aktın etibarsız hesab edilərək ləğv olunması,akta görə hesablanmış 437 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Cavabdeh”İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan,mübahisələndirilən 30.03.2018-ci il tarixli aktın məzmunundan görünür ki,sayğacın qayka birləşməsinə vurulmuş plomb qırıqdır,ona görə də sayğac dəyişdirilməlidir. Göründüyü kimi,sayğacın plombunun qırılması həmin aktla öz təsdiqini tapmışdır. Bundan başqa,plombun qırılması ilə əlaqədar iddiaçının 437 manat miqdarında cərimə olunması iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarında olan abonentin saldosundan görünür ki,həmin məbləğ cərimə məbləği deyil,qazdan mütamadi olaraq istifadəyə görə hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyi üçün iddia rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı oğlunun cavabdeh “Cavabdeh”İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilərək ləğv olunması,akta görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-512/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-512/2021
30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver